Azərbaycan əDƏBİ DİLİNİn normalari



Yüklə 146,24 Kb.
səhifə10/20
tarix04.01.2023
ölçüsü146,24 Kb.
#98168
növüQaydalar
1   ...   6   7   8   9   10   11   12   13   ...   20
NORMALAR

Punktuasiya normaları. “Dilçiliyin durğu işarələrindən bəhs edən böl­mə­si punktuasiya (latınca punktum sözündən olub, nöqtə deməkdir) adlanır. Punktuasiya durğu işarələirndən istifadə qaydalarının cəmi olub, orfoqrafiya və kalliqrafiya ilə birlikdə yazı qaydalarının nizama salınmasında xüsusi qiy­mətə malikdir.
Punktuasiya vasitələrinin aşağıdakı funksiyaları vardır:
- yazılı mətndə bir sintaktik strukturun (və ya onun ünsürünün) baş­qa­sından ayrılması;
- mətndə sintaktik strukturun və ya onun ünsürünün sağ və sol sər­həd­lə­rinin müəyyən edilməsi;
- mətndə nir neçə sintaktik strukturun bir bütöv kimi birləşdirilməsi.
Yazılı nitqi durğu işarəsiz təsəvvür etmək mümkün deyildir. Yazılı nitqin oxunması və dərk olunması durğu işarələrinin köməyi ilə olur. Durğu işarələri yazılı nitqin təsir gücünü artırır, onun məzmununa aydınlıq və dəqiqlik gətirir. Həmçinin fikrin aydın və dəqiq şəkildə yazılı nitqə kö­çü­rül­mə­sində durğu işarələrinin rolu əvəzsizdir. Buna görə də dünya dillərində ya­zılı nitqdə müx­tə­lif durğu işarələrindən istifadə olunur. Bunlardan ən geniş yayılan nöqtə (.), vergül (,), nöqtəli vergül (;), qoşa nöqtə (:), çox nöqtə (…), sual işarəsi (?), nida işarəsi (!), tire (―), mötərizə ( ), dırnaq (““) işarələridir.
Durğu işarələri cümlələr və ya sözlər arasındakı fasilə və intonasiyanı və başqa əlamətləri göstərməyə, cümlədəki mənanın düzgün anlaşılmasına xidmət edir. Yazılı nitqdə durğu işarələrinin işlədilməsi dilin qrammatik quruluşuna, intonasiyaya və mənaya əsaslanır.
Durğu işarələri cümlənin həmcins üzvləri, əlavə və xüsusiləşmələr, tabesiz və tabeli murəkkəb cümlələrin komponentləri, vasitəli və vasitəsiz nitq və s. sintaktik konstruksiyalar arasında işlənməklə dilin qrammatik quruluşunu yazıda ifadə edir.
Söz və cümlənin müxtəlif intonasiyada tələffüzü yazılı nitqdə nöqtə, sual, nida işərələri ilə ifadə olunur. Məsələn, eyni bir qrammatik quruluşa, leksik tər­kibə malik olan cümləni şifahi nitqdə müxtəlif intonasiya ilə demək müm­kün­dür:
1. Günel gəldi. 2. Günel gəldi? 3. Günel gəldi! 4. Günel gəldi?!
Durğu işarələri iki funksiya yerinə yetirir. Buna görə də iki qrupa ayrılır:
1) ayırıcı işarələr;
2) fərqləndirici işarələr.
Ayırıcı durğu işarələrinin əsas funksiyası cümlələri, cümlənin həmcins üzvlərini, mürəkkəb cümlənin komponentlərini və s. ayırmaqdır. Bu qrupa nöqtə, sual nida işarələri, qoşa nöqtə, nöqtəli vergül, çox nöqtə daxildir. Fərq­ləndirici durğu işarələri cütüzvlüdür, vasitəsiz nitqi, sitatları, ara cümlə və əlavə konstruksiyaları fərqləndirmək üçün işlədilən iki vergül, iki tire, mötərizələrdırnaqlardan ibarətdir1.
Durğu işarələrinin bir qismi (nöqtə, defis, dırnaq kimi) orfoqrafik, digər qismi (vergül, nöqtəli vergül, sual, nida kimi) sintaktik funksiya daşıyır. Durğu işarələri təkcə yazıdakı müxtəlif qrammatik bağlanmaları, ayrılmaları gös­tər­məyə deyil, həm də yazılı nitqdə nəzərdə tutulan fikir rəngarəngliyini, hissi hal­ları, psixoloji vəziyyətləri nəzərə çarpdırmaq vəzifəsini də yerinə yetirir. Sual, ni­da, çox nöqtə, mötərizə, dırnaq kimi işarələrdən sözlərin, ifadələrin və cüm­lə­lə­rin üslubi, emosional-estetik çalarlarını nəzərə çarpdırmaq məqsədilə istifadə olu­nur. Bu işarələrin işlənmə məqamları rəngarəngdir.

Yüklə 146,24 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə