Azərba yca n mġLLĠ elm lər akadem ġyasi a. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 5,21 Mb.

səhifə7/223
tarix17.09.2017
ölçüsü5,21 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   223

17 

 

may)  elan  olunurdu  ki;  Azərbaycan  SSR-də  "məhkə mədə  iĢlərə  bütün  yerli 



dillərdə  baxılmasına  yol  verilir"

23

.  Azərbaycan  Ġnqilab  Komitəsinin  Xalq  Daxili 



ĠĢlər  Ko missarlığ ı  haqqında  1920-ci  il  9  iyun  tarixli  dekretində  göstərilirdi  ki, 

Azərbaycan  SSR-in  Konstitusiyası  iĢlənib  hazırlanana  qədər  o,  respublikanın  ali 

inzibati orqanıdır və Azərbaycan Ġnqilab Komitəsi onun vasitəsilə ölkənin inzibati 

idarəçiliy ini  həyata  keçirir.  Xa lq  Da xili  ĠĢlər  Ko missarlığı  aĢağıdakı  vəzifə ləri 

həyata keçirirdi: yerlərdə hakimiyyətin təĢkili; ölkənin  bütün idarəetmə aparatının 

mərkəzləĢdirilməsi;  bürün  yerli  idarəetmə  orqanlarına  inzibati  nəzarət  edilməsi. 

Respublikanın həm qəzalarında, həm də Ģəhərlərində bütün yerli icraiyyə komitələri 

və  inqilab  komitələri  inzibati  idarəçilik  baxımından  Xalq  Daxili  ĠĢlər 

Ko missarlığına tabe idilər

24



Ġstehsal  üzərində  fəhlə  nəzarətinin  yerli  orqanları,  fəhlə-kəndli  milisi, 

Azərbaycan SSR-in Fəh lə-Kəndli Müdafiə ġurası təĢkil edildi. 

Azərbaycan  milli  qoĢun  hissələrinin,  ana  dilində  ko mandirlik  etməklə 

yaradılması  böyük  hadisə  idi.  Respublikanın  sərhədlərini  gürcü  və  erməni 

qoĢunlarının  hücumlarından  qorumaq  və  Qarabağ-Zəngəzur  məsələsinə  son 

qoymaq  üçün  1920-ci  il  aprelin  29-da  Ġnqilabi  Ko mitə  qərara  almıĢdı: 

"Azərbaycan  ordusunun  hissələri  operativ  baxımdan  XI  sovet  ordusunun 

ko mandanına tabe edilir. 

XI  ordunun  hərbi  inqilab  Ģurasına  və  Hərbi-Dəniz  Ko missarlığına 

Azərbaycan  ordusunu  yenidən  təĢkil  etmək,  "Azərbaycan"  adını  saxlayaraq  onu 

fəhlə-kəndli Qızıl ordusu təməlində say tərkibinə uyğun gələn hissələrə çevirmək 

tapĢırılsın. 

Hərbi-Dəniz  Ko missarlığı  Respublikanın  müdafıəsi  üçün  təcili  olaraq  

zəhmətkeĢlərin səfərbərliyə alın ması planını iĢləyib hazırlasın, Azərbaycan SSR-in  

Fəhlə-Kəndli  Qızıl  Ordusunu  dərhal  ko mplektləĢdirmək  məqsədilə  1920-ci  il 

iyunun  6-da  Azərbaycan  Ġnqilab  Komitəsi  keç miĢ  zabitlərin,  hərbi  mə mur ların  

Xalq Hərbi-Dəniz Ko missarlığının sərəncamına keçirilməsi haqqında dekret qəbul 

etdi


26

1920-c i  il  mayın  7-də  Azərbaycan  SSR  Qızıl  Ordusunun  və  Qızıl 



Donanmasının  yaradıldığı  elan  olunmuĢdu.  Azərbaycan  Ġnqilab  Komitəsinin  bu 

barədəki  qərarında  deyilirdi  ki,  "Azərbaycan  SSR-in  yaradılmaqda  olan  Fəhlə-

Kəndli  Qızıl  Ordusu  və  Qızıl  Donanması  bu  il  mayın  2-dən  etibarən  təminat, 

məvacib  və  ailələrin  təchizatı  mənasında  Sovet  Rusiyasının  Fəhlə-Kəndli  qızıl 

ordusunun vəziyyətinə keç irilir".  

Əksinqilab  sabotaj  və  möhtəkirliyə  qarĢı  mübarizə  üzrə  Fövqəladə 

Komissiya  (FK)  təĢkil  edildi  və  Ali  Ġnqilabı  Tribunal  yaradıldı.  Dövlot 

təĢkilatlarının və ictimai təĢkilatların fəaliyyətinə nəzarət etmək üçün iyunun 9-da 

Fəhlə-Kəndli MüfəttiĢliyi (F.K.M) təsis edildi. 



18 

 

"Sənayeni,  əkinçiliyi,  nəqliyyatı  və  xalq  təsərrüfatının  digər  sahələrini 



tezliklə və planlı Ģəkildə iĢçi qüvvəsi ilə təmin etmək üçün" 1920-ci il avqustun 8-

də  Azərbaycan  Xalq  Hərbi-Dəniz  Komissarlığı üzrə "Ümumi  əmək  mükəlləfıyyəti 

haqqında"  əmr  verildi.  Həmin  əmrə  əsasən,  əhali  daimi  iĢindən  as ılı  olmayaraq, 

əslində  məcburi  surətdə  birdəfəlik  və  ya  vaxtaĢırı  olaraq  bir  sıra  peĢələr  üzrə 

mü xtəlif  növ  əmək  mükəlləfiyyətlərini  yerinə  yetirməyə  cəlb  edilirdi.  Eyni 

zamanda  "dövlət  müəssisələri,  idarələri  və  təsərrüfatlarında  Qızıl  Ordu  və 

Donanma hissələrinin iĢçi qüvvəsindən də istifadə etmə k tapĢırılırd ı"

27



Azərbaycanın qəzaları və kəndlərində birinci növbədə partiya təĢkilatları 

möhkəmləndirilirdi,  hazırlıqlı  partiya  və  sovet  qüvvələri  qəzalarda  iĢləməyə 

göndərilmiĢdi.  D.X.Bünyadzadə,  H.H.Sultanov,  S.M.Əfəndiyev,  Ə.H.Qarayev, 

Q.M.Musabəyov  və  digər  dövlət  xadimləri  qəzaların  səlahiyyətli  ko missarları 

təyin  edilmiĢdilər.  Sovet  hakimiyyətinin  ilk  aylarında  kəndlərin  bir  çoxunda yeni 

partiya  özəkləri  yaradılmıĢ,  təĢviqat  məktəbi,  savad  məktəbi  açılmıĢdı.  Qəzalarda  

partiya-təĢkilat  və  təĢviqat-təbliğat  iĢi  gücləndirilirdi,  təĢviqatçılar  hazırlayan 

həftəlik kurslarla yanaĢı, klublar və partiya məktəbləri yarad ılırdı. 

Beləliklə,  A zərbaycanda  Ģəhər  və  kəndlərdə  sosial-iqtisadi  və  mədəni 

həyatın  bütün  sahələrində  ideologiyalaĢdırma  baĢladı.  RK(b)P  Qafqaz  Diyar 

Ko mitəsinin ü zvləri, Moskvadan Bakıya ezam olunan görkəmli partiya xadimləri 

bu iĢdə fəal iĢtirak edirdilər. Azərbaycanda partiya və sovet quruculuğunun baĢlıca 

istiqamətini  onlar  müəyyənləĢdirirdilər.  Buna  görə  də  bütün  hakimiyyət  əslində 

onların  əlində  idi.  Azərbaycanın  ilk  sovet  hökumətinin  baĢ çısı  N.Nərimanov 

Moskvadan  Bakıya  yalnız  1920-ci  il  mayın  16-da  gəlmiĢdi.  Hələ  onun 

Azərbaycana  gəliĢindən  əvvəl  S.M.Kirov  və  Q.K.Orconikidze  V.Ġ.Leninə 

göndərdikləri  teleqramda  N.Nərimanova  siyasi  etimad  göstərməməyi  xahiĢ 

etmiĢdilər. 



Ġlk  iqtisadi  siyasət.  Sovet  hakimiyyəti  Azərbaycanda  özünün  iqtisadi 

siyasətini  spesifik,  mürəkkəb  və  çətin  Ģəraitdə  həyata  keçirməyə  baĢladı.  Ġri 

sənaye mərkəzi olan Bakını çıxmaqla, Azərbaycan iqtisadi baxımdan əsasən geridə 

qalmıĢ,  kəndli  ölkəsi  idi.  Burada yarımpatriarxal -yarımfeodal məiĢətin qalıqları ilə 

çulğaĢmıĢ  kapitalist  və  yarımfeodal  münasibətləri  mövcud  idi.  Azərbaycanın 

iqtisadiyyatı çoxukladlı xarakter daĢıyırdı. Onda mü xtəlif ictimai-iqtisadi ukladların 

ünsürləri  var  idi.  Regionda  baĢ  verən  müharibələr  zamanı  Azərbaycanın 

iqtisadiyyatı dağılmıĢ və əldən düĢmüĢdü. 

Azərbaycan əhalisinin təqribən ¾ dən çoxunu kəndlilər təĢkil edirdi. Ölkə 

əhalisinin  90  faizi  savadsız  idi.  Xüsusən  kənddə  mədəni həyat səviyyəsi  aĢağı  idi. 

Azərbaycanın  milli,  etnik  qrupları  özlərinin  tarixi  keçmiĢinə,  dilinə  və  dini 

etiqadına, məiĢətinə və adətlərinə,  mədəni və siyasi  inkiĢaf dərəcəsinə görə bir -

birindən xey li fərqlənirdilər. 





Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   223


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə