Azərbaycan elmlər akademiyasi miLLİ MÜnasiBƏTLƏR İnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə62/63
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32758
1   ...   55   56   57   58   59   60   61   62   63

 
205
1.Göykilsə (Kaputan-1935), 2.Nurnus. 
Hoktemberyan (Qurduqulu) rayonu 
Qarışıq yaşayış məntəqəsi: 
1. 
 
Bağçalar (Baqaran-1968). 
 
Azərbaycanlılar yaşamış respublika tabeliyində olan şəhərlər: 
1. 
 
İrəvan 
2. 
 
Kirovakan (Vanadzor-1990) 
3. 
 
Hrazdan 
4. 
 
Stepanavan 
5. 
 
Cermuk 
6. 
 
Leninakan (Gümrü-1990). 
 
 


 
206
 
12. Erməni təcavüzü nəticəsində 1988-1994-cü illərdə Azərbaycan 
Respublikasında zəbt edilmiş, dağıdılmış və yandırılmış yaşayış 
məntəqələri və sosial obyektlər 
 
yaşayış məntəqələrinin sayı 900
sosial obyektlər 
məktəb 
uşaq  bağçası 
məktəbdənkənar müəssisə 
texnikum 
ali məktəb 
klub 
kitabxana 
muzey 
kino-qurğusu 
teatr 
məktəbəqədər müəssisə 
poliklinika 
ambulatoriya 
tibb məntəqəsi 
doğum evi 
aptek 
sanatoriya 
turbaza 
məscid 
 4366 
 690 
 280 
 35 
 4 
 1 
 862 
 982 
 13 
 1831 
 2 
 855 
 10 
 159 
 397 
 10 
 76 
 4 
 1 
10
 


 
207
 
13. Azərbaycanlılara qarşı edilmiş vəhşiliklərin açıqlanması və 
erməni terrorizminin qurbanlarının xatirəsinin əbədiləşdirilməsi 
haqqında Azərbaycan Respublikası prezidentinin fərmanı 
 
 
Azərbaycanlılara qarşı iki əsrədək davam edən gizli və açıq soyqırım 
siyasətini qətiyyətlə pisləyərək, Ermənistan Respublikasının son beş ildə 
Azərbaycan Respublikası  ərazisində apardığı e’lan olunmamış müharibənin, 
ölkəmizin dinc əhalisinə qarşı  vəhşiliklərin dərhal dayandırılmasını  tələb 
edərək, erməni terrorizmi və totalitar rejimin özbaşınalığı  nəticəsində 
xalqımıza dəymiş böyük maddi və  mə’nəvi ziyanı, yüz minlərlə günahsız 
insanın məhv və  şikəst edilməsini nəzərdə tutaraq, habelə onların 
tapdalanmış hüquqlarının bərpası və müdafiəsi məqsədi ilə q ə r a r a  a l ı r a 
m: 
 1. 
Azərbaycan xalqına qarşı edilmiş cinayətlərə  və erməni 
terrorizminə görə hüquqi, mə’nəvi məs’uliyyət məsələsinin beynalxalq 
təşkilatlar və dünya ictimaiyyəti qarşısında rəsmi  şəkildə qoyulması  zəruri 
hesab edilsin. 
 Bu 
məqsədlə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə  və 
Xarici  İşlər Nazirliyinə tapşırılsın ki, beynalxalq hüquq normalarına uyğun 
olaraq, göstərilən cinayətlərin törədilməsində, yaxud onlara şərait 
yaradılmasında günahkar şəxslərin və  təşkilatların məs’uliyyətə  cəlb 
olunması, habelə bu cinayətlər nəticəsində  vətəndaşlara dəymiş maddi və 
mə’nəvi ziyanın ödənilməsi haqqında məsələni öyrənsinlər və müvafiq 
təkliflər hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsinlər. 
 1.1. 
Azərbaycan Respublikasının Nazirlər Kabineti, Xarici İşlər 
Nazirliyi, respublikanın xarici ölkələrdəki səfirlikləri və konsulluqları, 
beynalxalq təşkilatlardakı nümayəndəlikləri, AzərTAC, Dövlət Teleradio 
Verilişləri Şirkəti və mətbuat orqanları: 
 Erməni terrorçuları  və imperiya qüvvələri tərəfindən XIX-XX 
əsrlərdə Azərbaycan xalqının başına gətirilmiş müsibətləri və cinayətləri 
bütün dünya ictimaiyyətinə çatdırsınlar, erməni terrorizminin, onun 
azərbaycanlılara qarşı soyqırımı siyasətinin mə’nəvi və hüquqi cəhətdən 
pislənilməsi barədə Azərbaycan Respublikasının mövqeyini xarici dövlətlərə 
bildirsinlər. 
 2. 
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Qaçqınların və 
Məcburi Köçkünlərin  İşləri Üzrə Dövlət Komitəsinə, Dövlət Statistika 
Komitəsinə, Səhiyyə Nazirliyinə, Mədəniyyət Nazirliyinə, Xalq Təhsil 
Nazirliyinə, şəhər və rayon icra hakimiyyəti başçılarına tapşırılsın: 


 
208
 - 
azərbaycanlılara qarşı edilmiş cinayətlər nəticəsində respublikaya 
pənah gətirmiş bütün şəxslərin rəsmi qeydiyyatının keçirilməsini  əlaqədar 
ictimai təşkilatlarla  əməkdaşlıq  əsasında təkmilləşdirsinlər. Vahid forma 
əsasında (beynəlxalq standartlara uyğun olaraq) hər bir şəhər, rayon, kənd və 
qəsəbə  əhatə olunmaqla beynalxalq ictimaiyyətə  təqdim edilmək üçün 
qaçqınların və  məcburi köçkünlərin vahid qeydiyyat kitabını çapdan 
buraxsınlar; 
 - 
qaçqınların və məcburi köçkünlərin vəziyyəti öyrənilməklə onların 
maddi və  mə’nəvi ehtiyaclarının ödənilməsi, mənzil,  əmək, mülk, pensiya, 
ailə, təhsil və digər hüquqlarının tə’min olunması haqqında dövlət proqramı 
işləyib hazırlasınlar və təsdiqə təqdim etsinlər. 
 Qaçqınların və  məcburi köçkünlərin yığcam yaşadıqları  şəhər və 
rayonlarda onlara kömək məqsədi ilə qaçqınlar və  məcburi köçkünlər 
mərkəzləri yaradılsın, bu mərkəzlərə icra hakimiyyəti başçısının  şö’bəsi 
statusu verilsin. Azərbaycan Respublikasının rayonlarda, şəhərlərdə dövlət 
hakimiyyət və idarəetmə orqanları haqqında  əsasnaməyə müvafiq dəyişiklik 
edilsin. 
 3. 
Azərbaycan Respublikasının Xalq Təhsili Nazirliyi və Azərbaycan 
Respublikasının Elmlər Akademiyası bu fərmanda göstərilən məsələlərə 
tə’lim-tədris, elmi-tədqiqat, mədəni-maarif işində diqqəti artırsınlar və 
müvafiq mövzuları  tədris proqramlarına, elmi planlara, muzey-ekspozisiya 
və bədii-sərgi tədbirlərinə daxil etsinlər. 
 3.1 
Azərbyacan Respublikasının Elmlər Akademiyası xalqımızın 
XIX  əsrdən başlayaraq azadlıq mübarizəsini, o cümlədən azərbaycanlıların 
soyqırımını, qaçqınlıq tarixini əsaslı  və kompleks şəkildə araşdırıb 
fundamental elmi tədqiqat işləri hazırlanmasını, onların rus, Qərbi Avropa və 
Şərq dillərində nəşr olunmasını tə’min etsin. 
 3.2 
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi 
azərbaycanlıların soyqırımını, onların milli-azadlıq mübarizəsini  əks etdirən 
“Yaddaş evi” muzeyi təşkil etsin. 
 Bakı  şəhər icra hakimiyyəti başçısı “Yaddaş evi”  muzeyinə bina 
ayrılması məsələsini 1 ay müddətində həll etsin. 
 4. 
Azərbaycan Respublikasının Dövlət Mətbuat Komitəsi 
azərbaycanlıların Ermənistandan kütləvi surətdə qovulmasına həsr olunmuş 
və qaçqınların həyatından bəhs edən illüstrasiyalı albomlar, sənədli elmi-
publisist məcmuələr və başqa ədəbiyyat nəşrini təşkil etsin. 
 5. 
Azərbaycan qaçqınlarının tarixini, erməni terrorizminin və totalitar 
rejiminin günahsız qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə