Azərbaycan beynəlxalq banki iLLİk hesabat 2007



Yüklə 5,44 Mb.
Pdf görüntüsü
səhifə11/42
tarix17.09.2018
ölçüsü5,44 Mb.
#68901
1   ...   7   8   9   10   11   12   13   14   ...   42

48
Konsolidasiya Edilmiş Pul Vəsaitlərinin Hərəkəti Hesabatı 
Min Azərbaycan Manatı ilə
Qeyd
2007
2006
Əməliyyat fəaliyyətindən daxil olan pul vəsaitlərinin axını
Alınmış faizlər 
180,601
87,360
Ödənilmiş faizlər
(66,260)
(41,366)
Alınmış haqq və komissiyalar
91,547
62,491
Ödənilmiş haqq və komissiyalar
(7,773)
(3,284)
Alınmış sığorta mükafatları
5,722
3,494
Ödənilmiş təkrar sığorta mükafatları
(2,729)
(1,166)
Xarici valyuta ilə əməliyyatlardan əldə edilmiş gəlir
24,743
19,364
əldə edilmiş digər əməliyyat gəlirləri
477
1,938
İşçilərə ödənilmiş xərclər
(30,059)
(21,529)
Ödənilmiş inzibati və digər əməliyyat xərcləri
(34,541)
(29,110)
Ödənilmiş mənfəət vergisi
(27,423)
(7,623)
Əməliyyat aktiv və passivlərində dəyişikliklərdən əvvəl əməliyyat fəaliyyətindən daxil olan pul vəsaitlərinin axını
134,305
70,569
Əməliyyat aktiv və passivlərində dəyişikliklər
Milli/Mərkəzi banklarda yerləşdirilmiş məcburi ehtiyatlarda xalis artma
(54,893)
(49,513)
digər banklardan alınacaq vəsaitlərdə xalis artma
(39,689)
(81,903)
Müştərilərə verilmiş kreditlər və avanslarda xalis artma
(1,034,241)
(372,532)
digər maliyyə və sığorta aktivlərində xalis azalma/(artma)
599
(4,211)
digər aktivlərdə xalis artma
(504)
(1,775)
digər banklara ödəniləcək vəsaitlərdə xalis (azalma)/artma
(26,175)
164,602
Müştəri hesablarında xalis artma
541,291
398,156
digər maliyyə və sığorta passivlərində xalis artma/(azalma)
28,839
(4,077)
digər passivlərdə xalis artma
3,358
3,761
(Əməliyyat fəaliyyətinə yönəlmiş)/əməliyyat fəaliyyətindən daxil olan xalis pul vəsaitləri
(447,110)
123,077
İnvestisiya fəaliyyətindən daxil olan pul vəsaitlərinin axını
satıla bilən investisiya qiymətli kağızlarının alınması
(12,679)
-
Ödəniş tarixinədək saxlanılan investisiya qiymətli kağızlarının ödənilməsindən daxilolmalar
-
6,550
binalar və avadanlıqların alınması
12
(34,701)
(19,548)
törəmə müəssisələrə investisiya qoyuluşlarının satışından daxilolmalar
1,996
815
Assosiasiya olunmuş və birgə müəssisələrə investisiya qoyuluşlarının satışından daxilolmalar
-
569
binalar və avadanlıqların satışından daxilolmalar
12
1,480
-
qeyri-maddi aktivlərin alınması
12
(4,220)
(1,872)
İnvestisiya fəaliyyətinə yönəlmiş xalis pul vəsaitləri
(48,124)
(13,486)
Maliyyələşdirmə fəaliyyətindən daxil olan pul vəsaitlərinin axını
buraxılmış borc qiymətli kağızlardan daxilolmalar
-
2,316
buraxılmış borc qiymətli kağızların qaytarılması
(19,607)
(3,267)
borc götürülmüş digər vəsaitlərdən daxilolmalar
18
163,627
128,843
borc götürülmüş digər vəsaitlərin ödənilməsi
18
(35,925)
(57,042)
subordinasiyalı borc öhdəliklərindən daxilolmalar
21
102,470
-
Adi səhmlərin emissiyası
22
40,681
34,499
Ödənilmiş dividendlər
29
(32,875)
(13,926)
Maliyyələşdirmə fəaliyyətindən daxil olan xalis pul vəsaitləri
218,371
91,423
Məzənnə dəyişikliklərinin pul vəsaitləri və onların ekvivalentlərinə təsiri
(815)
(2,002)
Pul vəsaitləri və onların ekvivalentlərində xalis azalma
(277,678)
199,012
İllin əvvəlinə pul vəsaitləri və onların ekvivalentləri
7
457,382
258,370
İlin sonuna pul vəsaitləri və onların ekvivalentləri
7
179,704
457,382


Maliyyə Hesabatları 2007
AZƏRBAYCAN BEYNƏLXALQ BANKI
49
Azərbaycan Beynəlxalq Bankı
31 dekabr 2007-ci il tarixinə – Konsolidasiya Edilmiş Maliyyə Hesabatları üzrə Qeydlər 
Giriş
Hazırkı konsolidasiya edilmiş maliyyə hesabatları 31 dekabr 2007-ci il tarixində tamamlanan il üçün beynəlxalq Maliyyə Hesabatı standartlarına (“bMHs”) uyğun 
olaraq Azərbaycan beynəlxalq bankı (“bank”) və onun törəmə müəssisələri (“birlikdə “qrup” adlandırılır) üçün tərtib edilmişdir.
Əsas fəaliyyət növləri. Azərbaycan beynəlxalq bankı 1991-ci ildə tamamilə dövlətə məxsus olan bank kimi təsis olunmuş və Azərbaycan respublikasında 
fəaliyyət göstərir. 28 oktyabr 1992-ci il tarixində bank səhmdar kommersiya bankına çevrilmiş və Azərbaycan respublikası Maliyyə nazirliyi bankın əsas səhmdarı 
olmuşdur. 31 dekabr 2007-ci il tarixində Azərbaycan respublikası Maliyyə nazirliyi bankın ümumi ödənilmiş nizamnamə kapitalının 50.20% hissəsinə (2006: 
33.85%) sahib olmuşdur. 22 saylı qeydə baxın.
bank, Azərbaycan respublikasında kommersiya bank xidmətləri göstərmək məqsədilə qeydiyyatdan keçmiş və Azərbaycan respublikası Milli bankı (“ArMb”) 
tərəfindən verilmiş 30 dekabr 1992-ci il tarixli ümumi bank lisenziyası əsasında fəaliyyət göstərir. bankın nizamnamə kapitalındakı dövlətə məxsus payın 
özəlləşdirilməsi haqqında 1 mart 2005-ci il tarixli Prezident Fərmanı qüvvəyə minmişdir. Həmin Fərmana əsasən hökumət bankın nizamnamə kapitalında dövlətə 
məxsus payın hissələrə bölünüb özəlləşdirilməsi və ya açıq bazarda, eləcə də beynəlxalq maliyyə bazarlarında əlavə səhm emissiyası yolu ilə bankın nizamnamə 
kapitalında dövlətə məxsus olan payını tədricən azaldacaqdır.
bank 29 dekabr 2006-cı il tarixli “əmanətlərin sığortalanması haqqında” Azərbaycan respublikasının qanununda nəzərdə tutulan əmanətlərin sığortalanması üzrə 
dövlət proqramında iştirak edir. əmanətlərin sığortalanması Fondu hər bir əmanət üzrə aşağıdakı qaydada 100% kompensasiya ödənilməsinə zəmanət verir:
1 yanvar 2008-ci ildən 1 yanvar 2010-cu ilədək – 6,000 AZn-dən çox olmayaraq;
1 yanvar 2010-cu ildən başlayaraq – 8,000 AZn-dən çox olmayaraq.
Müvafiq limitlərdən yuxarı olan məbləğlər sığortalanmır.
bankın 36 filialı vardır (2006: 36 filial). 31 dekabr 2007-ci il tarixinə qrupun 1,655 işçisi vardır (2006: 1,595 işçi). bu işçilərdən 1,327 nəfəri bankda; 99 
nəfəri beynəlxalq sığorta şirkətində; 65 nəfəri Azərikard MMC-də, 147 nəfəri 100% qrupa məxsus olan rusiya Federasiyasındakı törəmə müəssisədə və 17 nəfəri 
Abb-Gürcüstanda çalışır (2006: 1,318 nəfər bankda; 86 nəfər beynəlxalq sığorta şirkətində; 45 nəfər Azərikard MMC-də, 141 nəfər 100% qrupa məxsus olan 
rusiya Federasiyasındakı törəmə müəssisədə və 5 nəfər Abb-Gürcüstanda çalışmışdır). 
24 yanvar 2002-ci il tarixində səhmləri 100% qrupa məxsus olan törəmə müəssisə - Azərbaycan beynəlxalq bankı-Moskva (“Abb-Moskva”), rusiya Federasiyasın-
da, Moskva şəhərində qeydiyyatdan keçmişdir. Abb-Moskvanın nizamnamə kapitalı 10,000,000 Avro təşkil edir. Abb-Moskva, məhdud məsuliyyətli cəmiyyət kimi 
fəaliyyət göstərən kommersiya bankıdır. Abb-Moskva, 25 yanvar 2002-ci il tarixində rusiya Federasiyası Mərkəzi bankı (“rFMb”) tərəfindən verilmiş lisenziya 
əsasında fəaliyyət göstərməyə başlamışdır. Həmin lisenziyaya əsasən Abb-Moskva hüquqi şəxslərlə rus rublu və xarici valyutalarda bank əməliyyatları aparmaq 
imkanı əldə etmişdir. qeydiyyata alındıqdan sonra ilk iki il ərzində rusiyanın yerli qanunvericilik tələblərinə görə Abb-Moskvanın fiziki şəxslərdən depozitlər cəlb 
etməsinə məhdudiyyət qoyulmuşdur. 1 dekabr 2004-cü il tarixində Abb-Moskva fiziki şəxslərə tam həcmli bank xidmətləri göstərmək üçün rFMb-dən lisenziya 
almışdır. Abb-Moskvanın əsas fəaliyyəti kommersiya bank xidmətlərindən ibarətdir. Abb-Moskva 2 dekabr 2004-cü il tarixdən rusiya Federasiyası əmanətlərin 
sığortalanması Agentliyinin üzvlüyünə qəbul olunmuşdur. Abb-Moskvanın hüquqi ünvanı: rusiya Federasiyası, Moskva, 105,062, tverskaya küç, 6, bina 2. 
Abb-Moskvanın 28 may 2003-cü il tarixində sankt-Peterburqda və 25 avqust 2005-ci il tarixində yekaterinburqda filialları açılmışdır. qrupun Müşahidə şurasının 
30 dekabr 2006-cı il tarixli qərarına əsasən Abb-Moskvanın nizamnamə kapitalı 31 dekabr 2007-ci il tarixində tamamlanan il ərzində 4 milyon Avrodan 14 milyon 
Avroyadək artırılmışdır.
5 fevral 2002-ci il tarixində səhmləri bütünlüklə qrupa məxsus olan törəmə müəssisə – beynəlxalq sığorta şirkəti (“törəmə sığorta müəssisəsi”) Azərbaycan 
respublikası ədliyyə nazirliyində dövlət qeydiyyatına alınmışdır. törəmə sığorta müəssisəsi Azərbaycan respublikası Maliyyə nazirliyi tərəfindən verilmiş 1 aprel 
2002-ci il tarixli sığorta lisenziyasına və həmin lisenziyaya 16 avqust 2002-ci il tarixli əlavəyə əsasən fəaliyyət göstərir. törəmə sığorta müəssisəsinin təklif etdiyi 
xidmətlərə tibbi sığorta, nəqliyyat vasitələrinin sığortası, gəmi sahiblərinin məsuliyyətinin sığortası, gəmilərin sığortası, əmlak, bədbəxt hadisələrin sığortası, həyat, 
fərdi qəza sığortası, bank risklərinin sığortası və təkrar sığorta daxildir. 2004-cü ildə törəmə sığorta müəssisəsi, yanğından icbari sığorta və öhdəliklərin yerinə 
yetirilməməsinə görə məsuliyyətin sığortası üçün əlavə lisenziyalar almışdır. törəmə sığorta müəssisəsinin hüquqi ünvanı: Azərbaycan respublikası, bakı, AZ1009, 
C. Cabbarlı küç, 46.
7 oktyabr 2002-ci il tarixində qrup törəmə sığorta müəssisəsi olan İnter Protekt re AG təkrar sığorta şirkətini (İsveçrənin sürix şəhərində qeydiyyatdan keçmişdir) 
yaratmışdır. qrupun törəmə sığorta müəssisəsi, İnter Protekt re AG təkrar sığorta şirkətinin nizamnamə kapitalına və ehtiyatlarına 1,450 min İsveçrə frankı (İF) 
məbləğində vəsait qoymuşdur. Köçürülmüş ümumi məbləğdən 1,200 min İF hər birinin nominal dəyəri 1,200 İF olan 1,000 səhmi ödəmək, 200 min İF səhm 
mükafatını ödəmək və yerdə qalan 50 min İF isə şirkətin kapital ehtiyatlarına vəsait qoyuluşu üçün istifadə edilmişdir.


Yüklə 5,44 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə