Azərbaycan əDƏBİ DİLİNİn normalari



Yüklə 146,24 Kb.
səhifə8/20
tarix04.01.2023
ölçüsü146,24 Kb.
#98168
növüQaydalar
1   ...   4   5   6   7   8   9   10   11   ...   20
NORMALAR

Fonetik prinsip. Fonetik prinsipə görə, sözlər müasir ədəbi tələffüzə müvafiq yazılmalıdır. Məsələn: ana, ata, get, gəl, gül, gör, çöl, yel və s. Bu prinsipə əsasən deyilən sözləri iki qrupa ayırmaq olar:
1) yazılışı tələffüzünə görə müəyyənləşən sözlər. Məsələn: ana, ata, un, at, ot, al, ol, yol, bal, iş, üz, üç, daş, dil, diş, bal, baş, var, vur, biz, bir, biş, qaş, əl, qol, qar, yağış, çay, şal, xal, xala, alma, axşam, səhər, badam, durna, tonqal və s.;
2) yazılışı tələffüzünə əsasən müəyyənləşməyən sözlər. Məsələn: astar, dəftər, buruq, uşaq, uçdu, keçdi, açdı, kitab, hətta və s. kimi sözlər asdar, dəfdər, burux, uşax, uşdu, keşdi, aşdı, kitap, hətda kimi tələffüz olunur.
Bundan əlavə, bəzi fonetik hadisələrin – məsələn, bəzi sözlərdə kar sa­mit­lərin cingiltililəşməsi (otaq – otağa, çiçək – çiçəyin), saitlə bitən sözə samitlə baş­layan şəkilçi qoşulduqda sözlə şəkilçi arasına bitişdirici samitin artırılması (ata-n-ı, ata-s-ı, ata-y-a), şəkilçi qəbul edərkən bəzi sözlərin kökündəki mü­əy­yən saitin düşməsi (sinif – sinfin, oğul – oğlun, ağız – ağzı ), ahəng qanununa əsa­sən şəkilçilərin variantlarla tələffüzü kimi fonetik hadisələrin yazılışı da fo­netik prinsiplə əlaqədardır. Çünki belə hallarda sözdə əmələ gələn dəyişiklik tə­ləf­füzdə əks olunur və həmin dəyişiklik tələffüzə uyğun surətdə yazıya kö­çü­rü­lür.
Bütün bu faktlar göstərir ki, fonetik prinsipdən daha çox istifadə etmək ədəbi dil normalarının sabitləşməsi, ümumiləşdirilməsi, həm düzgün yazı (or­fo­qrafiya), həm də düzgün tələffüz (orfoepiya) qaydalarını asanlıqla mə­nim­sə­mək nöqteyi-nəzərindən əlverişlidir.
Lakin fonetik prinsipin bir sıra üstünlüklərinə baxmayaraq, bütün dil va­hid­lərinin yazılışında fonetik prinsipə əsaslanmaq düzgün nəticə vermir. Fo­ne­tik prinsipin əsas düsturu belədir: “tələffüz etdiyin kimi yaz”. Lakin bu­ra­da hər səsin tələffüzü yox, ümumi ədəbi tələffüz nəzərdə tutulur. Elə söz kökləri var­­dır ki, morfoloji dəyişikliyə uğradıqda tələffüzcə də dəyişmiş olur. Bəzən ya­zı­da mü­əyyən sözün səs tərkibini mühafizə etmək əslinə uyğunluq, tarixilik, ən­ənə­vilik və s. kimi xüsusiyyətlər baxımından daha əlverişli və məqsədəuyğun sa­yı­lır.
Morfoloji prinsip. Morfoloji prinsip müxtəlif çalarlıqda tələffüz olunan söz və şəkilçilərin bir cür yazılması prinsipidir. “Məqam və şəraitlə əlaqədar olaraq müxtəlif çalarlıqda tə­ləf­füz olunan dil vahidlərinin, xüsusən sözlərin və şəkilçilərin vahid formada, yəni mor­foloji quruluşuna uyğun olaraq bir cür yazılmasına istiqamətverici əsas morfoloji prinsip adlanır1“. Deməli, sözlər və şəkilçilər müxtəlif şəkildə tələffüz olun­masından asılı olmayaraq, vahid bir qaydaya tabe olur, yəni şəkilçilərin tə­ləf­füz forması yox, vahid forma nəzərə alınır. Məsələn, deyil sözü müxtəlif variantlarda − degil, dögül, dögür, dögü, dəyil, döyül, döylü, döy, dəyir və s. formalarda; ev sözü − öy, öv, əv, ev və s. variantlarda tələffüz olunmasına baxmayaraq, deyil şəklində yaılır. Yaxud da -lar, -lər şəkilçisi -dar, -dər (atdar, itdər), -rar, -rər (narrar, yerrər), -nar, -nər (qalannar, ölənnər), -zar, -zər (qızzar, gözzər) formasında tələffüz olunsa da, morfoloji prinsipə əsasən -lar2 formasında yazılışı əsas götürülür. Morfoloji prinsipdə bir sıra sözlərin yazılışı morfem tərkibinə əsaslanır. Başqa sözlə, kök və ya əsasın yazılışı bütün törəmə sözlərdə, hallanmada, müqayisə dərəcəsində və mürəkkəb sözlərdə saxlanılır. Tələffüz zamanı sözün mənalı hissələrində də müəyyən dəyişiklik baş verir. Sözün hansı variantının əsas olmasını isə onların işləklik dairəsinə, ahəngə tabe olmasına görə təyin etmək mümkündür.
Morfoloji prinsipdə sözlərin yazılışında onların mənşəyi, əsli və ya şə­kil­çi­nin necə formalaşması, necə dəyişməsi nəzərə alınır. Bu prinsipə görə, söz­lə­rin və qrammatik formaların yazılışında yeganə bir variant üstün tu­tu­la­raq or­foqrafik norma hesab edilir.
Səs tərkibi ilə hərf tərkibi tam eyniyyət təşkil edən mənalı dil va­hid­lə­ri­nin orfoqrafiyası həm fonetik, həm də morfoloji prinsipə müvafiq olur.

Yüklə 146,24 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə