Azerbaijan focus


      YANVAR-MART, 2010    AZERBAIJAN FOCUS



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə4/63
tarix14.09.2018
ölçüsü1,45 Mb.
#68375
1   2   3   4   5   6   7   8   9   ...   63

14
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
2009-cu il sentyabrın 20-də “əsrin müqaviləsi”nin imzalanmasından 
15  il  keçdi.  O  zaman  ümummilli  lider  Heydər  əliyevin  qətiyyəti 
sayəsində reallaşan və azərbaycanın həssas geosiyasi müstəvidə öz 
maraqlarını  müstəqil  dövlət  kimi  təmin  etməsinə  əsas  yaradan  bu 
müqavilənin  əhəmiyyəti  daha  geniş  spektrdə  dəyərləndirilməlidir. 
O, hər şeydən öncə, xəzər dənizinin karbohidrogen yataqlarını xa-
rici investisiyaların üzünə açmaqla region ölkələrinin qərbə birbaşa 
çıxışını  təmin  etdi,  dünyanın  enerji  təchizatında  OPeK  təşkilatına 
daxil  olmayan  yeni  enerji  mənbəyinin  inkişafını  şərtləndirdi  və 
avropanın enerji təhlükəsizliyinin təmin edilməsində regionun rolunu 
artırdı. Həmin dövrdən başlayaraq, ümummilli lider Heydər əliyevin 
əsasını qoyduğu neft və xarici siyasət strategiyaları azərbaycanı re-
gional  münasibətlərin  dinamikasına  təsir  edən,  siyasi  sabitliyi,  iqti-
sadi inkişafı ilə fərqlənən əsas regional aktora çevirdi. qeyd etmək 
lazımdır  ki,  azərbaycanın  karbohidrogen  yataqlarının  istismarı  və 
dünya  bazarında  mühüm  təchizatçıya  çevrilməsi  regionun  inkişaf 
perspektivlərinin,  sabitliyin  və  təhlükəsizliyin  təmin  edilməsində 
mühüm  amildir.  Bu  gün  azərbaycan  Bakı-tbilisi-Ceyhan  (BtC), 
Bakı-tbilisi-ərzurum (Btə) əsas neft və qaz ixrac boru kəmərlərini 
istifadəyə verməklə və Bakı-tbilisi-qars (Btq) dəmir yolu layihəsini 
həyata  keçirməklə  həm  Şərq-qərb  enerji  və  nəqliyyat  dəhlizinin 
reallaşmasına,  həm  avropanın  enerji  təhlükəsizliyinə,  həm  də  re-
gionun  tranzit  əhəmiyyətinin  artmasına  öz  töhfəsini  vermiş  olur. 
Bu  layihələrdən  əldə  edilən  siyasi  və  iqtisadi  mənfəətlərlə  yanaşı, 
azərbaycan  regional  əməkdaşlığın  gücləndirilməsində  də  aparıcı 
dövlətə  çevrilmişdir. artıq  hamı  üçün  danılmaz  faktdır  ki,  regional 
əməkdaşlıq yalnız və yalnız azərbaycanın iştirakı ilə mümkündür və 
belə bir əməkdaşlıq çərçivəsindən ermənilər yararlanmaq istəyirlərsə, 
ilk öncə işğalçılıq siyasətinə son qoymalıdırlar. 
Bu gün azərbaycan hərbi sənaye kompleksi sayəsində həm hərbi 
potensialını,  həm  də  iqtisadi  qüdrətini  gücləndirir.  Hərbi  sənaye    
kompleksinin inkişafı ölkəni iqtisadi artım və ya təhlükəsizlik seçimi 
qarşısında qoymur, əksinə iqtisadi artıma müsbət təsir göstərir, müxtəlif 
sahələrin istehsal qabiliyyətini artırır və sənaye sahəsində tələb yaradır. 
qərb  ölkələrinin  beyin  mərkəzlərində  geniş  tədqiqatçı  kütləsini 
özündə cəmləşdirən hərbi sənaye kompleksi artıq azərbaycanda da 
iqtisadçılarımızın mühüm tədqiqat obyektinə çevrilməkdədir. 
Ölkə rəhbərliyinin apardığı qətiyyətli iqtisadi siyasət qloballaşan 


 YANVAR-MART, 2010  
  
15 
dünyanın  həm  çağırışlarına,  həm  də  doğurduğu  mənfi    nəticələrə 
müvəffəqiyyətlə  cavab  verir.  xüsusi  vurğulamaq  lazımdır  ki, 
azərbaycan  2009-cu  ildə  qlobal  maliyyə  böhranının  mənfi                
təsirlərindən özünü qorumağı bacardı. digər ölkələrdən fərqli olaraq, 
azərbaycan əsas diqqəti itkilərin məhdudlaşdırılmasına deyil, iqtisadi 
artımın,  gəlirlərin  müsbət  meyillərinin  saxlanmasına  yönəltmişdir. 
Ölkənin  maliyyə  resurslarında  şəffaflığın  təmin  edilməsi,  dövlətin 
özəl  sektora  daimi  diqqət  göstərməsi  həm  vətəndaşların,  həm  də 
sahibkarların, sərmayəçilərin inam və etibarının qorunmasına təkan 
vermişdir.  Böhrandan  əvvəl  ümumi  daxili  məhsulun  (üdm)  ildə 
orta  artım  səviyyəsinin  25  faizlik  yüksək  göstəriciyə  malik  olması 
iqtisadiyyatın  sağlam  əsaslar  üzərində  qurulmasını  və  istehsal 
sahələrinin inkişafının əhəmiyyətini göstərir. qeyd etmək lazımdır ki, 
dünya ölkələri iqtisadi tənəzzüllə mübarizə apardığı halda, 2009-cu 
ildə azərbaycanda üdm-in 9,3 faiz artımı müşahidə edilmiş, sənaye 
istehsalı isə 8,6 faiz artmışdır. azərbaycan qlobal iqtisadi böhrandan 
ən az əziyyət çəkən ölkədir. Bunun əsas səbəbi məhz dövlətin iqtisadi 
sahədə üzərinə düşən rolu müvəffəqiyyətlə yerinə yetirməsi, adekvat 
addımların  atılması,  liberal  konsepsiya  və  dövlətin  müdaxiləsi  ara-
sında  ziddiyyətlərin  uzlaşdırılması  və  ölkə  iqtisadiyyatının  spesifik 
xüsusiyyətlərinin nəzərə alınması olmuşdur. 
azərbaycan artıq iqtisadi inkişafın əsas göstəriciləri olan davam-
lı  iqtisadi  artıma,  orta  təbəqənin  formalaşmasına  və  yoxsulluğun 
səviyyəsinin  aşağı  salınmasına  nail  olmuşdur.  qlobal  iqtisadi  və  
maliyyə böhranı bir daha sübut etdi ki, bazar iqtisadiyyatında heç də 
adam smitin qeyd etdiyi “görünməz əl” bazarı tam olaraq tənzimləmir 
və   bazar iqtisadi səmərəliliyə gətirib çıxarmır. jozef stiqlitz haqlı     
olaraq yazır ki, bazar “mükəmməl” deyildir. qloballaşma prosesinin 
dövlətin  roluna  təsiri  haqqında  nəzəri  debatlara  müdaxilə  etmədən 
vurğulamaq lazımdır ki, dövlət məsuliyyətli tərəfdaş və tənzimləyici 
funksiyalarını  qoruyub  saxlayıbdır.  rifah  dövləti  (Welfare  state) 
anlayışının  son  zamanlar  nisbiləşməsinə  baxmayaraq,  dövlət  so-
sial  sahədə  əsas  aktor  olaraq  qalır.  Bunlar  isə  onun  ilkin  “əzəli 
funksiyalarını” (dövlətin və cəmiyyətin təhlükəsizliyinin təminatı, xa-
rici siyasətin təşkili, hüququn aliliyinin təmin edilməsi və işlək iqtisadi 
sistemin təşkili) yerinə yetirməsi ilə kifayətlənməsi baxışının yenidən 
nəzərdən keçirilməsini zəruri edir. 
əlbəttə,  həm  iqtisadi,  həm  də  siyasi  sahədə  hadisələrin  axarı-


16
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
na, beynəlxalq hüququn məğzinə və ruhuna uyğun olaraq daha le-
una uyğun olaraq daha le-
gitim, daha ədalətli dünya nizamının yaranması beynəlxalq sülh və 
təhlükəsizliyin təmin edilməsini şərtləndirir. 


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə