Azer-dili 4s Derslik 2017 Layout 1



Yüklə 45,65 Mb.
Pdf görüntüsü
səhifə21/38
tarix26.08.2018
ölçüsü45,65 Mb.
#64691
1   ...   17   18   19   20   21   22   23   24   ...   38

ÇOXBİLMİŞ DÜŞÜNDÜRÜR
1. Şeiri nəsrə çevirərək məzmununu danışın.
2. Aşağıdakı atalar sözlərini oxuyun və yadda saxlayın. Şeirin məzmununa uyğun
gələn atalar sözünü tapıb söyləyin.
ATALAR SÖZÜ  –  SÖZLƏRİN GÖZÜ 
3. Çoxbilmiş deyir ki, bu atalar sözləri içərisində qocalığa aid olmayanlar da var. Çoxbilmişlə
razısınızsa, onları seçib səsləndirin.
4. Avtobusda, metroda  yaşlılara, qocalara yer verirsinizmi? Böyüklərə yer verməyənlərə, hör­
mət etməyənlərə münasibətinizi qruplara bölünərək bildirin.
5. Özünüzdən böyüklərə kömək təklif edəndə dostunuz Çoxbilmiş kimi müraciət etməyə
çalışın ki, sizin köməyinizi qəbul etsinlər.
– Nənəcan (babacan), buyurun, əyləşin!
– Xala (əmi), bəlkə, bir kömək lazımdır?
– Əmi (xala), bəlkə, sizə kömək edim?
– Xala (əmi), icazə verin, sizə kömək edim.
– Nənə (baba, xala, əmi), sizə necə kömək edə bilərəm?
– Əmi (xala, nənə, baba), bəlkə, təcili yardım çağırım?
6. Elşənin hərəkətini bəyəndinizmi? Elşən qocanın eynəyini verməsəydi, ona münasibətiniz
necə olardı? Qruplara bölünün və fikirlərinizi təqdim edin.
7. Şeirdə fərqləndirilmiş “əsdi” sözünün əvəzinə hansı sözü işlətmək olar?
a) sındı                b) titrədi               c) büdrədi                d) dolaşdı              e) ağrıdı
8. Hansı variantlarda “əsmək” sözü əsl (birinci) mənasında işlənməyib?
a) Külək əsdi.              b) Qocanın əli əsdi.             c) Uşaq əsirdi.   
d) Ürəyim əsdi.
9. “Eynək”, “gözlük”, “çeşmək” sözlərini rus dilində deyin. Rus dilində neçə söz alındı. Necə
dü şü nürsünüz, bunlar eyni,  yoxsa ayrı­ayrı mənalar bildirir? 
10. Çoxbilmiş deyir ki, təşəkkür edəndə aşağıdakı şəkildə edin:
– Çox sağ olun!
– Təşəkkür edirəm!
Sizə zəhmət oldu, çox təşəkkür edirəm!
– Bağışlayın, vaxtınızı aldım.
– Çox sağ olun, vaxtınızı aldım!
– Minnətdaram!
11. Şeirin məzmunu əsasında ifadə yazın. Bir­birinizin yazılarınızı oxuyun və fikrinizi bil di rin.  
57
Qocalara hörmət et, sən də qocalacaqsan.
Qocadan demək, cavandan kömək!
Qoca evin sütunudur.
Qocaya gülən, özünə gülər.
Böyüksüz evdə xeyir­bərəkət olmaz!
Cavanlıqda daş daşı, qocalıqda ye aşı!
aləm –  мир
eynək – очки
əsmək – здесь: дрожать
SÖZLÜK
göz bəbəyi – зрачок
zülmətə dönmək – потeмнеть в глазах
gözünə işıq gəldi – в глазах посветлело
SÖZ EHTİYATI
 Çap üçün deyil


DƏNİZİN SEVİNCİ
Soyuq
bir payız günü idi. Dəniz məktəbdən qayıdırdı. Evə tez çatmaq
is təyirdi. Həyətə yaxınlaşanda iniltiyə bənzər, 
zəif  
bir səs eşitdi. Da yan ­
dı. 
O yan ­ bu yana
baxdı. Elə bir şey görmədi. Getmək is tə yir di ki,
səs 
yenidən
eşidildi. Dinşədi. Səs balaca kolun 
dalından
gə lirdi.  Tez
kola yaxınlaşdı*. Səhv etməmişdi. Burada balaca bir pişik bala sı
büzüşüb tir­tir əsirdi. O, çox zəif idi, səsi güclə* çıxırdı. Dəniz 
başa düşdü
ki, pişik balası acdır,
bir tərəfdən də soyuq ...
Dəniz  fikirləşmədən* pişik bala sını götürdü. Evə 
qaçdı
. Çatan kimi onu yedirtdi, otağında
pişiyə yer dü zəltdi. Balaca pişik qorxa­qorxa qızın üzü nə baxırdı. Dənizin ona yazığı gəl di. Qız
səbirsizliklə* anasının işdən qa yıtmasını gözlədi. Görəsən, anası pi şiyi evdə saxla­
mağa  icazə  ve rə cək mi?
Qapının açıldığını hiss edən Dəniz tez anasının qabağına yüyürdü. Qönçə xala
qızını öpdü. O, Dənizin həyəcanlı* və narahat olduğunu 
duydu
. Diq qətlə qızının
göz lərinə  baxdı.
Dəniz olanları anasına 
danışdı
.  Ancaq pişik balasını evə gətirdiyini demədi.
Qız yalvarıcı baxışlarla anasına baxaraq:
– Anacan, mənim  pişik balasına yazığım gəlir, – dedi. Yəqin, o, ana sını
itirib. 
Bayırda
da soyuqdur*. İcazə verərsən, mən onu hələlik evə gətirim?
Havalar istiləşəndə* aparıb onu gö tür dü yüm yerə qoyaram.
Anası Dənizin xahiş dolu baxışlarına* tə bəs süm lə cavab verdi. Dəniz
anasının boynuna sa rıl dı. Onun üz­gözündən dö nə­dönə öpdü. Tez ota ğına
qaçdı. 
İsti 
parçaya bükdüyü balaca pişiyi gə tirdi.
Qönçə xala Dənizin nə üçün belə etdiyini 
başa düşsə
də, ona heç nə
demədi. Dənizin qucağındakı pişiyi sığalladı*, sonra qızını bərk­bərk bağrına
basdı. Ana qızından razı qalmışdı.
58
 Çap üçün deyil


ÇOXBİLMİŞ DÜŞÜNDÜRÜR
1. Mətni oxuyun və tərcümə edin.
2. Dostunuz Çoxbilmiş bu mətni oxudu və onu “Dənizin sevinci” adlandırdı. Çox­
bilmişlə ra zılaşırsınızmı? Mətnə başqa hansı adı vermək olardı? Düşünün və vari­
antınınzı təqdim edin.
3. Aşağıdakı ardıcıllıq mətnin məzmununa uyğundurmu? 
Cavablarınızı əsaslandırın. 
1) Dənizin anasından xahişi.
2) Ananın təbəssümlə cavabı.
3) Dənizin  məktəbdən qayıtması.
4) Dənizin tez evə qaçması.
5) Ananın işdən qayıtması.
6) Ananın qızından razı qalması.
4. Mətndə hansı suallara cavab tapmadınız? Həmin sualları seçib səsləndirin və səbəbini izah
edin.
1) Dəniz hansı məktəbin şagirdidir?
2) Pişik balasını kolun dalına kim atmışdı?
3) Dəniz həyətdə pişik olduğunu haradan bildi?
4) Dəniz pişik balasını evə gətirdiyini anasına niyə söyləmədi?
5) Anası pişiyi evə gətirməyə nə üçün icazə verdi?
6) Anası pişiyi görəndə Dənizə niyə heç nə demədi?
7) Dəniz niyə anasının boynuna sarıldı?
5. Aşağıdakı cavablardan hansı mətnin məzmununa uyğundur?
Dəniz pişik balasını evə gətirdiyini anasına  ona görə demədi ki
a) onun pişiyə yazığı gəlirdi.   
b) anasının razılıq verəcəyini bilmirdi.   
c) bunu anasından gizlətmək istəyirdi. 
d) bunu heç kəsə  bildirmək  istəmirdi.
6. “Zəif” sözünə əksmənalı söz hansıdır?
a)  çolaq                b) güclü                c) yazıq                d) qorxaq
7. “Qaçmaq” sözünə yaxınmənalı söz hansıdır?
a) hoppanmaq           b) yüyürmək          c) tullanmaq          d)  tez­tez getmək 
8. Əziz uşaqlar, mətni oxuyanda gördünüz ki, Çoxbilmiş bəzi sözləri göy rənglərlə fərq lən ­
dirib. O yenə də  sizi yoxlamaq istəyir. Çoxbilmişin sualını gözləmədən həmin sözləri bil  diyiniz
ya xınmənalı sözlərlə əvəz edin.
59
inilti – стон
təbəssüm – улыбка
duymaq – чувствовать
yalvarıcı – умоляющий
büzüşmək – съеживаться
səbirsizliklə – с нетерпением
SÖZLÜK
tir­tir əsmək – дрожать
yazığı gəlmək – жалеть
bağrına basmaq – прижать к груди
razı qalmaq – остаться довольным
dinşəmək –  прислушиваться
SÖZ EHTİYATI
 Çap üçün deyil


Yüklə 45,65 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə