Azərbaycan beynəlxalq banki iLLİk hesabat 2007



Yüklə 5,44 Mb.
Pdf görüntüsü
səhifə13/42
tarix17.09.2018
ölçüsü5,44 Mb.
#68901
1   ...   9   10   11   12   13   14   15   16   ...   42

52
3. Əsas Uçot Prinsiplərinin Qısa Xülasəsi (davamı)
Alqıdan sonra assosiasiya olunmuş müəssisələrin mənfəətində və zərərində qrupun payı konsolidasiya edilmiş mənfəət və zərər hesabatında, alqıdan sonra ehti-
yatlardakı dəyişikliklərdə payı isə ehtiyatlarda qeydə alınır. əgər assosiasiya olunmuş müəssisənin zərərində qrupun payı, onun assosiasiya olunmuş müəssisədəki 
payına, eləcə də hər hansı təminatsız debitor borclarına bərabər və ya ondan artıq olarsa, qrup yalnız həmin assosiasiya olunmuş müəssisənin adından üzərinə 
öhdəlik götürdüyü və ya ödənişlər etdiyi halda, gələcək zərərləri qeydə alır.
qrup və onun assosiasiya olunmuş müəssisələri arasındakı əməliyyatlar üzrə realizasiya olunmamış gəlirlər qrupun assosiasiya olunmuş müəssisələrdəki payına 
proporsional həcmdə silinir; bundan əlavə, realizasiya olunmamış zərərlər həmçinin assosiasiya olunmuş müəssisənin aktivlərinin dəyərsizləşməsi nəticəsində 
yaranmadığı halda silinir.
Əsas qiymətləndirmə üsulları. təsnifat formalarından asılı olaraq maliyyə alətləri ədalətli dəyərdə, ilkin dəyərdə və ya amortizasiya olunmuş maya dəyərində 
qeydə alınır. Həmin qiymətləndirmə üsulları aşağıda əks etdirilir.
Ədalətli dəyər müstəqil şəkildə fəaliyyət göstərən yaxşı məlumatlandırılmış müstəqil tərəflər arasında əməliyyatın ümumi şərtlər əsasında həyata keçirildiyi zaman 
aktivin mübadilə edilə bildiyi və ya öhdəliyin yerinə yetirildiyi məbləği təşkil edir. ədalətli dəyər aktiv bazarda alınıb satılan maliyyə aktivləri üzrə cari tələb 
qiymətini və maliyyə öhdəlikləri üzrə cari təklif qiymətini əks etdirir. bazar riskləri qarşılıqlı şəkildə əvəzləşdirilən aktiv və öhdəliklər ilə əlaqədar qrup qarşılıqlı 
surətdə əvəzləşdirilən risklər üzrə ədalətli dəyər göstəricilərinin müəyyən edilməsi üçün orta bazar qiymətlərindən istifadə edə bilər və xalis açıq mövqeyə müvafiq 
tələb və təklif qiyməti tətbiq edə bilər. Maliyyə aləti aktiv bazarda o zaman sərbəst surətdə alınıb satıla bilən aktivlər kimi qəbul edilir ki, onların qiymətləri haqqın-
da məlumat fond birjasında və ya digər maliyyə təşkilatından sərbəst və müntəzəm şəkildə əldə edilə bilsin və bu zaman həmin qiymətlər könüllü şəkildə bazar 
şərtləri çərçivəsində həyata keçirilən real və müntəzəm əməliyyatları əks etdirsin.
bazar qiymətləri mövcud olmayan maliyyə alətlərinin ədalətli dəyərini müəyyən etmək üçün diskont edilmiş pul vəsaitlərinin hərəkəti modeli, könüllü şəkildə həyata 
keçirilən ən son əməliyyatlar haqqında məlumata əsaslanan modellər kimi qiymətləndirmə üsulları, eləcə də investisiya qoyulan müəssisələr haqqında maliyyə 
məlumatlarının təhlili istifadə edilir. qiymətləndirmə üsulları müşahidə edilə bilən bazar məlumatları ilə dəstəklənməyən fərziyyələrin istifadə olunmasını tələb edə 
bilər. bu fərziyyələrin hər hansı birinin mümkün alternativ variantla əvəz edilməsi nəticəsində mənfəət, gəlir, aktiv və passivlərin əhəmiyyətli dərəcədə dəyişməsinə 
səbəb olacaq hallar barədə məlumat hazırkı konsolidasiya edilmiş maliyyə hesabatlarında açıqlanır.
İlkin dəyər alqı tarixinə aktivi almaq üçün ödənilmiş pul vəsaitlərini və ya onların ekvivalentlərinin məbləğini və yaxud verilmiş digər resursların ədalətli dəyərini 
əks etdirir və əməliyyat xərclərini ehtiva edir. İlkin dəyərlə qiymətləndirmə yalnız bazar qiymətləri olmayan və ədalətli dəyəri etibarlı şəkildə ölçülə bilməyən pay 
alətlərindəki investisiyalara, eləcə də açıq bazarda kotirovkası olmayan və pay alətləri ilə ödənilməli və onlara bağlı olan derivativlərə tətbiq edilir.
Əməliyyat xərcləri əlavə xərcləri əks etdirir və birbaşa olaraq maliyyə alətinin alqısı, buraxılması və ya satışı ilə əlaqəlidir. əlavə xərclər əməliyyatın həyata 
keçirilmədiyi təqdirdə yaranmayan xərclərdir. əməliyyat xərclərinə agentlərə (satış üzrə agentlər kimi fəaliyyət göstərən işçilər daxil olmaqla), məsləhətçilərə
brokerlərə və dilerlərə ödənilmiş haqq və komissiyalar, tənzimləyici orqanlar və fond birjalarına ödəmələr, eləcə də mülkiyyət hüququnun köçürülməsi üzrə vergilər 
və rüsumlar daxildir. borc öhdəlikləri üzrə mükafat və ya diskontlar, maliyyələşdirmə xərcləri, daxili inzibati və ya saxlama xərcləri maliyyə xərclərinə daxil edilmir. 
Amortizasiya olunmuş maya dəyəri əsas məbləğin ödənilməsi çıxılmaqla, lakin hesablanmış faizləri daxil etməklə, maliyyə aktivləri üçün isə dəyərsizləşmə üzrə 
zərərlər üzrə hər hansı silinməni çıxmaqla aktivlərin ilkin dəyərini əks etdirir. Hesablanmış faizlərə ilkin uçot zamanı təxirə salınmış əməliyyat xərclərinin və effektiv 
faiz metodundan istifadə etməklə ödəniş məbləği üzrə hər hansı mükafat və ya diskontun amortizasiyası daxildir. Hesablanmış faiz gəlirləri və faiz xərcləri, o 
cümlədən hesablanmış kupon gəlirləri və amortizasiya olunmuş diskont və ya mükafat (verilmə zamanı təxirə salınmış komissiyalar daxil olmaqla, əgər varsa) 
ayrıca göstərilmir və müvafiq aktiv və passivlərin balans dəyərinə daxil edilir.
Effektiv faiz metodu maliyyə alətinin balans dəyəri üzrə sabit faiz dərəcəsinin (effektiv faiz dərəcəsi) təmin edilməsi üçün faiz gəlirləri və ya xərclərinin müvafiq 
dövr ərzində uçota alınması metodudur. Effektiv faiz dərəcəsi, təxmin edilən gələcək pul ödənişlərini və ya daxilolmaları (kreditlər üzrə gələcək zərərlər xaric olmaq-
la) maliyyə alətinin gözlənilən fəaliyyət müddəti ərzində və ya müvafiq hallarda daha qısa müddət ərzində maliyyə alətinin xalis balans dəyərinə diskontlaşdıran 
dəqiq dərəcədir. Effektiv faiz dərəcəsi maliyyə aləti üçün nəzərdə tutulan dəyişkən faiz dərəcəsi üzrə kredit spredini əks etdirən mükafatlar və ya diskont və yaxud 
bazar qiymətlərindən asılı olaraq müəyyən edilməyən digər dəyişkən amillər istisna olmaqla, faiz dərəcələrinin növbəti dəyişdirilmə tarixinə qədər dəyişkən faizli 
alətlər üzrə pul vəsaitlərinin hərəkətini diskont etmək üçün istifadə edilir. bu cür mükafatlar və ya diskontlar maliyyə alətinin gözlənilən tədavül müddəti ərzində 
amortizasiya edilir. diskont dəyərinin hesablanmasına müqavilə tərəfləri arasında ödənilmiş və ya alınmış effektiv faiz dərəcəsinin tərkib hissəsini təşkil edən bütün 
komissiyalar daxildir (gəlir və xərclərin uçotu siyasətinə baxın).


Yüklə 5,44 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə