Azərbaycan elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə24/28
tarix01.11.2017
ölçüsü0,63 Mb.
#7630
1   ...   20   21   22   23   24   25   26   27   28

50 

 

Fəridəddin, XII yüzildə yaşamış şirvalı bir münəccimdir. 30 illik çətin bir 

çalışmanın məhsulu olaraq özündən sonrakı nəsillərə məşhur bir zic (Astronomiya 

traktatı) buraxmışdır. 



Əbdürrəşid, XIV yüzilə aid bakılı bir coğrafiyaçıdır. Bizə “Təlxisül-asar 

fi əcayibül-əqtar” adında bir əsər buraxmışdır ki, Avropalı yazarlar tərəfindən sıx-

sıx istifadə olunmaqdadır. 

Əbdülqadir,  Marağalıdır.  XIV  yüzil  kompozitorudur.  Musiqi  haqqında 

yazdığı məşhur əsərilə tanınmışdır. Avropada da bəllidir. Memarlıq, nəqqaşlıq  və 

xəttatlıq  sahələrindəki  azərbaycanlı  ustaları  Təbriz,  Ərdəbil,  Naxçıvan  və  Bakıda 

hələ  baqi  qalan  bədii  yüksək  dəyərli  tarixi  tikililərin  qalıntılarıyla  tanımaq 

mümkündür.  Təbrizdəki  Göy  Məscid  (XIII  yüz  il)  memarı  gözəllik  baxımından 

bütün  mütəxəssislər  tərəfindən  qeyd  olunan  bir  dəyər  və  şöhrətə  malikdir. 

Ərdəbildəki  Şeyx  sofi  məqbərəsi  dillərdə  söylənir.  Azərbaycan  Atabəyləri 

tərəfindən  tikdirilmiş  Naxçıvandakı  Möminə  Xatun  türbəsi  (XII  yüzil)  yüksək 

dəyərdə bir abidədir. Şirvanşahlar zamanından qalma (XIV yüzil) Bakıdakı binalar 

xüsusilə  əhəmiyyətlidir.  Bu  binaların  gözəl  bir  albomunu  vücudə  gətirən 

azərbaycanlı iki gənc memar bunların topuna “Bakı  Akropolu” adını vermişlərdir. 

Başda  məşhur  Divanxana  binası  olmaq  üzrə  Bakı  Akropolu  bütün  islam 

dünyasında müstəsna bir gözəlliyə malikdir. Hələ XVI yüzil Avropa səyyahlarının 

heyrətini  cəlb  edən  Divanxana  üçün  alman  şairi  Göthenin  məşhur  bir  təbiriylə 

“daşa dönmüş musiqi” demişlərdir.  

XIV yüzil şairi Ərdəbilli Arif bizə Şirvandakı memari abidələrin mənzum 

bir  təsvirini  verməkdədir.  Bu  təsvirə  görə  gözlərimizin  önündə  çiçəklənmiş 

bağçalara  çevrilmiş, gözəl  statülərindən  sular  fışqıran  bir Şah  parkı  tikilməkdədir 

Düşünmək  olar  ki,  orta  çağ  dövründə  bizim  bir  növü  “Azərbaycan  Versalımız” 

varmış (Versalın Parisin yaxınında əski fransız krallarının yaşadıqları gözəlliyi və 

fantanlarıyla məşhur bir saray olduğu məlumdur). 

Xəttatlığa  gəlincə,  azərbaycanlı  ustalar  təkcə  Təbrizdə  deyil,  Herat  ilə 

Hindistanın bina və saraylarını da bəzəmişlərdir. Akradakı Böyük Əkbərin sarayını 

bəzəyən  sənətkarlar  arasında  Azərbaycanlılar  da  vardır.  Çaldıranda  Şah  İsmayıla 

qələbə  çaldıqdan  sonra  Sultan  Səlim  Azərybaycandan  İstanbula  3000-ə  qədər 

sənətkar  gətirmişdir.  Bursada  gözəl  çinilərilə  məşhur  olan  Yaşıl  Cami  Təbrizli 

ustalar tərəfindən tikilmişdir. 

Azərbaycanlılar Yaxın Şərqdəki nəqqaşlıq sənətinin irəliləməsində böyük 

rol  oynamışlardır.  Qərbdə  Şərqin  Rəfaeli  adilə  məşhur  İran  miniatürçüsü 

Kəmaləddin  Bəhzad  Təbrizli  seyid  Əhmədin  şagirdidir.  Bu  Seyid  Əhməd  İranlı 

Əbu  Səidin  sarayında  çalışan  məşhur  Azərbaycan  rəssamlarının  sırasına  daxildir. 

Timurlulardan  Hüseyn  Baykaranın  zamanında  Herata  gəlmiş  və  Timurlular  dövrü 

miniatürçülüyünü yapanlardan biri olmuşdur. Gözəl miniatürləri ilə əsgi yazmaları, 

xüsusilə  böyük  Nizaminin  “Xəmsə”sini  bəzəyən  azərbaycanlı  Ağamirəzə  də  bu 

məktəbə mənsubdur. 



51 

 

Nəqqaşlıq, rəssamlıq və xəttatlıq sənətlərinin müxtəlif etaplarında ad alan 



azərbaycanlıları burada birər-birər zikr etmək imkan xaricindədir. Bu qədərlik qeyd 

edim  ki,  “Elxanlılar  zamanında,  öncə  çinlilərlə  uyğurların  əlində  bulunan  bu  iş 

sonra  tamamilə  azərbaycanlılara  keçmişdir.  Şah  İsmayıl  (Xətai)  zamanında  səfəvi 

sarayının yanında məşhur Təbriz məktəbi təsis olunmuşdur. Böyük rəssam Behzad 

Heratdan buraya dönərək, bu məktəbə başçılıq etmişdir. Behzad bu dövrdə xüsusilə 

böyük Azərbaycan şairi Nizaminin əsərlərini bəzəməklə məşğul olmuşdur. 

Bədii  sənət  Azərbaycandakı  əl  işlərində  də  görülməkdədir.  Məsələn, 

Azərbaycan  xalılarının  naxışları  bütün  dünyada  məlumdur.  Bu  gözəl  xalçalardan 

biri  XV  yüzil  Holland  rəssamı  Hans  Memlinqin  boyadığı  “Çocuğu  ilə  Məryəm” 

(Maria  mit  den  kinde)  tablosunda  təsbit  olunmuşdur.  Sənətkar  Məryəmin  ayağı 

altına Azərbaycan xalçalarından birini sərmişdir. 

Mücərrəd elmlərlə incəsənət sahələrindən keçərək mənəvi, ruhi və fəlsəfi 

düşünüş  sahəsinə  gəlincə  də  Azərbaycanın  özünəməxsus  mühüm  bir  mövqedə 

olduğunu  görürük.  Müsəlman  fəlsəfəsində  sufizmin  müəyyən  bir  yeri  olduğunu 

bilirik.  Sufiliyin  ən  böyük  şairi  Cəlalədin  Ruminin  əfsanəvi  qəhrəmanı  Şəms 

Təbrizlidir.  Sufizmin  klassik  sirlərini  anladan  “Gülşəni-raz”  əsərinin  sahibi 

Mahmud  Şəbüstəri  də  azərbaycanlıdır.  Yuxarıda  adı  keçən  məşhur  sufi  hərəkatı 

hürufiliyin banisi Şeyx Fəzlullah Nəimi də buralıdır. 

İranın məşhur moralist şairi Sədi öz “Bustan”ında Baba Kuhi inamlarının 

ilk  formullarını  verən  bir  adamdır.  Bakıda  doğulmuşdur.  Sədi  eyni  zamanda 

söhbətlərindən  feyz  aldığı  Təbrizli  Şeyx  Hümamdan  da  qədirşünas  bir  dillə  bəhs 

etmişdir. 

Ədəbiyyata gəlinnə Azərbaycan daha böyük bir ənəmdədir. Azərbaycanın 

ümumi  türk  ədəbiyyatındakı  iştirakını  müəyyən  etmədən  öncə  tarixi  xronoloji 

sırasilə farsca yazılan İran ədəbiyyatındakı rolu üzərikdə bir az duralım. Bunu qeyd 

etməyi  də  unutmayaq  ki,  X  yüzildən  XIII  yüzilə  qədər  Yaxın  Şərqin  bütün 

məmləkətlərində ümumi idarə və ədəbiyyat dili farsca idi. Fars olmayan muəlliflər 

belə əsərlərini bu dildə yazarlardı. 

Səlcuqlar  dövründə  hökumət  və  səltənət  türklərdə  ikən  İran 

mədəniyyətinin  yenidən  doğuşu,  fars  dili  və  ədəbiyyatının  doğuşu  şəklində 

muəyyənləşdi.  Klassik  İran  ədəbiyyatı  3000  ildən  bəri  İranda  hökumət  sürən  türk 

sülalələrin himayəsini görərək parladı. Azərbaycan Atabəylərindən Eldənizlilər ilə 

Şirvanşahlar  da  XII  yüzildə  bu  ədəbiyyata  qarşı  göstərdikləri  yüksək  himayə  ilə 

məşhurdurlar.  Fransız  şərqşünası  Darmsteter  Şirvan  sarayını  ədəbiyyata  verdiyi 

qiymət  baxımından  Qəznəli  sultan  Mahmudun  sarayı  ilə  müqayisə  edir. 

Müqayisənin  nəyi  ifadə  etdiyini  bəyənə  bilməmiz  üçün  buna  da  işarət  edək  ki, 

Qəznə  sarayında  400  qeydə  alınmış  şair  vardı  və  bunların  başında  Məlik  ül-şüəra 

adını daşıyan bir növ rəis vardı. Onun icazəsi olmadan heç bir şair, özü də şair olan 

sultan Mahmudun hüzuruna çıxamazdı. 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə