Azerbaijan focus



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə11/63
tarix14.09.2018
ölçüsü1,45 Mb.
#68375
1   ...   7   8   9   10   11   12   13   14   ...   63

 YANVAR-MART, 2010  
  
35 
hakimiyyətə  yenidən  qayıdışından  sonra  bu  istiqamətdə 
vəziyyət  dəyişdi.  rusiyanın  apardığı  böyük  geosiyasi  oyun-
da  Heydər əliyev yüksək diplomatik məharət nümayiş etdirərək 
münasibətləri  dəyişməyə,  əlaqələri  bərpa  etməyə  çalışırdı.  la-
kin  rusiyanın  tez-tez  dəyişən,  çox  zaman  sözlə  əməldə  üst-üstə 
düşməyən mövqeyi, eləcə də yeni şəraitə uyğun regionla bağlı iqti-
sadi və siyasi hədəflərini müəyyənləşdirə bilməməsi münasibətlərin 
gərgin olaraq qalmasına xidmət edirdi.
 azərbaycan Prezidenti İlham əliyev həmin dövrü xatırlayarkən 
deyir: “...təqribən 10 il bundan əvvəl rusiya ilə azərbaycan arasın-
da olan əlaqələr çox pis idi. Həmin vaxt rusiya açıq formada erməni 
separatçılarını  dəstəkləyirdi.  rusiya  bir  milyard  dollar  həcmində 
hərbi  avadanlıq  və  texnikanı  qeyri-qanuni  olaraq  ermənistana 
ötürmüşdü. Bu məsələ ilə bağlı rusiya dövlət dumasında böyük 
qalmaqal yarandı və bizim rusiya ilə münasibətlərimiz çox gərgin 
xarakter aldı”
 rusiyada  Putin  hakimiyyətə  gələndən  sonra  rəsmi  Bakı  ilə 
moskvanın  münasibətlərində  köklü  dəyişikliklər  başladı.  Onun 
hakimiyyətdə  olduğu  səkkiz  il  şəxsiyyətlərin  tarixdə  rolunu  bir 
daha təsdiq etdi. Bunu təkcə azərbaycan-rusiya münasibətlərinin 
pozitiv dinamik inkişafı ilə deyil, bütövlükdə rusiyanın özünün in-
kişafı ilə bağlı da qeyd etmək mümkündür.
 artıq rusiyanın “Putin doktrinası” adlanan yeni xarici siyasət 
strategiyasında azərbaycan prioritet ölkəyə çevrildi. Bu siyasət qarşı 
tərəfdən də lazımi dəstəyi aldı. münasibətlər sürətlə inkişaf etməyə 
başladı.  İki  ölkə  rəhbəri  arasında  yaranan  dostluq  münasibətləri 
dövlətlərin  bir-birinə  yaxınlaşmasında  əhəmiyyətli  rol  oynadı. 
terrorizmdən əziyyət çəkən azərbaycan 2002-ci ilin oktyabrında 
moskvada  “nord-ost”da  insanların  girov  götürülməsini,  2004-
cü  ilin sentyabrında Beslandakı terror aktını qətiyyətlə pislədi və 
terrorizmə  qarşı  mübarizədə  moskva  ilə  birgə  olduğunu  bildirdi. 
azərbaycanın və rusiyanın xüsusi xidmət orqanları terrorçuların 
həbs edilməsi üçün bir sıra birgə əməliyyatlar həyata keçirtdilər. 
2002-ci ildə rusiya azərbaycanla qəbələ radiolokasiya stansiyası-
nın icarəyə götürülməsi haqqında 10 illik müqavilə bağladı.
 2006-cı ildə moskva azərbaycanla münasibətlərə özünün xarici 
siyasət prioriteti kimi baxdığını bəyan etdi. Bu dövrdə artıq     azərbay-


36
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
can-rusiya  münasibətləri  istər 
iqtisadi, istərsə siyasi  sahədə 
özünün yüksəlişində idi. məhz 
həmin ərəfədə Prezident İlham 
əliyev rusiya mətbuat orqan-
larına  verdiyi  müsahibələrdə 
iki  ölkənin  münasibətlərini 
belə qiymətləndirirdi: “rusiya 
ilə  münasibətlər  bizim  xarici 
siyasətimizin çox mühüm elementlərindən biridir və mehriban qon-
şuluq nümunəsidir. Bu gün rusiya və azərbaycan rəhbərləri ara-
sında etimad və yaxın münasibətlər var. Bizdə siyasi danışıqların 
səviyyəsi çox yüksəkdir. İldən-ilə əmtəə dövriyyəsi artır. rusiyanın 
da, azərbaycanın da dinamik inkişafı üçün çox böyük potensialı-
mız var”.
 İki ölkə arasında münasibətlərin inkişafında humanitar əlaqələr 
də az əhəmiyyət kəsb etmir və bu sahədə də son illər çox işlər gö-
rülmüşdür. xüsusilə rusiyada “azərbaycan ili”nin, azərbaycanda 
“rusiya ili”nin keçirilməsi, azərbaycan diasporunun rusiya rəsmi 
dairələri  tərəfindən  dəstəklənməsi,  rus  dilinə azərbaycanda  olan 
münasibət və sair bu kimi məsələlər ölkələr arasında münasibətlərin 
möhkəmlənməsinə öz töhfələrini verir.
 moskva ilə Bakı arasında bu gün çox möhkəm siyasi və iqtisa-
di əlaqələr mövcuddur. İki ölkə arasında ötən ilin yayında Bakıda 
imzalanmış dostluq və strateji tərəfdaşlıq müqaviləsinə Cənubi 
qafqazda və xəzər regionunda təhlükəsizliyin təmin olunmasının 
ayrıca bənd kimi salınması rusiyanın niyyətlərinin ciddi olduğun-
dan  xəbər  verir.  Bu  müqavilədə  ermənistan-azərbaycan,  dağlıq 
qarabağ münaqişəsinin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və 
sərhədlərinin  toxunulmazlığını  ehtiva  edən  beynəlxalq  norma  və 
prinsiplər əsasında tezliklə tənzimlənməsi qeyd olunur. Bəyanatda 
göstərilir: “rusiya və azərbaycan münaqişə nəticəsində köçmüş və 
qaçqın düşmüş şəxslərin tezliklə könüllü şəkildə, təhlükəsiz qayı-
dışına yardım göstərəcəklər”.
 Beləliklə, azərbaycan Heydər əliyev xarici siyasət strategiyasına 
sadiq qaldığı üçün rusiyanın Cənubi qafqazdakı həyati əhəmiyyətli 
maraqları  koordinasiya  edilmiş  və  uzunmüddətli  perspektivə  he-
sablanmış kursun həyata keçirilməsi, o cümlədən Cənubi qafqaz-
2006-cı  ildə  Moskva  Azərbaycanla 
münasibətlərə  özünün  xarici  siyasət 
prioriteti  kimi  baxdığını  bəyan  etdi. 
Bu  dövrdə  artıq  Azərbaycan-Rusiya 
münasibətləri istər iqtisadi, istərsə si-
yasi sahədə özünün yüksəlişində idi. 


 YANVAR-MART, 2010  
  
37 
da, ilk növbədə, azərbaycanla etibarlı dostluq münasibətlərinin və 
çoxşaxəli qarşılıqlı münasibətlərin inkişafı təmin olunmuşdur.
 Bu kurs ona gətirib çıxarmışdır ki, ötən il iki ölkə arasında əmtəə 
dövriyyəsi 2 milyard dollara yaxın olmuşdur. Bu təkcə enerji daşıyı-
cılarını deyil, ən müxtəlif istiqamətləri əhatə edir. rusiya Prezidenti 
dmitri medvedev bütün bunlardan çıxış edərək azərbaycan Prezi-
denti İlham əliyevlə bu il aprelin 17-də keçirdiyi görüşdə bəyan 
etmişdir: “İndi ən başlıcası əldə edilmiş tempi qoruyub saxlamaq, 
iqtisadi problemlər nəticəsində əmtəə dövriyyəsinin azalmasına yol 
verməməkdir”.
 rusiyalı həmkarının fikrini dəstəkləyən Prezident İlham əliyev 
də  öz  növbəsində  bildirmişdir:  “Bizim  ölkələr  arasında  heç  bir 
problem  yoxdur...  Həm  ikitərəfli  əməkdaşlıqda,  həm  də  regional 
məsələlərdə rusiyanın və azərbaycanın baxışları bir çox cəhətdən 
üst-üstə düşür. ...Bizim münasibətlərimizi məhz strateji tərəfdaşlıq 
termini ilə ifadə etmək olar”.
 ancaq nəzərə almaq lazımdır ki, rusiya ilə bu strateji tərəfdaşlıq 
azərbaycan  xarici  siyasətinin  elan  etdiyi  digər  prioritetləri  heç 
də  gündəlikdən  çıxarmır. azərbaycan  müstəqil  xarici  siyasətində 
özünün maraqlarına cavab verən kursu seçir və prioritetlərini özü 
müəyyənləşdirir.
Türkiyə – qardaş ölkə, strateji tərəfdaş
 azərbaycanın  etibarlı  strateji  tərəfdaşı  olan  türkiyə  ilə 
münasibətlərin  möhkəmləndirilib  daha  da  genişləndirilməsi 
ölkəmizin xarici siyasətinin çox mühüm tərkib hissəsidir. Hər iki 
ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri ikitərəfli siyasi, iqti-
sadi əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynamışdır. Bu gün 
ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur, 
bütün  sahələrdə  əlaqələr  uğurla  inkişaf  edir.  türkiyə  beynəlxalq 
aləmdə  azərbaycanın  fəal  tərəfdarı  kimi  çıxış  edir.  ermənistan-
azərbaycan,  dağlıq  qarabağ  münaqişəsinin  ədalətli  həlli  üçün 
azərbaycanın göstərdiyi səyləri dəstəkləyir. türkiyə və azərbay-
can regional əməkdaşlıq prosesinin fəal və söz sahibi olan iştirakçı-
larıdır. Hər iki ölkə özünün iqtisadi-enerji imkanlarından və geosi-
yasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi 
naminə  səmərəli  istifadə  edir.  Prezident  İlham  əliyev  ötən  ilin 


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə