Azərbaycan əDƏBİ DİLİNİn normalari



Yüklə 146,24 Kb.
səhifə12/20
tarix04.01.2023
ölçüsü146,24 Kb.
#98168
növüQaydalar
1   ...   8   9   10   11   12   13   14   15   ...   20
NORMALAR

2. Yazılı nitqdə vergül. Yazılı nitqdə vergül bir çox sintaktik məqamlarda işlənir və bütün hallarda fasilə məqsədini güdür. Bu, aşağıdakı məqamlarda özünü göstərir:
a) cümlənin həmcins üzvləri arasında. Məsələn:
Elə bil ki, Məsməxanımın bütün hirsi soyudu və elə bil ki, bu ucaboylu, göygöz oğlan birdən-birə onun lap az qala doğma bir adamı oldu; elə bil ki, cəmi bir saat bundan əvvəl yox, lap qabaqlardan, lap uşaq vaxtlarından tanış idilər və o zaman hələ bu cür boylu-buxunlu olmayan bu göygöz oğlan boynuna qırmızı pioner qalstuku taxıb çantasını yelləyə-yelləyə məktəbə gedən, məktəbdən qayıdan, barmaqları mürəkəbə bulaşmış Məsməxanımı çox görmüşdü. (Elçin, “Bir görüşün tarixçəsi”)
Bu qarışıq tipli tabesiz mürəkkəb cümlənin həmcins üzvləri arasında 5 vergül işarəsi işlənmişdir. Bu o deməkdir ki, həmin cümlənin oxunmasında 5 dəfə fasilədən istifadə edilir;
b) tabesiz mürəkkəb cümlələrin komponentləri arasında. Məsələn:
Hərdən o kənd üçün, onun güllü-çiçəkli torpağı üçün burnunun ucu göynəyir, varlığını bir həsrət yandırırdı, ancaq işinin çoxluğu, vaxtının azlığı tezcə bu göynərtini, bu həsrəti yuyub aparır, unutdururdu (Ə.Hacızadə, “Əfsanəsiz illər”);
c) tabeli mürəkkəb cümlələrin komponentləri arasında. Məsələn:
Çayxanada oturanlar çox yaxşı başa düşdülər ki, Baladadaş niyə özünü saxladı, niyə çayxanadan çıxıb getdi, dava-dalaş salmadı. (Elçin, “Baladadaşın toy hamamı”);
ç) qoşmalı xüsusiləşmələrdən sonra. Məlum olduğu kimi, qoşmalı xüsusiləşmələr ikinci dərəcəli üzvlərə aiddir. İkinci dərəcəli üzvlərdən isə tamamlıq və zərfliyin xüsusiləşməsi dildə daha çox müşahidə olunur. Məsələn:
tamamlığın xüsusiləşməsi: İndi buldozerçinin üzündə işgüzar qayğıdan başqa, heç bir ifadə yox idi. (İ.Əfəndiyev, “Körpüsalanlar”);
zərfliyin xüsusiləşməsi: Texnik olduğuma baxmayaraq, Adilin yazdığı rə­qəm­lər mənə birdən-birə son dərəcə cansıxıcı göründü (İ.Əfəndiyev, “Kör­pü­sa­lanlar”); Xeyr, möcüzələri öyrənməklə bərabər, möcüzə yaratmaq üçün də me­şə­lərdə gəzməyi sevirəm (M.S.Ordubadi, “Qılınc və qələm”);
d) dəqiqləşdirici xüsusiləşmələrdən əvvəl. Məsələn:
Mehman bəzi cari işləri, o cümlədən Məmmədxanın işini də ona tapşırdı (S.Rəhimov, “Mehman”);
e) “o”, “bu” əvəzlikləri ilə ifadə olunan mübtədalardan sonra isim, sifət, say gələrsə. Məsələn: O, gözlərini yumub zənnlə bu solğun çöhrəyə baxırdı və tə­əccüb edirdi ki, bu zəif vücud o qüvvəni, o ehtirası hardan aldı… (Elçin, “Bül­bü­lün nağılı”); Əlbəttə, İsgəndər Abışovun Cavanşirin bu fikirlərindən xəbəri yox idi və Cavanşirin sifətindəki bu üstünlük təbəssümünü də o, çox adi bir işi və mə­lum məsələ hesab edirdi… (Elçin, “Şuşaya duman gəlib”); bu, ötəri bir hiss idi… (Elçin, “Şuşaya duman gəlib”) və s.;
ə) alçaq tonla tələffüz edilən xitabların müxtəlif tərəflərində, yəni cüm­lə­nin əvvəlində gələn xitabdan sonra, cümlənin ortasında gələn xitabdan əvvəl və sonra, cümlənin sonunda gələn xitabdan əvvəl vergül qoyulur. Məsələn:
Güc əda­­lətin yoldaşıdır, mister İsfahani, işinizdə olun (M.İb­ra­hi­mov, “Gə­­ləcək gün”); Ağa Şirəli: — Ağa Saleh, eşitdim bu gün ra­bo­çi­­lə­rin zabastovka edib­lər? (S.S.Axundov, “Çərxi-fələk”); Nizami: — Ey böyük tanrı, biz öz məhəbbətimizlə insanları əsrin ça­mur­lu­ğundan nəhayətsiz göylərə, dibsiz fəzalara qədər yüksəltmək istərkən, sən öz fitnənlə nə üçün bizim səadət sarayımızı uçurursan? Ey fələk, sənin gərdişin nə üçün rəqqasələr kimidir? … (H.Mehdi, “Nizami”);
f) ara sözlərin, ara cümlələrin müxtəlif tərəflərində, yəni ara söz və ya cümlələr cümlənin əvvəlində gəldikdə onlardan sonra, cümlənin ortasında gəl­dikdə onların hər iki tərəfində, cümlənin sonunda gəldikdə isə onlardan əvvəl vergül qoyulur. Məsələn:
Doğrusu, Eyvaz, ― dedi, ― bu barədə heç fikirləşməmişəm… (İ.Əfəndiyev, “Su dəyirmanı”); Düzü, mən də doktora tərəfdar oldum (İ.Əfəndiyev, “Yaylaq qonşumuz”); ― Sonra bir balaca gülümsədi və bu gü­lüm­səmə, əlbəttə, başqa gülümsəmə idi, amma bir az Cavanşirin İsgəndər Abışovun yanında gülümsəməsinə oxşayırdı (Elçin, Şuşaya duman gəlib”); Kim bilir, indi baş-başa verən bu körpə şitillərdən hər biri hansı bağda çiçək açıb bar verəcək? (İ.Əfəndiyev, “Su dəyirmanı”);
g) alçaq tonla deyilən cümlələrdə nidaların müxtəlif tərəflərində:
Vay, evin yıxılsın, ― heyf, heyf (İ.Əfəndiyev, “Şəhərdən gələn ovçu”); Bıy, ba­şına dönüm… axır ki, gəldin… ― deyə arvad qollarını açıb oğlunu qu­caq­ladı (İ.Əfəndiyev, “Görüş”); Ay, bir də xoş gəlmisən, ― deyə Nə­ri­man əmi nəşə ilə səsləndi (İ.Əfəndiyev, “Söyüdlü arx”); Oy, allah elə­mə­sin, ― deyə mən düşünmədən səsləndim (İ.Əfəndiyev, “Söyüdlü arx”);
h) bəli, xeyr, yox sözlərini ayırmaq üçün. Məsələn:
O, bir an ara verib soruşdu: ― Deyəsən bayaq deyirdin işə gəlmisiniz?
Bəli, bu yerlərin bitkilərini öyrənmək istəyirik (İ.Əfəndiyev, “Yaylaq qonşumuz”);
Qardaş-bacın necə, var?
Xeyr, təkəm (İ.Əfəndiyev, “Su dəyirmanı”);
Mühəndis mənim nə demək istədiyimi başa düşərək eyni ciddi ifadə ilə:
Yox, ― dedi, ― razılıq verməsə çətin olacaq (İ.Əfəndiyev, “Su də­yirmanı”);
i) təkrar olunan sözlər və sintaktik konstruksiyalar arasında. Mə­sələn:
Solmaz: Yox, yox, mən bu sönməz odlardan ayrıla bilmərəm (C.Cabbarlı, “Od gəlini”); Tez ol, tez ol, gedək qəzetə xəbər verək! (Mir Cəlal, “Muştuluq”); — Mən ar­­tistka ola­ca­ğam!.. İn­di mək­­təbin səhnəsinə çıxıram, bu üzümüzə gələn il də dra­­­ma­nın stu­di­yasına ya­­zı­la­ca­­ğam… Qoy salondan səhnəyə sarı o qədər əl vur­sun­lar ki, o qə­dər əl vur­sun­lar ki! (S.Rəhimov, “Mehman”).

Yüklə 146,24 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə