Azərbaycan əDƏBİ DİLİNİn normalari



Yüklə 146,24 Kb.
səhifə9/20
tarix04.01.2023
ölçüsü146,24 Kb.
#98168
növüQaydalar
1   ...   5   6   7   8   9   10   11   12   ...   20
NORMALAR

Tarixi-ənənəvi prinsip. Tarixi-ənənəvi prinsip dedikdə, əvvəlki dövrlərdə tətbiq olunan bu və ya digər orfoqrafik qaydanın mühafizə olunması və müa­sir yazıda davam etdirilməsi nəzərdə tutulur. Tarixi-ənənəvi yazılışa bir sıra orfoqrafiyalarda, xüsusən ingilis yazısında rast gəlinir.
Tarixi-ənənəvi prinsip əsasında alınma söz və şəkilçilərin yazılış qay­da­la­rı müəyyənləşdirilir. Bu prinsip ayrı-ayrı sözlərin indiki ədəbi dildə işlənən for­ma­larını deyil, tarixən yazılı dildə sabitləşmiş formasını nəzərə alır. İndi di­li­miz­də işlənən ərəb, fars və rus mənşəli sözlərin yeni tələffüz forması yox, əv­vəl­ki yazılışı qəbul edilir. Məsələn: aid, ailə, bais, bərabər, bəxt, dairə, klub, növbə, poema, radio, telefon kimi sözlərin müxtəlif formada yox, məhz bu formada ya­zıl­masında fonetik və ya morfoloji prinsip deyil, tarixi-ənənəvi prinsip əsas gö­tü­rülür.
Tarixi-ənənəvi prinsipdən əsasən aşağıdakı qruplara mənsub dil va­hid­lə­rinin orfoqrafiya qaydalarının müəyyənləşdirilməsində istifadə olunur:
1. Əsl Azərbaycan sözlərinin və şəkilçilərinin yazılışında. Əvvəlki dövr­lər­də Azərbaycan dilində yazı ərəb əlifbasına əsaslanırdı. İndi isə onların ya­zı­lı­şını saxlamaq məqsədəuyğun deyil, Azərbaycan sözlərinin yazılışını müəy­yən­­ləşdirərkən əvvəlki yazıdakı orfoqrafik qaydaları eynilə təkrarlamağa eh­ti­yac yoxdur. Onların çoxu artıq müasir ədəbi dilin orfoqrafiya qaydaları əsa­sın­da yazılır, lakin bəzi sözlərin, şəkilçilərin yazılışında tarixi-ənənəvi prinsip tətbiq edilir. Bu baxımdan orfoqrafiya qaydalarının aşağıdakı maddələrini xü­susi qeyd etmək olar:
a) ilk səsi daha çox e, bəzən də ə ilə deyilən sözlər e ilə yazılır. Məsələn: elan, en, endirmək, erkək, erkən, ertə və s.;
b) ilk hecasındakı samiti həm n, həm də m ilə deyilən sözlər n ilə yazılır. Məsələn: anbar, qənbər, zənbil, sünbül, şənbə və s.;
c) son səsi d, həm də t ilə deyilən sözlər d ilə yazılır. Məsələn: bulud, qurd, dörd, kənd, polad və s.;
ç) son səsi k, g və ya y ilə deyilən sözlər ikihecalı və ya çoxhecalı sözlər k ilə yazılır. Məsələn: böyük, kiçik, kəpənək, hörümçək, külək, çörək, çiçək və s.;
d) son səsi ğ, x və ya q ilə deyilən ikihecalı sözlər q ilə yazılır. Məsələn: bulaq, qaşıq, qatıq, qonaq, yanaq, qarpaq, torpaq və s.;
e) son səsi c, ç, j və ya ş ilə deyilən sözlər c ilə yazılır. Məsələn: ağac, qılınc, dinc, kərpic, gec, güc, sac, süzgəc və s.
Eləcə də ­-maq, -mək, -dıq, -dik, -duq, -dük, -lıq, -lik, -luq, -lük kimi şə­kil­çi­lərin sonunda q k samitlərinin yazılması, əsasən, tarixi-ənənəvi prinsiplə əla­qədardır.
2. Alınma söz və şəkilçilərin yazılışında.
Müasir Azərbaycan dilində işlənilən alınma sözlər həm alınma tarixinə, həm də mənsub olduğu dilə görə, əsasən, iki qrupa bölünür:
a) Orta əsrlərdə ərəb və fars dillərindən alınma söz və şəkilçilər.
Orfoqrafiya qaydalarına əsasən, ərəb və fars mənşəli təkhecalı sözlərin bir qismi dilimizin ahənginə, tələffüzünə uyğun olaraq ikihecalı kimi yazılır; məsələn: nəsl-nəsil, şəhr-şəhər, ətr-ətir, fəsl-fəsil, səbr-səbir, ism-isim, qədr-qədir və s. Belə təkhecalı sözlərin digər qismi isə mənbə dilə uyğun şəikldə birhecalı yazılır; məsələn: cəbr, əmr, əsr, hüzn, kəsr, misl, nəbz, sehr, qəbz, üzr, zülm və s. Belə alınma sözlərin yazılışı məhz tarixi-ənənəvi prinsiplə əlaqədardır.
Azərbaycan dilində qoşa və yanaşı samitli sözlərin işlədilməsinə təsadüf edilir. Qoşa samitlər tələffüz edilərkən onların tərkibində ciddi dəyişiklik baş vermir. Yanaşı samitlərin tələffüzü uyğun uyuşma ilə müşayiət edilir. Ərəb mənşəli sözlərədki qoşa samitləri dəyişdirməyə ciddi ehtiyac olumr. Bu söz­lər­dəki qoşa samitlərin biri ixtisar olunsa, onda ahəngə görə birinci samitdən əv­vəlki sait uzun tələffüz edilməlidir. Bu isə gərəksiz dəyişmə tələb edərdi. Buna görə də ərəb mənşəli sözlərdəki qoşa samitlərin mühavizəsi tamamilə özünü doğruldur.
Azərbaycan dili sözlərində samit qoşalığına ancaq sözün kök və şəkilçi hissəsində təsadüf olunur. Tələffüzdə birinci samit qüvvətli, ikinci isə nisbətən zəif səslənir. Yazıda bunların hər ikisi eyni işarə ilə verilir. Məsələn: saqqal, çaqqal, toqqa, saqqız, doqqaz, zoqqultu və s.
Ərəb mənşəli sözlərdə Azərbaycan dili sözlərindən fərqli olaraq, qo­şa sa­mitlər sözün müxtəlif hecalarında, daha çox sonunda işlənir. Sözün da­xilindəki və sonundakı qoşa samitlər mənbə dildəkinə uyğun olaraq sax­lanır və yazıda norma kimi işlədilir.
Azərbaycan dilinin əvvəlki orfoqrafiya qaydalarına görə bir sıra alınma sözlərin apostrofla yazılması da tarixi-ənənəvi prinsiplə əlaqədar olmuşdur. Lakin bir qədər fonetik prinsiplə əlaqədar proses də nəzərə alınmışdır. Mə­sə­lən: ­­mə’dən, bə’zi, e’tibar, e’tiqad, e’tiraz və s.
Ərəb və fars dillərindən alınma bəzi şəkilçilərin də orfoqrfiyası tarixi-ənənəvi prinsipə əsaslanır. Buna görə də belə şəkilçilər Azərbaycan dilinin ahəng qanunu əsasında dəyişdirilmədən, əslinə uyğun olaraq bir cür, yəni bir variantda yazılır; məsələn: tarix-i, inqilab-i, cənub-i və s.
b) Sovet dövründə və müasir dövrdə rus və Avropa dillərindən alınma söz və şəkilçilər.
Rus və Avropa dillərindən alınma sözlərin yazılışında daha çox rus orfoqrafiyasına uyğunluq nəzərdə tutulur və əksərən sözlər belə də ya­zılır, çünki həmin sözlər rus ədəbi dilindən alınmışdır. Məsələn: avtobus, laborant, maqnitofon, telefon, kompyuter, disk, prosessor, printer və s.
Rus və Avropa dillərindən alınma bir sıra sözlərin orfoqrafiyasında ey­nilə köçürmə halında təzahür edən tarixi-ənənəvi prinsip ilə əlaqədar ola­raq k hərfi iki fonemin hərfi işarəsi kimi işlənir ki, bunlardan biri, yəni ka ancaq rus və Avropa dillərindən alınma sözlərin orfoqrafiyası və or­foepiyası ilə bağlıdır: kataloq, kassa, keks, kollektiv, kvadrat, estetika, etika və s.
Rus dilindən alınma bəzi şəkilçilər də tarixi-ənənəvi prinsipdə əslinə uyğun, yəni rus orfoqrafiyasına uyğun yazılır: -ov, -yev, -ova, -yeva; məsələn: Bəylərova, Hüseynova, Hacıyev və s.
Lakin bütün bünlarla bərabər, nəzərə almaq lazımdır ki, bu və ya digər sözün orfoqrafiyasını tarixi-ənənəvi prinsip əsasında müəyyənləş­di­rərkən, bu dil vahidləri fonetik və morfoloji prinsiplər baxımından da az-çox nəzərdən ke­çirilir, hətta bir sıra sözlərin orfoqrafiyasında iki, bəzən də üç prinsip uzlaşması əsas olur.
Sözlərin yazılışındakı mətni normalar mətni tərtibatda öz əksini ta­pır. Mətni tərtibatda başlanğıc hərflərin böyüklüyü və kiçikliyi, sözlərin bi­­tişik və ya ayrı yazılışı, sətirdən-sətrə keçid qaydaları, həmçinin durğu işa­rələri başlıca yer tutur.

Yüklə 146,24 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə