Azərbaycan döVLƏt neft və SƏnaye universiteti



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə145/151
tarix07.04.2018
ölçüsü3,74 Mb.
#36496
1   ...   141   142   143   144   145   146   147   148   ...   151

452 

 

yazışmalar  yazı  dilində  olduğu  qədər,  danışıq  dilinə  də  təsir 



edir.  Gündəlik  həyatımızda  “cv”,    “online”,  “e-mail”  və  s. 

sözlər mövcuddur ki, dilimizə uyğunlaşıb və daha onlardan çox 

istifadə  edirik.  Artıq  bizə  yeni  olmayan  bu  sözlər,  gündəlik 

həyatımızda tez-tez eşitdiyimiz ifadələrdir. 

Yazıda  bu  mövzu  daha  həssasdır.Çünki  bu  günümüzə 

gəlib    çatan  yazılar  vasitəsi  ilə  keçmişdən  məlumat  almışıq. 

Ona  görə  də  düzgün  yazmağımız  birbaşa  mədəniyyətimizə  də 

təsir  edir.Şifahi  dildən  çox  yazı  dilinə  diqqət  daha  böyük 

olmalıdır.Bu inkişafın əlbəttə müsbət tərəfləri də vardır. Lakin 

mənfi tərəfləri dilimizdəki problemlərlə bitmir. Həm sağlamlıq 

cəhətdən,  həm  də  psixoloji  cəhətdən  insanlara  ziyan 

verir.Müsbət 

cəhətdən 

isə 


lüğət 

tərkibi 


yenilənir, 

zənginləşir,hər şey daha asan və rahat olur. Amma bu asand və 

rahatlıq da insanları tənbəlləşdirməyə doğru aparır. 

Dildə  yaranan  yeni  sözlər  müasir  tələblərə  cavab 

verməlidir. İstifadə olunmayan sözlər artarsa, dili korlaya bilər. 

Buna  görə  də  dilimizi  qorumalıyıq.  Onun  inkişafını  düzgün 

istiqamətdə yönləndirməliyik. 

 

MƏNİM ANA DİLİM, MƏNİM KİMLİYİM 

 

Tələbə:                                                          Elmi rəhbər 



Salamzadə Gülnar Elçin qızı                        Salahova A.                                                                                   

II kurs, qrup 341.6                            



 

Dünyanın 

ən 

qədim 


xalqlarından 

biri 


olan 

azərbaycanlılar  çox  qədim  mədəniyyətə  malikdir.  Azərbaycan 

mədəniyyət və incəsənətindən olan nümunələr ABŞ, Britaniya, 

Fransa, İran, İtaliya, Misir, Türkiyə və s. kimi dünyanın bir çox 

ölkələrində  muzeylərdə  qorunub  saxlanılır.  Mədəniyyət 

incilərinin  belə  rəngarəng  olmasına  isə  təbii  ki,  Azərbaycan 

xalqının  yüksək  zövqə  malik  olması,  yaşayış  tərzi  və  inkişaf 

tarixi  təsir  göstərmişdir.Arxeoloji  qazıntılar  zamanı  tapılan 




453 

 

nümunələr  bir  daha  sübut  edir  ki,  Azərbaycan  xalqı  qədim 



dövrlərdən  bəri  müxtəlif  sənət  növləri  ilə  məşğul  olmuşdur. 

Azərbaycan  mədəniyyətinin  müxtəlif  sahələrini  nəzərdən 

keçirsək  görərik  ki,  hər  bir  sahə  özünəməxsus  gözəlliyi, 

orijinallığı və milliliyi ilə fərqlənir. Bu, dövrümüzə qədər gəlib 

çatmış  nümunələrdə  hər  tərəfli  öz  əksini  tapmışdır.  Misal 

olaraq,  qədimi  xalçalar,  ziynət  əşyaları,  gündəlik  istifadə 

qabları,  alətlər,  heykəllər,  şəkillər,  ədəbiyyat  və  musiqi 

nümunələrini və s. göstərmək olar.                                                                                                                                                             

Hazırda  Azərbaycan  müstəqilliyini  və  dövlətçiliyini 

möhkəmləndirərək,  sosial-siyasi  və  iqtisadi  dəyişikliklər 

həyata keçirərək, milli maraqları əsas götürərək dünyada sivil, 

demokratik  cəmiyyət  quran  bir  dövlət  kimi  tanınır.  Bugün 

əminliklə  demək  olar  ki,  Azərbaycan  qloballaşan  dünyada 

dinamik  və  sabit  inkişaf  edən  dövlətlər  sırasındadır.Dil 

mədəniyyət  ilə  qarşılıqlı  asılılıq  vəziyətindədir.  Dil,  o  dildə 

danışan xalqın milli mədəniyyətini özündə əks etdirir. 

Dil  mədəniyyətin,  mədəniyyət  isə  öz  növbəsində  dilin 

inkişafına  imkan  və  şərait  yaradır.  Dünya  ədəbi  dillərinin 

meydana  gəlməsi,  formalaşması,  inkişaf  edib  zənginləşməsi 

mədəniyyətlə  sıx  bağlıdır.  Eyni  zamanda,  dil  təkcə  xalqın 

mədəniyyətini  əks  etdirmək  funksiyası  daşımır,  dilin  əsas 

funksiyası  mədəniyyəti  qoruyub  saxlayaraq  nəsillərdən-

nəsillərə  ötürməkdir.  Hər  bir  dil  özündə  dünya  tarixinin  bir 

hissəsini  yaşadır,  əvvəlki dövrləri araşdırmaqda  əvəz olunmaz 

rol  oynayır  və  ən  əsası,  ondan  istifadə  edən  xalqların, 

tayfaların tarixini, mədəniyyətini, inkişafını özündə əks etdirir. 

Məhz buna görə, dil-mədəniyyətin güzgüsüdür. 

Hər bir millətin öz doğma dili var. Bu dil ana dili adlanır. 

Ana 

dili 


millətin 

mənəviyyatının 

güzgüsü,varlığının 

göstəricisidir.  Ana  dili  elə  dəyərli  sərvətdir  ki,  onun  məhv 

olması  millətin  bir  millət  kimi  tarix  səhnəsindən  silinməsi 

deməkdir. 

Bizim    ana  dilimiz  Azərbaycan  dilidir.  Gözümüzü 



454 

 

dünyaya  açan  gündən    bu  dil  ana  südü,  ana  laylası  ilə  birgə 



beynimizə  süzülür  yaddaşımıza  həkk  olunur,  canımıza, 

qanımıza hopur, ruhumuzu qidalandırır. 

Azərbaycan  dili  ən  az  dəyişikliyə  uğrayan  dillərdəndir. 

Az  dəyişən  dillər  uzun  ömürlü  olur.  Dil  milli  mədəniyyətin 

təzahürüdür.  Hər  bir  vətəndaş  öz  doğma  dilini  dərindən 

bilməli, 

onun 

incəliklərinə 



yiyələnməli, 

özündə  nitq 

mədəniyyəti tərbiyə etməlidir. 

 

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN DİLİ 



 

Tələbə:                                                     Elmi rəhbər  

Zeynalova Sevinc Abdulla qızı                Orucova N.                                                                             

II kurs, qrup 351.6                       

      

Təsadüfi  deyil  ki,  məhz  Ümummilli  liderimiz  Heydər 

Əliyevin  ötən  əsrin  70-ci  illərinin  əvvəllərindən  başlayaraq 

xalqımızın  milli-mənəvi  dəyərlərinin  qorunması,  tariximizin 

düzgün  istiqamətdə  öyrənilməsi,  ana  dilimizin  rolunun 

artırılması,  xalqın  azadlıq  istəyinin  təcəssümü  kimi  ortaya 

çıxan  ədəbi-bədii  nümunələrin  hücumlardan  qorunması 

yönündə apardığı məqsədyönlü siyasət cəmiyyətdə milli ruhun 

oyanışına təkan verdi. 

Təbii  ki,  bu  istiqamətdəki  fəaliyyətində  Ümummilli 

liderimiz  Heydər  Əliyev  Azərbaycan  dilinin  inkişafına  xüsusi 

diqqət  yetirib.  Çünki  ana  dili  hər  bir  xalqın  varlığını  təsdiq 

edən başlıca amildir. Ana dili hər bir xalqın milli sərvəti, həmin 

xalqın varlığının təsdiqidir. Dil millətin formalaşmasında vacib 

olan  amillərdən  biridir.  Azərbaycan  dilinin  bugünkü  inkişaf 

səviyyəsi  xalqımızın  dünyanın  ən  qədim  xalqlarından  biri 

olduğunu təsdiqləyir. Lakin Azərbaycan dilinin yaxın keçmişdə 

ciddi sınaqlarla üzləşdiyini də unutmaq olmaz. 

Belə  ki,  çar  Rusiyasının  ruslaşdırma  siyasətindən  sonra 



Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə