Azərbaycan beynəlxalq banki iLLİk hesabat 2007



Yüklə 5,44 Mb.
Pdf görüntüsü
səhifə9/42
tarix17.09.2018
ölçüsü5,44 Mb.
#68901
1   ...   5   6   7   8   9   10   11   12   ...   42

İllik Hesabat 2007
AZƏRBAYCAN BEYNƏLXALQ BANKI
41
keyfiyyətinin artırılması məqsədi ilə, 11 avqust 2007-ci il tarixdə müasir avadanlıqlarla
təchiz edilmiş Şəki filialını istifadəyə vermişdir. Filial fəaliyyət göstərdiyi qısa müd dət ər-
zin də artıq bir sıra əhəmiyyətli nailiyyətlər əldə etmişdir.
Göstərilənlərlə yanaşı, Şirkətin Gəncə filialı üzrə iş yenidən təşkil edilmiş, filialın işində
əsaslı dönüş yaranmasına nail olunmuşdur.
Şirkət tərəfindən hesabat ili ərzində 11 milyon manata yaxın sığorta mükafatı toplan-
mışdır. Sığorta ödənişləri təxminən 2,3 milyon manat təşkil etmişdir. Hesabat ilində
əldə olunan mənfəət Şirkətin bütün fəaliyyəti dövründə ən yüksək göstəriciyə çatmış
və təxminən 2 milyon manat təşkil etmişdir.



MÜNDƏRİCAT 
Müstəqİl Audİtorun rəyİ 
44
KonsolİdAsİyA EdİlMİş MAlİyyə HEsAbAtlArı
Konsolidasiya Edilmiş balans Hesabatı 
45
Konsolidasiya Edilmiş Mənfəət və Zərər Hesabatı 
46
Konsolidasiya Edilmiş səhmdar Kapitalında dəyişikliklər Hesabatı 
47
Konsolidasiya Edilmiş Pul Vəsaitlərinin Hərəkəti Hesabatı 
48
Konsolidasiya Edilmiş Maliyyə Hesabatları üzrə qeydlər
1  Giriş 
49
2  qrupun əməliyyat Mühiti 
50
3  əsas uçot Prinsiplərinin qısa Xülasəsi 
51
4  uçot siyasətinin tətbiqi Zamanı əhəmiyyətli uçot təxminləri və Fərziyyələr 
58
5  yeni və ya yenidən İşlənmiş standartların və onlara dair şərhlərin tətbiqi 
59
6  Mühasibat uçotu üzrə yeniliklər 
60
7  Pul Vəsaitləri və onların Ekvivalentləri 
62
8  digər banklardan Alınacaq Vəsaitlər 
63
9  Müştərilərə Verilmiş Kreditlər və Avanslar 
66
10  satıla bilən İnvestisiya qiymətli Kağızları 
72
11  Assosiasiya olunmuş Müəssisələrə İnvestisiya qoyuluşu 
73
12  binalar, Avadanlıqlar və qeyri-Maddi Aktivlər 
74
13  digər Maliyyə və sığorta Aktivləri 
75
14  digər Aktivlər 
76
15  digər banklara Ödəniləcək Vəsaitlər 
76
16  Müştəri Hesabları 
77
17  buraxılmış borc qiymətli Kağızları 
78
18  borc Götürülmüş digər Vəsaitlər 
79
19  digər Maliyyə və sığorta Passivləri 
81
20  digər Passivlər 
82
21  subordinasiyalı borc Öhdəlikləri 
82
22  nizamnamə Kapitalı 
83
23  Faiz Gəlirləri və Xərcləri 
84
24  Haqq və Komissiya Gəlirləri və Xərcləri 
84
25  bazar Faiz dərəcələrindən Aşağı/yuxarı Faiz dərəcələri ilə Aktiv/
 
Passivlərin Vaxtından əvvəl yaranması üzrə Gəlir 
85
26  İnzibati və digər əməliyyat Xərcləri 
85
27  Mənfəət Vergisi 
86
28  səhm üzrə Mənfəət 
88
29  dividendlər 
88
30  seqmentlər üzrə təhlil 
89
31  Maliyyə risklərinin İdarə Edilməsi 
91
32  Kapitalın İdarə Edilməsi 
106
33  təəhhüdlər və şərti Öhdəliklər 
107
34  Maliyyə Alətlərinin ədalətli dəyəri 
110
35  Maliyyə Alətləri növlərinin qiymətləndirmə Kateqoriyaları ilə üzləşdirilməsi 
111
36  əlaqəli tərəflərlə əməliyyatlar 
112
37  əsas törəmə və Assosiasiya olunmuş Müəssisələr 
115
38  Hesabat tarixindən sonra baş Vermiş Hadisələr 
117
Azərbaycan Beynəlxalq Bankı
31 dekabr 2007-ci il tarixinə Beynəlxalq Maliyyə Hesabatı Standartlarına 
Uyğun Konsolidasiya Edilmiş Maliyyə Hesabatları və Müstəqil Auditorun Rəyi


44
MÜSTƏQİL AUDİTORUN RƏYİ
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinə və Səhmdarlarına:
biz Azərbaycan beynəlxalq bankı və onun törəmə müəssisələrinin (“qrup”) 31 dekabr 2007-ci il tarixinə təqdim edilən konsolidasiya edilmiş balans hesabatı və 
həmin tarixdə tamamlanan il üzrə konsolidasiya edilmiş mənfəət və zərər hesabatı, səhmdar kapitalında dəyişikliklər hesabatı və pul vəsaitlərinin hərəkəti hesaba-
tından, eləcə də əsas uçot prinsiplərinin xülasəsindən və digər izahlı qeydlərdən ibarət olan konsolidasiya edilmiş maliyyə hesabatlarının audit yoxlamasını apardıq.
Maliyyə Hesabatlarının Hazırlanması üzrə Rəhbərliyin Məsuliyyəti
Hazırkı konsolidasiya edilmiş maliyyə hesabatlarının beynəlxalq Maliyyə Hesabatı standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə görə 
rəhbərlik məsuliyyət daşıyır. bu məsuliyyətə aşağıdakılar daxildir: fırıldaqçılıq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflərin olmadığı maliyyə hesabatlarının 
hazırlanması və düzgün təqdim edilməsi üçün müvafiq daxili nəzarət sisteminin yaradılması, tətbiq edilməsi və davam etdirilməsi; müvafiq uçot siyasətinin seçilməsi 
və tətbiq edilməsi; və şəraitdən asılı olaraq məqbul uçot təxminlərinin irəli sürülməsi. 
Auditorun Məsuliyyəti
bizim məsuliyyətimiz apardığımız audit yoxlamasına əsasən konsolidasiya edilmiş maliyyə hesabatlarına dair rəy bildirməkdən ibarətdir. biz audit yoxlamamızı 
beynəlxalq Audit standartları əsasında apardıq. Həmin standartların tələbinə görə, biz etik tələblərə əməl etməli və auditi elə şəkildə planlaşdırmalı və aparmalıyıq 
ki, maliyyə hesabatlarında əhəmiyyətli təhriflərin mövcud olmamasına kifayət qədər əmin olaq.
Audit yoxlamasına maliyyə hesabatlarındakı məbləğlər və açıqlamalara dair auditor sübutu əldə etmək üçün prosedurların yerinə yetirilməsi daxildir. seçilmiş 
prosedurlar auditorun mülahizəsindən, eləcə də fırıldaqçılıq və ya səhvlər nəticəsində maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərinin 
qiymətləndirilməsindən asılıdır. Həmin riskləri qiymətləndirərkən auditor müəssisənin daxili nəzarət sisteminin effektivliyinə dair rəy bildirmək üçün deyil, şəraitə 
görə müvafiq audit prosedurlarının işlənib hazırlanması məqsədilə müəssisə tərəfindən maliyyə hesabatlarının hazırlanması və düzgün təqdim edilməsi üçün 
müvafiq daxili nəzarət sistemini nəzərdən keçirir. bundan əlavə, audit yoxlamasına mövcud uçot siyasətinin uyğunluğunun və rəhbərliyin uçot təxminlərinin 
əsaslandırılmasının qiymətləndirilməsi, eləcə də maliyyə hesabatlarının ümumi təqdimatının dəyərləndirilməsi daxildir. 
biz hesab edirik ki, əldə etdiyimiz auditor sübutu rəyimizi bildirmək üçün kifayət qədər əsas verir. 
Rəy
bizim rəyimizcə, təqdim edilən konsolidasiya edilmiş maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından qrupun 31 dekabr 2007-ci il tarixinə konsolida-
siya edilmiş maliyyə vəziyyətini və həmin tarixdə tamamlanan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini beynəlxalq Maliyyə Hesabatı standartlarına 
uyğun olaraq düzgün əks etdirir.
PraysvoterhausKupers İsten Yurop B.V. Azərbaycan filialı
Bakı, Azərbaycan Respublikası
27 may 2008-ci il


Yüklə 5,44 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə