Azərbaycan dili 8



Yüklə 8,74 Mb.
Pdf görüntüsü
səhifə4/39
tarix08.07.2018
ölçüsü8,74 Mb.
#54377
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   39

1.  Sizcə, mətnə verilən ad məzmuna uyğundurmu? Siz mətnə hansı adı verərdiniz?
2.  Hər abzasdakı faktları seçin və münasibət bildirin.
3.  Məşədi İbrahim öz şəxsi mülkünü nə üçün seminariyaya bağışlayır?
4.  Məşədi İbrahimin oğlunun hərəkətinə münasibət bildirin. Necə düşünürsünüz,
insan mütləq ali təhsil almalıdırmı?
5.  Mətndən çıxan əsas fikri müəyyənləşdirin.
6.  “Mətndə hansı suala cavab yoxdur?” şərtinə əsaslanan tapşırıq hazırlasa idiniz,
hansı suallardan istifadə edərdiniz?
7.  Fərqləndirilmiş sözlərin leksik mənalarını müəyyən edin. Onların qarşılığını
tapın.
8.  Bina və maya sözlərinin kontekstə uyğun mənalarını izah edin.
9.  Mətndə məcazi mənada işlənmiş sözləri seçin və seçiminizi əsaslandırın.
10.  Mətndə fərqləndirilən söz birləşmələrini aşağıdakı kimi qruplaşdırın.
Əsas tərəfi adlarla ifadə
olunan
Əsas tərəfi feilin təsriflənməyən formaları ilə
ifadə olunan
XIX əsrin ortaları 
..............
Qazaxda günəmuzd fəhlə işləyən 
..............
Söz birləşməsində I tərəf asıb, II tərəf əsas tərəf hesab edilir. Əsas tərəf tabe
edən, asılı tərəf tabe olandır. 
Söz birləşmələrinin həm əsas, həm də asıb tərəfləri müstəqil sözlərdən
ibarət olmalıdır. Tərəflər adlarla (isim, sifət, say, əvəzlik, zərf) və feilin
təsriflənməyən formaları ilə ifadə olunur.


11.  Aşağıdakı mətndən ismi və feili birləşmələri seçib quruluşuna görə növünü
müəyyən edin. Bu mətn “Yaxşılıq itmir” mətni ilə hansı baxımdan əlaqələnə
bilər?
İsrafil ağa Kərbəlayev XX əsrin əvvəllərinə kimi Qazax qəzasının tanınmış
xeyriyyəçi bəylərindən olub. O, indiki Ağstafa rayonunun Qıraq Kəsəmən
kəndində bəy ailəsində anadan olmuşdur. Qazax şəhərində qədim hamam
tikdirən İsrafil ağanın malı, mülkü (indiki 3 nömrəli məktəbin binası) dağıdılmış,
özü isə 1917-ci ildə bolşeviklər tərəfindən Poylu körpüsündə güllələnmişdir.
A.Zamanovun tədqiqatlarına görə, 1912-ci ildə M.Ə.Sabirin şeirlərini
“Hophopnamə” adı altında nəşr etmək üçün keçirilən ianə toplanışında İsrafil
ağa böyük həcmdə yardım göstərmişdir.

 Mürəkkəb adları müəyyənləşdirin, yazılışına diqqət edin.
12.  Nöqtələrin yerinə lazım olan sözləri yazıb fikrinizi əsaslandırın.
13.  “Təhsil imkanları bu gün” mövzusunda inşa yazın.
Əsas tərəfin ifadə vasitəsinə görə söz birləşmələrinin iki növü var: 
2) feili birləşmələr.
1) ismi birləşmələr; 
Əsas tərəfi adlarla ifadə olunan söz birləşmələrinə ismi birləşmələr deyilir.
Məsələn: baharın gəlişi, uşaq ədəbiyyatı, səfər təəssüratı, çalınan musiqi,
çalışqan şagird. 
Əsas tərəfi feilin təsriflənməyən formaları (məsdər, feili sifət, feili bağlama) ilə
ifadə olunan söz birləşmələrinə feili birləşmələr deyilir. Məsələn: el qeyrəti çəkən,
vicdanla yaşamaq, ədalətlə həll etdikdə və s.
Tərkibində şəhər, kənd, küçə, meydan, okean, dəniz, çay, körpü və s. sözlər
olan mürəkkəb adlarda birinci söz böyük, ikinci söz kiçik hərflə yazılır.
Məsələn: Sakit okean, Xəzər dənizi, Kür çayı və s.
Sizcə, təqdimatımızda lüğətə
məxsus hansı prinsip
pozulmuşdur?


1. Şeiri tələffüz qaydalarına uyğun olaraq düzgün intonasiya ilə oxuyun.
ANA DİLİ
(ixtisarla)
Dil açanda ilk dəfə “ana” söyləyirik biz, 
“Ana dili” adlanır bizim ilk dərsliyimiz. 
İlk mahnımız laylanı anamız öz südüylə 
İçirir ruhumuza bu dildə gilə-gilə.
Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil bir-birimizlə əhdi-peymanımızdır. 
Bu dil tanıtmış bizə bu dünyada hər şeyi. 
Bu dil əcdadımızın bizə miras verdiyi 


Qiymətli xəzinədir... onu gözlərimiztək 
Qoruyub, nəsillərə biz də hədiyyə verək.
Ana dilim, səndədir xalqın əqli, hikməti. 
Ərəb oğlu Məcnunun dərdi səndə dil açmış
Ürəklərə yol açan Füzulinin sənəti, 
Ey dilim, qüdrətinlə dünyalara yol açmış 
Səndə mənim xalqımın qəhrəmanlıqla 
Tarixi varaqlanır. 
Səndə neçə min illik mənim mədəniyyətim, 
Şan-şöhrətim saxlanır. 
Mənim adım-sanımsan, 
Namusum, vicdanımsan!
Bu dil tanıtmış bizə bu dünyada hər şeyi. 
Bu dil əcdadımızın bizə qoyub getdiyi 
Ən qiymətli mirasdır, onu gözlərimiztək 
Qoruyub, nəsillərə biz də hədiyyə verək!
Ey öz doğma dilində danışmağı ar bilən 
fasonlu ədabazlar! 
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar. 
Bunlar qoy mənim olsun, 
Ancaq Vətən çörəyi, 
Sizlərə qənim olsun!
Bəxtiyar Vahabzadə


2.  Şeirdəki əsas fikri müəyyən edin.
3.  Müəllif nə üçün oxucunun diqqətini ilk dərsliyin adına cəlb edir?
4.  Şair nə üçün ana dilimizi “xəzinə” adlandırır?
5.  Sizcə, tarix və mədəniyyətimizlə dilimizin hansı əlaqəsi vardır? Fikrinizi faktlarla
əsaslandıraraq ümumiləşdirin.
6.  Şair ana dilini necə qiymətləndirir?
7.  Ana dilində danışmağı özünə ar bilənlərə münasibətiniz necədir? Fikirlərinizi
əsaslandırın.
8.  Şeirdən çoxmənalı və omonim sözləri seçin və izah edin.
9.  Hansı sözlər məcazi mənada işlənmişdir? Özünüz də məcazi mənalı birləşmələr
yaradın.
10.  Şeirdə fərqləndirilmiş söz və ifadələrin məna çalarlarını izah edin.
11.  Şeirdən ismi birləşmələri seçib aşağıdakı kimi qruplaşdırın.
I tərəfi yiyəlik halda
olmayan, II tərəfi
mənsubiyyət
şəkilçisiz
birləşmələr
I tərəfi qeyri-müəyyənlik
bildirən yiyəlik halda, II
tərəfi mənsubiyyət
şəkilçili birləşmələr
I tərəfi müəyyənlik
bildirən yiyəlik halda,
II tərəfi mənsubiyyət
şəkilçili birləşmələr
İlk mahnı 
.........................
Ana dili 
.........................
Şagirdlərin ilk dərsliyi 
.........................
Asılı tərəfin əsas tərəfi təyin etdiyi birləşmələrə təyini söz birləşmələri deyilir. Bu
birləşmələrin üç növü var:
I növ təyini söz birləşmələri; 
II növ təyini söz birləşmələri; 
III növ təyini söz birləşmələri.


Yüklə 8,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə