Azərbaycan beynəlxalq banki iLLİk hesabat 2007



Yüklə 5,44 Mb.
Pdf görüntüsü
səhifə7/42
tarix17.09.2018
ölçüsü5,44 Mb.
#68901
1   2   3   4   5   6   7   8   9   10   ...   42

İllik Hesabat 2007
AZƏRBAYCAN BEYNƏLXALQ BANKI
33
sis temləri ilə əməkdaşlığın genişləndirilməsi ilə əlaqədardır. Belə ki, 2006-cı ilinin may
ayından ABB, təsisçisi “Russlavbank” olan “Contact” sisteminə qoşulmuşdur. İlk gün-
dən başlayaraq bu sistem üzrə əməliyyatların həcmi kifayət qədər yüksək olmuşdur.
Belə ki, hesabat ili ərzində köçürmələrin sayı 33,5 min, həcmi isə təxminən 19 milyon
ABŞ dolları təşkil etmişdir. 2006-cı ilin sonunda Bank “Migom” təcili pul kö çür mə ləri
sistemi ilə də əməkdaşlıq barədə saziş bağlayaraq, hesabat ilinin sonuna kimi 8 mil yon
manat həcmində 11,5 minə yaxın əməliyyat həyata keçirmişdir.
ABB ilə “ABB-Moskva” arasında təcili pul köçürmələrinin axını əhəmiyyətli dərəcədə
artmışdır. Belə ki, köçürmələrin həcmi təxminən 120 milyon ABŞ dollarına, sayı isə 65,1
minə çatmışdır.
ExpressMoney təcili pul köçürmələri sistemi vasitəsilə və UkrSotsBank-la ABB arasında
bağlanılmış saziş çərçivəsində aparılmış əməliyyatların sayı və həcmi cüzi olmuşdur və
müvafiq olaraq, 90 və 32,7 min manat və 249 və 78,4 min manat təşkil etmişdir.
Kredit əməliyyatları.
Fiziki şəxslərin kreditləşdirilməsinin həcmləri sürətlə inkişaf et-
mişdir. Hesabat dövründə fiziki şəxslərə verilən kreditlərin həcmi təxminən 256,14
milyon manat təşkil etmişdir (Bankın ümumi kredit portfelinin 11,8%-i). Bank istehlak
kreditləşdirməsinin müxtəlif proqramlarını təklif edir ki, bu da əhalinin uzunmüddətli
600000
500000
400000
300000
200000
100000
0
2004
2005
2006
2007
Xidmət olunan fərdi
müştərilərinin sayının artımı


34
istehlak mallarına (avtomobil, mebel, məişət texnikası və s.) tələbatını və digər zəruri
ehtiyaclarını (təhsil, turizm və s.) ödəmək alətidir. Fiziki şəxs olan müştərilərə verilmiş
kreditlərin strukturunda istehlak kreditlərinin həcmi 130,9 milyon manat (fiziki şəxslərə
verilmiş məcmu kreditlərin 51,06%), avtomobil kreditlərinin həcmi 30,12 milyon ma-
nat (fiziki şəxslərə verilmiş məcmu kreditlərin 11,75%), ipoteka kreditlərinin həcmi 14,6
milyon manat (fiziki şəxslərə verilmiş məcmu kreditlərin 5,71%) və s. təşkil etmişdir.
Plastik kartlar. 
Hesabat
 ilində VISA International və MasterCard International bey nəl-
xalq ödəniş sistemlərinin tamhüquqlu üzvü olan Bank nüfuzlu American Express Şirkəti
ilə Azərbaycanda American Express plastik kartlarının yayımlanması üzrə eksklüziv haq-
ları əldə etmişdir. Hesabat ilində American Express Gold və American Express Card
kredit kartlarının 2008-ci ilin may ayında buraxılışına başlanması üçün böyük həcmdə
işlər görülmüşdür.


İllik Hesabat 2007
AZƏRBAYCAN BEYNƏLXALQ BANKI
35
Hesabat ilində Bank plastik kartlardan istifadə infrastrukturunu da əhəmiyyətli də rə-
cə də genişləndirmiş, infrastrukturun əsas tərkib hissələri olan bankomat və məlumat
köşklərinin funksionallığını xeyli artırmışdır. Belə ki, müştərilərimiz bankomatlar şəbəkəsi
və məlumat köşkləri vasitəsilə mobil rabitə xidmətləri operatorlarının bir sıra xidmət
haqlarını, şəhər telefonlarının abunə haqlarını, kommunal xidmətlərindən istifadəyə
görə borclarını ödəyə bilərlər. ABB Azərbaycanda birinci olaraq plastik kart sahiblərinə
“KartTransfer” və MobilBank kimi nadir xidmətlər təklif etmişdir. Hesabat ilində Bank
bütün kart sahiblərinə pulsuz “Internet Banking” xidmətinin təklif edilməsini davam
etdirmişdir. Bu xidmət vasitəsilə müştərilərimiz evlərini və ya iş yerlərini tərk etmədən
kommunal xidmətlərindən və mobil rabitədən istifadə haqlarını ödəyə bilərlər.
Bankın ekvayrinq şəbəkəsi də əhəmiyyətli dərəcədə genişləndirilmişdir ki, bu da pul
dövriyyəsində nağdsız ödənişlərin xüsusi çəkisinin artırılmasına və pul dövriyyəsi siste-
minin sağlamlaşdırılmasına kömək edir.
Əmanətlər. 
Hesabat ilində əmanət hesablarına malik olan müştərilərimizin sayı 31
min, onlara məxsus müddətli əmanətlərin məbləği isə ilin sonunda 275,3 milyon ma-
nat təşkil etmişdir ki, bu da 2006-cı ilin müvafiq göstəricisi ilə müqayisədə 72,13%
artım deməkdir. Fiziki şəxslərin əmanətlərinin həcminə görə ABB Azərbaycanın bank
sistemində ən böyük depozit portfelinə malikdir.
Hesabat ilinin iyun ayında Bank əmanətlər üzrə faiz dərəcələrini, habelə, əmanətin
maksimal müddətini artırmışdır. Hazırda müştərilərimiz istəklərinə uyğun olaraq
əmanətlərini 3 aydan 5 il müddətinədək rəsmiləşdirə, hesablanmış faizləri isə hər
ayın, ilin və ya əmanət müddətinin sonunda götürə bilərlər. Bununla belə, əmanətin
məbləğinin 60-70%-i miqdarında kredit xəttindən istifadə edə və habelə, əmanətin
müddətindən və məbləğindən asılı olaraq, müxtəlif növ plastik kartları hədiyyə olaraq
əldə edə bilərlər.
Hesabat ilində Bank müştərilərinə yeni “Gənclik” depozit sertifikatları təqdim etmişdir.
Sertifikat 10 il müddətinə və illik 25%-lə dövriyyəyə buraxılır.
“Gənclik” Depozit sertifikatı, adından da göründüyü kimi, gənclərin gələcəyini və
böyüməkdə olan nəslin qayğısız gəncliyini təmin etmək üçün nəzərdə tutulmuş uzun-
müddətli investisiya məhsuludur. Sertifakatın illik faiz dərəcəsinin yüksək olması ABB-
nin bu məhsulunu fiziki şəxslər üçün əmanətlərini yerləşdirməyin və kapital qoyuluşu-
nun səmərəli və münasib vasitəsi edir.



MALİYYƏ QRUPU
İllik Hesabat 2007


38
2007-ci il dekabrın 31-nə ABB-nin Maliyyə Qrupunu aşağıdakı törəmə müəssisələr
təşkil etmişdir*:
Törəmə müəssisənin adı
Nizamnamə kapitalında ABB-nin payı, %-lə
“Azərbaycan Beynəlxalq Bankı–Moskva” MMC
100
“Azərbaycan Beynəlxalq Bankı–Gürcüstan” MMC
75
“Beynəlxalq Sığorta Şirkəti” MMC
100
“AzəriKard” MMC
100
“BusinessRabita”
100
Assosiasiya olunmuş müəssisələr
Nizamnamə kapitalında ABB-nin payı, %-lə
“Joint Leasing” QSC
47,6
*18 iyul 2007-ci il tarixində Qrup İnter Protekt Re AG şirkətindəki 100% iştirak payını satmışdır.
Aşağıda Azərbaycan Beynəlxalq Bankının şirkətlər qrupuna daxil olan müəssisələr haq-
qında qısa məlumat verilir.
“Azərbaycan Beynəlxalq Bankı – Moskva” MMC. 
“ABB-Moskva” Rusiyanın
bank bazarında 2002–ci ildən fəaliyyət göstərir, Sankt-Peterburq və Yekaterinburq
şəhərlərində iki filiala və həmçinin, Sankt-Peterburqda iki və Moskvada 9 əməliyyat
ofisinə malik dir. Fəaliyyətinin əsas istiqamətlərinə banklararası əməliyyatlar, korporativ
və fiziki müş tə ri lərə xidmət daxildir.


Yüklə 5,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə