Azərbaycan beynəlxalq banki iLLİk hesabat 2007



Yüklə 5,44 Mb.
Pdf görüntüsü
səhifə15/42
tarix17.09.2018
ölçüsü5,44 Mb.
#68901
1   ...   11   12   13   14   15   16   17   18   ...   42

54
3. Əsas Uçot Prinsiplərinin Qısa Xülasəsi (davamı)
dəyərsizləşmə üzrə zərərin məbləği, sonrakı dövrdə baş vermiş hadisəyə görə azalarsa və həmin azalma obyektiv olaraq zərərin qeydə alınmasından sonra baş 
vermiş hadisəyə (məsələn, borcalanın kredit reytinqinin artması kimi) aid edilərsə, əvvəl qeydə alınmış dəyərsizləşmə üzrə zərər mənfəət və zərər hesabatında 
yaradılmış ehtiyata düzəliş etməklə bərpa edilir.
Aktivlər qaytarıla bilmədikdə onlar, aktivin və ya onun hissəsinin bərpa olunması üçün bütün zəruri prosedurların tamamlanmasından və zərərin məbləğinin 
müəyyən edilməsindən sonra müvafiq zərər ehtiyatından silinir.
Kreditlərlə bağlı digər öhdəliklər. qrup akkreditivlər və maliyyə zəmanətləri daxil olmaqla, kreditlərlə bağlı öhdəlikləri öz üzərinə götürür. Maliyyə zəmanətləri 
müştərinin üçüncü şəxslər qarşısında öz öhdəliklərini yerinə yetirə bilmədiyi və kreditlər kimi eyni kredit riskinə məruz qaldığı halda, ödənişlərin aparılması üzrə 
dəyişilməz öhdəlikləri əks etdirir. Kreditlərin verilməsi üzrə maliyyə zəmanətləri və öhdəlikləri əvvəlcə qaydaya görə əldə edilmiş komissiya gəlirləri ilə təsdiqlənən 
ədalətli dəyərlə qeydə alınır. Həmin məbləğ öhdəliyin qüvvədə olduğu müddət ərzində bərabər çıxılmalar metodu ilə amortizasiya edilir. bu metod qrupun xüsusi 
kredit müqaviləsi imzalayacağı və onu qısa müddətdə satmayacağı ehtimal edildikdə tətbiq edilmir; bu cür kreditlərin verilməsi öhdəlikləri üzrə komissiya gəlirləri 
təxirə salınmaqla, kreditin ilkin uçotu zamanı onun balans dəyərinə daxil edilir. Hər bir balans tarixində öhdəliklər (i) ilkin uçot zamanı amortizasiya olunmamış 
məbləğin qalığı və (ii) balans tarixində öhdəliyin yerinə yetirilməsi üçün tələb olunan xərclər üzrə ən yaxşı təxminlərdən daha yüksək olanı ilə ölçülür.
Satıla bilən investisiya qiymətli kağızları. bu kateqoriyaya, qrup tərəfindən qeyri-müəyyən müddət ərzində saxlanması nəzərdə tutulan və kifayət qədər likvidlik 
səviyyəsinin qorunması və ya faiz dərəcələri, valyuta məzənnələri və ya səhmlərin qiymətinin dəyişməsi nəticəsində hər an satıla bilən investisiya qiymətli kağızları 
daxildir. qrup investisiyaları onların alındığı tarixdə satıla bilən investisiya qiymətli kağızları kimi təsnifləşdirir.
satıla bilən investisiya qiymətli kağızları ədalətli dəyərdə qeydə alınır. satıla bilən borc qiymətli kağızları üzrə faiz gəlirləri effektiv faiz metodundan istifadə 
etməklə hesablanır və mənfəət və zərər hesabatında qeydə alınır. ədalətli dəyərdəki dəyişikliklərin bütün digər elementləri investisiya uçotdan silinənədək və ya 
dəyərsizləşənədək kapital hesabında təxirə salınır. bu zaman yaranan məcmu gəlir və ya zərər kapital hesabından mənfəət və zərər hesabatına silinir. 
satıla bilən investisiya qiymətli kağızlarının ilkin uçotundan sonra baş vermiş bir və ya bir neçə halın (“zərər halları”) nəticəsində yaranmış dəyərsizləşmə üzrə 
zərərlər mənfəət və zərər hesabatında qeydə alınır. satıla bilən investisiya qiymətli kağızları üzrə zərər, həmin qiymətli kağızlar üzrə ədalətli dəyərin onların 
balans dəyərindən artıq olduğu halda yaranır. Alqı dəyəri ilə cari ədalətli dəyər arasında fərq kimi qiymətləndirilən məcmu zərər, əvvəlki dövrlərdə mənfəət və zərər 
hesabatında həmin aktiv üzrə qeydə alınmış hər hansı zərəri çıxmaqla, kapital hesabından silinərək mənfəət və zərər hesabatında qeydə alınır. Pay alətlərinin 
dəyərsizləşməsi üzrə zərərlər mənfəət və zərər hesabatında bərpa edilmir. satıla bilən borc qiymətli kağızları üzrə ədalətli dəyər sonrakı dövrdə baş vermiş hadisəyə 
görə artarsa və həmin artım obyektiv olaraq zərərin mənfəət və zərər hesabatında qeydə alınmasından sonra baş vermiş hadisəyə aid edilərsə, cari dövrün mənfəət 
və zərər hesabatında dəyərsizləşmə üzrə zərər üçün əks mühasibat düzəlişi aparılır.
Alınmış güzəştli borc vərəqələri. Alınmış güzəştli borc vərəqələri iqtisadi mahiyyətindən asılı olaraq “satış üçün nəzərdə tutulan qiymətli kağızlar”, “digər banklar-
dan alınacaq vəsaitlər” və ya “müştərilərə verilmiş kreditlər və avanslar” kateqoriyasına daxil edilir və bu kateqoriyadan olan aktivlərin uçot siyasətinə uyğun olaraq 
əks etdirilir, ölçülür və uçota alınır.
Maliyyə aktivlərinin uçotdan silinməsi. qrup aşağıdakı hallarda maliyyə aktivlərini uçotdan silir: (a) aktivlər geri alındıqda və ya bu aktivlərlə əlaqədar pul 
vəsaitlərinin hərəkəti üzrə hüquqların müddəti başa çatdıqda və ya (b) qrup maliyyə aktivlərindən daxil olan pul vəsaitlərinin axını üzrə mülkiyyət hüququnu 
ötürdükdə və ya ötürülmə haqqında müqavilə bağladıqda və bu zaman (i) həmin aktivlərin mülkiyyət hüququ ilə əlaqədar bütün risk və faydaları əsas etibarilə 
başqa tərəfə ötürdükdə və ya (ii) bu aktivlərin mülkiyyət hüququ ilə əlaqədar bütün risk və faydaları əsas etibarilə ötürmədikdə və ya saxlamadıqda, lakin həmin 
aktivlər üzrə nəzarət hüququnu özündə saxlamadıqda. nəzarət qarşı tərəfin öz mülkiyyətində olan aktivi satış üzrə əlavə məhdudiyyətlər qoymadan əlaqəli 
olmayan üçüncü tərəfə satmaq üçün praktiki imkana malik olmadığı hallarda saxlanılır.
Qudvil. qudvil alqının dəyərinin alqı tarixində alınmış törəmə/assosiasiya olunmuş müəssisənin identifikasiya edilə bilən aktivləri, passivləri və şərti öhdəliklərində 
alıcının payının ədalətli dəyərindən artıq olan hissəsini əks etdirir. törəmə müəssisələrin alqısı nəticəsində yaranan qudvil konsolidasiya edilmiş balans hesabatında 
ayrıca, assosiasiya olunmuş müəssisələrin alqısı nəticəsində yaranan qudvil isə “assosiasiya olunmuş müəssisələrə investisiya qoyuluşları” kimi göstərilir. qudvil 
dəyərsizləşmə üzrə yığılmış zərərləri çıxmaqla (əgər varsa) alqı dəyərində qeydə alınır. 


Maliyyə Hesabatları 2007
AZƏRBAYCAN BEYNƏLXALQ BANKI
55
3. Əsas Uçot Prinsiplərinin Qısa Xülasəsi (davamı)
qrup qudvilin dəyərsizləşməsini ən azı hər il və ya onun mümkün dəyərsizləşməsi üzrə əlamətlərin mövcud olduğu hallarda qiymətləndirir. qudvil birləşmə 
nəticəsində birləşmiş müəssisələrin fəaliyyətinin effektivliyinin artması ilə əlaqədar olaraq fayda yaradacaq nağd pul əmələ gətirən biznes vahidləri və ya nağd 
pul əmələ gətirən biznes vahidləri qrupuna aid edilir. bu cür vahidlər və ya vahidlər qrupu qrupun qudvil üzrə uçot apardığı əsas səviyyəni əks etdirir və hesabat 
seqmentindən artıq olmur. Aktiv qudvilin aid edildiyi generasiya vahidlərinin tərkibindən silinərkən silinmə üzrə müvafiq gəlir və ya zərərlər silinmiş aktivlər ilə bağlı 
qudvilin balans dəyərini əks etdirir. qudvilin balans dəyəri nağd pul əmələ gətirən biznes vahidlərinin tərkibində silinmiş aktivlərə proporsional şəkildə müəyyən 
edilir.
Binalar və avadanlıqlar. binalar yenidən qiymətləndirilmiş dəyərdə qeydə alınır. Avadanlıqlar lazım olduqda yığılmış amortizasiyanı və dəyərsizləşmə üzrə zərəri 
çıxmaqla, ilkin dəyərdə qeydə alınır.
qrupun binaları müntəzəm olaraq yenidən qiymətləndirilir. yenidən qiymətləndirmənin müddəti yenidən qiymətləndirilən binalar üzrə ədalətli dəyərin dəyişməsindən 
asılıdır. Kapital hesabında əks etdirilən binalar üzrə yenidən qiymətləndirmə ehtiyatı, yenidən qiymətləndirmə ilə əlaqədar yaranan gəlir realizasiya olunduqda (ak-
tivin silinməsi və ya satılması və yaxud qrup tərəfindən aktivin istifadə edilməsi zamanı) birbaşa olaraq bölüşdürülməmiş mənfəətə köçürülür. İkinci halda yenidən 
qiymətləndirmə ilə əlaqədar yaranan realizasiya olunmuş gəlirin məbləği aktivin yenidən qiymətləndirilmiş balans dəyəri üzrə amortizasiya ilə onun ilkin dəyəri üzrə 
amortizasiya arasındakı fərqi əks etdirir.
başa çatdırılmamış tikinti işləri lazım olduqda dəyərsizləşmə üzrə ehtiyatı çıxmaqla, ilkin dəyərdə qeydə alınır. İlkin dəyərə müvafiq aktivlərin tikintisinin 
maliyyələşdirilməsi üçün xüsusi və ümumi borc vəsaitlərinin alınması ilə əlaqədar borc vəsaitləri üzrə xərclər daxildir. tikinti işləri tamamlandıqdan sonra həmin 
aktivlər müvafiq binalar və avadanlıqlar kateqoriyasına köçürülür və balans dəyərində uçota alınır. başa çatdırılmamış tikintilər üçün tikinti işləri başa çatdırılmayana 
qədər amortizasiya hesablanmır. 
binalar və avadanlıqların bütün digər növləri lazım olduqda yığılmış amortizasiyanı və dəyərsizləşmə üzrə zərəri çıxmaqla (əgər varsa), ilkin dəyərdə qeydə alınır.
Kiçik həcmli təmir və istismar xərcləri çəkildiyi zaman xərcə silinir. binalar və avadanlıqların əsas komponentlərinin əvəz edilməsi xərcləri kapitallaşdırılır və əvəz 
edilmiş hissələr balansdan silinir.
binalar və avadanlıqlar dəyərsizləşdikdə, onlar binalar və avadanlıqların istifadəsi nəticəsində əldə edilən dəyər ilə satış xərcləri çıxılmaqla ədalətli dəyərdən daha 
yüksək olan dəyərə silinir. Aktivin balans dəyərindəki azalma dəyərsizləşmə məbləğinin kapital hesabında göstərilən əvvəlki ilin yenidən qiymətləndirmə ehtiya-
tından artıq olan həcmdə mənfəət və zərər hesabatında qeydə alınır. Aktivin istifadəsi nəticəsində əldə edilən dəyərin və ya satış xərcləri çıxılmaqla, onun ədalətli 
dəyərinin müəyyən edilməsi üçün istifadə edilən təxminlərdə dəyişiklik baş verdiyi təqdirdə əvvəlki dövrlərdə hər-hansı aktiv üçün qeydə alınmış dəyərsizləşmə üzrə 
zərərlər bərpa edilir.
binalar və avadanlıqların satışından yaranan gəlir və zərər, gəlir məbləği və balans dəyəri arasındakı fərq kimi müəyyən edilir və mənfəət və zərər hesabatında 
qeydə alınır. 
Amortizasiya. torpaq üçün amortizasiya hesablanmır. digər əsas vəsaitlər üzrə amortizasiya bərabər çıxılmalar metoduna, yəni əsas vəsaitlərin aşağıda göstərilən 
təxmini faydalı xidmət müddəti ərzində aşağıdakı illik amortizasiya dərəcələrini tətbiq etməklə aktivlərin ilkin dəyərini onların qalıq dəyərinədək azaltmaqla 
hesablanır: 
2007
2006
binalar
2.5%-5%
2.5%-5%
İcarəyə götürülmüş aktivlərin əsaslı təmiri
10%
10%-15%
Kompüterlər və digər rabitə avadanlıqları
25%
25%
Plastik kartlarla əməliyyatlar üzrə avadanlıqlar
33%
33%
Mebel, qurğular, bankomatlar və sair avadanlıqlar
20%-25%
20%-25%
nəqliyyat vasitələri
25%
25%
Aktivin artıq köhnəldiyi və istismar müddəti başa çatdığı halda, satış üzrə təxmin edilən xərclər çıxılmaqla, qrupun həmin aktivin satışı nəticəsində əldə edəcəyi 
təxmin edilən məbləğ aktivin qalıq dəyəridir. qrup aktivi onun fiziki istismar müddətinin sonuna qədər istifadə edəcəyini gözlədikdə, aktivin qalıq dəyəri sıfıra 
bərabər olur. Aktivlərin qalıq dəyərləri və faydalı xidmət müddətləri lazım olduqda hər bir balans tarixində nəzərdən keçirilir və dəqiqləşdirilir. 
Qeyri-maddi aktivlər. qrupun bütün qeyri-maddi aktivləri müəyyən faydalı xidmət müddətinə malik olmaqla əsasən kapitallaşdırılmış proqram təminatından 
ibarətdir. 


Yüklə 5,44 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə