Azer-dili 4s Derslik 2017 Layout 1



Yüklə 45,65 Mb.
Pdf görüntüsü
səhifə18/38
tarix26.08.2018
ölçüsü45,65 Mb.
#64691
1   ...   14   15   16   17   18   19   20   21   ...   38

Cə lal Gəncədə pedaqoji texnikumu bitirmişdir. O, bir müddət Gəncədə və Gədəbəydə müəllimlik
etmişdir.
Yazıçı yaradıcılığa gənc yaşlarından başlamışdır. Mir Cəlal bir sıra roman, povest və maraqlı
he kayələrin müəllifidir. Sizə danışmaq istədiyim həmin əhvalat  isə sevimli yazıçımızın “ Bir
gəncin manifesti” əsərindəndir. İnanıram ki,  böyüyəndə əsəri bütövlükdə oxumaq istəyəcəksiniz.
İTƏ ATARAM, YADA  SATMARAM
... Tacir Sonanın xalçasını görmüşdü:  “Bəh­bəh”, – deyə­deyə ağasına – ingilisə göstərdi.
Xalçaya gözü sataşan kimi, heyrətindən ingilisin rəngi daha da bozardı. Xalçaya əlini vurub aya ­
ğa qalxdı. Tacirə nə isə dedi. Tacir dayananlardan xəbər aldı:
– 
Yiyə
si hanı?
Sona özü dinmədi. Dayananlar onu göstərdilər.
– Bacı, qiyməti neçədir?
Sona bir az duruxdu.
...Mister həyəcan 

ində idi. Dözə bilmirdi. Çılpaq dizlərini qatlayıb diz çökdü. Xalçanın
haşiyələrinə, ilmələrinə bir də diqqətlə baxdı, ayağa qalxdı. Xalçanı qaldırıb öz sinəsinə 
tut
du.
Sonra tacirə verib divardan asılı kimi saxlatdı.
Tacir qollarını geniş açdı. Xalçanı qabağına
tut
du. İngilis baxdı, baxdı. Yaxına yeridi, baxdı,
kənara çəkildi, baxdı. Yandan, 
aşağıdan, yuxarıdan 
baxdı. 
Arxayınlıq*
hasil edib sevincini
giz lədə bilmədi, nə isə dedi.
Tacir də sevincək danışdı. Onlar danışanda heç kəs dinmirdi. Bir səs eşidildi:
– Neçəyə desə alacaqlar!
Sanki bu səslə Sonanı 
ayıq salmaq
üçün 
xəbərdarlıq edirdilər.
48
İyirmi ildən 
artıqdır
ki, bu xalça Sonanın 
yük 
yerindədir. Hər
dəfə evi töküşdürəndə qatını açar, “Yusif­Züleyxa”sının üzünə do ­
yun ca baxardı. Sonra da səliqə ilə dörd 
qatlayıb
yerinə qoyardı: 
–  “ Muradım var, arzum var...”
İndi budur, Sona  “Yusif­Züleyxa”sını qoltuğuna 
vurub 
bazar
a aparmalı olmuşdur.
yaradıcılıq – творчество
hekayə – рассказ
SÖZLÜK
məlumat vermək – дать информацию
SÖZ EHTİYATI
 Çap üçün deyil


Sona əli ilə xalçanın ucundan tutduğu halda dayananlara baxdı. ...Tacirə dedi:
– On qızıl!
Kimsə dizinə 
çırpdı
. Bir 
cavan
fəhlənin elə “Bay!” səsi çıxdı ki, elə bil oğlanın  ürəyinə güllə
dəydi
.
Sona oğlanın sözlərini eşitdisə də, əllərini çoxdan açmışdı. Bir əli xalçanın ucunda idi. O biri
ovcunu da misterə tərəf açmışdı. İngilis portmanatından qızıl sayırdı...
Bir, iki, üç ...
Sonanın bədəni ağır bir zərbə yemiş kimi 
silkələndi
. Özünü doğrultmaq istədi. Ürəyi qısıldı.
O, 
cəld ayağa qalxdı
. Xalçaya baxdı.
Bu dəfə ona xalça yox, bağlı­bostanlı, güllü­çiçəkli vətən mülkü, bu mülkün sərvəti, neməti
göründü! Sona bu müqəddəs aləmi sata bilərdimi?
Mir Cəlal
ÇOXBİLMİŞ DÜŞÜNDÜRÜR
1. Mətni oxuyun. Aşağıdakı plan mətnin məzmununa uyğun gəlirmi?  
1) “Yusif­Züleyxa” xalçası
4) İngilis qızıl sayır
2) İngilisin heyrəti
5) Ağır zərbə
3) İngilis heyrətini gizlədə bilmir.
2. Siz mətni necə davam etdirərdiniz? Necə düşünürsünüz, mətnə niyə  “İtə ataram,
yada satmaram” başlığı seçilib? Bunu bilmək istəsəniz, gərək mətnin ikinci hissəsini oxuyasınız. 
3. Mətndə hansı suala cavab tapa bilmədiniz?
1) “Yusif­Züleyxa” xalçası neçə ildir Sonanın evindədir?
2) Sona xalçanı nə üçün satmaq istəyir?
3) İngilisin rəngi niyə bozardı?
4) Cavan fəhlə niyə dizinə çırpdı?
5) Sona niyə fikrindən döndü?
6) Sona xalçanı satacaqmı?
4. Mətni diqqətlə oxusanız, düzgün cavabı tapa bilərsiniz.
İngilis niyə sevincini gizlədə bilmədi?
a) Xalçanı almaqda tacir ona kömək edirdi.
b) Xalçanın gözəlliyi onu heyrətə salmışdı. 
c) Sona  xalçanı satmağa razı olmuşdu.   
d) Ucuz xalça tapmışdı.
5. Mətnin sonunda səslənmiş sual ətrafında siz də fikirləşin və  debata qoşulun.
Sona bu müqəddəs aləmi sata bilərmi?
49
heyrət – восторг
doyunca – вдоволь
qatlamaq – складывать
qoltuq – подмышки
ilmə – петля
duruxmaq – замяться
haşiyə – кайма, обшивка
arxayınlıq – спокойствие
zərbə – удар
çılpaq – голый
silkələnmək – трястись
töküşdürmək – разбрасывать
gözü sataşmaq – заметить
ayıq salmaq – предупредить
vətən mülkü – родная земля
dizinə çırpmaq – бить об колени
arxayınlıq hasil etmək – успокоиться
özünü doğrultmaq – здесь: взять в руки
yük yeri – место куда собирают постель
qoltuğuna vurmaq – взять подмышку
ürəyi qısılmaq – чувствовать тяжесть, 
стало плохо
SÖZLÜK
SÖZ EHTİYATI
 Çap üçün deyil


6. Mətndə qara rəngdə verilmiş ifadələri hansı sözlərlə əvəz etmək olar?  Əvvəlcə həmin 
sözləri  tapın, sonra isə cümlələrdə işlədin.
7*. Mətndə yaşıl rəngdə verilmiş sözlər kimi yazılan və deyilən, ancaq tamamilə fərqli məna
bildirən  sözlər bilirsinizmi? Fikirləşib tapın və mənalarını izah edin.
ÇOXBİLMİŞ ÖYRƏDİR
Sevimli dostlar, yəqin, siz rus dilində elə sözlər bilirsiniz ki, onların deyilişi və
yazılışı eyni olur. Ancaq həmin sözlər tamamilə fərqli mənaları bildirir. Belə sözlər
Azərbaycan dilində də var. Məsələn:  
kök
uşaq – dadlı 
kök

qaz 
yanır – 
qaz
üzür, Kür
çay
ı – 
çay
içmək, Ülkərin 
don
u – su 
don
ur, 
daş
bina – süd 
daş
ır, 
sağ
a dön – quş 
sağ
dır – inəyi 
sağ
... Bu sözlərin hansı mənada işləndiyini ancaq  birləşmə və ya 
cümlə içərisində müəyyən etmək olur. Rus dilində olduğu kimi, Azərbaycan dilində də  belə sözlər
omonim adlanır.
8. Cümlələri oxuyun. Omonimləri tapıb mənalarını izah edin.
1. Səməd baba beli götürüb bağa getdi. Yavaş­yavaş ağacların dibini belləməyə başladı.
Səməd babaya əyilmək olmazdı. Çünki onun beli ağrıyırdı. 2. Gülnazın anası mağazadan gül
almışdı. Gülnaz gülləri suya qoydu. Çingiz Gülnaza baxıb güldü. 3. Dünən bazar günü idi. Gül­
nazın anası bazardan  qaz almışdı. Bu gün Könül xala qazı
bişirmək istəyirdi. Ancaq qaz yanmırdı. Könül xala ocaq
qalamağa başladı. 
9*. “Şeyx Səfi” xalçası haqqında eşitmisinizmi? Çox­
bilmiş onu sizə tanıtmaq istəyir. Məlumatı oxuyun, rus
dilinə tərcümə edin və yadda saxlayın. 
“Şeyx Səfi” xalçası XVI əsr Təbriz xalçaçılıq mək­
təbinin şah əsəri, ən nadir incisi hesab olunur. Bu xalça
1539­cu ildə  Təbrizdə toxunmuşdur.  XVI əsrdə dün yada
toxunmuş xalçaların ən bö yü yü dür. Şeyx Səfiəddinin Ər ­
də bildəki məscid türbəsinə bağışlanmışdır. 350 ildən artıq
məscidin türbəsini bəzəmişdir. Uzunluğu 10,51 metr, eni
5,34 metrdir.  Ümumi sahəsi 56,12 kvadrat metrdir. 
1893­cü ildə Londonun  “Viktoriya və Albert” muzeyinə
satılmışdır.  Hazırda Böyük Britaniya muzeylərində sax la ­
nı lan  nadir və çox qiymətli sənət əsərlərimizdən biridir.
10. Qara rəngdə verilmiş sözlərdən biri qalan 3 sözdən fərqlənir. Bu fərqi izah edə
bilərsinizmi?
11. Oxuduğunuz mətnlər əsasında düzgün cavabı müəyyənləşdirin.
“Yusif–Züleyxa” və “Şeyx Səfi” xalçalarını  birləşdirən nədir?  
a) Hər ikisi Azərbaycan xalçaçılıq məktəbinin qiymətli nümunəsidir. 
b) Hər ikisi Təbrizdə toxunub.     
c) Hər ikisi Britaniyada  London muzeylərində saxlanılır.
50
sahə – площадь
türbə – гробница, мавзолей
nadir inci– редкое сокровище
sənət əsəri – произведение исскуства
SÖZLÜK
 Çap üçün deyil


Yüklə 45,65 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə