Azərbaycan döVLƏt neft və SƏnaye universiteti



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə26/151
tarix07.04.2018
ölçüsü3,74 Mb.
#36496
1   ...   22   23   24   25   26   27   28   29   ...   151

84 

 

нефтеотдачи. 



Анализ  результатов  полученных  экспериментов  на 

площадной  закачке  горячей  воды  (при  различных 

температурах)  в  пласт,  содержащий  высоковязкие 

неньютоновские нефти, показывают, что рост температуры 

закачиваемой  воды  приводит  к  повышению  нефтеотдачи 

пласта,  уменьшению  объёма  закачиваемой  воды  и 

продолжительности процесса.  

DƏRİN SULARDA MAİLİ İSTİQAMƏTLƏNDİRİLMİŞ 

VƏ ÜFÜQİ QUYULARIN QAZILMASININ BƏZİ 

XÜSUSİYYƏTLƏRİ 

 

Tələbə:                                                            Elmi rəhbər:                                                                                            

Ibrahimova Amanə Azər qızı                 dos.R.S.İbrahimov                                                   

IV kurs, qrup 235.4  



 

Məlumdur ki, dərin sularda maili istiqamətləndirilmiş və 

üfüqi  quyuların  qazılmasının,  quyuağzı  avadanlığın  və  digər 

işlərin bəzi xüsusiyyətləri var. 

Quyu 

profilinin 



düzgün 

seçilməsi 

maili 

istiqamətləndirilmiş  və  üfüqi  qazımada  böyük  əhəmiyyətə 



malikdir,  hansını  ki,  elə  seçmək  lazımdır  ki,  onun 

uzunmüddətli  və  qəzasız  istismarını  təmin  edərək,  minimal 

vaxt  və  vəsait  xərclərində  hər  hansı  bir  mürəkkəbləşmə 

olmadan onu layihə dərinliyinə çatdırmaq mümkün olsun.  

Profilin 

tipinin 


seçilməsi, 

quyuların 

qazılması 

şəraitlərinin, yatağın geoloji kəsilişini əmələ gətirən süxurların 

möhkəmlik  xarakteristikalarının,  istifadə  edilən  QKAH-lar 

üçün  xarakterik  olan  əylmələrin  qanunauyğunluqlarının, 

quyuların  istismarı  zamanı  tətbiq  edilən  üsulları  və  texniki 

vasitələrin nəzərə alınması ilə həyata keçirilir.  

Təcrübənin  göstərdiyi  kimi,  qeyd  edilən  quyuların 

qazılması  yeni  neft  və  qaz  yataqlarının  mənimsənilməsini 




85 

 

sürətləndirir,  layın  debitini  və  neft  verməsini  artırır,  kapital 



qoyuluşunu azaldır, quyuların xidmət və təmirini yüngülləşdirir 

və sadələşdirir. 

Stasionar  özüllərdən  quyuların  qazılması  təcrübəsinin 

əsas  xüsusiyyətlərindən  biri,  hətta  dənizin  nisbətən  kiçik 

dərinliklərində  istiqamətləndiricinin  yerinin  qazılması  və  onun 

buraxılmasıdır  ki,  bu  da  bəzən  mürəkkəbləşmələrə  gətirir, 

hansıların  ki,  səbəbi  baltanın  quyudibinə  çatdırılmamasıdır, 

həmçinin  konduktorun,  suyun  dövranının  olmaması,  dəniz 

suyunun yuyub aparması və s. 

Dəniz və quru şəraitlərində qazımanın funksiyaları bütövlükdə 

ekvivalentdir.  Lakin,  yuxarı  (sualtı)  hissədə  quyuların 

konstruksiyası ilə, quyunun lüləsinin qazılması ilə avadanlıqla 

və  quyuağzının  tullanışa  qurğuları  ilə,  konservasiya  ilə  və  s. 

bağlı  olan  bir  sıra  xüsusiyyətlər  vardır.  Bütövlükdə  dənizdə 

quyuların qazıma prosesinə təbii, texniki və texnoloji faktorlar 

təsir  edir.  İşlərin  təşkil  edilməsini,  texnikanın  konstruktiv 

sınanmasını, onun dəyərini, qazımanın geoloji informativliyini 

və s. təyin edən təbii amillər ən böyük təsir göstərir. 

Hidrometeoroloji şəraitlər dənizin dalğalanması ilə, onun 

buz və temperatur rejimləri ilə, suyun səviyyəsinin dəyişmələri 

ilə  (qabarmalar-çəkilmələr,  düşmələr-qalxmalar)  və  onun  axın 

sürəti  ilə,  görünmə  dərəcəsi  ilə  (dumanlar,  aşağı  buludluluq, 

çovğunlar, yağıntılar) xarakterizə olunur. 

 

QAZIMA KƏMƏRININ VƏ QORUYUCU BORULARIN 



TUTULMASINA QARŞI MÜBARIZƏ 

     


Tələbə:                                                     Elmi rəhbər: 

      İbrahimzadə Şüküfə Mənsur qızı            b/m ŞirinovM.M. 

      IV kurs, qrup 233.4  

 

       Qazıma  kəmərinin  və  qoruyucu  boruların  tutulması 




86 

 

qazımada  ən  geniş  yayılmış ağır və bəzən  aradan qaldırılması 



çox zəhmət  və  vəsait tələb edən mürəkkəbləşmələrdən biridir. 

Qazıma borularının tutulması novların əmələ gəlməsi (nov olan 

sahədə 

tutulma), 



təzyiq 

düşgüsündən 

(diferensiyal 

tutulma),quyu  lüləsinin  daralmış  hissələrində,  quyu  divarının 

uçulmasından, salnikyaranmadan və s. baş verir .  

       Borunun tutulmasının iki əsas tipi məlumdur: mexaniki və 

diferensial . 

        Mexaniki  tutulma  əsasən  qazıma  kəmərinin  mexaniki 

tutulmasının  üç  əsas  səbəbi  var:  maneə,  tıxac  yaranması  və 

quyu lüləsinin həndəsi forması. 

Diferensial  tutulma  boru  hərəkətsiz  və  ya  çox  kiçik 

sürətlə  hərəkət  etdikdə  baş  verir.  Onun  səbəbi  --  hidroststik 

təzyiqin  yüksək  olması,  qazıma  məhlulunun    şirələdiyi  səthin 

qalın  olması,  qazıma  məhlulunun  sıxlığının  yüksək  olması 

həmçinində  qazıma  məhlulunun  tərkibində  bərk  hissəciklərin 

həddən çox olmasıdır.  

Qazıma təcrübəsində qazıma və qoruyucu kəmərləri azad 

etmək  üçün  bir  sıra  üsullar  tətbiq  edilir.  Böyük  olmayan 

tutulmaları,  əsasən,  qazıma  kəmərinin  çoxlu  sayda  bir-birini 

əvəz  edən  endirilməsi  və  qaldırılması,  neft  vannasının 

qoyulması  və  rotor  vasitəsilə  döndərilməsi  yolu  ilə  aradan 

qaldırılmasıdır.  Qazıma  kəmərinin  endirilməsi  və  qaldırılması 

zamanı  boruya  tətbiq  edilən  qüvvə  kəmərin  öz  çəkisindən  bir 

az  çox  ola  bilər  və  borunun,  həmçinin  də  tal  sisteminin 

möhkəmliyi  ilə  məhdudlaşdırılır.  Ona  görə  də  qazıma 

kəmərinin  çoxlu  sayda  bir-birini  əvəz  edən  endirilməsi  və 

qaldırılmasından  əvvəl  vışkanın,  tal  sisteminin,  bucurqadın 

vəziyyəti  və  möhkəmliyi,  həmçinin  çəki  indiqatorunun 

vəziyyəti  də  yoxlanılmalıdır.  Əgər  bu  zaman  alətin  tutulmanı 

ləğv  etmək    mümkün  olmasa  ,  ondan  sonra  görüləcək  işlər 

tutulmanın  növündən  asılı  olacaqdır.  Belə  ki,  təzyiq  düşküsü 

nəticəsində baş verən tutulmalar, əsasən, maye vannaları (neft, 

su, turşulu məhlul və qələvi) tətbiq etməklə azad edirlər. 



Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə