Azərbaycan dünya əDƏbiyyatinda beynəlxalq Simpoziumun materialları



Yüklə 9,15 Mb.
Pdf görüntüsü
səhifə86/273
tarix11.07.2018
ölçüsü9,15 Mb.
#55068
1   ...   82   83   84   85   86   87   88   89   ...   273

AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

187 


 

GÜRCÜ ƏDƏBİYYATINDAAZƏRBAYCANLI OBRAZI 

(M. Cavaxi

şvilinin yaradiciliğiəsasinda) 

 

Fidan

ə Musayeva 

 

XX

əsrin əvvəllərindəgürcü ədəbiyyatında Azərbaycan xalqınıntarixi keçmişi, 



m

ədəniyyəti,  məişət və  xarakteri  haqqında  maraqlıbədii  əsərlər yaratmış  bir  sıra 

yazıçı və şairlər var. Bu sənətkarlar içərisində gürcü ədəbiyyatınınçox sevilən, iste-

dadlı və məhsuldar yazıçısıM. Cavaxişvilixüsusi yer tutur. O, 1880-ci ildə Gürcüs-

tanın tarixən həmişə azərbaycanlılar yaşamış Borçalı qəzasında anadan olmuşdur. 

XX 


əsrin  əvvəllərindən  ədəbiyyata gəlib gürcü realist nəsrinin humanist 

ənənələrinə  sadiq qalan bu sənətkar  Gürcüstanda  sovet  inqilabı  baş  verdikdən 

Ksonra da uğurla öz yaradıcılınına davam etmış bir-birindən maraqlı bədii əsərlər 

yaratmışdır. 

Az

ərbaycan oxucusunun gürcü ədəbiyyatının bir sıra tanınmış nümayəndələri 



o cüml

ədən,  M.  Cavaxaşvili  bədii irsi ilə  də  tanış  olmasında  tanınmış  tənqidçi 

aliml

ərimizDilarə Əliyeva və Əflatun Saraclının böyükrolu olmuşdur. 1980-ci ildə 



anadan  olmasının  100  illiyi münasibəti ilə  yazıçının  bir  çox  əsərləri bu alimlər 

t

ərəfindən orijinaldan ana dilimizə  mükəmməl  şəkildə  tərcümə  edilərək nəşr 



etdirilmişdir. Maraqlıdır ki, Sovet ədəbiyyatşünaslığı hətta 80-ci illərdə belə yazı-

çıya həsr olunmuş monoqrafiyalarda, sovet ensiklopediyalarında, onun tərcümeyi-

halını  oxuculara  tədqim edərkən  ölüm  tarıxinin  1937-ci ilə  təsadüf etdiyini 

göst


ərməklə  kifayətlənmişdir.  Bu günonun bədii irsi ilə  bir  daha  yaxından  tanış 

olduqda  Stalin  rejimınin  qəzəbinə  tuş  gəlmə  səbəblərinidaha dərindən anlamaq 

mümkündür.  Obyektiv v

ə  humanist  yazıçı  M.  Cavaxişviliüç  əsərində“Günahsız 

Abdulla”,  “L

əmbəli”hekayələrində  və  “Marabdılı  Arsen”romanında  xalqımızın 

milli xüsusiyy

ətini, adət-ənənəsini, qədim tarixini, yaşadığı bölgələrin yer adlarını, 

başına gələn faciələrini və nümayəndələrinin milli xarakterini bədii boyalarla əks 

etmişdir. “M.Cavaxişvilinun əsərlərində Azərbaycan kəndlilərinin həyatının təsviri, 

xalq m

əsəllərinin,  bayatılarımızın  işlədilməsi göstərir ki,  onun  yaradıcılığında 



Az

ərbaycan mövzusu mühüm yer tutur”  (2,162)  Bu  əsərlərdə,  xüsusən də, 

”Günahsız  Abdulla”hekayəsində  hər  şeydən öncə  diqqətimizi hadisələrin  baş 

verm


ə  məkanı-qədim  Borçalı  torpağındakı  toponimlər cəlb edir.  Bu toponim-

l

ərmüasir Gürcüstan dövləti tərəfindən dəyişdirılmış,  lakin  yerli  xalqın-  azərbay-



canlıların yüz illər boyuyaddaşlarına həkk olunmuş, elə indi də qədim adlarları ilə 

tanıdıqları məkan yer adlarıdır. Məsələn, ”Günahsız Abdulla”əsərindəki baş qəh-

r

əmanın  Sarvan  kəndindən  olması,  cinayətin  baş  verdiyi  yerin  Candar kəndi 



kimigöst

ərilməsi,  tez-tez  adı  çəkilən  Soğanlıqdüzənliyi,  Nəftillik,  Ortaçala, 

Arıxlıvə s. yer adları qədimtürk mənşəli sözlər olduğu üçünsonralar sünii şəkildə 

d

əyişdirilmişdir.  



“M. 

Cavaxişviliyaradıcılığında diqqəti cəlb edən bir səciyyəvi cəhət də onun 

əsərlərində  çoxlu Azərbaycan sözləri,  xalq məsəlləri və  bayatılarının  işlədilmə-

sidir.”  (1,  7) 

Borçalıda  doğulub  böyüdüyü  üçün  dilimizi  yaxşı  bilən  yazıçı  öz 

əsərlərində, məsələn“Ləmbəli” povestində baş qəhrəmanın- milliyyətcə gürcü olan 

humanist v

ə  ağıllı  həkimin dilindənböyük məhəbbətlə  Azərbaycandilindəbir çox 

söz,  cüml

ə  və  dialoqlar verməklə  bu  diliyaxşı  bilməsi ilə  fəxr etdiyini göstərir. 

T

əqdirəlayiq haldır ki, əsərin tərcüməçiləri də gürcü dilində yazılmış bu əsərlərdə 




AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

188 


 

Az

ərbaycan dilində ifadə edilmiş bir çox söz və cümlələri oxucularımızındiqqətinə 



çatdırmaq üçün kursivdən istifadə etmişvə səhifələrin sonunda bunu qeyd etmişdir. 

Yazıçının  1920-ci illərdə  yazdığı  “Günahsız  Abdulla”əsəri ana dilimizətər-

cüm

ə edildikdən bir az sonraAzərbaycan Televiziyası tərəfindən səhnələşdirilərək 



tamaçılarımıza təqdim edilmiş və böyük sevgi ilə qarşılanmışdır. Qeyd etdiyimiz 

kimi, 


”Günahsız  Abdulla”əsərinin  mövzusu  Borçalıda  yaşayan  azərbaycanlıların 

h

əyatındandır.  Onların  öz  el-obalarına  böyük  hörməti,  ənənələrinə  dərin 



ehtiramıyazıçı tərəfindən dəqiq müşahidə edilmiş, düzgün təsvir edilmişdir. Əsərin 

baş  qəhrəmanı  Abdulla  cinayətin kim tərəfindən edildiyini bilə-bilə  özünün 

günahsız yerə on il həbs edilməsinə ona görə dözür ki, cinayətkarın əməlini sübut 

ed

ə bilməsə el–obası içərisində rüsvay olar. Onun qəddar düşməni Mustafa da bilir 



ki, Abdulla cinay

ətin kim tərəfindən edildiyini bilə-bilə onu ələ verməyəcək.  

əllifin  Borçalıəhalisinə  münasibətinidərindən duymaqüçün əsərdəki bir 



neç

ə  cümləni nəzərdən keçirək.  ”O bilirdi ki,  gənclik və  qoçaqlıq  dustaqxanada 

Borçalıdan az qiymətləndirilmir, buna görə də gözlərini sildi, zorla özünü yığışdır-

dı və gumrah görünməyə çalışdı.” (1, 115)”Bu qanlı divarlar arasındakı dustaqlara 

k

ənardan da sovqat gəlirdi.  Müsəlmanlar Allah və  peygəmbərin məsləhətinə 



sadiqdirl

ər. Onlar ianə toplayır və dini bayramlarda dustaqlara göndərirdilər. Ab-

dullaöz payını dostu Şakrosuz yeməzdi”. (1, 125)Təbii ki, M. Cavaxişvili “müsəl-

manlar” dedikd

əBorçalıda  islam  dininə  sitayiş  edən  insanları-azərbaycanlıları 

n

əzərdə tutur. İntizama əməl etdiyi üçün həbs müddəti azaldılsa da, azadlığa çıx-



masına  üç  ay  qalmış  ailəsindən heç bir xəbər gəlmədiyinəgörə  Abdulla həbsxa-

nadan qaçır. Anası öləndən sonra tək qalmış gənc arvadınınnökər Əliqulu ilə ev-

l

ənmək məcburiyyətində  qaldığını  eşidən Abdulla,  həbs  olunmasına  səbəbkar ol-



muş əmisi oğlu Mustafanın evinə gedir və öz qisasını alır. Maraqlıdır kı, o qaçıb 

gizl


ənmək  haqqında  düşünmədən geri həbsxanaya  qayıdır,  özünün  beş  adam 

öldürdüyünü elan edir. 

Keçmiş sovetlər birliyi tənqidçiləri bu əsəri “ M. Cavaxişvili  yaradıcılığının 

deyil, bütün 

ədəbiyyatının ən gözəl incisi” (1, 5)hesab etsələr də sosialist realizmi 

metodu adlandırılan vəyalnız sovetidealogiyasınaxidmət edən yaradıcılıq tələbləri 

bax

ımından  qiymətləndirməyə  çalışmışlar.  Dilarə  Əliyeva  “Ürək bir,  dilək bir 



”monoqra

fiyasındaəsəri təhlil edərkən bu hekayənin  baş  qəhrəmanı-  günahsız 

olaraq 10 il h

əbsə  məhkum edilən  Abdullanın  yalnızsovet  hakimiyyəti quruldul-

duqdan sonra azadlığa çıxmasından danışsa da, maraqlıdır ki, hekayədə bunu işarə 

ed

əcək bir fakt belə  yoxdurO,  M.  Caxaxişvilinin  xalqımızın  həyat və  məişətinə 



yaxından  bələd  olmasını,  əsərlərində  bayatı  və  məsəllərimizdən bol-bol istifadə 

etm


əsini xüsusi də qeyd etsə də, yazıçını daha çox“həmişə sadə adamların taleyi, 

arzu v


ə istəkləri maraqlanan” (2, 162) “Zaqafqaziya xalqları arasındakı sarsılmaz 

dostluğu  daim  tərənnüm edən”  (2,  160)  böyük sənətkar kimi xarakterizə  edir. 

Çünki m

əlum olduğu kimi həmin dövrdə görkəmli alimimiz bu əsəri yalnız sovet 



ideologiyasının  tələblərinə  uyğun  istiqamətdə,  xalqlar  dostluğu  mövzusunda  təd-

qiqata c


əlb etməkməcburiyyətində  idi.  ”Torpaq çəkir”kitabının  ön  sözündəki 

”feodal 


əxlaq qanunları onun həyatını pozur, ailəsini dağıdır” (1, 5)mülahizəsi ilə 

d

ə  razılaşmaq  mümkün  deyil.  Tərcüməçi alimlər müəllifin  “Günahsız  Abdulla” 



əsərindəkitaleyini xüsusi məhəbbətlə  izlədiyi  Abdullanın“şəxsi faciəsinin  xalqın 

inqilabdan 

əvvəlki həyat faciəsi kimi ümumiləşdirdiyini” (1, 5) qeyd etsələr dəbaş 

q

əhrəmanın faciəsinin əsl səbəbi əmısi oğlunun xəyanəti, ölkəninhüquq məhkəmə 




Yüklə 9,15 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   273




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə