Azərbaycan beynəlxalq banki iLLİk hesabat 2007



Yüklə 5,44 Mb.
Pdf görüntüsü
səhifə17/42
tarix17.09.2018
ölçüsü5,44 Mb.
#68901
1   ...   13   14   15   16   17   18   19   20   ...   42

58
3. Əsas Uçot Prinsiplərinin Qısa Xülasəsi (davamı)
Xarici valyutanın yenidən qiymətləndirilməsi. qrupun konsolidasiya edilmiş müəssisələrinin funksional valyutası həmin müəssisələrin fəaliyyət göstərdiyi əsas iq-
tisadi mühitin valyutası hesab edilir. bankın funksional və qrupun hesabat valyutası Azərbaycan respublikasının milli valyutası olan Azərbaycan Manatıdır (“AZn”).
 
Monetar aktiv və passivlər, ArMb-nin müvafiq hesabat tarixinə qüvvədə olan rəsmi valyuta məzənnəsinə əsasən hər bir müəssisənin funksional valyutasına 
çevrilir. bu cür əməliyyatlar üzrə hesablaşmaların həyata keçirilməsi və ArMb-nin ilin sonuna olan rəsmi valyuta məzənnəsi ilə monetar aktiv və passivlərin hər 
bir müəssisəsinin funksional valyutasına çevrilməsi nəticəsində yaranan müsbət və mənfi məzənnə fərqləri mənfəət və zərər hesabatında qeydə alınır. İlin sonuna 
qüvvədə olan valyuta məzənnəsi ilə yerli valyutaya çevrilmə qeyri-monetar maddələrə, o cümlədən pay vasitələrinə tətbiq edilmir. Məzənnə dəyişikliklərinin pay 
qiymətli kağızların ədalətli dəyərinə təsiri ədalətli dəyər üzrə yenidən qiymətləndirmə nəticəsində gəlir və ya xərclərin bir hissəsi kimi qeydə alınır. 
Hər bir qrup müəssisəsinin əməliyyat nəticələri və maliyyə vəziyyəti (bu müəssisələrdən heç birinin funksional valyutası hiperinflyasiya iqtisadiyyatlı ölkələrin 
valyutası deyil) aşağıdakı şəkildə hesabat valyutasına çevrilir: 
təqdim edilmiş hər bir balans üzrə aktiv və passivlər, balans tarixinin sonuna qüvvədə olan məzənnə ilə çevrilir; 
ı. 
hər bir mənfəət və zərər hesabatı üzrə gəlir və xərclər orta məzənnə ilə yenidən qiymətləndirilir (əgər həmin orta məzənnə əməliyyat tarixinə məzənnələrin 
ıı. 
məcmu təsirinə əsaslı şəkildə yaxın olmadıqda, gəlir və xərclər əməliyyat tarixinə qüvvədə olan məzənnə ilə çevrilir); və 
bütün məzənnə fərqləri kapital hesabında ayrıca komponent kimi əks etdirilir.
ııı. 
törəmə müəssisə satış, ləğv etmə, nizamnamə kapitalının ödənilməsi, həmçinin tam və ya qismən silinmə yolu ilə realizasiya edildikdə, kapitala daxil edilmiş 
məzənnə fərqləri mənfəət və zərərə aid edilməlidir. 
Əvəzləşdirmə. Maliyyə aktiv və passivlərinin əvəzləşdirilməsi və xalis məbləğin konsolidasiya edilmiş balansa daxil edilməsi, qeydə alınmış məbləğlərin 
əvəzləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş hüquq, eləcə də əvəzləşdirməni aparmaq və ya eyni zamanda aktivi realizasiya edərək passivi ödəmək 
niyyəti mövcud olduğu hallarda həyata keçirilə bilər.
İşçilərə sərf olunan xərclər və müvafiq ayırmalar. əmək haqları, məvaciblər, Azərbaycan respublikası dövlət sosial Müdafiə Fonduna ödənişlər, məzuniyyət və 
bülletenlər üzrə illik ödənişlər, mükafatlar və pul şəklində olmayan imtiyazlar qrupun işçiləri tərəfindən müvafiq xidmətlər göstərildikdə hesablanır. 
Seqmentlər üzrə hesabat. seqment, məhsulların təqdim edilməsi və ya xidmətlərin göstərilməsi (biznes seqmenti) ilə bağlı olan, riskləri və səmərəsi digər 
seqmentlərdən fərqlənən qrupun identifikasiya edilə bilən komponentidir. Gəlirlərinin böyük hissəsi kənar müştərilərə satışlar hesabına yaranan və gəlirləri, 
maliyyə nəticəsi və ya aktivləri bütün seqmentlərin ümumi aktivlərinin on faizini və ya artıq hissəsini təşkil edən seqmentlər ayrıca şəkildə açıqlanır. qrupun coğrafi 
seqmentləri onun əməliyyatlarının böyük hissəsinin Azərbaycan respublikasında həyata keçirilməsi və digər seqmentlərdən əldə edilən gəlirlərin qrupun ümumi 
gəlirlərinin on faizindən artıq olmamasını nəzərə almaqla, hazırkı konsolidasiya edilmiş maliyyə hesabatlarında ayrıca göstərilmişdir. 
4. Uçot Siyasətinin Tətbiqi Zamanı Əhəmiyyətli Uçot Təxminləri 
və Fərziyyələr
qrup növbəti maliyyə dövrü ərzində hesabatlarda əks etdirilən aktiv və passivlərin məbləğlərinə təsir göstərən təxminlər və fərziyyələr irəli sürür. Həmin təxminlər 
və fərziyyələr müntəzəm olaraq rəhbərliyin təcrübəsinə və digər amillərə, həmçinin rəhbərliyin fikrincə mövcud şəraitə uyğun olaraq əsaslandırılmış gələcək 
hadisələr üzrə təxminlərə əsasən təhlil edilir. uçot siyasətinin tətbiqi zamanı rəhbərlik həmçinin peşəkar mülahizələr və təxminlər irəli sürür. Maliyyə hesabatlarında 
əks etdirilən məbləğlərə daha çox təsir göstərən peşəkar mülahizələr və növbəti maliyyə ili ərzində aktiv və passivlərin balans dəyərinə əhəmiyyətli düzəlişlərin 
edilməsinə səbəb olan təxminlərə aşağıdakılar daxildir:
Kreditlər və avansların dəyərsizləşməsi üzrə zərərlər. qrup müntəzəm olaraq kredit portfeli üzrə dəyərsizləşmənin mövcudluğunu müəyyən etmək üçün onu 
təhlil edir. dəyərsizləşmə üzrə zərərin konsolidasiya edilmiş mənfəət və zərər hesabatında əks etdirilməsini müəyyən edərkən, qrup kredit portfelində konkret bir 
kreditin dəyərində azalmanın müşahidə edilməsindən əvvəl kredit portfeli üzrə pul vəsaitlərinin təxmin edilən hərəkətində ölçülə bilən azalmanı əks etdirən nəzərə 
çarpan əlamətlərin mövcudluğunu müəyyən etmək üçün peşəkar mülahizələr irəli sürür. bu göstəricilərə, qrupdakı borcalanların ödəniş statusunda və ya qrupdakı 
aktivlər üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar ölkə səviyyəsində və ya yerli iqtisadi şərtlərdə mənfi dəyişikliyin olduğunu əks etdirən müşahidə edilə 
bilən məlumatlar daxildir. rəhbərlik gələcək pul vəsaitləri hərəkətinin proqnozlaşdırılması üçün istifadə edilən kredit portfelindəki aktivlər ilə analoji kredit riskinə və 
dəyərsizləşmə üzrə obyektiv əlamətlərə malik aktivlər ilə əlaqədar əvvəlki ilin zərərləri haqqında məlumata əsaslanan təxminlər tətbiq edir. Gələcək pul vəsaitləri 
hərəkətinin məbləğini və müddətini təxmin edərkən istifadə edilən metodologiya və mülahizələr, təxmini və həqiqi zərərlər arasındakı hər hansı fərqi azaltmaq 
məqsədilə müntəzəm olaraq nəzərdən keçirilir. Müştərilərə verilmiş kreditlər və avansların 5%-i ödəmə müddətindən bir ay gec və ya tez ödənilərsə, həmin kreditlər 
üzrə ehtiyat təxminən 6,919 min AZn (2006: 5,476 min AZn) çox və ya az olardı. 


Yüklə 5,44 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə