Azərbaycan beynəlxalq banki iLLİk hesabat 2007



Yüklə 5,44 Mb.
Pdf görüntüsü
səhifə12/42
tarix17.09.2018
ölçüsü5,44 Mb.
#68901
1   ...   8   9   10   11   12   13   14   15   ...   42

50
1. Giriş (davamı)
18 iyul 2007-ci il tarixində qrup İnter Protekt re AG şirkətindəki 100% iştirak payını qeyri-rezident fiziki şəxsə satmışdır. bu sazişin şərtləri əlaqəli olmayan tərəflər 
arasında həyata keçirilən əməliyyatların şərtlərinə uyğundur. 37 saylı qeydə baxın.
səhmləri 100% banka məxsus olan Azərikard MMC 3 may 1996-cı il tarixində məhdud məsuliyyətli cəmiyyət kimi yaradılmışdır. Azərikard MMC Azərbaycan res-
publikası ədliyyə nazirliyində 4 iyul 1996-cı il tarixində dövlət qeydiyyatına alınmış və 1997-ci ildən fəaliyyət göstərməyə başlamışdır. Azərikard MMC, MasterCard 
və Visa ınternational beynəlxalq ödəmə sistemlərinin lisenziyaları əsasında Azərbaycan respublikasında plastik kartlarla əməliyyatlar üzrə klirinq və prosessinq 
mərkəzi kimi fəaliyyət göstərir.
Azərikard MMC hazırda Azərbaycan respublikasında plastik kartlarla əməliyyatlar üzrə avtorizasiya və klirinq xidmətləri göstərən böyük şirkətlərdən biridir. 
Azərikard MMC-nin hüquqi ünvanı: Azərbaycan respublikası, AZ1005, bakı, nizami küçəsi, 67.
“Azərilizinq” törəmə müəssisəsi 18 iyun 1999-cu il tarixində qrup tərəfindən təsis edilmişdir. şirkətin nizamnamə kapitalı 369 min AZn təşkil edir. 29 iyul 2004-
cü il tarixində törəmə lizinq müəssisəsinin nizamnamə kapitalı qrup tərəfindən 331 min AZn məbləğində əlavə maliyyə qoyuluşu hesabına artırılmışdır. nəticədə, 
31 dekabr 2007-ci il tarixinə törəmə lizinq müəssisəsinin nizamnamə kapitalı 700 min AZn (2006: 700 min AZn) olmuşdur.
2006-cı ilin oktyabr ayında qrup “Azərilizinq” şirkətinin nizamnamə kapitalındakı iştirak payının 52.4% hissəsinin qrupla əlaqəli tərəf olmayan İngiltərənin lizinq 
şirkətinə satılması barədə müqavilə imzalamışdır. bu müqavilənin şərtləri əlaqəli olmayan tərəflər arasında həyata keçirilən əməliyyatların şərtlərinə uyğundur. 
37 saylı qeydə baxın. 14 iyun 2007-ci il tarixində “Azərilizinq” şirkətinin yeni nizamnaməsi Azərbaycan respublikası ədliyyə nazirliyində dövlət qeydiyyatından 
keçmişdir. yeni nizamnamədə şirkətin səhmdar strukturuna dəyişiklik edilmiş və şirkətin adı “Joint leasing” qsC-yə dəyişdirilmişdir. 
16 noyabr 2006-cı il tarixində səhmləri 75% qrupa məxsus olan Azərbaycan beynəlxalq bankı - Gürcüstan (“Abb-Gürcüstan”) tiflis şəhərində qeydiyyatdan keç-
mişdir. Abb-Gürcüstanın nizamnamə kapitalı Azərbaycanın kommersiya bankı və Gürcüstan respublikasının rezident fiziki şəxsi tərəfindən bərabər şəkildə ödənilmiş 
3,000,000 Gürcü larisi (Gl) məbləğində azlığın payı ilə birlikdə 12,000,000 Gl səviyyəsində elan edilmişdir. Abb-Gürcüstan Gürcüstan Milli bankı tərəfindən 
verilmiş 7 fevral 2007-ci il tarixli lisenziyaya əsasən fəaliyyət göstərir. Abb-Gürcüstan Gürcüstan respublikası, tbilisi şəhəri, Xetaqurova küçəsi 36 ünvanında 
yerləşir. 37 saylı qeydə baxın.
qrupun hazırkı konsolidasiya edilmiş maliyyə hesabatlarında əks etdirilən törəmə, assosiasiya olunmuş və birgə müəssisələri haqqında ətraflı məlumat 37 saylı 
qeyddə açıqlanır.
Bankın hüquqi ünvanı və fəaliyyət göstərdiyi ölkə. bankın hüquqi ünvanı aşağıdakı kimidir:
Azərbaycan respublikası
bakı, AZ1005,
nizami küçəsi 67
Əməliyyat valyutası. Hazırkı konsolidasiya edilmiş maliyyə hesabatlarındakı məbləğlər min Azərbaycan Manatı ilə (“AZn”) əks olunmuşdur. Azərbaycan Manatı 
(“AZn”) Azərbaycan respublikasının rəsmi valyutasıdır.
31 dekabr 2007-ci il tarixinə xarici valyuta qalıqlarının çevrilməsində istifadə olunan əsas valyuta məzənnələri: 1 Abş dolları = AZn 0.8453 (2006: 1 Abş dolları 
= AZn 0.8714)
2. Qrupun Əməliyyat Mühiti
Azərbaycan respublikasında inkişaf etməkdə olan bazar iqtisadiyyatına xas xüsusiyyətlər, o cümlədən milli valyutanın bir çox xarici ölkələrdə praktiki cəhətdən 
sərbəst dönərli valyuta hesab edilməməsi və nisbətən yüksək inflyasiya və güclü iqtisadi artım müşahidə olunmaqdadır. Azərbaycanın bank sektoru cəmiyyətin 
bu sektora olan inam səviyyəsinin azalmasına və iqtisadi şəraitin dəyişməsinə həssasdır və müntəzəm olaraq likvidlik səviyyəsinin azalması halları ilə rastlaşa 
bilər. rəhbərlik bank sektoruna təsir göstərə biləcək bütün tendensiyaları, eləcə də onların qrupun konsolidasiya edilmiş maliyyə vəziyyətinə təsirini (əgər varsa) 
qabaqcadan proqnozlaşdırmaq iqtidarında deyil.
Azərbaycan respublikasının vergi, valyuta və gömrük qanunvericiliyi müxtəlif şərhlərə və tez-tez baş verə bilən dəyişikliklərə məruz qalır. bundan əlavə, Azərbaycan 
respublikasında fəaliyyət göstərən bankların üzləşdiyi çətinliklərə müflisləşmə və iflas haqqında qanunverici bazanın təkmilləşdirilməsi zərurəti, rəsmiləşdirilmiş 
qeydiyyat və girovun hesabına borcların ödənilməsi prosedurlarının çatışmazlığı, eləcə də hüquqi və fiskal sistemlə bağlı digər çatışmazlıqlar daxildir. 


Maliyyə Hesabatları 2007
AZƏRBAYCAN BEYNƏLXALQ BANKI
51
2. Qrupun Əməliyyat Mühiti (davamı)
Azərbaycan respublikasında iqtisadi inkişafın gələcək perspektivləri Hökumətin həyata keçirdiyi iqtisadi, maliyyə və pul islahatlarının effektivliyindən, eləcə də 
vergi, hüquq, normativ və siyasi sistemin inkişafından xeyli dərəcədə asılıdır.
Qlobal maliyyə bazarlarındakı qeyri-sabitlik. qlobal maliyyə bazarlarında baş verən son hadisələr (ümumilikdə “kredit böhranı” adlandırılan) və onların təsiri, 
xüsusilə kredit bazarlarında likvidlik çatışmazlığı, bankların və yerli şirkətlərin maliyyə vəsaitlərini əldə edə bilməməsinə görə ölkədə iqtisadi artımın aşağı düşməsi 
və qrupun fəaliyyətinin qısa müddətə məhdudlaşması ehtimalı mövcuddur. 2007-ci ilin ikinci yarısından Amerikada kəskin ipoteka böhranı baş vermişdir. bu 
böhranın təsiri Amerika bazarlarından kənara çıxmışdır. belə ki, qlobal investorlar öz risklərini yenidən qiymətləndirmiş və nəticədə bu sabit mənfəət, kapital və 
derivativ bazarlarda qeyri-sabitliyə və likvidliyin aşağı düşməsinə səbəb olmuşdur. ümumiyyətlə, kredit böhranının Azərbaycan iqtisadiyyatına təsiri qlobal maliyyə 
mənbələrindən daha çox asılı olan digər inkişaf etmiş ölkələrə nisbətən az olsa da, uzunmüddətli maliyyələşdirmə səviyyəsi aşağı düşmüş və beynəlxalq maliyyə 
təşkilatları tərəfindən ayrılan maliyyə vəsaitlərinin qiyməti artmışdır. bundan əlavə, likvidlik səviyyəsinin aşağı olması qrupun borcalanlarına da təsir göstərə bilər ki, 
bu da öz növbəsində onların ödəniş qabiliyyətinə təsir göstərə bilər. rəhbərlik maliyyə bazarlarında likvidlik səviyyəsinin gələcəkdə azalması və ya qeyri-sabitliyin 
artmasının qrupun konsolidasiya edilmiş maliyyə vəziyyətinə təsirini dəqiq şəkildə təxmin etmək iqtidarında deyil.
3. Əsas Uçot Prinsiplərinin Qısa Xülasəsi
Konsolidasiya edilmiş maliyyə hesabatlarının tərtib edilməsinin əsas prinsipləri. Hazırkı konsolidasiya edilmiş maliyyə hesabatları, binaların yenidən 
qiymətləndirilməsi istisna olmaqla, beynəlxalq Maliyyə Hesabatı standartlarına (“bMHs”) uyğun olaraq ilkin dəyər prinsipinə əsasən hazırlanmışdır. sözü gedən 
konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanmasında istifadə edilən əsas uçot prinsipləri aşağıda göstərilir. Həmin uçot prinsipləri başqa cür göstərilmədiyi 
hallarda bütün dövrlərə müvafiq şəkildə tətbiq edilmişdir (5 saylı qeydə baxın). 
Fasiləsiz fəaliyyət prinsipi.
 
rəhbərlik hazırkı konsolidasiya edilmiş maliyyə hesabatlarını fasiləsiz fəaliyyət prinsipinə əsasən hazırlamışdır. belə bir mülahizədən 
istifadə edərkən rəhbərlik Azərbaycanda fəaliyyət göstərən maliyyə təşkilatları üçün mövcud əlverişli makroiqtisadi şəraiti, pul vəsaitləri üzrə müsbət daxilolmaları, 
əməliyyatların gəlirliliyini və tələb olunduqda mövcud olan xarici maliyyə resurslarından istifadəni nəzərə almışdır. Hazırkı konsolidasiya edilmiş konsolidasiya 
edilmiş maliyyə hesabatları üzrə 31 saylı qeyddə açıqlandığı kimi, 31 dekabr 2007 və 31 dekabr 2006-cı il tarixlərinə qrupun bir il müddətinə qədər məcmu 
mənfi likvidlik çatışmazlığı vardır. rəhbərlik bir il müddətinə qədər cəlb edilmiş passivlərin əvəz edilməsi üçün qrupun tələb olunan vəsaiti əldə edə biləcəyinə 
əmindir. Xüsusilə rəhbərlik hesab edir ki, 31 saylı qeyddə açıqlanan bütün passivlərin ödənilməsi tələb olunacağı halda, qrup səhmdarların davamlı dəstəyi və 
beynəlxalq maliyyə təşkilatlarının ayıracağı vəsait hesabına müvafiq resurslar əldə edə biləcəkdir. rəhbərliyin mövcud borcverənlərlə apardığı danışıqlar, 18 və 33 
saylı qeydlərdə açıqlanan xüsusi şərtlərin tətbiq edildiyi borc vəsaitlərinin həmin müqavilələrdə nəzərdə tutulan tarixlərdən əvvəl ödənilməsinin tələb olunmaması 
haqqında rəhbərliyin mövqeyini bir daha təsdiqləmişdir. 
Hesabatların imzalanmasından sonra onlara dəyişikliklərin edilməsi. qrupun səhmdarları və rəhbərliyi hazırkı konsolidasiya edilmiş maliyyə hesabatlarının 
imzalanmasından sonra onlara dəyişiklik etmək səlahiyyətinə malikdir.
Konsolidasiya edilmiş maliyyə hesabatları. törəmə müəssisələr, qrupun birbaşa və ya dolayısı ilə səsvermə hüquqlu səhmlərinin 50%-dən artıq hissəsinə sahib 
olduğu və ya qazanc əldə etmək məqsədilə onun maliyyə və əməliyyat siyasətinə nəzarət etmək gücü olduğu müəssisələr və digər təşkilatlardır (xüsusi təyinatlı 
müəssisələr daxil olmaqla). qrupun digər müəssisəyə nəzarət etməsini müəyyənləşdirərkən istifadə edilməsi və ya dəyişdirilməsi mümkün olan potensial səsvermə 
hüquqlarının mövcudluğu və təsiri nəzərə alınır. törəmə müəssisələr, onların əməliyyatları üzrə effektiv nəzarət qrupa keçdiyi andan (alqı tarixindən) konsolidasiya 
edilmiş maliyyə hesabatlarına daxil edilir və nəzarətin itirildiyi tarixdən konsolidasiya edilmiş maliyyə hesabatlarından çıxarılır. 
şirkətdaxili əməliyyatlar, qalıqlar və qrup şirkətləri arasındakı əməliyyatlar üzrə realizasiya olunmamış gəlirlər konsolidasiya edilmiş maliyyə hesabatlarından silinir; 
realizasiya olunmamış zərərlər də dəyərin əldə edilməsi halları istisna olmaqla, konsolidasiya edilmiş maliyyə hesabatlarından çıxarılır. bank törəmə müəssisələri ilə 
birlikdə qrup tərəfindən qəbul edilmiş qaydalara uyğun vahid uçot siyasəti tətbiq edir.
Azlığın payı bankın birbaşa və ya dolayısı ilə sahib olmadığı paya düşən törəmə müəssisənin xalis fəaliyyət nəticələri və xalis aktivlərinin hissəsidir. Azlığın payı 
qrupun səhmdar kapitalının ayrıca komponentini təşkil edir. 
Assosiasiya olunmuş müəssisələr. Assosiasiya olunmuş müəssisələr qrupun (birbaşa və ya dolayısı ilə) əhəmiyyətli dərəcədə təsir göstərdiyi, lakin nəzarət 
etmədiyi müəssisələrdir; qrupun bu müəssisələrin səsvermə hüquqlu səhmlərində payı adətən 20%-50% təşkil edir. Assosiasiya olunmuş müəssisələrə inves-
tisiya qoyuluşları pay iştirakı üzrə uçot metoduna əsasən qeydə alınır və əvvəlcə ilkin dəyərdə əks etdirilir. Assosiasiya olunmuş müəssisələrin balans dəyərinə 
dəyərsizləşmə üzrə yığılmış zərərlər çıxılmaqla (əgər varsa) alqı zamanı yaranan qudvil daxildir. 


Yüklə 5,44 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə