Azərbaycan beynəlxalq banki iLLİk hesabat 2007



Yüklə 5,44 Mb.
Pdf görüntüsü
səhifə14/42
tarix17.09.2018
ölçüsü5,44 Mb.
#68901
1   ...   10   11   12   13   14   15   16   17   ...   42

Maliyyə Hesabatları 2007
AZƏRBAYCAN BEYNƏLXALQ BANKI
53
3. Əsas Uçot Prinsiplərinin Qısa Xülasəsi (davamı)
Pul vəsaitləri və onların ekvivalentləri. Pul vəsaitləri və onların ekvivalentləri asanlıqla müəyyən nağd pul məbləğinə çevrilə bilən və dəyəri cüzi dəyişikliklərə 
məruz qalan maddələrdir. overnayt depozitlər istisna olmaqla, bütün qısamüddətli banklararası yerləşdirmələr digər banklardan alınacaq vəsaitlərə daxil edilir. blok-
laşdırılmış məbləğlər pul vəsaitləri və onların ekvivalentlərindən çıxarılır. Pul vəsaitləri və onların ekvivalentləri amortizasiya olunmuş maya dəyərində qeydə alınır.
ARMB, RFMB və GMB-də yerləşdirilmiş məcburi ehtiyatlar. ArMb, rFMb və GMb-də yerləşdirilmiş məcburi ehtiyatlar maya dəyərində qeydə alınmaqla, qrupun 
gündəlik əməliyyatlarını maliyyələşdirmək üçün nəzərdə tutulmayan məcburi ehtiyat depozitlərini əks etdirir və bu səbəbdən konsolidasiya edilmiş pul vəsaitlərinin 
hərəkəti hesabatının tərtib edilməsi məqsədilə pul vəsaitləri və onların ekvivalentlərinə aid edilmir. 
Digər banklardan alınacaq vəsaitlər. digər banklardan alınacaq vəsaitlər təsbit edilmiş və ya müəyyən edilə bilən tarixlərdə qaytarılacaq qrup tərəfindən müxbir 
banklara avans şəklində nağd pul verildiyi zaman uçota alınır. bu zaman, qrup maliyyə alətləri ilə əlaqəsi olmayan və sərbəst surətdə alınıb satıla bilməyən debitor 
borcları üzrə dilinq əməliyyatı aparmağı planlaşdırmır. digər banklardan alınacaq vəsaitlər əvvəlcə əməliyyat xərcləri də daxil olmaqla ədalətli dəyərdə uçota alınır, 
daha sonra isə amortizasiya olunmuş maya dəyərində qiymətləndirilir. 
Müştərilərə verilmiş kreditlər və avanslar. Müştərilərə verilmiş kreditlər və avanslar təsbit edilmiş və ya müəyyən edilə bilən tarixlərdə qaytarılacaq sərbəst 
surətdə alınıb satıla bilməyən qeyri-derivativ maliyyə alətləri ilə əlaqəli olmayan debitor borclarının əldə edilməsi və ya yaradılması məqsədilə müştərilərə qrup 
tərəfindən avans şəklində nağd pul verildiyi zaman uçota alınır. bu halda qrup həmin debitor borclar üzrə dilinq əməliyyatı aparmağı planlaşdırmır. Müştərilərə 
verilmiş kreditlər və avanslar əvvəlcə əməliyyat xərcləri də daxil olmaqla ədalətli dəyərdə uçota alınır, daha sonra isə amortizasiya olunmuş maya dəyərində 
qiymətləndirilir.
Amortizasiya olunmuş maya dəyərində qeydə alınan maliyyə aktivlərinin dəyərsizləşməsi. Maliyyə aktivinin ilkin uçotundan sonra baş vermiş bir və 
ya bir neçə halın (“zərər halları”) nəticəsində yaranmış və etibarlı şəkildə təxmin edilə bilən maliyyə aktivi və ya maliyyə aktivləri qrupu üzrə gələcək pul 
vəsaitlərinin məbləğinə və ya vaxtına təsir göstərən dəyərsizləşmə üzrə zərərlər mənfəət və zərər hesabatında qeydə alınır. Ayrıca qiymətləndirilən maliyyə aktivi 
(əhəmiyyətindən asılı olmayaraq) ilə əlaqədar dəyərsizləşmə üzrə zərərin baş verməsinə dair qrupda obyektiv dəlil olmadıqda, həmin aktiv analoji kredit riskinə 
malik olan maliyyə aktivləri qrupuna aid edilir və dəyərsizləşməyə görə birlikdə qiymətləndirilir. Maliyyə aktivinin dəyərsizləşməsi məsələsinə baxarkən qrupun 
nəzərə aldığı əsas amillər həmin aktivin vaxtı keçmiş statusu və hər hansı girov təminatının realizasiya oluna bilməsidir. dəyərsizləşmə üzrə zərərin baş verməsinə 
dair obyektiv əlamətlərin mövcud olmasını müəyyən edən əsas meyarlar aşağıda göstərilir:
hər hansı ödənişin gecikdirilməsi və bu zaman gecikdirilmiş ödənişin hesablaşma sistemlərindəki gecikmə ilə izah edilə bilməməsi;

borcalanın əhəmiyyətli maliyyə çətinlikləri ilə üzləşməsi və bunun bankın borcalan haqqında maliyyə məlumatları ilə təsdiqlənməsi;

borcalanın müflisləşməsi və ya onun maliyyə strukturunun yenidən təşkil edilməsi riskinə məruz qalması;

borcalana təsir göstərən milli və ya yerli iqtisadi şəraitin dəyişməsi nəticəsində onun ödəniş statusunda mənfi dəyişikliklərin baş verməsi; və ya

girovun dəyərinin bazar şərtlərinin pisləşməsi nəticəsində əhəmiyyətli dərəcədə aşağı düşməsi.

Aktivlər üçün dəyərsizləşmə üzrə zərərlərin kollektiv şəkildə qiymətləndirilməsi məqsədilə maliyyə aktivləri analoji kredit risk xüsusiyyətlərinə əsasən qruplaşdırılır. 
Həmin xüsusiyyətlər qiymətləndirilən aktivlərin müqavilə üzrə şərtlərinə uyğun olaraq borcalanlar tərəfindən bütün məbləğlərin ödənilməsi qabiliyyətinin göstəricisi 
olmaqla, bu cür aktivlər qrupu üzrə gələcək pul vəsaitləri hərəkətinin təxmin edilməsi üçün uyğundur.
dəyərsizləşmə üzrə zərərlərə qarşı kollektiv şəkildə qiymətləndirilən maliyyə aktivləri qrupuna daxil olan pul vəsaitlərinin gələcək hərəkəti həmin aktivlərin müqavilə 
üzrə pul vəsaitlərinin hərəkətinə, rəhbərliyin keçmişdə baş vermiş zərər halları nəticəsində vaxtı keçəcək məbləğlərin həcmi ilə münasibətdə təcrübəsinə və vaxtı 
keçmiş məbləğlərin geri ödənilməsinə əsasən təxmin edilir. Keçmiş dövrlərə təsir göstərməyən cari şəraitin təsirini əks etdirmək və cari dövrdə mövcud olmayan 
keçmiş şəraitin təsirini aradan qaldırmaq məqsədilə əvvəlki təcrübə müşahidə edilə bilən cari məlumatlara əsasən tənzimlənir.
Amortizasiya olunmuş maya dəyərində uçota alınan maliyyə aktivi ilə bağlı şərtlərə yenidən baxılarsa və ya bu şərtlər borcalanın və yaxud borcverənin maliyyə 
vəziyyətindəki çətinliklərə görə dəyişərsə, dəyərsizləşmənin uçotu şərtlərin dəyişməsindən əvvəlki effektiv faiz dərəcəsinə əsaslanır.
Aktivin balans dəyərini effektiv faiz dərəcəsilə diskont edilmiş gələcək pul vəsaitləri hərəkətinin cari dəyərinə (kreditlər üzrə baş verməmiş gələcək zərərlər istisna 
olmaqla) silmək üçün aktivlər üçün dəyərsizləşmə üzrə zərərlər ehtiyat hesabında qeydə alınır. Girov qoyulmuş maliyyə aktivi üzrə təxmin edilən gələcək pul 
vəsaitləri hərəkətinin cari dəyərinin hesablanması girovun əldə edilməsi və satılması xərcləri çıxılmaqla, girov nəticəsində yarana bilən (girovun olub-olmaması 
ehtimal edildikdə) pul vəsaitlərinin hərəkətini əks etdirir.


Yüklə 5,44 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə