Azərbaycan beynəlxalq banki iLLİk hesabat 2007



Yüklə 5,44 Mb.
Pdf görüntüsü
səhifə8/42
tarix17.09.2018
ölçüsü5,44 Mb.
#68901
1   ...   4   5   6   7   8   9   10   11   ...   42

İllik Hesabat 2007
AZƏRBAYCAN BEYNƏLXALQ BANKI
39
Hesabat dövrünün nəticələrinə görə “ABB-Moskva”nın 26 bankomatı, 100-dən artıq
POS-terminalı quraşdırılmış, 11 minə yaxın plastik kartı buraxılmışdır.
Hesabat ilində ABB GarantiBank International N.V., ICICI Bank UK PLC, Banco Finan-
tia, S.A., VakifBank International AG, Banque de Commerce et de Placements SA,
Landesbank Berlin AG, Turkiye Is Bankasi A.S. və s. bankları ilə 50 milyon ABŞ dolları
məbləğində sindikatlaşdırılmış kreditin cəlb edilməsinə dair saziş imzalamışdır. Ümu mi-
likdə sindikatlaşmada dünyanın müxtəlif ölkələrindən 16 bank iştirak etmişdir.
Bununla belə, hesabat ilində Bank özü də üçüncü banklar üçün sindikatlaşdırılmış kre-
dit lərin verilməsində iştirak etmişdir. Belə ki, Bank Rusiyanın “Zapsibcombank”, “Cent-
rİnvestBank” və “Krasnodar Regional İnvestment Bank” bankları üçün təşkil olun muş
sindikatlaşmalarda iştirak etmişdir. Həmin sindikatlaşmalarda “ABB-Mosk va”nın payı,
müvafiq olaraq, 10 milyon, 10 milyon və 15 milyon rubl təşkil etmişdir.
2007-ci ildə Bankın aktivləri 81,3% artaraq, 7113,9 milyon rubla çatmışdır. Bankın kre-
dit qoyuluşları 73,8% artaraq, hesabat ilinin sonuna 4707,1 milyon rubl təşkil etmişdir.
Hesabat ilinin sonuna kapitalın həcmi 803,3 milyon rubl təşkil etmişdir.
“Azərbaycan Beynəlxalq Bankı – Gürcüstan” MMC.
 Bank 2006-cı il noyabrın 16-
da yaradılmış və 100% xarici kapitala malik rezident bankdır. Bankın nizamnamə kapi-
talı 12 milyon lari (təxminən 7 milyon ABŞ dolları) təşkil edir.
Bankın fəaliyyətinin əsas istiqamətləri korporativ və fərdi müştərilərin kre dit ləş di ril mə-
sin dən, kredit sindikatlaşdırmalarında iştirakdan, Gürcüstan emitentlərinin qiymətli ka-
ğızlarının alqı-satqısından ibarətdir. Bank dövlət əhəmiyyətli iri regional layihələrə bank
xidmətlərinin göstərilməsində, habelə onların maliyyələşdirilməsində iştirak edir.
“AzəriKard” MMC. 
“AzəriKard” MMC-nin əsas fəaliyyəti bank kartlarının hazırlanma sı
və dövriyyəyə buraxılmasından, bank kartlarının ölkədaxili və beynəlxalq nağdsız ödə-
nişlər-hesablaşmalar şəbəkəsində istifadə edilməsindən və onlar üzrə aparılan hesab-
laşmalarla əlaqədar xidmətlərin yerinə yetirilməsindən ibarətdir.
Cəmiyyətin nizamnamə kapitalında iştirak payının 100%-i ABB-yə məxsusdur. 2007-
ci ildə “AzəriKard” MMC-də xidmət göstərilən bankların sayı 26, bankomatların sayı
1219, ticarət məntəqələrində və nağd pulun verilmə şöbələrində POS-terminalların
sa yı 4691, emissiya edilmiş kartların sayı isə 2,6 milyon ədəd təşkil etmişdir.
2007-ci ildə “AzəriKard” MMC-nin əldə etdiyi nailiyyətlərdən biri Cəmiyyət tərəfindən
xidmət olunan POS-terminalların və bankomatların, American Express kartlarının qə-
bu lu üçün sertifikatlaşdırılması olmuşdur.
Hesabat ili ərzində Cəmiyyətin mənfəəti 4,55 milyon manat (2006-ci ildə - 1,76 milyon
manat) təşkil etmişdir.


40
“Joint Leasing” QSC.
 2006-cı ilin oktyabr ayında Qrup “Azərilizinq” törəmə mü əs-
si səndəki iştirak payının 52.4% hissəsini İngiltərənin lizinq şirkətinə satmışdır. Hesabat
ilinin iyul ayında Azərbaycan Ədliyyə Nazirliyi Şirkəti onun nizamnamə kapitalına xarici
şirkətin daxil olması ilə əlaqədar olaraq yenidən “Joint Leasing” adı altından qeydiy-
yatdan keçirmişdir.
2007-ci il ərzində Şirkət tərəfindən 36,2 milyon ABŞ dolları məbləğində layihələr ma-
liy yələşdirilmişdir. İlin sonuna Şirkətin lizinq portfeli 62 milyon ABŞ dollarına çatmışdır
ki, o da ölkə üzrə lizinq portfelinin təqribən 40%-ni təşkil etmişdir.
2007-cı il ərzində cəmiyyətin gəliri 4 milyon manat, xalis mənfəəti isə 225 min manat
təşkil etmişdir.
“Beynəlxalq Sığorta Şirkəti” MMC. 
Hesabat ilində öz 5 illik yubileyini qeyd etmiş
Şirkət Respublikanın Maliyyə Nazirliyindən növbəti 5 il üçün lisenziya almışdır. Hazırda
Şirkət müştərilərə 29 könüllü və 4 icbarı sığorta növü üzrə sığorta xidmətləri göstərir.
Şirkətin dinamik inkişafının təmin edilməsi üçün Korporativ müştərilərlə iş şöbəsi ya-
radılmış, işə yeni peşəkar kadrlar cəlb olunaraq, şöbələr komplektləşdirilmiş, biznesin
inkişafı ilə bağlı hər bir şöbə qarşısında yeni vəzifələr qoyulmuşdur.
Cari ildə də Şirkətin sərbəst vəsaitlərinin Respublikada fəaliyyət göstərən qabaqcıl
bank lar üzrə paylaşdırılaraq yüksək faizlərlə yerləşdirilməsi istiqamətində 2006-cı il-
də başlanmış fəaliyyət davam etdirilmişdir. Bunun nəticəsində cari ildə Şirkət həmin
və sa itlərin yerləşdirilməsindən 967 min manat əldə etmişdir. Şirkət 2007-ci il ərzində
“Azər baycan Beynəlxalq Bankı” ASC ilə yanaşı Bank Respublika, AzəriQazBank, Nikoyl,
Pa ra bank, Dekabank, Azərbaycan Mikromaliyyələşdirmə Bankı, Muğanbank, Bank of
Azer baijan, Royal Bank of Baku, Qafqaz İnkişaf Bankı və Yunayted Kredit bankla rı nın
müş tərilərinin kredit müqabilində girov qoyulmuş əmlaklarının (avtomobil və da şinmaz
əm lak) sığortalanmasını həyata keçirmişdir. Eyni zamanda il ərzində Şirkət “Azər bay-
can Beynəlxalq Bankı” ASC və AzəriQazBankla Azərbaycan Respublikası sər həd lə-
rindən kənara çıxan plastik kart sahiblərinin səyahət sığortası üzrə sığortalanmasını
da vam etdirmişdir. Bununla yanaşı Şirkət tərəfindən cari ildə bir neçə lizinq şirkəti – o
cüm lə dən, “Joint Leasing”, “AGleasing” və “Qafqazlizinq” şirkətləri ilə əməkdaşlıq
ba rə də uğurlu danışıqlar aparılmış və 2008-ci ildə əməkdaşlıq barədə razılıq əl də edil-
mişdir.
2007-ci ildə Şirkət, ilk dəfə olaraq kənd təsərrüfatı sahəsində “Kənd təsərrüfatında
bit ki məhsullarının sığortası” və “Heyvanların könüllü sığortası” üzrə fəaliyyətə başlamış
və hesabat dövründə bu növ sığorta müqavilələri üzrə 397,219,61 manat sığorta mü-
ka fa tı toplamışdır.
Şirkət, Respublikanın Şəki, Balakən, Qax, Zaqatala, Oğuz və Qəbələ rayonlarının əha-
li sinə və bölgədə fəaliyyət göstərən hüquqi şəxslərə göstərilən sığorta xid mət lə ri nin


Yüklə 5,44 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə