Azərbaycan beynəlxalq banki iLLİk hesabat 2007



Yüklə 5,44 Mb.
Pdf görüntüsü
səhifə6/42
tarix17.09.2018
ölçüsü5,44 Mb.
#68901
1   2   3   4   5   6   7   8   9   ...   42

28
ABB, yüksək likvidliyə malik olan dövlət qiymətli kağızlar bazarında, Milli Bank tə rə fin-
dən dövriyəyə buraxılan Dövlət Qısamüddətli Notlarına üstünlük vermişdir. Hesabat
ilində Notların alınmasına 295,2 milyon manat (2006-cı illə müqayisədə 76 milyon ma-
nat çox) sərf olunmuşdur ki, bu da ümumi reallaşdırılmış məbləğin 14.9% təşkil etmiş-
dir. Bu əməliyyatlardan ABB 2007-ci ildə 1,97 milyon manat gəlir əldə etmişdir.
ABB öz aktivlərinin səmərəliyinin yüksəldilməsi və investisiyalarının diversifikasiyası məq -
sə di ilə “Forsyth MultiStrategy” fonduna 10 milyon ABŞ dolları, Societe Generale ban kı
tərəfindən yaradılmış “Emerald Dual Income” fonduna isə 5 milyon ABŞ dolları mə b lə ğin-
də, həmin qurumların qiymətli kağızlarının alınması yolu ilə investisiyalar hə ya ta keçirmişdir.
ABB tərəfindən hesabat ilində yerləşdirilmiş depozitlərin valyutalar üzrə tərkibi aşağı-
da kı kimi olmuşdur: 21,8 milyon ABŞ dolları, 3,5 milyon avro, 67,1 milyon Britaniya
funt sterlinqi. Depozitlərin yerləşdirilməsindən 13,7 milyon manat gəlir əldə edilmişdir.
ABB, eyni zamanda, cəlbetmə bazarında əməliyyat həcmini əhəmiyyətli dərəcədə artı-
raraq, hesabat ilində pul bazarı vasitəsilə 728,3 milyon ABŞ dolları və 13,5 milyon avro
həcmində vəsait cəlb etmişdir.
Plastik kartlar. 
Plastik kart biznesi Bankın fəaliyyətinin vacib istiqamətlərindən biri
olaraq qalmaqdadır. VISA International və MasterCard International beynəlxalq ödəniş
sistemlərinin tamhüquqlu üzvü və 2007-ci ilin 2-ci yarımilliyindən başlayaraq American
Express şirkətinn Azərbaycanda eksklüziv partnyoru olan ABB, istər fiziki, istərsə də
korporativ müştərilər üçün nəzərdə tutulmuş plastik kartların buraxılması və onlardan
istifadə sahəsində xidmətlərin geniş çeşidini təqdim edir.
Hesabat ilində Bank plastik kart infrastrukturunun inkişafına xüsusi diqqət yetirmişdir.
Respublikanın 60-dan çox şəhər və qəsəbəsini əhatə edən bankomatlar şəbəkəsi İl
ərzində genişləndirilmiş, bankomatların sayı 573-ə çatdırılmışdır ki, bu da ölkədə istifadə
olunan bankomat parkının, təxminən 44%-ni təşkil edir. Plastik kartlar vasitəsilə nağdsız
hesablaşmaların inkişaf etdirilməsinə əhəmiyyətli məsələ kimi yanaşan Bank ekvayrinq
şəbəkəsini ardıcıl surətdə inkişaf etdirmişdir. Beləliklə, 2007-ci il ərzində ölkənin POS-
terminallar şəbəkəsində ABB-nin payı 45,1% faiz təşkil etmişdir (2006-cı ildə - 38,1%).
Hesabat ilinin sonuna Bankın ekvayrinq sistemi 2397 POS-terminaldan ibarət olmuşdur.
2003-cü ildən başlayaraq, Bank pensiyaların və digər sosial müavinətlərın plastik kart-
lar vasitəsilə verilməsi üzrə dövlət layihəsinin reallaşdırılmasında həlledici rol oynayır.
2003-2006-cı illərdə ABB tərəfindən ölkənin bir çox şəhər və yaşayış məntəqələrində
900 mindən artıq “Pensiyaçı” kartı verilmişdir. Hesabat ilində bu layihə üzrə işlər da-
vam etdirilmiş və ölkənin pensiyaçıları üçün daha 471 min kart buraxılmışdır.
Hesabat ilində ABB “Əmək haqqı kartı” layihəsinin inkişafına xüsusi diqqət yetirmişdir.
Hesabat dövrü ərzində Bank layihə iştirakçılarına 170 minə yaxın kart paylamışdır.
Hesabat ilinin iyul ayında ABB tərəfindən Azərbaycan bankları arasında ilk dəfə olaraq
milyonuncu plastik kart buraxılmışdır.


İllik Hesabat 2007
AZƏRBAYCAN BEYNƏLXALQ BANKI
29
Müxbir münasibətləri və beynəlxalq hesablaşmalar. 
Hesabat ilinin nəticələrinə
görə, xarici müxbir banklar vasitəsilə aparılan köçürmələrin həcmi il ərzində təxminən
1,2 dəfə artaraq, manat ekvivalentində 29,3 milyard manat, o cümlədən mədaxil üzrə
13,2 milyard manat, məxaric üzrə isə 16,1 milyard manat təşkil etmişdir.
Sənədli əməliyyatlar.
 2007-ci ildə sənədli əməliyyatlar (akkreditivlər və qarantiyalar)
üzrə ümumi dövriyyə 8,07 milyard ABŞ dollarına çatmışdır (2006-ci ildə 5,48 milyard
ABŞ dolları). Hesabat ilində 412 akkreditiv əməliyyatı aparılmışdır (o cümlədən, 288
idxal və 124 ixrac akkreditivi). Xarici ticarət subyektlərinə verilən bank zəmanətlərinin
sayı isə 2007-ci ildə 1026 olmuşdur.
Bu akkreditivlərin təsdiqini, əsas etibarilə, Wachovia, Sumitomo Mitsui Bank Corpo-
ration, Citibank, Credit Suisse, Commerzbank AG, ING Bank, Banque de Commerce
et de Placements, Calyon, UBS AG, HSBC, Bank Austria Creditanstalt AG, Bayerische
Hypo und Vereinsbank, JP Morqan Chase, American Express Bank Ltd, Societe Gene-
rale və digər tanınmış maliyyə qurumları həyata keçirmişlər.



FƏRDİ MÜŞTƏRİLƏRƏ 
XİDMƏT
İllik Hesabat 2007


32
Hesabat ilində ABB, malik olduğu, fiziki şəxslər üzrə ölkə bankları arasında ən böyük
müştəri bazasını daha da artırmışdır. Belə ki, hesabat ilinin əvvəlində Bankda 422
min müştəriyə xidmət olunurdusa, ilin sonuna onların sayı 550 minə çatmışdır. Bu
rəqəmə 900 mindən artıq “Pensiyaçı” kartının sahiblərini də əlavə etmək olar. Ban-
kın müştərilərinə hesablaşma-kassa xidmətləri, əmanətlərin qəbulu, ölkə daxilində
və ölkədənkənar təcili pul köçürmələri, fiziki şəxslərin kreditləşdirilməsi plastik kartlar,
yol çekləri və adlı çeklər, “Internet Banking”, depozit seyflərinin icarəsi və digər bank
məhsul və xidmətləri təqdim olunur.
Kassa və hesablaşma əməliyyatları.
 Kassa və hesablaşma əməliyyatlarının çeşidi
hesabat dövründə kifayət qədər genişlənmişdir. Bankın bütün xidmət qurumlarında,
habelə bankomatlar və məlumat köşkləri vasitəsilə kommunal xidmətlərin (elektrik
enerjisi, su və təbii qaz) və Azercell, Bakcell, Catel və Aztelecom şirkətlərinin mobil və
stasionar rabitədən istifadə haqlarının qəbulu təmin edilmişdir.
Hesabat ilində respublika daxilində və xaricə təcili və adi köçürmələrin sayı və həcmi
xeyli artmışdır. Belə ki, MoneyGram təcili pul köçürmələrinə dair əməliyyatların sayı 23
minə çatmış, həcmi isə 17,4 milyon ABŞ dolları təşkil etmişdir. 2006-cı illə müqayisədə
MoneyGram sistemi üzrə köçürmələrin sayı və həcmi azalmışdır ki, bu da Bank tə-
rə findən müştərilər üçün daha ucuz tariflər təklif edən bir sıra təcili pul köçürmələri


Yüklə 5,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə