Azərbaycan beynəlxalq banki iLLİk hesabat 2007



Yüklə 5,44 Mb.
Pdf görüntüsü
səhifə19/42
tarix17.09.2018
ölçüsü5,44 Mb.
#68901
1   ...   15   16   17   18   19   20   21   22   ...   42

60
5. Yeni və ya Yenidən İşlənmiş Standartların və Onlara dair Şərhlərin Tətbiqi 
(davamı)
BMHS 7 – “Maliyyə Alətləri: Məlumatın açıqlanması” və BMS 1 “Maliyyə Hesabatlarının Təqdimatı” Standartına əlavə dəyişikliklər – kapital barədə 
məlumatın açıqlanması (1 yanvar 2007-ci il tarixdən qüvvəyə minir). yeni bMHs maliyyə alətləri haqqında məlumatların yenilənməsi, o cümlədən risklərin 
kəmiyyət aspektləri və risklərin idarə olunması metodları haqqında məlumatların açıqlanma həcmini genişləndirmişdir. yeni kəmiyyət açıqlamaları müəssisə 
daxilində baş rəhbərliyə təqdim edilən məlumat əsasında risklərin dərəcəsi haqqında məlumat əldə etməyə imkan yaradacaqdır. Kəmiyyət və keyfiyyət açıqlamaları 
həmçinin kredit riski, likvidlik riski və bazar riski, o cümlədən bazar riskinə qarşı həssaslıq təhlili haqqında məlumat əldə etməyə imkan yaradır. bMHs 7 bMs 
30 “Banklar və Analoji Maliyyə İnstitutlarının Maliyyə Hesabatlarında Açıqlamalar” və bMs 32 “Maliyyə Alətləri: Məlumatların açıqlanması və təqdim olunması” 
standartının bəzi müddəalarını əvəz edir. 1 saylı bMs-ə əlavədə müəssisəsinin kapitalı və bu kapitalın idarə edilməsi üsulları haqqında məlumat açıqlanır. qeyd 
edilən əlavə məlumat hazırkı konsolidasiya edilmiş maliyyə hesabatlarında açıqlanır.
Digər yeni standartlar və şərhlər. qrup, 1 yanvar 2007-ci il tarixdən qüvvəyə minmiş digər yeni standartları və ya şərhləri qəbul etmişdir: 
ıFrıC 7, 

BMS 29-a uyğun olaraq yenidən hesablama yanaşmasının tətbiqi (1 mart 2006 və ya bu tarixdən sonra başlayan dövrlər üçün qüvvəyə minir);
ıFrıC 8, 

BMHS 2-nin tətbiq sahəsi (1 may 2006 və ya bu tarixdən sonra başlayan dövrlər üçün qüvvəyə minir);
ıFrıC 9, 

Əlavə elementli derivativlərin yenidən qiymətləndirilməsi (1 iyun 2006 və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir); və
ıFrıC 10, 

İlkin maliyyə hesabatları və dəyərsizləşmə (1 noyabr 2006 və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).
7 və 10 saylı ıFrıC şərhləri qrupun konsolidasiya edilmiş maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsir göstərməmişdir.
6. Mühasibat Uçotu üzrə Yeniliklər
qrupun 1 yanvar 2008-ci il tarixdən və ya bu tarixdən sonra başlayan hesabat dövrləri üçün məcburi xarakter daşıyan və ya qrup tərəfindən əvvəllər qəbul 
edilməyən bəzi yeni standartlar və onlara dair şərhlər dərc olunmuşdur: 
BMHS 8, “Əməliyyat seqmentləri” (1 yanvar 2009 və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir). bu standart borc və ya pay 
alətləri açıq bazarda alınıb-satılan təşkilatlara, eləcə də açıq bazarda hər-hansı növ alətlərin yerləşdirilməsi ilə əlaqədar maliyyə hesabatlarını tənzimləyici orqanlara 
təqdim edən və ya təqdim etməyi planlaşdıran müəssisələrə tətbiq edilir. bMHs 8 müəssisələrin öz əməliyyat seqmentləri haqqında maliyyə və təsviri məlumatları 
açıqlamasını tələb edir və müəssisələrin bu cür məlumatı öz maliyyə hesabatlarında açıqlama qaydasını əks etdirir. Hazırda qrup bu standartın onun konsolidasiya 
edilmiş maliyyə hesabatlarında seqment haqqında məlumatların açıqlanmasına göstərəcəyi təsiri qiymətləndirir.
Vaxtından əvvəl ödənilmək hüququna malik olan maliyyə alətləri və ləğvetmə zamanı yaranan öhdəliklər – BMS 32 və BMS 1 Əlavə (1 yanvar 2009-
cu il tarixdən qüvvəyə minir). bu əlavə, maliyyə öhdəliyi anlayışına cavab verən bəzi maliyyə alətlərinin kapital kimi təsnifləşdirilməsini tələb edir. Hazırda qrup 
bu əlavənin onun konsolidasiya edilmiş maliyyə hesabatlarına təsirini qiymətləndirir.
BMS 23, Borc vəsaitləri üzrə xərclər (mart, 2007-ci ildə yenidən işlənmişdir; 1 yanvar 2009 və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə 
minir). yenidən işlənmiş bMs 23, 2007-ci ilin mart ayında dərc edilmişdir. bu standarta edilmiş əsas dəyişiklik istifadəsi və ya satışı kifayət qədər uzun müddət 
tələb edən aktivlərə aid olan borc vəsaitləri üzrə xərclərin dərhal xərcə silinməsi üsulunun ləğv edilməsidir. buna görə, müəssisə borc vəsaitləri üzrə xərcləri aktivin 
maya dəyəri kimi kapitallaşdırmalıdır. yenidən işlənmiş standart kapitallaşdırmaya başlanma tarixi 1 yanvar 2009 və ya bu tarixdən sonra olan kvalifikasiyalı 
aktivlərə aid borc vəsaitləri üzrə xərclərə prospektiv qaydada tətbiq edilir. Hazırda qrup yenidən işlənmiş standartın onun konsolidasiya edilmiş maliyyə hesabatları-
na təsirini qiymətləndirir.
BMS 1, Maliyyə Hesabatlarının Təqdimatı (sentyabr, 2007-ci ildə yenidən işlənmişdir; 1 yanvar 2009 və ya bu tarixdən sonra başlayan illik dövrlər 
üçün qüvvəyə minir). bMs 1 üzrə əsas dəyişiklik mənfəət və zərər hesabatının ətraflı mənfəət və zərər hesabatı ilə əvəz edilməsidir. bu hesabata həmçinin 
səhmdar kapitalında qeyri-sahibkarların iştirak paylarındakı bütün dəyişikliklər (məs, satıla bilən maliyyə aktivlərinin yenidən qiymətləndirilməsi) daxildir. Alternativ 
olaraq, müəssisələr iki hesabat təqdim edə biləcəklər: konsolidasiya edilməmiş mənfəət/zərər hesabatı və ətraflı mənfəət/zərər hesabatı. yenidən işlənmiş bMs 1 
maliyyə vəziyyəti haqqında hesabatın (balans hesabatı) müqayisəli məlumatların hazırlandığı ən son dövrün başlanğıcında tərtib edilməsinə dair tələbi açıqlayır və 
yenidən təsnifləşdirmə, uçot siyasətində dəyişikliklər və ya səhvlərin düzəldilməsi ilə bağlı hər dəfə müqayisəli məlumatı yeniləşdirərək, müəssisə bu müddət üzrə 
müqayisəli məlumatı təqdim edir. qrup hesab edir ki, yenidən işlənmiş bMs 1 onun konsolidasiya edilmiş maliyyə hesabatlarının təqdimatına təsir göstərəcək, lakin 
konkret əməliyyatların və ya qalıqların tanınması və ya ölçülməsinə heç bir təsir göstərməyəcəkdir.


Maliyyə Hesabatları 2007
AZƏRBAYCAN BEYNƏLXALQ BANKI
61
6. Mühasibat Uçotu üzrə Yeniliklər (davamı)
BMS 27, Konsolidasiya Edilmiş və Konsolidasiya Edilməmiş Hesabatlar (yanvar, 2008-ci ildə yenidən işlənmişdir; 1 iyul 2009 və ya bu tarixdən sonra 
başlayan illik dövrlər üçün qüvvəyə minir). yenidən işlənmiş bMs 27 şirkətdən ümumi gəlirlərin baş müəssisə sahiblərinə və nəzarət olunmayan pay sahiblərinə 
(bundan əvvəl “azlığın payı”) aid edilməsini tələb edir (hətta nəzarət olunmayan pay üzrə nəticələrin kəsir olduğu təqdirdə). qüvvədə olan standart əksər hallarda 
artıq zərərlərin baş müəssisənin sahiblərinə aid edilməsini tələb edir. bundan əlavə, yenidən işlənmiş standartda göstərilir ki, baş müəssisənin törəmə müəssisədəki 
iştirak payında nəzarətin itirilməsi ilə nəticələnməyəcək dəyişikliklər səhm alətləri üzrə əməliyyatlar kimi uçota alınsın. standart həmçinin törəmə müəssisə üzrə 
nəzarətin itirilməsi nəticəsində yaranan hər hansı mənfəət və zərərin müəssisə tərəfindən qiymətləndirilməsini müəyyənləşdirir. nəzarətin itirildiyi tarixdə keçmiş 
törəmə müəssisədə saxlanılmış investisiyalar ədalətli dəyərlə ölçülməlidir. Hazırda qrup yenidən işlənmiş standartın onun konsolidasiya edilmiş maliyyə hesabatları-
na təsirini qiymətləndirir.
Hüquqların Verilməsi və Ləğv Edilməsi Şərtləri—BMHS 2-ə Əlavə, Pay Əsasında Ödənişlər (2008-ci ilin yanvar ayında buraxılmışdır; 1 yanvar 2009 və 
ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir). bu əlavədə yalnız xidmət şərtlərinin və icra şərtlərinin hüquqların verilməsi və ləğv edilməsi 
şərtləri olması müəyyən edilir. Pay əsasında ödənişlərin digər xüsusiyyətləri hüquqların verilməsi və ləğv edilməsi şərtlərinə aid deyil. bu əlavə, müəssisənin və ya 
digər tərəflərin ləğv edilməsinin eyni uçot qaydası ilə aparılmasını müəyyənləşdirir. Hazırda qrup yenidən işlənmiş standartın onun konsolidasiya edilmiş maliyyə 
hesabatlarına təsirini qiymətləndirir.
BMHS 3, Müəssisələrin Birləşməsi (yanvar, 2008-ci ildə yenidən işlənmişdir; alqı tarixi 1 iyul 2009 və ya bu tarixdən sonra başlayan birinci illik hesabat 
dövrünün başlanğıcı və ya sonra olan müəssisələrin birləşməsi üçün qüvvəyə minir). yenidən işlənmiş bMHs 3, müəssisələrə nəzarət olunmayan iştirak pay-
larının mövcud bMHs 3 üsulundan istifadə etməklə (alıcının əldə edilmiş müəssisənin identifikasiya edilə bilən xalis aktivlərində proporsional payı) və ya ədalətli 
dəyərlə qiymətləndirilməsi imkanı verir. yenidən işlənmiş bMHs 3 müəssisələrin birləşməsində alqı metodunun tətbiqi üzrə daha ətraflı məlumat təlimat verir. 
qudvilə aid olan hissənin hesablanması məqsədilə, hər bir mərhələli alqı prosesində bütün aktiv və öhdəliklərin ədalətli dəyərlə qiymətləndirilməsi tələbi hesabatdan 
çıxarılmışdır. bundan sonra qudvil, alqı tarixində alqıdan əvvəl şirkətdəki hər hansı investisiyanın ədalətli dəyəri, ödənilmiş məbləğ və əldə edilmiş xalis aktivlər 
arasında fərq kimi uçota alınacaqdır. Alqı ilə bağlı xərclər müəssisələrin birləşməsi əməliyyatından ayrıca tanınacaq və qudvil kimi yox, xərc kimi uçota alınacaqdır. 
Alıcı şirkət, alqı tarixində alqı ilə bağlı hər hansı şərti məbləğ üzrə öhdəliyi alqı tarixində uçota almalıdır. 
Alqı tarixindən sonra bu öhdəliyin dəyərindəki dəyişikliklər qudvilin təshih edilməsi yolu ilə deyil, tətbiq edilən digər bMHs-lərə uyğun olaraq uçota alınacaqdır. 
yenidən işlənmiş bMHs 3 yalnız bir neçə müəssisənin iştirakı ilə müəssisələrin birləşməsini və təkcə müqavilə əsasında həyata keçirilmiş müəssisələrin birləşməsini 
əhatə edir. Hazırda qrup yenidən işlənmiş standartın onun konsolidasiya edilmiş maliyyə hesabatlarına təsirini qiymətləndirir. 
Digər yeni standartlar və şərhlər. qrup tərəfindən əvvəllər aşağıdakı yeni standartlar və şərhlər qəbul edilməmişdir: 
ıFrıC 11, bMHs 2 – 

Qrup və səhmdarlardan geri alınmış səhmlər üzrə əməliyyatlar (1 mart 2007 və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün 
qüvvəyə minir);
ıFrıC 12, 

Konsessiya xidmətlərinin razılaşdırılması (1 yanvar 2008 və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir);
ıFrıC 13, 

Müştəri Loyallıq Proqramları (1 iyul 2008 və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir ); və ya
ıFrıC 14, bMs 19 – 

Konkret Aktivlər üzrə Limit, Minimum Maliyyələşdirmə Tələbləri və onların Qarşılıqlı Əlaqəsi (1 yanvar 2008-ci il və ya bu tarixdən 
sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).
yuxarıda göstərilən hallardan başqa, yeni standartlar və şərhlər qrupun konsolidasiya edilmiş maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsir göstərməyəcəkdir.


Yüklə 5,44 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə