Azer-dili 4s Derslik 2017 Layout 1



Yüklə 45,65 Mb.
Pdf görüntüsü
səhifə24/38
tarix26.08.2018
ölçüsü45,65 Mb.
#64691
1   ...   20   21   22   23   24   25   26   27   ...   38

Yenə də Çoxbilmişin yadına uşaqlığında olan bir xatirə düşdü. O bu xatirəni sizə danışmaq
istəyir. Qulaq asın və siz də uşaqlığınızı yadınıza salın:
KİÇİK BIR XATİRƏ...
Yenə bir gün anam həyətdə
oturub 
köynək tikirdi. Mən də
yanında 
oturmuşdum
.  Sər çə ­
lər “cik­cik” edərək həyətə səs
sal mışdılar. Tut ağacının ba ­
şında 
oturmuş 
sərçə birdən:
“Cır rıt!” edə rək səs saldı. Sər ­
çə lər o dəqiqə səslərini kəsib
öz lərini çəpərin içinə soxdular.
Mən buna təəccüb edərək so ­
ruş dum:
– Ana, o sərçə nə dedi?
Quş lar niyə gizləndilər?
– Oğlum, o sərçə dedi ki, qaçın, tez gizlənin, budur qırğı gəlir !
Doğrudan da, bir azdan sonra qırğı göründü. Çil xoruz qışqırıq saldı. Qırğı dayanmayıb keçdi.
Mən heyrətdə idim. Təəccüblə soruşdum:
– Ana, bu quş dilini sən hardan bilirsən? Mən də öyrənə bilərəmmi?
Anam gülərək dedi:
– Niyə bilmirsən! Quşlara fikir versən, öyrənə bilərsən. Tağı əmoğlun ovçudur. O, quşlar,
hey vanlar haqqında çox şey bilir. Ondan soruş, desin.   
Süleyman Sani Axundov 
Əziz uşaqlar, Çoxbilmiş uşaqlığında olan bir hadisəni heç vaxt unuda bilmir. Səbəbini  bilmək
istəyirsinizsə, mətni oxuyun.
MARALIN ETİBARI
Kənddə bir inəyimiz vardı. Onun adı Maral idi. Bu adı ona nənəm vermişdi. Maral nənəmin se­
vimlisi idi. Doğrusu, o elə hamımızın sevimlisi idi. Axı o bizim gözümüzün qarşısında böyümüşdü.
Yadımdadır, yay tətilində kənddə olanda hamımız balaca* Maralın başına yığışardıq. Kimi
onu 
sığalla
yar, kimi ot, su, kimi də əlindəki meyvəni və ya çörəyi ona verərdi. Balaca Maral
bizim qayğımızdan xoşallanardı. Başını əlimizə, üzümüzə söykəyərdi. Biz uzaqda olanda isə
tez­tez mələyər, sanki, bizi yanına çağırardı. Amma o hamıdan çox nənəmə öyrəşmişdi. Axı
nənəm onun yanında bizdən çox olurdu.
İllər keçdi. Maral böyüdü*. Gözəl bir inək oldu. Biz kəndə gedəndə Maralın nənəmə olan
məhəbbətini seyr etməkdən həzz alardıq.
66
HEYVANLAR ALƏMİ
qırğı – ястреб
çəpər – забор
çil – пятнистый
SÖZLÜK
səslərini kəsmək – замолчать
heyrətdə olmaq – быть в изумлении
qışqırıq salmaq – поднять крик (шум)
SÖZ EHTİYATI
 Çap üçün deyil


Hər axşam darvazanın qabağında Ma ra lın örüşdən qayıtmasını gözləyərdik. Ma ral darvazanın
qa ba ğın da*  nənəmi  gö rən  kimi  yerişi ni 
sürətlən
dirər və bir neçə dəfə mələyərdi. Maral, elə bil
bununla öz sevimli sahibini 
salamla
yırdı. İnək nə nəmə 
yaxınlaş
anda nə nəm əllərini ona tə rəf
uzadar, be linə, başına sığal çəkərdi. Maral da nənəmin əllərini yalayar, üzünü onun əllərinə
sürtərdi. 
Bir dəfə yayda nənəm
bərk 
xəstələn
di. Atam onu
hə kimə göstərmək üçün Ba ­
kı 
ya apardı. Maral bizim
ümi dimizə qaldı. Biz yenə də
ax şamlar  darvazanın  qa ba ­
ğında Ma 
ralı 
gözlə
yirdik.
Ancaq Maral səsini çı xarmır,
sual dolu gözləri ilə üzümüzə
ba xır, sonra da başını salıb
hə vəssiz hə yətə keçirdi. Hət ­
ta bir dəfə bibim onu 
bağ  la ­
maq istəyəndə Maral dartındı
və bibimi vurmaq istədi. Mən əlimdəki ağacla onu vurdum. İnək divara qısıldı və kinli gözləri ilə
mənə baxdı. Elə bil nənəmə şikayət edəcəyi ilə məni 
hədələdi
.
On gündən sonra nənəm Bakıdan qayıtdı. Axşam, adəti üzrə, o, darvazanın qabağına çıxdı.
Körpüdən enəndə Maral nənəmi gördü. İnək böyürə­böyürə nənəmin üstünə qaçırdı. Onun səsinə
bütün qonşular küçəyə çıxdılar. Hamı bu qeyri­adi mənzərəyə maraqla
tamaşa edirdi
. Maral
nənəmin qabağında 
dayandı
. O, nənəmin əllərini yalayır, paltarlarını 
iylə
yir, başını onun qoy­
nunda, qucağında gizlətmək istəyirdi. Maralın gözlərindən yaş axırdı. Nənəm də ağlayırdı. Bu
hadisədən hamı 
təsirlən
mişdi. Hamımızın gözlərimiz 
yaşar
mışdı. Maralın etibarını görəndə mən
öz hərəkətimdən 
peşman oldum
. O vaxtdan mən bu hadisəni 
unuda bilmirəm
.
ÇOXBİLMİŞ DÜŞÜNDÜRÜR
1. Mətni diqqətlə oxuyun və aşağıdakı suallara cavab verin:
1) Maral adını inəyə kim vermişdi?
2) Balaca Maral nədən xoşallanardı?
3) Maral axşamlar örüşdən qayıdanda nə edərdi?
4) Maral niyə bizim ümidimizə qaldı?
5) Maral niyə böyürə­böyürə qaçırdı?
67
sığallamaq – ласкать
öyrəşmək – привыкать 
söykəmək – прислоняться
dartınmaq – отдергиваться
təsirlənmək – расчувствоваться
kinli – злобно
qısılmaq – прижаться
hədələmək – угрожать
adəti üzrə – по привычке
iyləmək – нюхать 
örüş – пастбище
sürtmək – тереть 
yalamaq – лизать
SÖZLÜK
sığal çəkmək – гладить
seyr etmək –  осматривать
həzz almaq – получать удовольствие
böyürə­böyürə – мыча (мычать)
ümidinə qalmaq – остаться на попечении
xoşallanmaq – получать удовольствие
SÖZ EHTİYATI
 Çap üçün deyil


6) Maralın gözlərindən niyə yaş axırdı?
7) Çoxbilmiş nədən peşman olmuşdu?
2. Mətndən hansı nəticəni çıxardınız?  Fikirlərinizi yoldaşlarınızla bölüşün. 
3. Mətnin məzmununu aşağıdakı plan əsasında danışın.
1) Maral nənəmin sevimlisi idi.
2) Balaca Maral.
3) Hər axşam darvazanın qabağında.
4) Nənəmin xəstələnməsi. 
5) Maralın gözlərindən yaş axırdı.
4. Yəqin, bu hadisəni Çoxbilmişin niyə unuda bilmədiyini anladınız. Baxdığınız filmlər və
ya oxuduqlarınız əsasında  heyvanların, quşların insanlara bağlılığı barədə bildiklərinizi yol daş ­
larınıza danışın.   
5. Çəngəllə yemək yeyən heyvan tanıyırsınızmı? Çoxbilmişdən soruşsanız, deyər. 
Madaqasqar adalarında ağaclarda  Ay­ay adlı meymun yaşayır. O, ağacdan­ağaca tullananda
səs çıxarır: «Ay­ay». Ona görə də onun adı elə Ay­ay qalıb. Ay­ay xoşladığı yeməyə dırnaqlarını
elə batırır ki, elə bil dırnaqları iti çəngəldir.
ÇOXBİLMİŞ  ÖYRƏDİR
Sevimli dostlar, Azərbaycan dilində sözlər quruluşuna görə üç cür olur:  
Sadə sözlər: vətən, baba, ata, nənə, məktəb, qələm, yarpaq, çətir, palıd və s.
Düzəltmə sözlər: 
məktəb 
+
li

vətən

daş

salam
+
la
(maq), 
yaxın

laş
(maq),
yaz

ı

gül

dan

bağ

ça
,  
bil 
+
ik

li

təmiz
+
lik
və s.
Mürəkkəb sözlər: Aygün, qızılgül, qartopu, tutuquşu, ağacdələn, tez­tez və s. 
Dostlar, gördünüz ki, düzəltmə sözlər iki hissədən ibarət olur. Birinci hissə “kök”,  ikinci
hissə “şəkilçi” adlanır. Azərbaycan dilində bəzi şəkilçilər yeni sözlər düzəldir kibelə sözlərə
düzəltmə sözlər deyilir. Düzəltmə sözün  mənası ilə onun kökünün mənası arasında əlaqə olur:
dəniz
– 
dənizçi

üzüm
– 
üzümlük

bağ
– 
bağlıq

maraq
– 
maraqlı

uşaq
– 
uşaqlıq

xəstə 

xəstələn
(mək) və s.
6. 
Salam
– 
salamla
(maq), 
yaxın
– 
yaxınlaş
(maq), 
sığal 
– 
sığalla
(maq),
sürət
– 
sürətlən
(mək),
xəs tə 
– 
xəstələn(mək)

yaş 
– 
yaşar 
(maq), 
iy 
– 
iylə
(mək), 
göz 
– 
gözlə
(mək),
bağ
– 
bağla
(maq)
söz   lə ri nin mənaları arasında uyğunluq, əlaqə görürsünüzmü? Fikirlərinizi açıqlayın və əsaslandırın.
7. Mətndə göy rəngdə verilmiş sözləri hansı sözlər və ifadələrlə əvəz etmək olar? Özünüzü
yoxlayın və tapdığınız sözlərlə cümlələri yenidən oxuyun.
8. Mətndə üzərində ulduz işarəsi qoyulmuş sözlərə əksmənalı sözlər deyə bilərsinizmi?
9. Çoxbilmiş bilmək istəyirdi ki, görəsən, dostları heyvanları yaxşı tanıyırmı? O çox vaxt
eşidirdi ki, heyvan deyəndə, dostları ancaq ya ev heyvanlarının, ya da bəzi vəhşi heyvanların ad­
larını çəkirlər. Ona görə də Dənizin bilgilərini yoxlamaq istədi. Onların dialoqunu siz də oxuyun.
DİALOQ
– Dəniz, heyvanlar aləmi deyəndə nə başa düşülür? 
Dostlarına
izah edə bilərsənmi?
– Mən bilirəm ki, 
heyvanların 
çoxlu növləri var. Bunlar hamısı birlikdə heyvanlar aləmini
təşkil edir.
– Doğru deyirsən, bəs bilirsənmi ki, dünyada iki milyona yaxın heyvan növü var?
– Çoxbilmiş, yalan danışa bilmərəm. Heyvanların növlərinin çox olduğunu bilirəm. Ancaq
bunun iki milyona yaxın olduğunu, doğrusu, bilmirdim. Səndən öyrənmiş oldum.
68
 Çap üçün deyil


Yüklə 45,65 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə