Azərbaycan Dövlət İqtisad Universiteti (unec) “Maliyyə və audit”kafedrasının


layihə-smeta sənədlərinin təsdiqi üzrə materialı



Yüklə 146,5 Kb.
səhifə6/9
tarix23.05.2023
ölçüsü146,5 Kb.
#112178
1   2   3   4   5   6   7   8   9
UNEC 1683787724

layihə-smeta sənədlərinin təsdiqi üzrə materialı;

  • tikintinin aparılması hüququnu təsdiq edən lisenziyanın surətini;

  • obyektin maliyyələşdirilməsi üzrə xüsusi və borc edilmiş vəsait haqqında arayış;

  • illərə bölünməklə yeni başlanan tikinti obyektləri haq­qında daxili titul siyahıları, eləcədə yarımçıq obyektlər üzrə titul siyahıları və s.



    1. Banklar tərəfindən kapital qoyuluşunun maliyyələşdirilməsi şərtləri

    Nəzərə almaq lazımdır ki, respublikada fəaliyyət göstərən kommersiya banklarının kifayət qədər resursları olmadığından, eləcə də mövcud kredit faizləri ilə investisiya sferasına uzun­müddətli kreditlərin istifadəsi olduqca riskli olduğundan, bu sahədə irəliləyişə nail olmaq dövlət imtiyazı olmadan qeyri mümkündür. Bunun üçün hesab edirik ki, «dövlət investisiya bankı» və ya «dövlət ipoteka ban­kı»nın yaradılmasının vaxtı çatmışdır. Belə banklar dövlətin siya­sətinə müvafiq olaraq uzunmüddətli kreditləri güzəştli faiz­lərlə verərək investisiya fəaliyyətini canlandıra bilərlər. Bu gün mövcud bank sistemində bunu tətbiq etmək mümkün deyildir. Belə ki, bu gün dövlət resurslarının Mərkəzi Bank tərəfindən kommersiya banklarına 12%-lə verilən kreditlər, müxtəlif fiziki və hüquqi şəxslərə 20-25%-lə satılır. Əlbəttə belə faizlə investisiya fəaliyyətini kreditləşdirmək qeyri-mümkündür. Əgər biz investisiya fəaliyyətinə uzunmüddətli kreditləri cəlb etmək istəyiriksə, ya həmin resurslar dövlətin himayəsində olan banklar tərəfindən aşağı faizlə sahibkarlara çatdırılmalı və ya yuxarıda qeyd etdiyimiz kimi dövlətin ixtisaslaşmış bankı yaradılmalıdır.

    İpoteka kreditləşmə formasının tətbiqindən məqsəd qeyd edildiyi kimi gənc ailələrin, hərbiçilərin, elmi işçilərin, bir sözlə əhalinin az təminatlı təbəqəsinin mənzil şəraitinin yax­şılaş­dırılmasıdır. Real vəziyyət necədir? Bu kreditin 7% (4%) - lə seçilmiş müvəkkil banklar vasitəsilə vətən­daş­lara çat­dırıl­ır.

    Bir qayda olaraq uzunmüddətli bank kreditləşdirilməsinin obyektləri müəssisə və təşkilatların tikintiləri, eləcədə vətən­daş­ların özlərinə məxsus mənzil tikintiləri, istehsal və sosial sferaya aid obyektlər tikintisi, mövcud obyektlərin yenidən qurulması, genişləndirilməsi, avadanlıq, texniki və nəqliyyat vasitələri, elmi-texniki məhsullar, intellektual dəyərlər, eyni zamanda digər mülkiyyət obyektlərinin yaradılması ola bilər.


    Yüklə 146,5 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə