Azərbaycan əDƏBİ DİLİNİn normalari


Yazılı nitqdə dırnaq işarəsi



Yüklə 146,24 Kb.
səhifə17/20
tarix04.01.2023
ölçüsü146,24 Kb.
#98168
növüQaydalar
1   ...   12   13   14   15   16   17   18   19   20
NORMALAR

9. Yazılı nitqdə dırnaq işarəsi. Dırnaq qoşa işlədilən işarədir. Yazılı nitq­də dırnaq işarəsi bir sözün, ifadənin, cümlənin, xüsusi adın başqasından fərq­lən­dirilməsinə xidmət edir. Dırnaq işarəsindən aşağıdakı hallarda istifadə edi­lir:
a) bədii və elmi əsərlərdən gətirilən sitatlar dırnaq arasında verilir:
Üs­­­­­­lubiyyat dilçiliyin baş­­­­qa şö­­bə­lərinə nisbətən sin­­­tak­sislə daha çox tə­mas­la­­­­şır. Bu da dil sis­te­min­də­ki ya­­­rus­la­rın yüksək mər­hə­­­ləsi olan cümlənin da­xi­lin­də­ki in­­­cə­lik­lər­lə bağ­lı­dır. Fo­ne­tik, lek­sik, fra­ze­o­lo­ji, mor­fo­lo­ji vahidlər məhz cüm­lə­də — mətn­­də üs­lu­bi incəlik ya­­radır, üs­lu­biy­ya­tın ob­yek­ti­nə çevrilir. Üslubiyyatı “ali sin­­taksis” (Be­linski) ad­lan­­dı­ran­lar, gö­­rü­nür, bu ya­xın­lığı nəzərdə tutmuşlar.(Əliyev K.Y. Üslubiyyat və üslublar sis­­­te­mi. Bakı: ADU nəşri, 1985, s. 55) və s.;
b) elmi ədəbiyyatda bədii əsərdən bəhs olunarkən onun adı və ümu­miy­yətlə, kitab, jurnal, qəzet, mahnı adları dırnaqda yazılır. Məsələn:
Qədir gecə məktəbində yeddinci sinfi bitirmişdi. “Dumanlı Təbriz”, “Qılınc və qələm” romanlarını oxumuşdu (İ.Əfəndiyev, “Su dəyirmanı);
c) təhkiyə daxilində vasitəsiz nitq dırnaq içərisində yazılır. Məsələn:
Bütün qonşu kəndlər gəlib bizdən şitil aparırdılar. Bu da sədrimiz Qədirə ləzzət verirdi. “Qoy bizim sağlığımıza aparıb əksinlər” deyirdi (İ.Əfəndiyev, “Su dəyirmanı);
ç) bəzi üslubi məqamlarda, məsələn, kinayə ilə işlədilən söz və ifadələr dırnaqda yazılır. Məsələn:
bir boşluğa, bir heçliyə düşəcəyəm, “Kasıbların süfrəsi”-nin təqibi qo­vub aparacaq məni… (Elçin, “Qatar. Pikasso. Latur. 1968); Eşitdiyimə görə, keç­­mişdə bizim camaat “gəlmə” adama qız verməzmiş (İ.Əfəndiyev, “Su də­yir­ma­nı);
10. Yazılı nitqdə tire işarəsi. Yazılı nitqdə tire işarəsi də fərqləndirici əlamətə malikdir. Tiredən ən çox aşağıdakı hallarda işlənir:
a) sadə cümlədə həmcins üzvlərə aid ümumiləşdirici sözlərdən əvvəl tire qoyulur. Bu zaman həmcins üzvlər ümumiləşdirici sözdən əvvəl işlənmiş olur:
Meşədə, bağda, küçədə, meydanda ― harada görürsə, məni evinə dəvət edir (M.S.Ordubadi, “Qıılınc və qələm”); Piyalələr, rəqqasələr, saqilər, şərabçılar, süfrəyə yemək gətirən cariyələr ― hər şey, hər şey sükuta büründü (M.S.Ordubadi, “Qılınc və qələm”).
Lakin ümumiləşdirici üzvün həmcins üzvlərdən əvvəl işlənməsi hallarına da təsadüf olunur. Belə halda ümumiləşdirici sözlərdən sonra tire qoyulur:
Xanımın razılıq verməsi hər ikisinin ― atanın da, balasının da sevincinə səbəb oldu (Ə.Hacızadə, “Əfsanəsiz illər”);
b) aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrdə ümumilik bildirən təkrib hissədən əvvəl tire qoyulur. Bu zaman tabesiz mürəkkəb cümlədə aydınlaşdıran tərkib hissələr ümumilik bildirən tərkibdən əvvəl işlənmiş olur:
Onun sağ gözünün altı şişmişdi, ağzından qan axırdı ― ya dişini vurub salmışdılar, ya da dodağını partlatmışdılar (Ə.Hacızadə, “Əfsanəsiz illər”);
c) vasitəsiz nitq dialoq şəklində qurulduqda vasitəsiz nitqdən əvvəl və sonra (əgər sonra müəllif nitqi davam edirsə) tire qoyulur. Məsələn:
Əslində cəmi iki-üç nəfəri qolçomaqdır! — deyə Mirzəoğlu nəfəsini dərdi.
Bəs qalanları? — Mehman maraqlandı: — Bəs o biriləri?
Qalanları da onların quyruğuna düşən axmaqlar, sarsaqlardır! (S.Rə­hi­mov, “Mehman”);
ç) bəzi ara cümlələrdən əvvəl və sonra tire qoyulur. Məsələn:
Kimsə, ― yəqin anası idi, ― ürəkyaxan bir səslə ağlayırdı (Ə.Hacızadə, “Əf­sanəsiz illər”);
d) əlavə konstruksiyalardan əvvəl və sonra tire qoyulur. Məsələn:
Dünyanı, ― nə qədər əziz olsa belə, yaşadan olsa belə, ― dirigözlü yandırıb külə döndərərdi (Ə.Hacızadə, “Əfsanəsiz illər”);
e) xüsusiləşən əlavələrdən əvvəl tire qoyulur. Məsələn:
Sən bundan sonra xəlifə babamın ― müqəddəs Müstərşidbullahın şairi si­fə­tilə Bağdad dünyasını ələ alacaq, tarixin məşhur şairi Əbü Nəvvas və Əbü­lə­ta­hiyələrin əldə edmiş olduğu şərəfi qazanacaqsan (M.S.Ordubadi, “Qı­lınc və qə­ləm”);
ə) qoşulma konstruksiyalardan əvvəl tire qoyulur. Məsələn:
Arada kürən bir oğlan var. Həqiqətən də var ― qonşunun oğludu bu… (Ə.Hacızadə, “Əfsanəsiz illər”).

Yüklə 146,24 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə