Azərbaycan elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə26/28
tarix01.11.2017
ölçüsü0,63 Mb.
#7630
1   ...   20   21   22   23   24   25   26   27   28

54 

 

olunur və Kərbəla şəhidlərinə ağlanır. Əskidən “Rövzətüş-şühəda” deyə farsca bir 



“Məqtəl” məşhurdu. Füzuli buna bənzədərək “Hədiqətüs-süəda” adında türkcə bir 

məqtəl yazmışdı. Əsasında mənsur olan bu kitabın müqəddəməsində, şair bu əsəri 

neçin yazdığını bizə anladır. Füzuli deyir ki, (şivəsini bugünkü danışıq dilimizə bir 

az yaxınlaşdıraraq nəql edirik): “Bu zamana  qədər bütün məclis və  yığıncaqlarda 

Kərbəla  hadisəsi  ilə  orada  şəhid  düşənlərin  başlarına  gələnlər  farsca  və  ərəbcə 

anladıldığından  ərəblərin  əşrəfi  ilə  əcəmlərin  başbilənləri  ancaq  bunlardan 

faydalanır, türklərin əizzəsi (yəni böyükləri) ki, dünya tərkibi ilə insan növünün ən 

böyük  cüzidirlər  (eynən:  Cüzi  əzəmi-tərkibi-aləm  və  sinfi-növi  bəni-adəm), 

kitabların  artıq  bir  yarpağı  kimi  bu  məclislər  sırasından  dişarda  və  həqiqətlərin 

dərkindən  məhrum  qalırlardı.  Bunün  üçün  Ali-Əba  (yəni  peyğəmbər  ailəsi) 

matəmilik lüzumu zəbani-hal ilə “mən xakisarə” çıxışdı və yaxamdan tutaraq dedi 

ki, “Ey Kərbəla şahının (yəni İmam Hüseynin) süfrəsindən bəslənən Füzuli, nə olur 

bir  fərz  icad  edəsən  və  türkcə  bir  məqtəl  (məqtəli-türki)  yazasan,  ta  ki,  türk  dilli 

fəsillər də onu dinləyərək faydalansınlar və bu xüsusda artıq ərəbcə ilə əcəmicəyə 

möhtac olmasınlar”. 

Türkləri  ehtiyacda  buraxmamaq  qayğısı  ilə  qələmə  sarılan  şair 

“Hədiqətüs-süəda”nı  yazmağa  başlamış  və  aşağıdakı  parça  ilə  tanrıdan  özünə 

müvəffəqiyyət diləmişdir: 

 

Ey feyzrəsani-ərəbü türkü əcəm, 



Qıldın ərəbi əfsəhi-əhli-aləm. 

Etdin füsəhayi-əcəəi İsa-dəm, 

Mən türkzəbandan iltifat eyləmə kəm! 

 

Bu dövr şairlərindən Nişati daha eyni mövzudakı “Şəhadətnamə”sini eyni 



motivlə  yazmışdır.  Türk  böyükləri  ilə  fəsihlərinə  xitab  edən  Füzuliyə  müqabil 

Nişati  bu  əsərini  qəbilə  və  tayfa  adamlarını  nəzərə  alaraq  yazmışdır.  Bunu 

“Şəhadətnamə”nin  müqəddəməsindəki  bu  sətirlərdən  öyrənirik:  “Bəndəi-xaksar... 

Nişati bu kitabı (yəni Rövzətüş-Şühədanı) fars dilindən türkcəyə döndərdim (yəni 

çevirdim)  ki,  bütün  türk  oymaqlarının  müstəidləri  mundal  (bundan)  fayda 

götürsünlər”. 

Məzhəb  ilə  təriqətin  burada  ədəbi  türkçülüyə  amil  olduğunu  görürük. 

Kütlə  ilə  fikir  təmasına  gəlmək  ehtiyacından  ədəbiyyat  məhəlliləşir,  başqa  təbirlə 

milliləşir. 

Mövzudan uzaqlaşmayaq: Atəşli hürufi Nəsimi ilə Şərqin  ən böyük liriki 

Füzuli  yalnız  Azərbaycan  deyil,  türkçə  oxuyan  bütün  dünyanı  həyəcanlandırır. 

Şərqi  yaxşı  bilən  Avropalılar  Füzulinin  lirizminə  heyrandırlar.  İngilis 

şərqşünaslarından,  türk  ədəbiyyatının  tarixçisi,  mərhum  Mister  Gibbə  görə 

duyuşlarının  səmimiliyi  ilə  ifadələrindəki  şairanə  şəkil  baxımından  bütün  şərqdə 

Füzulinin  ikinci  bir  tayı  yoxdur.  “Leyli  və  Məcnun”  şərqşünas  və  ədəbiyyatçı  A. 



55 

 

Krımskiyə  görə  “yaradıcılığın  incisidir”.  Ustad  M.  F.  Köprülünün  təbirincə,  ən 



böyük  türk  şairi  sayıla  biləcək  müstəsna  bir  şəxsiyyətdir.  Azərbaycan  ədəbiyyatı 

XIX  yüzilin  başlarına  qədər  Füzulinin  tamamilə  təsiri  altında  qalmışdır.  Onun 

külliyatı indi də hər Azərbaycanlının masası üstündə duran bir kitabdır. Şairin ayrı-

ayrı beytləri birər aforizm halında, xalq ağzında dolaşır. 

XVII və XVIII yüzillərdə Azərbaycanın həyatı qarğaşalıqlar içində keçir. 

Məmləkətdə  siyasi  sabitləşmə  yoxdur.  Hər  tərəfdə  dərəbəylik  və  zorakılıq 

hakimdir.  Bunun  üçün  də  mədəniyyət  həyatı  böhran  keçirir,  ədəbi  fəaliyyət 

durğunlaşır.  Gərçi  yuxarıda  münasibətlə  qeyd  etdiyimiz  xalq  dastanları  bu 

dövrlərdə  rəvac  bulmuş  və  geniş  xalq  arasına  yayılmışdır.  Koroğlunun  xalq 

qəhrəmanlığını  oxşayan  şerləri  də  bu  dövrün  məhsulu  və  ifadəsidir.  Bu  şərtlər 

daxilində  bədii  ədəbiyyat  çox  da  sönmür,  Şərqi  Qafqasiyada  təşəkkül  edən 

xanlıqlarda Azərbacsan ədəbiyyatının özünə məxsus bir janrı vücudə gəlir, ağır da 

olsa  bu  ədəbi  varlıq  irəliləyir.  Bu  janrın  milli  dəyəri  yalnız  bizim  günlərimizdə 

qiymətləndirilməyə başlayır. Heca vəznilə yazılan bu jairın ən böyük nümayəndəsi 

Qarabağ  xanının  talesiz  vəziri,  XVIII  yüzil  şairi  Molla  Pənah  Vaqifdir.  Vaqifin 

mövzu  etibarilə  dünyəvi  və  həyati  olan  şerləri  əsas  etibarilə  sadə  səlisdir.  onun 

yaradıcılığı ilə  xalq ədəbiyyatının səmimi dastan janrı və dili arasında çox böyük 

bir  yaxınlıq  vardır.  Məcazi  təsəvvür  eşqini  deyil,  təbii  insan  eşqani,  Vaqif  çox 

böyük  bir  qüdrət  və  məharətlə  təsvir  etmişdir.  Vaqifin  elm  və  fəzilətinə  qiymət 

verən çağdaşları onun üçün “hər oxuyan Molla Pənah olmaz” demişlərdir. Klassik 

ədəbiyyat  tənqidçilərindən  bir  qismi  də  Vaqifi  XVIII  yüzil  türk  ədəbiyyatının  ən 

parlaq  bir  nümayəndəsi  olaraq  qəbul  edirlər.  Şairin  tarixi  şəxsiyyəti  son 

zamanlarda  şöhrət  qazanan  Səməd  Vurğunun  “Vaqif”  adındakı  mənzum  dramına 

mövzu olmuşdur.  

 

* * * 

 

XIX  yüzil  başlarında  Azərbaycanın  siyasi  müqəddəratında  radikal 



dəyişikliklər olur. Çarlıq Qafqasiyaya enmiş bulunur. Bu hadisə Azərbaycana yeni 

imkanlar  gətirir.  Azərbaycan  cəmiyyəti  Rusiyanın  əyri  aynasında  olsa  da 

Qafqasiyaya  əks  edən  XVIII  yüzilin  aydınladıcı  fikirlərilə  təmasa  gəlir.  Həyatın 

əski  qurumu  ciddi  bir  tənqidə  uğrayır  və  mövcud  dünyagörüşünə  aid  fikir  və 

əqidələr  başdan-ayağa  təftiş  edilməyə  başlayır.  Bu  şərtlər  altında  Azərbaycanda 

Avropa  tərzində  yeni  bir  ədəbiyyat  yaradılır.  Bu  məktəbin  ən  böyük  ustadı  isə 

Mirzə  Fətəli  Axundzadədir.  Onun  simasında  biz  Azərbaycan  rasionalist 

ədəbiyyatının  böyük  banisinə  malikik.  Klassik  ədəbiyyatımız  üçün  Füzuli  nə  isə, 

çağdaş  ədəbiyyatımız  üçün  də  Mirzə  Fətəli  odur.  Müsəlman  dünyasının  bu  ilk 

dramaturquna  Avropalı  tənqidçilər  Şərqin  Molyeri,  ruslar  da  Qoqolu  deyirlər. 

Mirzə  Fətəlinin  pyesləri  sadə  xalq  dilində  yazılmışdır.  Tiplər  həyatın  ta  özündən 

alınmışdır.  Burada  ortaçağ  feodal  cəmiyyətinin  çürüməsi,  adətlərin  geriliyi, 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə