Azərbaycan elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə21/28
tarix01.11.2017
ölçüsü0,63 Mb.
#7630
1   ...   17   18   19   20   21   22   23   24   ...   28

44 

 



 

KOMMUNİZM TƏHLÜKƏSİ MÖVCUDDUR 

 

Yuxarıdan bəri qeyd etdiyimiz hadisələr bizə göstərir ki, III İnternasional 

və  bu  pərdə  arxasında  duran,  daha  əsil  adı  ilə  Rusiya  Kommunist  Firqəsi,  başqa 

təbirlə  Sovet  hökuməti  Şərqdəki  milli  cərəyanlar  haqqındakı  hərəkət  tərzini 

dəyişdirmişdir.  Görürük  ki,  stalinçilər  Çin  məsələsində  müxalifləri  trotskiçilərin 

təklif  etdikləri  “Bilavasitə  hərəkət”  şüarını  qüvvə  ilə  rədd  etdikləri  halda,  işdə 

tətbiq edirlər. Çiçerinin Kantondakı sovet üsyanından Sovet hökumətinin xəbərdar 

olmadığı  haqqındakı  təminatı  kimsəni  xatircəm  edə  bilməz.  Çin  millətçilərinin 

Kanton  üsyançılarını  rədd  etdikləri  xəbəri  Moskvaya  gəlmədən  əvvəl  “Pravda” 

qəzetinin  ilk  səhifəsində  III  İnternasional  İxra  heyətinin  bütün  dünya  fəhlələrinə 

xitab  edən  bir  bəyannaməsi  nəşr  olunmuşdu.  Bu  bəyannamədə  Böyük  Çin 

inqilabının zühuru münasibətilə inqilabçı dünya proletariatı təbrik olunaraq burjua 

dövlətlər  arasında  yalqız  qalan  “Sovetlər  İttifaqı”na  yeni  bir  qüvvət  zühurilə 

gəldiyindən bəhs və Sovetlər İttifaqındakı xalq kütlələri başında olmaq üzrə bütün 

dünya fəhlə və kəndliləri çinli qəhrəmanlara yardıma dəvət olunurdu. 

Öz  torpaqlarında  kommunist  propaqandasına  məhəl  verməyən  və  milli 

mücadilələrini hər növ vəsait və himayə xaricində öz qüvvətləri ilə istiqlalla idarə 

etmək əzmində olan Şərq millətlərindən hər biri zühur edəcək ilk fürsətdə belə bir 

bəyannaməyə  mövzu  təşkil  edə  bilməyəcəklərindən  heç  də  əmin  olmasınlar. 

“Məmləkətimiz  kiçik  məmləkət  və  kəndli  məmləkətidir.  Sənayemiz  inkişaf 

etməmişdir. Proletariatımız yoxdur. Sosializm üçün bizdə zəmin olmaz. Buna görə 

kommunizm propoqandasından qorxmayın” - deyənlər səmimi bir qənaət ifadəsinə 

rəvac  verirlərsə  -  bizcə  yanılırlar.  Çünki,  təbii  inkişaf,  sənayenin  işə  salınması, 

proletariatın  zühuru,  şəhərlərin  böyüməsi,  sərmayələrin  mərkəzləşməsi,  kəndlinin 

fəhlələşməsi nəticəsində öz-özünə gələn, istər-istəməz haqqını tələb edən sosializm 

başqa,  Rusiya  tipindəki  kommunizm  də  başqadır.  Kommunizm  sənayecə  inkişaf 

etmiş  bir  məmləkət  məhsulu  olsaydı,  əvvələn  Rusiyada  deyil,  Avropada  və 

Amerikada zühur edərdi və Rusiyada zühur etməməsi lazım gələrdi. Çünki Rusiya 

Avropa  məmləkətləri  arasında  ən  az  sənayeçi  olanıydı.  Burası  yüzdə  85  kəndli 

məmləkətidir.  Sonra  kommunizm  üsyanına  Avropa  məmləkətlərindən  ən  ziyadə 

məruz qalanları ən az sənayesi olanlarıdır. Hərbdən məğlub çıxmış olduğuna və ən 

qüvvətli sosialist partiyasına malik olduğuna baxmayaraq, Almaniya kimi sənayeli 

bir  məmləkət  belə  özünü  kommunizmə  qapdırmadı.  Əksinə  Almaniyanı 

kommunizmdən qurtaran ən lətif amillər arasında, marksizm tərbiyəsi görmələrinə 

baxmayaraq  Almaniya  Sosial-Demokratları  vardır.  Kautski  qədər  bolşevizm 

düşməni  bir  nəzəriyyəçi  yoxdur.  Bolşevizm  -  elmi  sosializmin  təsvir  etdiyi 

Avropavari  bir  istiqamət  olmaqdan  ziyadə  rus  xəyalpərvərliyi  ilə  anarxizmindən 

doğulan  bir  cərəyandır.  Bu  cərəyana  qüvvət  verən  ictimai  varlıqlar  yalnız  fəhlə 




45 

 

hərəkatı deyil, hər cür ictimai məmnuniyyətsizliklərdir. Bolşevizm ibtidai və bəsit 



mühakimələrə  çox  cazibəli  gələn  mübaliğəli  fikirləri  və  boş  vədləri  ilə  ibtidai 

zühurunda  bəzi  başları  dumanlada  bilər.  Milli  vəhdət,  milli  istiqlal  və  milli 

demokratiya  kimi  həqiqətən  də  tarixi  böyük  məqsədlərlə  meydana  atılan  Şərq 

məmləkətlərində  keçirilən  bu  istihalə  zamanında  bütun  ehtiyacları  birdən  dəf 

etmək, bütün sinif və zümrələri birdən məmnun buraxmaq imkanı yoxdur. Əksinə, 

yapılan işin zəruriliyi müvəqqəti bir zaman üçün məmnuniyyətsizliklər daha ziyadə 

çoxala  bilir.  Belə  bir  zamanda  milli  demokratiyaları  təhdid  edən  cərəyan  qara 

irticadan  artıq  qızıl  irticadır.  Hətta  kommunizm  özü  ilə  məfkurəvi  hər  cürə 

bağlılıqdan uzaq, irəlidə düşmən ola biləcək bəzi zümrələri belə əl altından istifadə 

edir.  Şərq  məmləkətlərində,  o  cümlədən  Türkiyədə  müqavimət  daima  əcnəbi  bir 

intriqaya alət olmuşlardır. İrtica qüvvəti belə bir intriqaya alət oldu. Fəqət cəzasını 

aldı. O bütün keçmişi ilə və zamanın tələbilə zatən etibardan düşmüşdü. Halbuki, 

kommunizm kələyi elə deyildir. Bu bəzi gənc başları dumanlada bilər. Beynəlmiləl 

siyasət  zərurəti  bu  günə  qədər  tətbiq  olunan  siyasət  dəxi  perspektivli  surətdə  bu 

qəflətə az təsir yapmayır. Buna görə bir tərəfdən demokratiya islahatının vacibliyi 

tətbiq olunarkən, digər tərəfdən də bu islahatı müşkül edə biləcək III İnternasional 

intriqalarına meydan buraxılmaması uçün nə qədər diqqət edilirsə, yeridir. 

Bu  xüsusilə  belə  sırada  muhümdür.  Çünki  son  günlərini  yaşamaq  səbəbi 

ilə  məhdudlaşdırılmış  olduğu  beynəlmiləl  mücadilədə  bir  az  nəfəs  ala  bilmək 

ümidilə Şərq millətlərini ifrat dərəcəli hərəkətə sövq ehtiyacında olan kommunizm, 

milli istiqlal  mücadiləsini öz arzu etdiyi şəklə qoya bilmək üçün hərəkət üzərində 

daha ziyadə müəssər olmaq istəyir. Çindəki hadisənin ifadə etdiyi məna bu olduğu 

kimi, Buxarin formulunun işarət etdiyi məna da budur. Kitayqorodski ilə Türkiyə 

Kommunist  Firqəsi  də  bunu  istəyir.  Qızışdırılan  bu  arzular  qarşısında  özümüzü 

“Türkiyə  inkişaf  etmiş  sənayeli  bir  məmləkət  deyildir”  əmniyyəti  ilə 

ovundurmayağın.  Hər  növ  narazılıqlardan  demaqoqca  istifadə  edən  rusxasiyyət 

kommunizmə qarşı ehtiyatlı olmalıyıq!.. 

 

 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə