Azərbaycan beynəlxalq banki iLLİk hesabat 2007



Yüklə 5,44 Mb.
Pdf görüntüsü
səhifə5/42
tarix17.09.2018
ölçüsü5,44 Mb.
#68901
1   2   3   4   5   6   7   8   9   ...   42

İllik Hesabat 2007
AZƏRBAYCAN BEYNƏLXALQ BANKI
25
Kredit əməliyyatları. 
Əvvəlki illərdəki kimi, 2007-ci ildə də Bankın kredit portfelinin
həcmində əhəmiyyətli artımlar müşahidə olunmuşdur. Bu, Bankın özünün kredit po-
tensialının getdikcə artmasının və hesabat ilində xarici maliyyə qurumları ilə əmək daş lı-
ğın misilsiz dərəcədə möhkəmlənməsinin nəticəsidir.
2006-cı illə müqayisədə hesabat ilində məcmu kredit portfelinin həcmi 96,04%, o
cüm lə dən hüquqi şəxslərə verilmiş kreditlər 92,17% artmışdır. Milli iqtisadiyyata məc-
mu kredit qoyuluşlarında ABB-nin payı 40,4% təşkil etmişdir.
Hesabat ilində kreditləşdirmənin məbləği, müddətləri və iqtisadiyyatın sahələri üzrə
yaxşı tarazlaşdırılmış, keyfiyyətli kredit portfeli formalaşdırılmışdır. Belə ki, kredit portfe-
linin sahələr üzrə strukturunda inşaat sektoruna verilmiş kreditlərin payı 18,7%, ticarət
sektorunun payı 17,6%, istehsalat sektorunun payı 15,3%, nəqliyyat sektorunun payı
14,8%, neft-qaz və enerji istehsalı və paylanması sektorlarının payları isə, müvafiq ola-
raq, 5,7% və 5,3% təşkil etmişdir.
Xarici maliyyə təsisatları ilə əlaqələr və layihə maliyyələşdirilməsi.
 Hesabat
ilin də Bank müştərilərini ucuz və uzunmüddətli vəsaitlərlə təchiz etmək, iri layihələri
ma liyyə ləşdirmək məqsədi ilə xarici maliyyə təsisatları ilə bir sıra sazişlər imzalamışdır. O
cüm lədən:

10 may 2007-ci il tarixində Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası MDB
ölkələrinin agent bankları üçün Almatıda keçirilən səyyar seminar zamanı ABB-yə
Azərbaycan ərazisində layihələrin maliyyələşdirilməsi üçün 4,5 milyon ABŞ dolları
həcmində vəsait ayırıb. ABB İİK ilə 2004-cü ildən əməkdaşlıq edir;

17-18 may tarixlərində Azərbaycan Beynəlxalq Bankı 100 milyon ABŞ dolları həc-
mində Böyük Britaniya, Hollandiya, Danimarka, ABŞ və Kiprdən 9 bank, hedc fond-
ları və özəl kapitalı idarə edən şirkətlərdən subordinasiya edilmiş kredit cəlb etmiş-
dir. Kreditin son ödənilmə müddəti – 2017-ci ildir, yəni subordinasiya edilmiş kredit
10 il müddətinə və ilk 5 ildən sonra ABB üçün, onun vaxtından əvvəl ödənilməsi
imkanı ilə cəlb olunmuşdur.

13 iyun 2007-ci il tarixində Bakı şəhərində Azərbaycan Beynəlxalq Bankı tərəfindən 140
milyon ABŞ dolları məbləğində sindikatlaşdırılmış kreditin cəlb edilməsinə dair saziş imza-
lanmışdır. Sindikatlaşmanın ilkin məbləğinin 80 milyon ABŞ dolları səviyyəsində olacağının
elan edilməsinə baxmayaraq, əvvəlki müqavilələrdə olduğu kimi, maliyyə institutlarının
ABB ilə əməkdaşlığa göstərdiyi böyük marağın nəticəsi olaraq, əqdin yekun məbləği
140 milyon ABŞ dollarına qədər artırılmışdır. Sindikatlaşmanın müvəkkil təşkilatçıları rolun-
da BayernBL, Calyon və UniCredit Group kimi, beynəlxalq bank biznesinin liderləri çıxış
etmişlər. Ümumilikdə sindikatlaşmada dünyanın müxtəlif ölkələrindən 25 bank iştirak et-
mişdir. Onların arasında Credit Europe Bank N.V., CitiGroup N.A., National Bank of Du-
bai PJSC, GarantiBank International N.V., Bank Hapoalim B.M., Sumitomo Mitsui Banking
Corporation Europe Limited və s. kimi təşkilatlar da olmuşdur.


26

13 iyun tarixində Azərbaycan Beynəlxalq
Bankı da ha bir sənəd – 20 milyon ABŞ
dol ları məb lə ğin də kredit xəttinin açıl-
ma sı barədə kre dit mü qa vi ləsi im za-
la mış dır. Bu və saitləri 8 il müd dətinə
Ya po niya Beynəlxalq Əməkdaşlıq Bankı
(JBIC) və Su mi to mo-Mitsui Banking Cor-
po ra tion (SMBC) ayır mışdır. Kre dit xət ti
ixracın ma liy yə ləş di ril məsinə və dəs tək-
lən məsinə yönəldilmişdir.

19 dekabr tarixində Asiya İnkişaf Bankı
(AİB) və Azər baycan Beynəlxalq Ban kı
arasında 20 milyon ABŞ dolları məb-
ləğində subordinasiya edilmiş kreditin
ayrıl masına dair saziş imzalanmışdır.
Kre dit sazişinin şərtlərinə görə, vəsaitlər
ABB-yə 8 il müddətinə verilmişdir. İlk
beş ildə kreditin faiz dərəcəsi 6 aylıq
LIBOR+3,85 faiz, sonrakı üç ildə isə - 6
ay lıq LIBOR + 5,35 faiz səviyyəsində mü-
əy yən olunmuşdur.
70000
60000
50000
40000
30000
20000
10000
0
2004
2005
2006
2007
Xidmət olunan korporativ
müştərilərinin sayının artımı


İllik Hesabat 2007
AZƏRBAYCAN BEYNƏLXALQ BANKI
27
Xarici maliyyə təsisatları tərəfindən ABB-yə açılmış kre dit xətləri
hesabına hesabat ilin də bir çox orta və iri həcmli layihələr, o
cümlədən İdeal Dizayn şir kə ti tərəfindən mebel istehsalı üçün
avadanlığın alınması (2,5 milyon ABŞ dolları həcmində), “Şəki
Aqro İndastris” MMC şirkəti tərəfindən suvarma avadanlığının
təchizatı (8,7 milyon avro), “İn termet MMC” şirkəti tərəfindən
pam bıq təmizləmə zavodunun inşası (11,7 milyon avro), “İn-
tertobacco” şirkəti tə rəfin dən tütün zavodunun inşası (3,1
milyon avro) və s. la yihələr ma liy yə ləş di ril miş dir.
Qiymətli kağızlar. 
ABB 2007-ci ildə
 Rusiya qiymətli kağızlar
bazarında öz fəaliyyətini davam etdirmişdir. Belə ki, Frizs-
troyinvest, UnitedMultimedia, Logistik, Qlobalİnvest, Belrus-
NefteQaz və s. kimi yeni təşkilatların vekselləri alınmışdır. Bu
veksellər üzrə inves tisiyaların həcmi 119,1 milyon ABŞ dolları
məbləğinə catdırılmışdır ki, bu da 2006-cı ilə nisbətən 79,3
milyon ABŞ dolları çoxdur. Bu əməliyyatlardan 6,8 milyon
manat məbləğində gəlir əldə edilmişdir ki, bu da keçən illə
müqayisədə 5,8 milyon manat çoxdur. Ötən ilə nisbətən
gəlirin nəzərə çarpacaq dərəcədə artımı, 2007-ci ildə veksel
portfelinin ümumi həcminin artması və əqdlərin daha sərfəli
faiz dərəcələri ilə bağlanması ilə izah olunur.


Yüklə 5,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə