Azərbaycan beynəlxalq banki iLLİk hesabat 2007



Yüklə 5,44 Mb.
Pdf görüntüsü
səhifə16/42
tarix17.09.2018
ölçüsü5,44 Mb.
#68901
1   ...   12   13   14   15   16   17   18   19   ...   42

56
3. Əsas Uçot Prinsiplərinin Qısa Xülasəsi (davamı)
əldə edilmiş proqram təminatı lisenziyaları həmin proqram təminatının alınması və tətbiq edilməsi üçün çəkilmiş xərclərin əsasında kapitallaşdırılır. qrup tərəfindən 
nəzarət olunan identifikasiya edilə bilən unikal proqram təminatı ilə birbaşa əlaqəli olan tərtibat xərcləri, çəkilmiş xərclərdən artıq olan əlavə iqtisadi səmərə 
gətirəcəyi halda qeyri-maddi aktivlər kimi tanınır. Kapitallaşdırılmış xərclərə proqram təminatını tərtib edən işçilərə sərf olunan xərclər və ümumi təsərrüfat xərclərinin 
müvafiq hissəsi daxildir. Proqram təminatı ilə əlaqədar bütün digər xərclər (məs, texniki dəstək xərcləri) çəkildiyi zaman xərcə silinir. Kapitallaşdırılmış proqram 
təminatı təxmin edilən faydalı xidmət müddəti (1-4 il) ərzində bərabər çıxılmalar metoduna əsasən amortizasiya olunur.
Əməliyyat lizinqi. qrup lizinqalan qismində çıxış etdikdə və lizinq obyektlərinin mülkiyyət hüququ ilə əlaqədar risk və gəlirlər lizinqverən tərəfindən qrupa 
ötürülmədikdə, əməliyyat lizinqi müqavilələri üzrə cəmi ödənişlər lizinqin müddəti ərzində bərabər çıxılmalar metoduna əsasən mənfəət və zərər hesabatında qeydə 
alınır.
digər müqavilələrdə nəzərdə tutulan lizinq a) müqavilənin yerinə yetirilməsi konkret aktiv və ya aktivlərin istifadəsi ilə əlaqəli olub-olmadıqda və b) müqavilədə 
aktivdən istifadə hüququnun ötürülməsi nəzərdə tutulub-tutulmadıqda ayrılır.
Digər banklara ödəniləcək vəsaitlər. digər banklara ödəniləcək vəsaitlər, müxbir banklar tərəfindən qrupa nağd pul və ya digər aktivlər verildiyi andan qeydə 
alınır. qeyri-derivativ maliyyə öhdəlikləri amortizasiya olunmuş maya dəyərində qeydə alınır. qrup verdiyi borcları geri aldıqda, həmin borc öhdəlikləri konsolidasiya 
edilmiş balansdan silinir və öhdəliyin balans dəyəri ilə ödənilmiş məbləğ arasındakı fərq borcun vaxtından əvvəl ödənilməsi üzrə yaranan gəlir və ya xərclərə daxil 
edilir.
Müştəri hesabları. Müştəri hesabları fiziki şəxslər, dövlət müəssisələri və ya hüquqi şəxslər qarşısında olan qeyri-derivativ maliyyə öhdəliklərini əks etdirir və 
amortizasiya olunmuş dəyərdə qeydə alınır. 
Buraxılmış borc qiymətli kağızları. buraxılmış borc qiymətli kağızlarına qrup tərəfindən buraxılan borc vərəqələri, istiqrazlar və depozit sertifikatları daxildir. 
buraxılmış borc qiymətli kağızları amortizasiya olunmuş maya dəyərində qeydə alınır. qrup buraxdığı borc qiymətli kağızlarını geri aldıqda, həmin borc öhdəlikləri 
konsolidasiya edilmiş balansdan silinir və öhdəliyin balans dəyəri ilə ödənilmiş məbləğ arasındakı fərq borcun ödənilməsi üzrə yaranan gəlirlərə daxil edilir.
Borc götürülmüş digər vəsaitlər. borc götürülmüş digər vəsaitlər yerli qeyri-bank və beynəlxalq maliyyə təşkilatları qarşısında qeyri-derivativ maliyyə öhdəliklərini 
əks etdirir və amortizasiya olunmuş maya dəyərində qeydə alınır.
Subordinasiyalı borc öhdəlikləri. subordinasiyalı borc öhdəlikləri beynəlxalq maliyyə təşkilatları qarşısında uzunmüddətli qeyri-derivativ öhdəlikləri əks etdirir və 
amortizasiya olunmuş maya dəyərində qeydə alınır. subordinasiyalı borc öhdəlikləri likvidasiya zamanı bütün digər kreditor borclarından sonra ödənilir və qrupun “ıı 
dərəcəli kapitalına” daxil edilir.
Mənfəət vergisi. Mənfəət vergisi hazırkı konsolidasiya edilmiş maliyyə hesabatlarında qrup şirkətinin fəaliyyət göstərdiyi ölkənin qanunvericiliyində qüvvədə 
olan və ya hesabat tarixinə qüvvəyə minmiş müvafiq qanunverici normalara uyğun olaraq hesablanmışdır. Mənfəət vergisi xərci cari və təxirə salınmış mənfəət 
vergisindən ibarət olub, konsolidasiya edilmiş mənfəət və zərər hesabatında qeydə alınır. lakin, həmin və ya başqa dövrdə bilavasitə kapital hesablarında qeydə 
alınan əməliyyatlara aid olan vergilər bilavasitə kapital hesablarında qeydə alınır. 
Cari mənfəət vergisi, cari və əvvəlki dövrlər üzrə vergiyə cəlb edilən mənfəət və ya zərər ilə əlaqədar vergi orqanlarına ödəniləcək və ya onlardan geri alınacaq 
məbləği təşkil edir. Vergiyə cəlb edilən mənfəət və ya zərər, konsolidasiya edilmiş maliyyə hesabatlarının müvafiq vergi bəyannamələrinin təqdim olunmasından 
əvvəl təsdiqləndiyi halda təxmini göstəricilərə əsasən hesablanır. Mənfəət vergisindən başqa digər vergilər inzibati və digər əməliyyat xərcləri kimi qeydə alınır.
təxirə salınmış mənfəət vergisi balans passivi metodundan istifadə etməklə, aktiv və passivlərin vergi bazası və maliyyə hesabatları məqsədləri üçün onların balans 
dəyəri arasında yaranan keçmiş illərin vergi zərəri və bütün müvəqqəti fərqlər üçün hesablanır. İlkin uçot zamanı istisna hal olaraq, əgər əməliyyat maliyyə mənfəəti 
və vergiyə cəlb edilən mənfəətə təsir göstərmirsə, aktiv və passivin ilkin qeydə alınması nəticəsində yaranan müvəqqəti fərqlər üzrə təxirə salınmış vergi hesab-
lanmır (biznes birləşməsi halları istisna olmaqla). təxirə salınmış vergi qalıqları, qüvvədə olan və ya hesabat tarixinə qüvvəyə minmiş vergi dərəcələrinə əsasən 
müvəqqəti fərqlərin qaytarılacağı və ya keçmiş illərdən yığılmış vergi zərərlərinin istifadə ediləcəyi dövrdə tətbiq edilməli vergi dərəcələrindən istifadə etməklə 
hesablanır. təxirə salınmış vergi aktiv və passivləri yalnız qrupun ayrı-ayrı şirkətləri arasında qarşılıqlı şəkildə əvəzləşdirilir. Gəlirdən çıxılan müvəqqəti fərqlər üzrə 
təxirə salınmış vergi aktivləri və keçmiş illərdən yığılmış vergi zərərləri o zaman hesablanır ki, bu çıxılmaların realizasiya oluna bilməsi üçün gələcəkdə kifayət qədər 
vergiyə cəlb ediləcək mənfəətin mövcudluğu ehtimal edilsin. 


Maliyyə Hesabatları 2007
AZƏRBAYCAN BEYNƏLXALQ BANKI
57
3. Əsas Uçot Prinsiplərinin Qısa Xülasəsi (davamı)
təxirə salınmış mənfəət vergisi qrup tərəfindən dividendlərlə əlaqədar törəmə müəssisələrin siyasətinə nəzarət edilməsi halları və müvəqqəti fərqlərin yaxın 
gələcəkdə dividendlər vasitəsilə və ya başqa şəkildə qeydə alınmayacağı ehtimalının mövcud olduğu hallar istisna olmaqla, törəmə müəssisələrin alqısından sonra 
yaranan bölüşdürülməmiş mənfəət üzrə hesablanır.
Qeyri-müəyyən vergi mövqeləri. qrupun qeyri-müəyyən vergi mövqeləri rəhbərlik tərəfindən hər balans tarixində qiymətləndirilir. rəhbərlik qrupun vergi 
mövqeyinə vergi orqanları tərəfindən etiraz edildiyi halda, əlavə vergi öhdəliklərinin yaranmasını ehtimal etdikdə, vergi öhdəlikləri nəzərə alınmır. bu cür 
qiymətləndirmə qüvvədə olan və ya balans tarixinə qüvvəyə minmiş vergi qanunvericiliyinin təfsirinə və bu məsələlərə dair hər hansı məhkəmə və ya digər qurum-
ların məlum qərarlarına əsasən aparılır. Mənfəət vergisi istisna olmaqla, cərimələr, penyalar və vergilər üzrə öhdəliklər balans tarixinə öhdəliklərin yerinə yetirilməsi 
üçün zəruri olan xərclərə dair rəhbərliyin ən yaxşı təxminləri əsasında uçota alınır. 
Öhdəliklər və məsrəflər üzrə ehtiyatlar. Öhdəliklər və məsrəflər üzrə ehtiyatlara qeyri-müəyyən müddət və ya məbləğə malik olan qeyri-maliyyə xarakterli 
öhdəliklər daxildir. qrup keçmiş hadisələr nəticəsində yaranan öhdəliklərə malik olduqda (hüquqi və ya işgüzar praktikadan irəli gələn) ehtiyatlar maliyyə hesabat-
larında əks etdirilir. bu zaman, həmin öhdəliklərin yerinə yetirilməsi üçün qrupdan iqtisadi resursların sərf olunması tələb edilə bilər və öhdəliklərin məbləği kifayət 
qədər dəqiq ölçülə bilər. 
Kreditor borcları. Kreditor borcları qarşı tərəfin müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməsi zamanı qeydə alınır və amortizasiya olunmuş maya dəyərində qeydə 
alınır. 
Səhm mükafatı. səhmlərin emissiyası zamanı nizamnamə kapitalına qoyuluşların (əməliyyat xərclərini çıxmaqla) buraxılmış səhmlərin nominal dəyərindən artıq 
olan hissəsi səhmdar kapitalında dəyişikliklər hesabatında səhm mükafatı kimi uçota alınır.
Dividendlər. dividendlər elan edildikləri dövrdə kapital hesablarında əks etdirilir. balans tarixindən sonra, lakin konsolidasiya edilmiş maliyyə hesabatlarının 
imzalanmasından əvvəl elan edilmiş dividendlər haqqında məlumat “hesabat tarixindən sonra baş vermiş hadisələr” qeydində açıqlanır. Mənfəətdən dividendlər və 
digər ödənişlər bankın yerli qanunvericiliyə uyğun hazırlanmış mühasibat hesabatlarına əsasən həyata keçirilir. Azərbaycan qanunvericiliyində cari ilin xalis mənfəəti 
bölüşdürmənin əsası kimi müəyyən edilir. 
Gəlir və xərclərin uçotu. Faiz gəlir və xərcləri konsolidasiya edilmiş mənfəət və zərər hesabatında bütün borc alətləri üçün effektiv faiz metodundan istifadə 
etməklə hesablama metoduna əsasən qeydə alınır. bu metod, faiz gəlir və xərclərinin bir hissəsi kimi müqavilə tərəfləri arasında ödənilmiş və ya alınmış effektiv 
faiz dərəcəsinin tərkib hissəsi olan bütün haqları, əməliyyat xərclərini və digər mükafat və ya diskont edilmiş vasitələri təxirə salır. 
Effektiv faiz dərəcəsində əks olunan haqlara maliyyə aktivinin yaradılması və ya alınması, yaxud maliyyə passivinin buraxılması ilə əlaqədar müəssisə tərəfindən 
əldə edilmiş və ya ödənilmiş buraxılma haqları daxildir (məsələn, ödəmə qabiliyyətinin qiymətləndirilməsi, zəmanətlərin və ya girovun dəyərləndirilməsi və qeydə 
alınması, maliyyə alətinin şərtlərinin razılaşdırılması və əməliyyat sənədlərinin işlənməsi haqları). bazar faiz dərəcələri ilə kreditlərin verilməsi məqsədilə qrup 
tərəfindən əldə edilmiş haqlar, qrupun xüsusi kredit müqaviləsi imzalayacağı ehtimal edildikdə və həmin müqavilə əsasında əldə etdiyi krediti dərhal üçüncü tərəfə 
borc verəcəyi gözlənilmədikdə, effektiv faiz dərəcəsində əks olunur. Kreditlərin verilməsi üzrə öhdəliklər qrup tərəfindən mənfəət və zərər hesabatında ədalətli 
dəyərlə qeydə alınan maliyyə passivləri kimi göstərilmir.
Kreditlərin və digər borc alətlərinin qaytarılması şübhəli olduqda, onların dəyəri gözlənilən pul vəsaitləri hərəkətinin cari dəyərinə qədər azaldılır və bu kreditlər üzrə 
faiz gəlirləri sonradan mümkün zərərlərin qiymətləndirilməsi üçün istifadə edilmiş effektiv faiz dərəcəsi nəzərə alınmaqla cari dəyər diskontunun geri qaytarılması 
üçün qeydə alınır.
bütün digər haqq, komissiya, o cümlədən plastik kartlar üzrə haqq və komissiyalar, gəlir və xərclər əsasən göstərilməli olan bütün xidmətlərin nisbəti kimi 
göstərilmiş faktiki xidmətlərin əsasında müəyyən edilən konkret əməliyyatın başa çatdırılması nəzərə alınmaqla hesablama metodu ilə qeydə alınır. Kreditin 
sindikatlaşdırılması üzrə haqlar sindikasiya başa çatdırıldıqda və qrup kredit paketinin heç bir hissəsini özündə və eyni effektiv faiz dərəcəsilə digər iştirakçılar üçün 
saxlamadıqda gəlir kimi qeydə alınır.
danışıqlar və ya üçüncü tərəf üçün əməliyyatların aparılmasına (məsələn, kreditlərin, səhmlərin və ya digər qiymətli kağızların alınması və yaxud müəssisənin alqısı 
və ya satışı) dair danışıqlarda iştirak nəticəsində ödənilən haqq və komissiyalar göstərilən əməliyyatın başa çatdığı tarixdə qeydə alınır. İnvestisiya portfelinin idarə 
olunması üzrə komissiya gəlirləri və digər idarəetmə və məsləhət xidmətləri, adətən zaman nisbəti prinsipinə əsasən xidmətlərin göstərilməsinə dair müqavilələrin 
şərtlərinə uyğun olaraq əks etdirilir. İnvestisiya fondlarındakı aktivlərin idarə olunması üzrə komissiya gəlirləri bu cür xidmətlərin göstərildiyi dövr ərzində proporsi-
onal şəkildə qeydə alınır. Eyni prinsip, uzun müddət ərzində ardıcıl olaraq göstərilən maddi rifahın idarə olunması, maliyyə planlaşdırması və depozitari xidmətləri 
üçün tətbiq edilir.


Yüklə 5,44 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə