Azərbaycan beynəlxalq banki iLLİk hesabat 2007



Yüklə 5,44 Mb.
Pdf görüntüsü
səhifə18/42
tarix17.09.2018
ölçüsü5,44 Mb.
#68901
1   ...   14   15   16   17   18   19   20   21   ...   42

Maliyyə Hesabatları 2007
AZƏRBAYCAN BEYNƏLXALQ BANKI
59
4. Uçot Siyasətinin Tətbiqi Zamanı 
Əhəmiyyətli Uçot Təxminləri və Fərziyyələr (davamı)
Binaların yenidən qiymətləndirilməsi. Hər bir balans tarixində bankın binalarının ədalətli dəyərinin balans hesabatında əks etdirilməsi məqsədilə, rəhbərlik 
bankın binalarının və investisiya mülkiyyətinin ədalətli dəyərinin yenidən qiymətləndirilməsinin vaxtını və metodunu müəyyən etmək üçün peşəkar mülahizələrdən 
istifadə edir. binaların ədalətli dəyəri peşəkar qiymətləndiricilər tərəfindən həyata keçirilmiş qiymətləndirməyə əsasən bazar məlumatları əsasında müəyyən edilir. 
qiymətləndiricilərin istifadə etdiyi göstəricilər bankın mülkiyyəti ilə oxşar xüsusiyyətlərə malik olan mülkiyyət obyektlərinin 1m
2
 sahəsi üzrə bazar qiymətlərinə 
dair təxminləri ehtiva edir. bu təxminlər qiymətləndiriciyə məlum olan oxşar satışlara dair məlumatlara əsaslanır və bazardakı mövcud şəraitin və tendensiyaların 
göstəricisini əks etdirir. qiymətləndirici həmçinin bankın hər bir binasının qiymətini təsdiq etməzdən əvvəl gələcək icarə gəlirlərini və digər amilləri nəzərə almaqla, 
həmin binaların dəyərini gəlirlərin kapitallaşdırılması üsulu ilə hesablayır. qiymətləndirmə zamanı istifadə edilən ən əhəmiyyətli təxmin oxşar binaların 1m
2
 sahəsi 
üzrə qiymət hesab edilir. Müstəqil qiymətləndirmə zamanı istifadə edilən 1m
2
 sahənin satış qiymətinin təxmin edilmiş məbləğində 5% dəyişiklik olduğu halda, 31 
dekabr 2007-ci il tarixinə binaların yenidən qiymətləndirilmiş dəyəri müvafiq olaraq +/- 840 min AZn (2006: yenidən qiymətləndirmə aparılmamışdır) məbləğində 
dəyişmiş olardı.
Borc götürülmüş digər vəsaitlər. rəhbərlik dövlət və beynəlxalq maliyyə təşkilatlarından alınmış kreditlərin və müvafiq kreditlərin ilkin uçotu zamanı yarana 
biləcək ədalətli dəyər üzrə gəlir və ya zərəri nəzərə almışdır. bank beynəlxalq maliyyə təşkilatlarından bənzər təşkilatların inkişaf etməkdə olan bazarlarda təqdim 
etdiyi vəsaitlərin faiz dərəcələri ilə eyni olan və bankın digər borcalanlardan ala biləcəyi borc vəsaitləri üzrə faiz dərəcələrindən aşağı ola bilən faiz dərəcələri ilə 
uzunmüddətli borc vəsaiti alır. bank bu cür vəsait hesabına ayrı-ayrı müştərilərə güzəştli dərəcələr ilə kreditlər vermək imkanındadır. Həmin əməliyyatlar əlaqəli 
tərəflərlə aparılmadığına görə, rəhbərlik həmin vəsaitlərin və müvafiq kreditlərin bazar faiz dərəcələrinə uyğun olduğunu və ilkin uçot zamanı gəlir və ya zərərin 
yaranmadığını hesab edir. belə bir mülahizə irəli sürərkən, bank həmçinin həmin maliyyə alətlərinin ayrıca bazar seqmenti yaratdığını nəzərə almışdır.
Bazar faiz dərəcələrindən aşağı dərəcələrlə verilmiş kreditlər. rəhbərlik müqavilə üzrə faiz dərəcələri səkkiz faizə bərabər və ya ondan aşağı olan müəyyən 
kreditlər və avanslar üzrə müvafiq bazar faiz dərəcələrini nəzərdən keçirilmişdir. 9 və 36 saylı qeydlərdə açıqlandığı kimi, rəhbərlik həmin kreditlər üzrə faiz 
dərəcələrinin bu kreditlər üzrə vəsaitlərin alternativ ən yüksək və səmərəli istifadəsinə bərabər olduğunu müəyyən etmişdir. bu kreditlərin böyük hissəsi hökumət 
təşkilatlarına və dövlət müəssisələrinə verilmişdir. rəhbərlik həmin kreditlər üzrə faiz dərəcələrinin ayrılmış vəsaitlərin ən yüksək və səmərəli istifadəsindən fərqli 
olduğu qənaətinə gəlsəydi, o zaman konsolidasiya edilmiş maliyyə hesabatlarındakı bu kreditlərin balans dəyəri və kreditlərin verilməsi zamanı yaranmış faiz 
gəlirləri və zərərlərində qeydə alınan məbləğlər fərqli olardı.
Maliyyə lizinqi və maliyyə aktivlərinin uçotdan silinməsi. rəhbərlik maliyyə və lizinq aktivlərinin mülkiyyət hüququ ilə əlaqədar bütün əhəmiyyətli risk və 
faydaların qarşı tərəflərə ötürüldüyünü və xüsusilə hansı risk və faydaların daha əhəmiyyətli olduğunu və əhəmiyyətli risk və faydalara aid olduğunu müəyyən 
etmək üçün peşəkar mülahizələr irəli sürür.
Vergi qanunvericiliyi. Azərbaycan, rusiya və Gürcüstanın vergi, valyuta və gömrük qanunvericiliyi müxtəlif şərhlərə məruz qalır. 33 saylı qeydə baxın.
Əlaqəli tərəflərlə əməliyyatların ilkin uçotu. qrup öz fəaliyyəti gedişində əlaqəli tərəflərlə əməliyyatlar aparır. 39 saylı bMs-ə uyğun olaraq maliyyə alətləri ilkin 
olaraq ədalətli dəyərdə uçota alınmalıdır. lakin, həmin əməliyyatların bazar və ya qeyri-bazar faiz dərəcələrində həyata keçirilməsini müəyyən etmək məqsədilə 
bu cür əməliyyatlar üçün aktiv bazar mövcud olmadıqda peşəkar mülahizələrdən istifadə etmək lazım gəlir. Mülahizələrin irəli sürülməsinin əsasını əlaqəli olmayan 
tərəflərlə analoji əməliyyatların qiymətinin müəyyən edilməsi və effektiv faiz dərəcəsinin təhlili təşkil edir.
Kapitalın adekvatlıq əmsalı. Kapitalın adekvatlıq əmsalı Kapitalın qiymətləndirilməsi və Kapital standartları haqqında beynəlxalq Konvergensiyanın (iyul 1988, 
noyabr 2005-ci ildə yenidən işlənmişdir) (və ya Kapital haqqında bazel sazişinin) tələbləri əsasında hesablanır. bu cür tələblər şərhə əsaslanır və müvafiq olaraq 
Kapitalın Adekvatlıq əmsalının hesablanmasında istifadə edilən məbləğlərin daxil edilməsi, silinməsi və/və ya təsnifləşdirilməsi rəhbərliyin mülahizələrini (məsələn, 
balansdankənar öhdəliklərin uçota alınması) tələb edir. 
5. Yeni və ya Yenidən İşlənmiş Standartların və Onlara dair Şərhlərin Tətbiqi 
1 yanvar 2007-ci il tarixdən qrup üçün bəzi yeni bMHs-lər qüvvəyə minmişdir. Hazırda qrupun fəaliyyəti üçün məqbul sayılan və ya gələcəkdə sayıla biləcək yeni 
və ya yenidən işlənmiş standartlar və onlara dair şərhlər, eləcə də onların qrupun uçot siyasətinə təsiri haqqında məlumat aşağıda göstərilir. uçot siyasətindəki 
bütün dəyişikliklər aşağıda başqa cür göstərilmədiyi halda, 1 yanvar 2006-cı il tarixinə konsolidasiya edilmiş bölüşdürülməmiş mənfəətə düzəlişlərin edilməsi 
nəzərə alınmaqla, retrospektiv qaydada tətbiq edilmişdir.


Yüklə 5,44 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə