6
Q.X.Qasımzadənin, sənətĢünaslıq doktoru, prof. N.D.Həbibovun, sənətĢünaslıq
namizədi, prof. E.Ə.Abasovanın, sənətĢünaslıq namizədi Ə.Ə.Əliyevanın təqdim
etdikləri bəzi materiallardan da istifadə o lunduğunu minnətdarlıqla qeyd edirlər.
VI cildin mətn lərini aĢağıdakı müəlliflə r yazmıĢlar:
GiriĢ, I, II və IV fəsillər, nəticə - tarix elmləri doktoru, professor,
akademik
C.B.Qu liyev; III fəsil - tarix elmləri doktoru, professor
Y.A.Tokarjevski , tarix elmləri doktoru A.Ə.Məmmədov, tarix ehnləri
namizədləri A.Ġ.Xəlilov, T.Ə.Novruzov, Ə.C.Rəhimov , V və VIII fəsillər - tarix
elmləri doktoru, professor T. H. Musayeva; VI fəsil - tarix elmləri doktoru A. Ə.
Məmmədov, tarix elmləri namizədləri Z.M.Ġsayev, A.C.Muradova; VII fəsil -
A.Ə.Məmmədov, Z.M.Ġsayev; IX fəsil - C.B.Qu liyev, A.Ə.Məmmədov; X fəsil -
Y.A.Tokarjevski, A.Ə.Məmmədov, T.Musayeva, A.C.Muradova, tarix elmləri
doktoru R.E.Zeynalov; xronoloji cədvəl - Ə.C.Rəh imov ; Xülasə (rus dilində) -
T.H.Musayeva; Biblioqrafıya - C.B.Quliyev, A.Ə.Mə mmədov, Ə.C.Rəhimov.
7
I FƏSĠL
AZƏRBAYCAN SOVET SOSĠALĠST
RESPUBLĠKASININ YARANMAS I
§ 1. SOVET QURUCULUĞUNUN BAġLANMASI
Sovet hakimiyyəti Azərbaycan Sovet Sosialist Respublikasını ancaq
elan etmiĢdi, qarĢıda hələ çətin vəzifə - onu həqiqətə çevirmə k tələb olunurdu.
Labüd sual doğur: bütün Azərbaycan bu vəzifəni yerinə yetirmək üçün hazır
idimi? Ümu mən sosialist dəyiĢikliklər üçün Azərbaycan iqtisadiyyatda,
siyasətdə, sosial-maddi sahədə, mədəniyyət və ideologiyada lazımi ilkin Ģərtlərə
və əsas amillərə malik id imi? Bakı ilə Azərbaycan ərazisinin qalan hissəsinin
inkiĢaf səviyyəsi arasında keçmiĢdən irs qalmıĢ fərq in yeni respublika
quruculuğu prosesində necə aradan qaldırılması problemi də obyektiv surətdə
aydınlaĢdırılmalıd ır!
Qərəzsiz elmi araĢdırma göstərir ki, Azərbaycanın timsalında sovet
respublikası quruculuğu, əslində, onun maddi, elmi-texn iki və insan potensialını
hakim Mərkəzin məqsəd və mənafeyinə tabe etməklə aparılırdı. Mərkəzin
sosializm quruculuğu siyasətində Azərbaycanın yeri əsasən onun öz
"beynəlmiləlçilik borcunu" yerinə yetirməsi dəlili ilə əsaslandırılırdı. Həmin
siyasətin ümdə istiqa məti bunlar idi: Bakı ölkənin baĢlıca neft xəzinəs i və
Azərbaycan Sovet Ġttifaqının Ġkinci pambıq bazasıdır. "Ümu mi sosialist
vətəninin" mənafeləri ilə pərdələnən, əslində isə, "sosializm" bayrağı altında
əsarətə almaq siyasətinin incə formada davamı olan siyasət belə idi. Prinsip
etibarilə, A zərbaycanda sosializm quruculuğu bu cür intiĢar edird i. BaĢlıcası isə
bunu obyektiv surətdə izah etməyə və iĢıqlandırmağa çalıĢmaq lazımd ır. Çünki
inkar etmək olmaz ki, Azərbaycan öz tarixinin sovet dövründə də mühüm
iqtisadi, sosial-mədəni dəyiĢikliklərə nail o lmuĢdur. Azərbaycan xa lqı ə mə ksevər
xalqdır, qarĢısına çıxan böyük çətinlikləri və səhvləri aradan qaldıraraq,
ədalətsizliyə tab gətirərək yeni həyat quruculuğu naminə fədakarlıqla çalıĢmıĢdır.
* * *
Sovet hakimiyyətinin qurulması. 1920-ci il aprelin 28-də Müvəqqəti
Ġnqilab Ko mitəsi yeni höku mətin - Azərbaycan SSR Xalq Ko missarları
Sovetinin aĢağıdakı tərkibin i təsdiq etdi: N.Nərimanov - XKS-n in sədri və xalq
xarici iĢlər ko missarı; Ç.Ġldırım - xalq hərbi-dəniz iĢləri ko missarı; H.H.Su ltanov
- xalq da xili iĢlər ko missarı; Ə.H.Qarayev - xalq ə mə k və ədliyyə ko missarı;
8
Q.M.Musabəyov - xalq əkinçilik, t icarət, sənaye və ərzaq ko missarı;
M.D.Hüseynov - xalq maliyyə ko missarı; D.X.Bünyadzadə - xalq maarif və
dövlət nəzarəti ko missarı; C.Vəzirov - xalq poçt, teleqraf və yollar ko missarı;
A.Ə.Əlimov - xalq səhiyyə və himayə ko missarı.
Bu, A zərbaycanın sovet hökumətinin ilk kabineti id i. Sonralar onun
tərkib i dəfələrlə dəyiĢmiĢdir. 1920-ci ilin avqustunda isə Kiçik Xalq
Ko missarları Soveti yaradıld ı. Onun əsas vəzifəsi Azərbaycan Ġnqilab
Ko mitəsinin səlah iyyətinə aid olan məsələləri ətraflı mü zakirə etmək və
hazırla maq idi. Xalq ko missarların ın hamısı, Xa lq Təsərrüfatı ġurasının və
Fövqəladə Komissiyasının, Hərb i Ġnqilabi Səhra Tribunalın ın nümayəndələri
Kiçik Xalq Ko missarları Sovetinin ü zvü idilər.
Aprelin 29-dan etibarən Ə.H.Qarayev baĢda olmaqla Bakı Ġnqilab
Ko mitəsi də iĢləy irdi. Bakıda Ģəhər Soveti ilə yanaĢı, Bakı Qəza Ġnqilab
Ko mitəsi də fəaliyyət göstərirdi
2
. ġəhərin bütün rayonlarında yerli hakimiyyət
orqanları yaradılmıĢdı. TəĢkil edilmiĢ Mərkəzi Ko miss iya bütün fəhlələrə
müraciət edərək, onları mədənlərin, zavodların, anbarların, onlarda olan
qiymətli əĢyaların, avadanlığının mühafizəsinə ciddi nəzarət etməyə, xalq
mü lkiyyəti kimi qoru mağa çağırmıĢdı.
1920-c i il apre lin 28-də Gəncədə də hakimiyyət Ġnqilab Ko mitəsinin
əlinə keçd i. Gəncə Ġnqilab Ko mitəsinə Ġ.M.Əliyev (sədr), F.T.Əliyev,
Ġ.A.Əminbəyli (müav inlər) və baĢqaları daxil id ilər. Bakıya Gəncə Ģəhərinin
fəhlə-kəndli nü mayəndə heyəti göndərild i
3
. Elə həmin gün Quba qəzasında da
inqilab ko mitələri yaradıldı, Lən kəran Ģəhərində və qəzasında hərbi inqilab
ko mitəsi təĢkil edildi. Aprelin axırında ġamaxıda, CavanĢir qəzasında, ġamxorda,
Gədəbəy rayonunda inqilab komitələri fəaliyyət göstərirdi. Həmin vaxt
Azərbaycan Ġnqilab Komitəsi sovet iĢini təĢkil etmək üçün bütün qəzalara məsul
iĢçilər, təlimatçılar göndərmiĢdi
4
.
Ġlk vaxtlar respublikada ali qanunvericilik və icra hakimiyyətini
Azərbaycan Ġnqilab Komitəsi həyata keçirirdi. Yerlərdə sovet hakimiyyəti qəza,
məntəqə və kənd inqilab ko mitələrinin əlində idi.
Ġnqilab ko mitələrinin təĢkili prinsipləri və vəzifələri qəzalarda sinfi
təbəqələĢmənin dərəcəsi və milli tərkib, kəndlilərin siyasi Ģüuru və
mütəĢəkkilliyin in səviyyəsi nəzərə alın maqla müəyyən olunurdu. Çox vaxt inqilab
komitələrinin üzvləri sırasına digər partiyaların və cərəyanların nümayəndələri də
düĢürdü. Qəza inqilab komitələrin in rəhbərliyini daxili iĢlər ko missarlığı təyin
edirdi. Ġnqilab komitələrinin yaradılmasına kömək göstərmək üçün rəhbər partiya
və sovet iĢçiləri, inqilabi hərəkatın fəal iĢtirakçıları, respublikanın mü xtəlif
millətlərinin nü mayəndələri qəzalara göndərilmiĢdi. Onların bir ço xu yerli inqilab
komitələrinə baĢçılıq edirdi.