Azərbaycan beynəlxalq banki iLLİk hesabat 2007



Yüklə 5,44 Mb.
Pdf görüntüsü
səhifə4/42
tarix17.09.2018
ölçüsü5,44 Mb.
#68901
1   2   3   4   5   6   7   8   9   ...   42


ƏSAS MALİYYƏ 
GÖSTƏRİCİLƏRİMİZ
İllik Hesabat 2007


20
2007-ci ildə ABB-nin fəaliyyətinin maliyyə nəticələri yüksək artım dinamikasına də la lət
edir. Ölkənin bank sistemində yüksək səviyyəli rəqabət mühitində Bank əsas göstəricilər
üzrə liderlik möv qeyini saxlamış, korporativ idarəetməni intensivləşdirmiş, müştəri bazası-
nın ge niş lən di ril mə sinə və müştərilərin Banka inamının daha da artmasına müvəffəq ol-
muş, gös tər di yi xid mətlərin keyfiyyətini yüksəltmişdir. Bu proseslər bankın əsas maliyyə-
iqti sadi göstə ri ci lərində, fəaliyyətinin nəticələrində müsbət əksini tapmışdır.
2007
2006
Artım
Milyon 
manat
Milyon 
ABŞ dolları
Milyon 
manat
Milyon 
ABŞ dolları
%
Aktivlər
o cümlədən müştərilərə
verilmiş kreditlər
2712,41
2035,74
3208,81
2408,3
1847,43
1038,41
2119,58
1191,38
46,82%
96,04%
Öhdəliklər
o cümlədən müştəri
hesabları
2470,12
1850,48
2922,18
2189,14
1706,19
1304,18
1957,5
1496,3
44,77%
41,89%
Səhmdar kapitalı
o cümlədən nizamnamə
kapitalı
240,74
100,0
286,63
118,3
139,71
59,32
162,04
68,06
72,31%
68,58%
Gəlirlər
o cümlədən faiz gəlirləri
komisyon gəlirləri
308,72
185,14
87,26
365,22
219,02
103,23
198,06
107,73
62,49
227,23
132,87
62,42
55,87%
71,86%
39,64%
Xərclər
209,55
247,9
145,49
166,94
44,03%
Mənfəət
o cümlədən
xalis mənfəət
99,17
74,49
117,32
88,12
52,57
37,65
60,29
43,19
88,64%
97,85%


İllik Hesabat 2007
AZƏRBAYCAN BEYNƏLXALQ BANKI
21
Aktivlər və öhdəliklərin strukturu.
 2007-ci ildə Bankın aktivləri 2,7 milyard manat
həddini keçmişdir (2006-ci illə müqayisədə 46,82% çoxdur). Aktivlərin xeyli artması
fo nunda kredit əməliyyatlarının inkişaf dinamikası da yüksək olmuşdur: müştərilərə
ve rilmiş kreditlərin həcmi 2,04 milyard manata çatmışdır ki, bu da
 əvvəlki ilin göstə ri ci-
sindən 96,04% çox olmuşdur.
Hesabat dövründə kredit qoyuluşları, əvvəlki illərdəki kimi, vəsaitlərin yerləşdirilməsinin
əsas istiqaməti olmuş və aktivlərin ümumi həcminin 75,06%-ni təşkil etmişdir.
Hesabat ilində ABB xarici banklardan, fiziki və hüquqi şəxs olan müştərilərdən sərbəst
vəsaitlərin cəlb edilməsinə xüsusi diqqət yetirmişdir. Belə ki, müştərilərdən cari və
müddətli depozitlərə cəlb olunan vəsaitlərin həcmi 1,8 milyard manata çatdırılmışdır
ki, bu da əvvəlki dövr ilə müqayisədə 41,89% çoxdur.
Gəlir və xərclərin strukturu.
 Hesabat ilinin nəticələrinə görə, ümumi gəlirlər
55,87% artaraq 308,72 milyon manata çatmışdır, o cümlədən: faiz gəlirləri 185,14
mil yon manat (71,86% artım) və komisyon gəlirləri 87,26 milyon manat (39,64% ar-
tım) təşkil etmişdir.
Gəlirlərin əsas mənbəyi, əvvəlki illərdə olduğu kimi, kredit əməliyyatlarından əldə edi-
lən gəlirlər olmuşdur: məcmu gəlirlərin strukturunda onların payı 50% təşkil etmişdir.
Komisyon gəlirlərinin əsas mənbələri plastik kartlarla əməliyyatlar (24,94%), xarici
valyuta və qiymətli kağızlarla əməliyyatlar (27,33%), kassa-hesablaşma əməliyyatları
(28,2%) olmuşdur.
Hesabat dövrü ərzində ümumi xərclər 44,03% artaraq, ilin sonuna 209,55 milyon
ma nata çatmışdır ki, burada faiz xərclərinin payı 34,76%, komisyon xərclərinin payı
3,71%, inzibati və digər əməliyyat xərclərinin payı isə 39,5% təşkil etmişdir.
Xalis mənfəət ilin nəticələrinə görə 97,85% artaraq, 74,49 milyon manata çatmışdır.
Kapital.
Hesabat dövrü ərzində Bankın nizamnamə kapitalı artırılaraq, 100,0 milyon
manata çatdırılmışdır. Bankın bölüşdürülməmiş mənfəətinin həcminin çoxalması və
nizamnamə kapitalının artması hesabına səhmdar kapitalı 72,31% artaraq, ilin sonuna
240,74 milyon manata çatmışdır.



KORPORATİV 
MÜŞTƏRİLƏRƏ XİDMƏT
İllik Hesabat 2007


24
Hesabat ilində Bank fəaliyyətinin əsasını təşkil edən korporativ biznesi əhəmiyyətli
də rəcədə möhkəmləndirmişdir. Geniş filial şəbəkəsinin, Rusiya və Gürcüstan bank ba-
zar larında törəmə qurumlarının, dünya maliyyə bazarlarında isə Bankın mövqelərini
və maraqlarını müdafiə edən nümayəndəliklərinin, habelə Bankın sığorta və lizinq sa-
hə lərində fəaliyyət göstərən törəmə müəssisələrinin korporativ müştərilərə kompleks
xid mət göstərilməsində rolu yüksək olmuşdur.
Korporativ müştərilərin sayı il ərzində 2 dəfə artaraq, 64 minə çatmışdır. Müş tə ri lə -
ri miz, əsasən, yanacaq-energetika, sənaye və tikinti, xidmət və ticarət, nəqliyyat və
ra bi tə sahələrində fəaliyyət göstərir. Bu müəssisələr sırasında “Azərbaycan Hava Yol-
ları” Dövlət Konserni, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Dövlət Neft Fon-
du, “Azərneftyanacaq”, “Azərenerji”, Azercell Telekom, “bp-AIOC”, Exxon, Kas pian
Geo fizi kal, Bakcell Telekom, Bakı Banklararası Valyuta Birjası, “CTS-Aqro”, “Azər alu mi-
ni um”, “Ground Handling Company” və digər şirkətləri qeyd etmək olar. Eyni za man-
da, Bank kiçik və orta müəssisələrlə, xarici maliyyə təsisatları ilə əməkdaşlıq edir.


Yüklə 5,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə