Azərbaycan elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə23/28
tarix01.11.2017
ölçüsü0,63 Mb.
#7630
1   ...   20   21   22   23   24   25   26   27   28

48 

 

tərəfdən  də  Xəzərlərin  zərbələrinə  uğradı.  Güney  Azərbaycanda  isə  atəşpərəstlik 



daha  üstündü.  Sonraları  (IX  yüzilliyin  başlanğıcında)  islamiyyət  əleyhində 

mücadilə edən yerli Babəkiliyin bir qədər müvəffəqiyyəti vardı. Fəqət o da ümum 

tərəfindən  tamamilə  qəbul  edilməmişdi.  Saydığımız  bu  dinlərdən  heç  birinin 

məmləkətdə  mütləq  bir  əhəmiyyəti  yox  idi.  Yalnız  ərəblər  zamanındadır  ki, 

Azərbaycan din və mədəniyyət birliyini əldə etmişdir. 

Din  və  mədəniyyət  birliyini  müsəlmanlığın  yerləşməsilə  qazanan 

Azərbaycanın etnik birliyi və bugünkü şəkli ilə qələbəlik bir türk məmləkəti halına 

gəlişi sonraları tamamlanmış və bu gəlişimin ən sürətli seyri X yüzildən başlayaraq 

XIV  yüzil arasında zühura gələn böyük hadisələr  - Oğuz-səlcuq türklərinin axını, 

sonra  da  Monqol  istilaları  nəticəsində  vücudə  gəlmişdir.  Etnoqraflarsa,  xalqlar 

inqilabı  dövrü  deyə  anılan  bu  .illərdə,  xüsusilə  XIII  və  XIV  yüzillərdə 

Azərbaycanın  etnik  çöhrəsi  tamamilə  türkləşmiş  və  o  tarixdən  bu  günə  qədər 

məmləkətin  müqəddaratında  türklüyünü  azaldan  deyil,  əksinə  getdikcə  çoxaldan 

amillər rol oynamışlardır. 

Belə  ki,  din  ünsürü  baxımından  VIII  yüz  ildən  başlayaraq  islam 

mədəniyyətinə  girən  Azərbaycan,  etnik  ünsür  baxımından  da  XIII  yüzildən 

etibarən tamamilə türk birliyinə daxil olmuşdur. 

Ərəblərin  idarəsində  imtiyazlı  vilayətlər,  yarım  müstəqil  amirliklər  və 

nəhayət  müstəqil  feodallıqlar  halında  idarə  olunan  Azərbaycan  böyük  türk 

sülalələri zamanında da ya bu sülalələrin başlıca idarə mərkəzlərini təşkil etmiş və 

ya  bunların  çöküşü  üzərinə  özünəməxsus  müstəqil  vilayətlər,  Atabəyliklər  və 

xanlıqlar  şəklində  yaşamışdır.  Hələ  Quzey  Azərbaycandakı  Şirvanşahlılar  min 

ildən artıq bir zaman müddətində istiqlallarını mühafizə etmişlərdir. 

Siyasi istilalar qovşağında müxtəlif adət və mədəniyyətlərin çarpışdığı bir 

sahədə  bulunan  Azərbaycan  həyatının  şiddətli  mücadilələr  içində  keçdiyini  qeyd 

etdik.  Bu  şərtlər  altında  Azərbaycan  topluluğu  özündə  qüvvətli  xarakter  sahibi 

mübariz  insanlar  yetişdirmişdir.  Bu  iddianın  siyasi  mücadilə  ilə  əsgərliyə  aid 

dəlillərindən  yana,  sırf  mədəniyyət  tarixi  bucağından  görülən  olaylarını  diqqətlə 

izləsək  digər  misallarla  qarşılaşarıq.  Bir  kərə  türk  dastanları  qəhrəmanlıq  və 

fədakarlıq  misalları  ilə  doludur.  Sonra  buradakı  dini  və  fəlsəfi  hərəkatların  qeyri-

adi  tiplər  verdiyinə  şahidik.  Bu  xüsusda  artıq  təfsilata  girmədən  bir-iki  misal 

verməklə  Azərbaycan  ictimai  fikrinin  mətanət  və  dəliqanlılığına  işarət  etmək 

istərik.  İrəlidə  özündən  ayrıca  bəhs  edəcəyimiz  XIV  yüzil  şairi  Nəsimi 

Azərbaycanda doğan hürufi təriqətinin ideoloqu və daisi idi. Özünü Hələbdə edam 

etdilər. Dərisini diri-diri soydular. Fəqət canfəda şair bu cəhənnəm əzabına bir ah 

demədən  qatlandı  və  ölümü  qeyri-adi  bir  igidliklə  qarşıdadı.  Buna  bənzər  bir 

hadisəyə  XIX  yüzil  ortalarında  da  rast  gəlirik.  Dini  bir  hərəkata  mənsub  olan 

qəhrəman bir qadın vardır. Adı - Qüdrətüleyn. Gözəlliyi ilə bərabər bilginliyi ilə də 

məşhur  olan  bu  qadın  Qəzvin  qazisinin  qızı,  Azərbaycanlı  bir  türkdür.  Tehranda 



49 

 

Nəsrəddin  şahın  əmrilə  özünü  diri-diri  yandırmaya  məhkum  etdilər.  Ona  “dinini 



tərk et, şah səni bağışlar” - dedilər. Fəqət o: 

 

“Bən  deməm  kim,  sən  səməndər  ol  da,  ya  pərvanə  ol,  ÇÜnki  yanmaq 



niyyətindir, dönmə dur, mərdanə ol!” 

 

beytini söyləyərək yandı. 



Bu iki tablo Azərbaycan xarakterinin nə qədər atəşli və nə qədər səbatlı və 

fədakar  olduğunu  göstərmək  istedadındadır.  Tarixin  müxtəlif  çağlarında  biz  bu 

xarakterin başqa cürə verimlərini də izləmək imkanındayıq. 

Tarixi  coğrafiya  şərtlərinə  görə  Azərbaycan  Şərqi  islam  mədəniyyət 

qoluna daxildir. Burada o, sadə bir şey olmaqla qalmaz. Müsəlman mədəniyyətinin 

bütün səhifələrində onun oynadığı subyektiv rol da böyükdür. Azərbaycan alimləri 

ilə  şərhçilərinin  adları  ərəb  müəllifləri  tərəfindən  qeyd  olunmuşdur.  Müqəddəsiyə 

görə  Azərbaycanlılar  Hənbəli  məzhəbinə  mənsubdurlar  və  məzhəb  təəssübündən 

uzaqdılar.  İbn  Hövqələ  görə  münəvvər  azərbaycanlılar  sxolastik  elmlərdən  uzaq 

qalır,  daha  ziyadə  təbiblik  sahəsində  gözə  çarpan  adamlar  yetişdirirlərdi. 

Səlcuqlular  zamanında  və  daha  sonra  Elxanlılar  dövründə  azərbaycanlı  alimlərin 

islam  elmlərinin  hər  sahəsində  böyük  xidmətləri  olmuşdur.  Məxsus  surətdə  təşkil 

olunmuş  bir  akademiya  tərəfindən  böyük  Türk-Monqol  və  ümumdünya  tarixi 

yazılmışdır. İlk dəniz xəritəsindən biri Təbrizdə Arqun xan zamanında qızılmışdır. 

XIII  yüzildə  Genuyalılar  tərəfindən  yapılan  coğrafiya  xəritəsi  Elxanlıların 

sarayında,  Marağa  rəsədxanasında  çalışan  şərq  alimlərinin  bilgilərinə 

dayanmaqdadır.  Marağa  rəsədxanasının  əsərləri  Qərb  məmləkətlərinə  də  əks 

etmişdir.  “Elxan  nüsxəbəndliyi”  adındakı  təbibliyə  aid  əsər  çincədən  tərcümə 

edilmişdir.  Elxanlı  vəziri  Rəşidəddinin  fəlsəfi  əsəri  Bizans  paytaxtı  İstanbulda 

rumcaya çevrilmişdir. 

Ərəb və ya fars elminin sırasına keçmiş məşhur Azərbaycanlıların adlarını 

burada  tamamilə  vermək  imkanında  deyilik.  Yalnız  irəli  sürülən  iddianı 

sənədləşdirmək üçün bunlardan bir qismini zikr etməklə kifayətlənəcəyik. 

Təbrizli  Xətib,  ərəb  filoloqları  arasında  görkəmli  bir  yer  tutmaqdadır. 

Klassik  ərəb  ədəbiyyatına  aid  abidələri  təfsir  edən  əsərlərilə  məşhurdur.  X 

yüzillikdə  yaşamışdır,  Məşhur  Əbül-Üla  əl-Məərrinin  şagirdidir.  Hal  tərcüməsinə 

aid  məlumatda  dilinin  “Azərbaycanca”  olduğu  qeyd  edilmişdir.  Əsərləri 

Avropalılarca məlumdur. 

Əbül-Həsən  Bəhmənyar.  XI  yüzil  başlarında  yaşayan  bu  adam  ilk 

müəllim  deyə  məhur  olan  müsəlman  filosofu  Əbu  Əli  Sinanın  şagirdi  və  onun 

məktəbini  davam  etdirən  bir  filosofdur.  Əsərləri  Avropa  dillərinə  də  tərcümə 

edilmişdir. 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə