Azerbaijan focus


      YANVAR-MART, 2010    AZERBAIJAN FOCUS



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə8/63
tarix14.09.2018
ölçüsü1,45 Mb.
#68375
1   ...   4   5   6   7   8   9   10   11   ...   63

26
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
xətti  götürmüş  azərbaycan 
qitə  iqtisadiyyatının  enerji 
daşıyıcılarına olan tələbatının 
ödənilməsinə  öz  töhfəsini 
verir.  “əsrin  müqaviləsi”nin 
imzalanması  ilə  başlamış 
strateji  tərəfdaşlıq  artıq 
dönməz  xarakter  almışdır.  Bir  tərəfdən,  neft  və  qaz  ixracı  milli 
iqtisadiyyatın  inkişafında  misilsiz  rol  oynayır,  digər  tərəfdən  isə 
ölkənin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsində va-
cib amil kimi çıxış edir. eyni zamanda, nəzərə almaq lazımdır ki, 
energetika  sahəsində  azərbaycan-avropa  əməkdaşlığının  bütün 
potensialı  hələ  tam  işə  düşməmişdir.  enerji  təchizatında  asılılığı 
azaltmaq  üçün  yollar  axtaran avropa azərbaycanla  əməkdaşlığa 
xüsusi  əhəmiyyət  verir.  Ötən  ilin  noyabrında  Bakıda  keçirilmiş 
enerji sammiti bunun əyani nümayişi oldu. 21 ölkənin, o cümlədən 
avropa İttifaqının üzvü olan 9 ölkənin dövlət və hökumət başçıla-
rının, yüksək vəzifəli nümayəndələrinin qatıldığı sammitdə xəzər 
dənizi hövzəsində hasil edilən neft və qazın dünya və avropa ba-
zarlarına çatdırılması yollarının şaxələndirilməsi (diversifikasiyası) 
məsələsi əsas müzakirə mövzusu idi. qeyd etmək lazımdır ki, IV 
Bakı enerji sammiti azərbaycanın aparıcı tərəf kimi iştirak etdi-
yi Krakov, Vilnüs və Kiyev enerji sammitlərindən sonra Bakının 
təşkilatçılığı ilə həyata keçirilirdi. sammit enerji ehtiyatlarının həm 
hasilatı, həm də nəqli baxımından azərbaycanın avropanın enerji 
təhlükəsizliyinin təmin edilməsində əvəzedilməz rolunu xüsusi önə 
çəkmişdir.  Prezident  İlham  əliyev  sammitin  açılışında  söylədiyi 
nitqində  azərbaycanın  iqtisadi  və  siyasi  sabitliyinin,  yürütdüyü 
müstəqil xarici və iqtisadi siyasətin ölkəyə uzun müddət ərzində bu 
rolu yerinə yetirməyə imkan verdiyini bildirmişdir. 
 avropa  İttifaqı  ilə  strateji  əməkdaşlığın  inkişafı  azərbaycan 
Prezidenti  İlham  əliyevin  2009-cu  il  aprelin  sonu  və  mayın 
əvvəllərində Brüsselə və “Şərq tərəfdaşlığı” sammitinin keçirildi-
yi Çexiyaya səfəri zamanı yeni bir müstəviyə çıxdı. “azərbaycanı 
Cənubi qafqaz regionunda avropanın olduqca mühüm tərəfdaşı” 
hesab  edən  avropa  Komissiyasının  sədri  joze  manuel  Barro-
zu “artıq on ildir ki, həyata keçirilən tərəfdaşlıq və əməkdaşlıq 
sazişinin  münasibətlərdə  möhkəm  bünövrə”  olduğunu  söylədi. 
mayın 7-də Praqada avropa İttifaqı ölkələrinin və eləcə də “Şərq 
Avratlantik  məkana  inteqrasiya  sahə-
sində    Azərbaycanın  apardığı  siyasət 
həm ölkəmiz, həm də bütövlükdə regio-
nal əməkdaşlıq üçün müsbət nəticələrini 
verməkdədir. 


 YANVAR-MART, 2010  
  
27 
tərəfdaşlığı” təşəbbüsünün üzvü olan ölkələrin dövlət və hökumət 
başçılarının  sammitində  qəbul  olunan  avropa  İttifaqının  “Şərq 
tərəfdaşlığı” proqramına gəldikdə isə ölkəmizin rəhbəri bu proqra-
mın azərbaycanın avropa İttifaqı ilə əlaqələrinin daha da yaxınlaş-
masına və genişlənməsinə təkan verəcəyini bildirdi.
 azərbaycanın  dövlət  başçısı  yeni  qəbul  olunmuş  “Şərq 
tərəfdaşlığı” proqramından  çox şey gözlədiyini və onun avropa-
azərbaycan  münasibətlərinə  töhfə  verəcəyini  bəyan  etdi. 
əslində,  bu  proqram  “yeni  qonşuluq  siyasəti”nin  davamı  olaraq 
münasibətlərin  yeni  müstəvisinə  çıxış  üçün  əsaslar  yaradır.  Pre-
zident İlham əliyev onu belə dəyərləndirmişdir: “...Vacib məsələ 
odur  ki, “Şərq  tərəfdaşlığı” proqramında həm avropaya, həm də 
azərbaycana  fayda  gətirəcək  konkret  və  dəqiq  elementlər  möv-
cuddur... “Şərq tərəfdaşlığı” proqramından biz çox şey gözləyirik. 
...məqsədimiz  avropa  İttifaqının  qabaqcıl  təcrübəsinə  çıxış  əldə 
etmək, həyatımızın müxtəlif sahələrini avropa İttifaqının standart-
larına yaxınlaşdırmaq və gələcək illər üçün çiçəklənən və dayanıqlı 
ölkə qurmaqdır”.
 Hazırda avropa  İttifaqı  ilə  inteqrasiya  əlaqələri  “yeni  qonşu-
luq  siyasəti”  kontekstində  Fəaliyyət  Planının  həyata  keçirilməsi, 
“twinning”  və  “taİex”  kimi  proqramlarda  iştirak  çərçivəsində 
inkişaf  etdirilir.  avropa  İttifaqı  ilə  tərəfdaşlıq  və  yaxınlaşmanın 
möhkəmlənməsi  prosesi  “Şərq  tərəfdaşlığı”  təşəbbüsünün  irəli 
sürülməsi  ilə  əlavə  təkan  almışdır.  Həmin  təşəbbüs  azad  ticarət, 
eləcə də qarşılıqlı şəkildə viza rejiminin sadələşdirilməsi haqqında 
müqavilə daxil olmaqla, yeni assosiativ müqavilələr imzalamaq yolu 
ilə ticarət-iqtisadi, siyasi və humanitar əlaqələrin dərinləşdirilməsi 
üçün zəmin yaradır.
“Azərbaycan NATO-nun dəyərli tərəfdaşıdır”
 Bu fikri natO-nun Baş katibi yaap de Hoop sxeffer azərbay-
can Prezidenti İlham əliyevlə 2009-cu il aprelin 29-da Brüsseldə 
alyansın  mənzil-qərargahında  keçirdiyi  görüşdən  sonra  birgə 
mətbuat konfransında söyləmişdir. Özü-özlüyündə münasibətlərin 
hansı səviyyədə olduğunu göstərən bu mövqe, təbii ki, bir ilə, iki ilə 
formalaşmamışdır. artıq 15 ildir ki, azərbaycan Şimali atlantika 
alyansı ilə “sülh naminə tərəfdaşlıq” proqramı və 2005-ci ildən isə 


28
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
“Fərdi tərəfdaşlığın fəaliyyət planı” çərçivəsində uğurlu əməkdaşlıq 
edir. Ona görə də natO azərbaycanı təkcə regionda deyil, onun 
hüdudlarından  kənarda  da  həyata  keçirilən  tədbirlərdə  özünün 
tərəfdaşı sayır və  ölkəmiz ilə əməkdaşlığa üstünlük verir. xatır-
latmaq yerinə düşər ki, təkcə 2008-ci ildə azərbaycan təmsilçiləri 
natO-nun təşkil etdiyi 200-dən çox əməkdaşlıq tədbirində iştirak 
etmişdir.
 natO  ilə  azərbaycanın  münasibətləri  tarixinə  nəzər  salsaq, 
görərik  ki,  Şimali  atlantika  alyansının  bu  ölkəyə  marağı  təkcə 
azərbaycanın karbohidrogen ehtiyatları ilə zəngin olması gerçəkliyi 
ilə bağlı deyil. Bu maraq hər şeydən əvvəl həm də azərbaycanın 
regiondakı  mühüm  geosiyasi  mövqeyi  və  rolu  ilə  bağlıdır.  regi-
on həssasdır, orada qeyri-sabitlik riskləri var. unutmaq olmaz ki, 
ölkəmizi mühüm tərəfdaşa çevirən amillərdən biri də natO üzrə 
müttəfiq ölkələrin nəhəng şirkətlərinin azərbaycan iqtisadiyyatına 
çox böyük həcmdə sərmayələr yatırmasıdır və onların təhlükəsizliyi 
məsələsi  də  xüsusi  önəm  daşıyır.  digər  tərəfdən,  azərbaycanın 
əfqanıstan,  İraq  və  Kosovodakı  sülhyaratma    əməliyyatlarında,               
antiterror tədbirlərində iştirakı da natO və onun tərəfdaşları üçün 
böyük əhəmiyyət kəsb edir.
 natO-nun  Baş  katibi  avropanın  enerji  təhlükəsizliyi 
məsələlərinə toxunarkən etiraf edir:  “azərbaycan bu sahədə çox 
mühüm ölkədir, yəni bundan sonra neft və qaz təchizatı sahəsində 
daha böyük rol oynamağa başlayacaqdır... natO bu sahədə apa-
rıcı təşkilat olmasa da, enerji təhlükəsizliyi ilə bağlı müzakirələr 
təşkilatımız üçün çox vacibdir. Bu məsələlər natO çərçivəsində 
nəzərdən keçirilir. ...əgər azərbaycana və regiona nəzər salsanız, 
aydın  şəkildə  görərsiniz  ki,  enerji  təchizatı  və  boru  kəmərlərinin 
çəkilməsi enerji təhlükəsizliyində mühüm rol oynayır”.
 azərbaycanın natO ilə əməkdaşlığının faydalı və əhəmiyyətli 
bir  məqamı  da  bu  fövqəltəşkilatın  ölkəmizi  daim  narahat  edən  
dağlıq qarabağ münaqişəsi, ermənistan-azərbaycan münasibətləri 
kontekstində tutduğu mövqedir. Şimali atlantika alyansı 2009-cu 
il aprelin əvvəlində quruma daxil olan ölkələrin dövlət və hökumət 
başçılarının  strasburqda  və  Kehldə  keçirilmiş  zirvə  görüşündə 
dağlıq qarabağ münaqişəsinin mühüm bir prinsip – ərazi bütöv-
lüyü prinsipi əsasında həllini tapa biləcəyini bəyan etmişdir. Bu, 
eynən avropa İttifaqının qəbul və bəyan etdiyi qərardır ki, nəticədə 


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə