Azer-dili 4s Derslik 2017 Layout 1



Yüklə 45,65 Mb.
Pdf görüntüsü
səhifə8/38
tarix26.08.2018
ölçüsü45,65 Mb.
#64691
1   ...   4   5   6   7   8   9   10   11   ...   38

ana
+


nın

məktəb
+
li*

lər
+
ə

leylək
+
lər 

in

yaz
+
ı*

çı*

lar

ımız

dan
9. Mətndə və Çoxbilmişin məlumatında bəzi şəkilçilərin üzərində ulduz (*) işarəsi qoyul­
muşdur. Görəsən, niyə? Bəlkə, bu şəkilçilər sözün mənasını dəyişir? Düşünün.
10. Çoxbilmişin gətirdiyi atalar sözlərini diqqətlə oxuyun və yadınızda saxlayın.
Qara rəngdə verilmiş sözlərə əksmənalı sözlər deyin.
ATALAR SÖZÜ – SÖZLƏRİN GÖZÜ
11. Yanıltmacı oxuyun. [Ə] səsinin düzgün tələffüzünə diqqət yetirin. Azərbaycan dilindəki
spesifik səsləri təkrar edin və  içərisində həmin səslər işlənən sözlər deyin. 
Əli əlini Əmir əmiyə uzatdı. Əmir əmi Əlinin əlini əlində saxladı. Əli əli Əmir əminin əlində Əmir
əmi nin əlini soruşdu. Əmir əmi Əlinin əlində olan  əlini Əliyə göstərdi. Əmir əminin əli əzil mişdi. 
12. Yanıltmacda “əl” sözündən neçə dəfə istifadə olunmuşdur?
a)  səkkiz           b) doqquz           c) dörd             d) on üç      e) yeddi
MƏTN
(I hissə)                                                      
Dərsdən sonra evə gedərkən məktəbin
qa pı sın da Fəridə müəlliməyə bir qadın
yan

dı. Çəkinə­çəkinə so ruş du:
– Bağışlayın, Fəridə müəllimə sizsiniz?
– Mənəm.
– Sizə bir neçə sözüm var. Mən Mu­
radın ana sıyam.
– Murad Əzizovun? – Fəridə müəl­
limə 
se vin 
cək
so ru şdu.
– Bəli.
Gedək məktəbə, – Fəridə müəllimə qayıtmaq istədi.
– Yox müəllim, məktəb lazım deyil. Əgər müm künsə, gedək bağçada əyləşək.
Onlar 
bağ
ça
da boş bir skamya tapıb oturdular. Qadın
dərhal sözə başladı:
– Dünən Muradın məsələsinə baxdılar. Mən onlara 
dedim
ki, indi daha o, yaxşı oxumağa baş la yıb. 
Gün də
 liy
ində sizin
yazdığınız “4” qiymətini gös tərdim. Ha mı güldü. 
Əvvəl
ki
riyaziyyat müəl li minin de di yin dən belə çıxdı ki, qiyməti
uşağa si nifdə 
dinc
oturması üçün yazıblar. Düzü, 
pərt ol dum
və məni ağ lamaq tutdu. İndi gəldim sizdən 
soruşum
. Siz,
doğ rudan da, Murada “4” yaz mış sınız ki, sinifdə nadinclik
elə mə sin, ya  dərsini, 
həqiqətən
, yaxşı bilib?
Fəridə müəllimə başını buladı. Qadın onun 
əsəb

ləş 
di yi ni  hiss  etdi. 
– Müəllim, bəlkə, sözü düz demədim, səhvim* oldu. Gərək bağışlayasan.
– Yox, yox. Düz deyirsiniz. Sizin oğlunuz “4” qiymətini öz zəhməti ilə qazanıb.
– Çox sağ olun, müəllimə! Mən ... – Qadın sözünün 
gerisini
deyə bilməyib gözünün yaşını sildi.  
Qılman İlkin
22
Qələm tutan əl dilənməz.
Söz quşdur, buraxarsan, uçar gedər.
Sözü uzadarsan, bəsdir, deyərlər.
Sözün düzünü zarafatda deyərlər.
Sözün yaxşısı baldan şirin olar.
 Çap üçün deyil


ÇOXBİLMİŞ DÜŞÜNDÜRÜR
1. Hansı fikirlər mətnə uyğun deyil?
a) Muradın anası və Fəridə müəllimə sinif otaqlarından birində oturub söhbət etdilər.
b) Müəllimə Murada  “4” qiymət yazıb ki, o, dərsdə sakit otursun.
c) Murad  “4” qiyməti öz zəhməti ilə qazanıb.
2. Diqqətlə oxusanız, aşağıdakı sualların hamısına mətndə cavab tapa bilərsiniz. Belədirmi?  
a) Fəridə müəllimə Muradın anasını görəndə nə üçün sevindi?
b)  Muradın anası niyə danışa bilmədi və ağladı?
c) Muradın məsələsi müzakirə olunanda niyə hamı güldü?
d) Fəridə müəllimə qapıdan girəndə Murad nə ilə məşğul olurdu?
3. Mətnin məzmununa uyğun gələn fikri müəyyənləşdirin.
1) Gec­tez həqiqət öz yerini tapır.
2) Haqsızlığa göz yummaq olmaz.
3) Yaxşı oxumaq hər kəsin borcudur.
4. “Əyləşmək” sözünü hansı sözlə əvəz edərdiniz? Mətndə həmin söz işlənibmi?
a) oturmaq              b) domuşmaq           c) əyilmək                 d)  iməkləmək
5. “Sözə başlamaq“ ifadəsinin mənasına heç uyğun olmayan  sözü tez tapan qalib sayılacaq!
a) danışmaq            b) söyləmək            c) dillənmək             d) cavab vermək
6. Mətndə qırmızı rəngdə verilmiş  “pərt olmaq”  ifadəsini  hansı sözlə əvəz etmək olar ? 
a) utanmaq             b) tutulmaq              c) hirslənmək          d) kədərlənmək
7. Necə düşünürsünüz, Muradın  “4” aldığını eşidən müəllimlər niyə gülüşdülər? Əslində
onlar necə hərəkət etməli idilər? Fikirlərinizi yoldaşlarınızla bölüşün. 
8. Mətndəki “səhv” sözünün əvəzinə hansı sözü işlətmək olmaz?
a)  yanlış         b) nöqsan        c) qüsur         d) xata         e)  hörmət
9. Mətndə yaşıl rəngdə verilmiş  sözləri rus dilinə tərcümə edin. Ne cə düşünürsünüz, həmin
sözlərə artırılan şəkilçilər sözlərin mənasını dəyişib, yoxsa yox? Fikirlərinizi açıqlayın və
əsaslandırın. 
Məmməd Aslan
23
dərhal – сразу
həqiqətən – вправду
çəkinə­çəkinə –  стесняясь
qoşa – парный, двойной
SÖZLÜK
ağlamaq tutdu – заплакал
pərt olmaq – расстроиться
başını bulamaq – качать головой
dediyindən belə çıxdı – так вышло из его (ее) слов
SÖZ EHTİYATI
bircə qırıq – чуточку, немножко
SÖZLÜK
Tapın deyim bir bilməcə:
Şəkil çəkər gündüz, gecə.
Bircə qırıq yana çəkil,
Tez silinib gedər şəkil.  
uuuuu
10. Bilməcəni oxuyun, cavabı asan tapacaqsınız. Çünki o hər gün sizə lazım olur.
 Çap üçün deyil


Yüklə 45,65 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə