Azərbaycan əDƏBİ DİLİNİn normalari



Yüklə 146,24 Kb.
səhifə19/20
tarix04.01.2023
ölçüsü146,24 Kb.
#98168
növüQaydalar
1   ...   12   13   14   15   16   17   18   19   20
NORMALAR

Orfoepiya normalarına tələffüz, vurğu və intonasiya normaları daxildir. Orfoepiya normalarına əməl olunması nitq mədəniyyətinin mühüm hissəsidir, çün­ki onların pozulması dinləyicilərdə nitq və danışanın özü haqqında pis tə­əs­sü­rat yaradır, nitqin məzmununu qavramağa mane olur. Orfoepik normalar or­foepik lüğətlərdə və vurğu lüğətlərində qeyd edilir.
Tələffüz normaları. Məlum olduğu üzrə, rəsmi ədəbi nitqdən fərqli olaraq, danışıq dilində tələffüzün dəqiqliyi xeyli az olur. Bunun səbəbi isə odur ki, danışıq dilində müsahibə tanış, məlum faktlar haqqında məlumat verildiyi üçün danışan öz nitq orqanlarına güc vermir1. Qeyri-rəsmi ev şəraitində, həmsöhbətlərin bir-birini bir kəlmədən belə anladığı vaxt nitq orqanlarının xüsusi olaraq gərginləşdirilməsinə ehtiyac yoxdur. Səslər o qədər də dəqiq tələffüz edilmir, sözlərin və xüsusən də cümlələrin sonları udulur, bir çox sözün tələffüzü o qədər sadələşdirilir ki, hətta bütöv hecalar ixtisar olunur. Məsələn: gedirəm əvəzinə ge:rəm. Göründüyü kimi, bu sözün tələffüzündə söz kökünün (ged) son samiti d və indiki zaman şəkilçisinin (-ir) ilk səsi tələffüzdən düşmüşdür. Belə qeyri-dəqiq tələffüz şəkli deyilmiş sözün səhv eşidilməsinə, düz başa düşülməməsinə və ya tam eşidilməməsinə gətirib çıxara bilər. Lakin ifadə edilmiş sözlərin səhv anlaşılması faktlarına az rast gəlinir. Bunu isə səbəbi odur ki, söhbətin nə barədə olduğu həmsöhbətlərə məlum olur.
Dilimizin orfoepik qaydaları fonetik normalara əsaslanır. Azərbaycan ədəbi dilinin öz tələffüz qayda və normaları vardır. Ədəbi tələffüz normaları ictimai ünsiyyətdə böyük əhəmiyyət kəsb edir. Bu normalar “dilimizin daxili qanunları ilə bağlı olduğundan nitq prosesində onları pozmağa, təhrif etməyə heç kəsə icazə verilmir, danışanın tələffüz qaydalarına əməl etməsi onun ic­ti­mai borcu kimi qiymətləndirilir1“.
Ədəbi tələffüz normalarına uyğun qurulan nitq dinləyicilər tərəfindən asan qavranılır. Əks halda isə söylənilən nitq dinləyiciləri yorur və onların diq­qətinin yayınmasına gətirib çıxarır.
Orfoepiya məsələləri nitq mədəniyyətinin ən mühüm problemlərindən biridir. “Orfoepiya ədəbi dilin şifahi qolunu ümumi normalar əsasında formalaşdıran, yəni fonetik cəhətdən ümumiləşdirici normaları təzahür etdirən tələffüz qayda-qanunlarının sistemli məcmusudur2“.
“... ədəbi tələffüzün əsas cəhətləri, xüsusən bu və ya digər səsin müəyyən fo­­netik şəraitdə, yəni ayrılıqda, digər həmcins və ya ayrıcins səslə yanaşı ol­duq­da, sözün əvvəlində, ortasında, sonunda olduqda, qrammatik formalarda və söz birləşmələrində yanaşı gəldikdə necə tələffüz edilməsi qayda-qanunları, elə­cə də vurğu, intonasiya normaları geniş mənada orfoepiya anlayışı ilə üzvi surətdə bağlı məsələlərdir3“.
Tələffüz normaları dedikdə aşağıdakı tələffüz qaydaları nəzərdə tutulur:
1) Samit səslərin söz əvvəlində asan tələffüzünə şərait yaratmaq. Bu prinsipə görə, tələffüz zamanı səslər birdəfəlik deyilir.
2) Söz sonunda işlənən kipləşən samitlərin novlulaşması, kar samitlərin cin­giltililəşməsi. Bu, söz sonuna sait və samitlə başlanan şəkilçinin əlavəsi ilə mü­əyyən edilir. Dilimizdə şifahi nitq prosesində kipləşən k q samitləri söz so­nunda norma səciyyəsi qazana bilməmişdir. Belə ki, kipləşən sərt damaq samit­ləri nitqdə söz sonunda işlənərkən çətinliklə üzləşir. Məsələn, otaq, papaq, qıraq, qonaq, çılpaq, yarıq, daraq, qatıq, külək, kələk, yemək, gəzmək və s. Belə sözlərin sonunda işlənən q, k samitləri saitlə başlanan şəkilçidən əvvəl öz sabitliyini itirir və nəticədə, kipləşən q samiti novlu ğ samiti ilə, k samiti isə y samiti ilə əvəzlənir. Məsələn: otaq – ota(ğ)ın, ota(ğ)a, papaq – papa(ğ)a, papa(ğ)ı, külək – külə(y)ə, külə(y)i, kələk – kələ(y)in, kələ(y)ə və s.
3) Səsuyuşması hadisəsi. Bu fonetik hadisə özünü iki şəkildə göstərir: a) fo­netik səsuyuşması. Burada şəkilçinin ilk samiti söz kökünün son elementinə təsir edərək onu ya öz tələffüzünə tam, ya da qismən uyğunlaşdırır. Məsələn: yatsa – ya(s)sa, batsa - ba(s)a, dönməz – dö(m)məz, sönməz - sö(m)məz, yanmış - ya(m)mış, növbətçi - n(ö:)bə(ç)çi, uçdu - u(ş)du, gecdir - ge(j)dir və s.); b) mor­fo­loji səsuyuşması. Morfoloji səsuyuşmasında sözün son saiti sabit qalır, şəkilçinin ilk elementi isə dəyişir. Bu səsuyuşmasında da səslər tam, ya da qismən uyğunlaşır. Məsələn: adlar – ad(d)ar, odlar - od(d)ar, yadlar - yad(d)ar, qarlı - qar(r)ı, qanlı - qan(n)ı, atlı - at(d)ı, səndən - sən(n)ən və s.
4) Metateza hadisəsi. Səslərin yerdəyişməsi hadisəsi söz kökündə yanaşı iş­lənən samitlərdə nitqin təsiri ilə baş verir. Dilimizdə yanaşı işlənən pr, qs, pl sa­mitlərində rp, sq, lp kimi səs yerdəyişməsi intensiv xarakter daşıdığı üçün ümum­dil normasına çevrilir. Məs.: kirpik - kiprik, asqır - aqsır, çılpaq – cıp-laq və s.
5) Sözün daxilində baş verən fonetik dəyişmə. Bu özünü üç şəkildə göstərir:
a) söz tərkibindəki bir səsin yanaşı gələn digər səsə təsiri nəticəsində həmin səslərdən birinin öz hərfi işarəsindən fərqli tələffüz olunması. Məsələn: sünbül - sü(m)bül, mənbə - mə(m)bə, dəftər - dəf(d)ər, nöqtə - nö(k)­tə, səkkiz - sək(g)iz, məftil - məf(d)il, avtobus - a(f)tobus, Səttar - Sət(d)ar və s.;
b) sözün müəyyən bir səsi tələffüz olunmur. Bu hal qoşa saitli və samitli sözlərin deyilişində özünü göstərir. Məsələn: müəllim - m(ə:)llim, müasir - m(a:)sir, ziddiyyət - ziddi(y)ət, attestat - a(t)estat, qrammatika - qra(m)atika, keyfiyyət - keyfi(y)ət və s.;
c) tələffüz olunan səsin hərfi işarəsi olmur. Məsələn: ailə - a(y)ilə, dairə - da(y)irə, Nailə - Na(y)ilə və s.
6) Dilimizin ahəng qanununa görə şəkilçilərin sözlərin son hecasının ahənginə uyğun olaraq onlara qoşulması. Məsələn, əgər evlər, qızım, gəlmək, almaq kimi sözlərdə şəkilçilər evlar, qızim, gəlmaq, almək kimi işlədilsə, bu, fo­netik normanın pozulması hesab olunacaqdır. Və yaxud anan, nənən, gedər, alacaq kimi sözlər anon, nənön, geder, alacek kimi işlədilirsə, deməli, burada da fonetik norma pozulmuş olur. Çünki dilimizdə şəkilçi tərkibində e, o, ö saitləri işlənmir.
7) Söz birləşmələrində ikinci sözün ilk səsinin təsiri ilə birinci sözün son sə­si dəyişilərək tələffüz olunur, bəzi hallarda isə tələffüzdən düşür. Məs.: palıd kötüyü - palı(t) kötüyü, kənd yumurtası - kən(t) yumurtası, uşaq kitabxanası – uşa(x) kitabxanası, oxumaq həvəsi – oxuma(x) həvəsi, dost köməyi - dos kö­mə­yi.
İnsanların şifahi nitqində bir sıra qüsurlar özünü göstərir. Bunlar iki şəkildə özünü göstərir:
1) Yerli şivə və adi danışıq dilinə məxsus qüsurlar:
a) bəzən danışanların nitqində söz və qrammatik formalar yerli şivədə və ya adi danışıqda olduğu şəkildə tələffüz edilir. Məsələn, ahali (əhali), əyərlərim (əgər), dəyşət (dəhşət), istəkan (stəkan), həlbətdə (əlbəttə), hasan (asan), haçar (açar), varağ (vərəq), bajı (bacı), mıyı (bunu), dərmən (dərman), Azarbaycan (Azərbaycan), qabul (qəbul), həmməşə (həmişə), mübtadə (mübtəda) və s.;
b) bu qəbildən olan orfoepik qüsurların bir qisminin səbəbi nitq pro­se­sində uzun və qısa deyilən saitlərin düzgün işlənməməsidir. Məsələn: mədəni (adam) – m(ə:)dəni, bədii – b(ə:)dii, təbii - t(ə:)bii və s.
2) Tələffüzü yazılışından fərqli olan sözlərin yazıldığı kimi deyilməsi və oxunması:
a) bir sıra alınma söz və şəkilçilərin deyilişində hərfi tələffüz (kitab tə­ləf­füzü) özünü göstərir. Məsələn: Lamanosov əvəzinə Lomonosov, Maskva əvə­zinə Moskva, intanasiya əvəzinə intonasiya, arfaqrafiya əvəzinə orfoqrafiya və s.;
b) dilimizə məxsus bəzi söz və şəkilçilərin deyilişində hərfi tələffüz mü­şa­hidə olunur. Məsələn: vijdan əvəzinə vicdan, uşax əvəzinə uşaq, məkʹsəd əvəzinə məqsəd, başlıyır əvəzinə başlayır, dinliyillər əvəzinə dinləyirlər, qannı əvəzinə qanlı, atamna əvəzinə atamla, görseydi əvəzinə görsə idi və s.

Yüklə 146,24 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə