Azərbaycan əDƏBİ DİLİNİn normalari



Yüklə 146,24 Kb.
səhifə18/20
tarix04.01.2023
ölçüsü146,24 Kb.
#98168
növüQaydalar
1   ...   12   13   14   15   16   17   18   19   20
NORMALAR

ŞİFAHİ DİLİN NORMALARI
Şifahi dil dedikdə həm şifahi ədəbi dil, həm də danışıq dili nəzərdə tutulur. Bunların normaları arasında oxşar və fərqli cəhətlər özünü göstərir.
Danışıq dilinin əsas əlaməti onun spontanlığı, əvvəlcədən təşkil olun­ma­masıdır. Əgər hər hansı bir yazılı mətnin, hətta, məsələn, dostluq məktubu ki­mi sadə yazılı mətnin yaradılmasında belə, hər bir fikir əvvəlcədən dü­şü­nü­lür­sə, bəzi çətin mətnlər əvvəlcə qaralama halında yazılırsa, spontan mətn belə bir əməliyyat tələb etmir.
Danışıq dilinin ikinci fərqləndirici əlaməti ondan ibarətdir ki, danışıq ün­siyyəti yalnız danışanlar arasındakı qeyri-rəsmi münasibətlər zamanı müm­kün­dür.
Danışıq dilinin üçüncü əlaməti isə budur ki, o, danışanların yalnız bi­la­vasitə iştirakı ilə reallaşır. Danışanların belə iştirakı dialoji ünsiyyət zamanı, həm­çinin həmsöhbətlərdən, əsasən, birinin danışdığı, digərinin isə passiv qalma­dığı ünsiyyət zamanı mümkün olur; monoloji rəsmi nitqin reallaşma şə­ra­i­tin­dən fərqli olaraq, onun, necə deyərlər, hər zaman ünsiyyətə müdaxilə et­mə­yə (deyilən fikirlə hə, əlbəttə, yaxşı, xeyr və s. kimi replikalar formasında ra­zı­laş­maq və ya razılaşmamaqla, yaxud da sadəcə olaraq, ünsiyyətdə iştirak et­di­yi­ni real səslənməsinin yazıda verilməsi çətin olan aha kimi nida ilə gös­tər­mək­lə) ixtiyarı vardır. Məsələn: əgər siz telefonla uzun müddət danışırsınızsa və da­nışdığınız insanın sizi anlamasına dair hər hansı bir təsdiq − heç olmasa, aha for­masında – almırsınızsa, o zaman siz narahat olmağa başlayırsınız ki, sizi ümu­miyyətlə dinləyirlərmi və öz nitqinizi Məni eşidirsən? Alo kimi replikalarla kə­sirsən.
Ədəbi dildə danışanların nitqində daima işlədilən və spontan nitq za­ma­nı səhv kimi qəbul edilməyən dil faktları danışıq dilində norma hesab edilir.
Yalnız şifahi dildə tətbiq olunan normalar orfoepiya normalarıdır. Bura isə aşağıdakılar daxildir:

  • tələffüz normaları;

  • vurğu normaları;

  • intonasiya normaları.


Yüklə 146,24 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə