Azer-dili 4s Derslik 2017 Layout 1



Yüklə 45,65 Mb.
Pdf görüntüsü
səhifə16/38
tarix26.08.2018
ölçüsü45,65 Mb.
#64691
1   ...   12   13   14   15   16   17   18   19   ...   38

Başqa hansı türk xalqlarını və dillərini tanıyırsınız?  Çoxbilmiş deyir ki, bu dillərin sayı 25­dən
artıqdır. Araşdırma aparın və nəticəsini sinifdə oxuyun. 
7. Ümummilli liderimiz Heydər Əliyevin ana dilimiz barəsində aşağıdakı tövsiyəsini unut­
mamısınız ki? Bir daha oxuyun və çıxardığınız nəticə barəsində danışın.
“Bizim çox gözəl, zəngin, cazibədar dilimiz var.
Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, dövlət dilini mükəmməl
bilməlidir.  ... Başqa dilləri öyrənərkən öz dilinizi heç vaxt unutmayın və öz ana dilinizi heç bir
başqa dilə dəyişməyin. Xalqın, millətin, insanın öz ana dilindən əziz heç bir şeyi ola bilməz”.
8. Azərbaycan dili sizin ana dilinizdir, yoxsa bu dili dövlət dili kimi öyrənirsiniz? Azərbaycan
dilini öyrənərkən hansı çətinliklərlə qarşılaşırsınız? İngilis dilini öyrənmək asandır, yoxsa Azər­
baycan dilini? Fikirlərinizi əsaslandırın.
9. Dil barəsində hansı atalar sözlərini bilirsiniz? Çoxbilmişdən yenilərini öyrənin:
ATALAR SÖZÜ  –  SÖZLƏRİN GÖZÜ
Bir gün Qazan xan məclis qurmuşdu. 
Sağ
yanında qardaşı Qaragünə, 
sol
yanında dayısı Aruz
oturmuşdu*. Oğlu Uruz isə qarşısında durmuşdu.
Qazan xan  sağına baxdı, 
güldü
, soluna baxdı, çox sevindi. Qarşısına baxdı, oğlu Uruzu gördü.
Ağladı
. Bu, Uruza xoş gəlmədi. 
İrəli
gəldi, diz çökdü və atasına 
dedi
:
– Ata, sağına baxdın, güldün, soluna baxdın, çox sevindin. Qarşına baxdın, məni görüb
ağladın. Ağlamağına səbəb nədir? Söylə mənə!
Qazan xan qızardı. Oğlunun üzünə baxdı, 
söylədi
:
– Sağ tərəfə baxanda qardaşım Qaragünəni gördüm – ad qazanıbdır. Sol tərəfə baxanda dayım
Aruzu gördüm – ad qazanıbdır. Qarşıma baxanda səni gördüm. 16 yaşın tamam oldu. Yay çək­
məmisən, ox atmamısan, mükafat almamısan. Vaxt gələr, mən ölüb, sən qalanda taxt­tacımı
42
Söz 
dünyanın
naxşıdır.
Yaxşı söz dəmir qapıları açar.
Sözün yaxşısı baldan 
şirin
olar. 
Sirin dil ilanı yuvasından çıxarar.
Əvvəl
düşün

sonra
danış
.
Az söylə, söz 
söylə

QAZAN XANIN OĞLU URUZ 
 Çap üçün deyil


birdən sənə verməzlər, – deyə sonumu andım, ağladım.
Uruz bu zaman belə söylədi:
– Ata, hünəri oğul atadanmı görər, öyrənər, yoxsa atalar oğuldanmı öyrənər? Sən məni götürüb
ha çan kafir sərhədinə apardın, qılınc çaldın, qəhrəmanlıq göstərdin? Mən səndən nə gördüm, nə
öy rənim?!
Qazan əlini əlinə vurub güldü. Dedi:
– A bəylər, Uruz 
yaxşı 
deyir. Siz yeyin, için, söhbətinizi eləyin. Mən oğlumu götürüb ova ge ­
dim. Ox atdığım, qılınc çalıb qəhrəmanlıq göstərdiyim  yerləri oğluma göstərim. Kafir sərhədi ­
nə, Göyçə dağa götürüb aparım, sonra oğlana lazım olar.
Qazan xan atını mindi. 300 igidini dəstəsinə aldı. Uruz da 40 igidini özü ilə apardı. Qazan
oğ lunu götürüb uca dağlar üzərinə ova çıxdı. Ov ovladı, quş vurdu. Hündür*, gözəl* göy çə ­
mən də çadır qurdu...
ÇOXBİLMİŞ DÜŞÜNDÜRÜR
1. Qazan xan adı sizə tanışdırmı? Bu ada harada rast gəlmisiniz?
2. Mətnin məzmununa əsasən düzgün cavabı tapın.
Qazan xan sağına və soluna baxanda nə üçün sevindi, güldü?
a) ad qazanmış qəhrəmanları gördüyü üçün         b) oğlu Uruzu gördüyü üçün
c) igidləri ətrafına toplandığı üçün                       d) düşmənə qalib gəldiyi üçün                 
3. Mətnin məzmununa əsasən düzgün olmayan cavabları səsləndirin. 
Qazan xan oğlunu görəndə nə üçün  sevinmədi?
a) 16 yaşı olsa da, Uruz hələ ad qazanmamış, mükafat almamışdı.
b) Kafirlər Qazan xanın üzərinə hücum etmişdilər.  
c) Qazan xan oğlundan incimişdi.
d) Qazan xan Uruzu görmək istəmirdi.
4. Mətndən çıxardığınız nəticə əsasında danışın: Oğuz igidləri necə olmalı idi? Qazan xan
oğlunu necə gör mək istəyirdi?
5. Qazan xan oğlundan narazı qalmaqda haqlı idimi?  Müzakirə edin və münasibətinizi bildirin.
6. İnsanın öz səhvini başa düşməsi yaxşı haldır, yoxsa pis? Qazan xanın hərəkətlərindən nə
nə ticə çıxardınız?  Siz necə, səhv edəndə onu etiraf etməyi bacarırsınızmı? Fikirlərinizi açıqlayın.
7. Suallar əsasında danışın: 
1) Qazan xandan nə öyrəndiniz?  2) Ata və ananızla  gəzməyə getməyi xoşlayırsınızmı? 
3) Daha çox sizi hara aparmalarını istəyirsiniz? 
8. “Məclis qurmaq” ifadəsinin mənası hansı bənddə  düzgün verilməyib?
a) bayram  etmək          b) qonaqlıq etmək            c) ziyafət təşkil etmək
9. “İgid” sözünün mənasına uyğun olmayan söz hansıdır? Sözlərdən hər birini cümlələrdə işlədin.
a) qoçaq               b) cəsur             c) qəhrəman             d) zəhmətkeş
10. “Yaxşı” və “irəli” sözlərinə əksmənalı sözlər deyin.
43
yay – здесь: лук
ox – стрела
taxt­tac –  престол
anmaq –  вспоминать
son –  конец
hünər –  подвиг
sərhəd – граница
qılınc çalmaq – воевать
xoş gəlmədi – не понравилась
ad qazanmaq – прославиться
diz çökmək – стать на колени
çadır qurmaq – ставить палатку
kafir – богохульник, вероотступник
SÖZLÜK
SÖZ EHTİYATI
 Çap üçün deyil


11. “Kitabi­Dədə Qorqud” dastanı  haqqında deyilənlərdən biri yanlışdır.
1) Azərbaycanda 1300 illiyi qeyd olunub.    
2) Dastan 12 boy və bir müqəddimədən ibarətdir.  
3) Günümüzə dastanın iki nüsxəsi gəlib çatıb.  
4) Dastanın 500 yaşı var.
12. Aşağıda verilmiş atalar sözləri “Kitabi­Dədə Qorqud” dastanındandır. Oxu yun və yadda
saxlayın.
ATALAR SÖZÜ  –  SÖZLƏRİN GÖZÜ
ƏDALƏTİN  SAZI
1937­ci ildə Qazaxda bir oğlan anadan oldu.
Atası Məhəmməd onun adını Ədalət qoydu.
Məhəmməd kişi aşıq idi. O, yaxşı saz ça lırdı.
Toylarda, bayramlarda saz çalır, oxu 
yur 
du.
Məhəmməd kişi hərdən evdə də saz ça lır dı. Ba ­
laca Ədalət atasının sazına maraqla ba xırdı. O
da saz çalmaq istəyirdi. Hərdən ata sı  nın sazını
əlinə götürür, dınqıldadırdı. Atası bunu görürdü.
Bir gün Ədalət atasına dedi:
– Ata, mənə də bir saz al! Mən də aşıq olmaq
istə yi rəm!
Məhəmməd kişi çox sevindi. O, Ədalətə ba ­
la ca, qara bir saz aldı. (Ədalət ona “cürə saz”
de yir). O, sazını əlindən yerə qoymurdu. 
Ədalət saz çalmağı çox  tez öyrəndi. Onun müəllimi atası Məhəmməd kişi idi.
Artıq yeddi yaşında Ədalət gözəl saz çalırdı. Atası onu özü ilə toylara, şənliklərə aparırdı.
Ədalət şənliklərdə “cürə saz”ında gözəl havalar çalırdı.
Hamı balaca Ədalətin saz çalmağını bəyənirdi.
O vaxtdan illər keçib. İndi Ədalət respublikamızın ən məşhur  və sevimli aşığıdır.
Ölkımizin hər yerində onu tanıyır və sevirlər. Azərbaycanda saz deyəndə Ədalət yada düşür.
Qonşu ölkələrdə də Aşıq Ədalət tanınır və sevilir. 
Aşıq Ədalət tez­tez televiziya ilə çıxış edir. Onun çıxışını hamı böyük maraqla gözləyir. O
44
Ata malından nə fayda, başda ağıl olmasa.
Oğul atadan görməyincə süfrə çəkməz.
Qız anadan görməyincə öyüd almaz.
Ölən adam dirilməz, çıxan can geri gəlməz.
Kişi malına qıymayınca adı çıxmaz.
Lopa­lopa qarlar yağsa, yaza* qalmaz.
Köhnə* pambıq bez olmaz.
Qarı düşmən dost olmaz.
boy – раздел, сказание
nüsxə – экземпляр
müqəddimə – вступление
SÖZLÜK
öyüd – наставление
qıymaq – не жалеть
bez – бязь
qarı düşmən – заядлый враг
SÖZ EHTİYATI
 Çap üçün deyil


Yüklə 45,65 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə