Azərbaycan elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə17/28
tarix01.11.2017
ölçüsü0,63 Mb.
#7630
1   ...   13   14   15   16   17   18   19   20   ...   28

35 

 

həqiqətdə  isə  “təqib  etdiyimiz  məqsəd  vahid  cahan  iqtisadiyyatı  daxilində 



fəhlələrin  birləşməsidir.  Federasyon  isə  bu  vəhdətə  doğru  gedən  yolun  ancaq  bir 

mərhələsidir” - deyə əlavə eyləmişdir. 

 

VII 

 

DAXİLDƏ MƏRKƏZİYYƏT, XARİСDƏ İMPERİALİZM 

 

Həqiqi  məqsədi  Rusiyada  şiddətli  bir  kommunist  mərkəziyyətini  təsis 



ikən,  “millətlər  istərlərsə  Rusiyadan  ayrıla  da  bilərlər”  şüarı  ilə  meydana  atılaraq 

saxta  federasyon  pərdəsi  altında  əski  məqsədinə  nail  olan  sentralist  kommunizm 

sovetlər  hüdudu  xaricində  tətbiq  etdiyi  milliyyət  siyasəti  ilə  də  qızıl  imperializm 

rolunu oynamaqdan başqa bir şey yapmayır. 

Sovet  hökuməti özünəməxsus ikiüzlülüklə burada da  qarşımıza çıxır. Bir 

tərəfdən  Sovet  xariciyyəsi  Avropa  imperializminə  qarşı  mücadilə  vəziyyətində 

bulunan  Şərq  millətləri  ilə  dostluq  təsisinə  çalışırkən,  digər  tərəfdən  də  Üçüncü 

İnternasional  ajanları  bu  məmləkətlər  daxilində  kommunist  firqələri  təsis  etmək 

üzərindən bir an üçün olsun qəflət etməyirlər. Çünki bolşeviklərcə bu gün özləri ilə 

səylərə şərik olunan Şərqdəki milli inqilab hərəkatları yalnız müvəqqəti bir zaman 

üçün  özlərinə  arxadaş  ola  bilərlər.  Yoxsa  onlar  dəxi  Avropadakı  işləri  kimi,  birər 

xain  burjua  olub,  bu  günün  dostu  olsalar  da  sabahın  düşmənləridir.  Buna  görə  də 

Rusiya  daxilindəki  millətlərə  qarşı  Sovet  federalizmi  şəklində  ələ  keçirilmiş  olan 

kommunizm  mərkəziyyətçilik,  xaricdəki  “müstəmləkə  və  yarımmüstəmləkə” 

millətlərinə  qarşı  da  kapitalizm  ilə  mücadilə  pərdəsi  altında  gəlib  çatmaq  istəyən 

Qızıl İmperializmdir!..

*

 

 



 

 

 



 

 

                                                           

*

 Bu xüsusda təfsilat üçün bundan sonra gələn məqaləyə müraciət oluna.  



 


36 

 

BOLŞEVİKLƏRİN ŞƏRQ SİYASƏTİ 



 



 

GÖSTƏRİŞLİ ŞÜARLARDAN BİRİ 

 

Bolşeviklərin “çox həvəslə istifadə etdikləri göstərişli şüarlar”dan birisi də 

iştə  bu  “Şərq  siyasəti”dir.  Bu  siyasətə  onlar  əksəriyyən  koloni  siyasəti  dəxi 

deyirlər.  Kolonilərdə  “Milli  qurtuluş”  və  yaxud  “Milli  istiqlal”  mücadiləsini 

kommunistlər necə qiymətləndirirlər? 

Milli istiqlal uğrundakı mücadiləsində Rusiyadakı hadisələrdən çox böyük 

surətdə  istifadə  etmiş  bir  məmləkətdə  belə  bir  sual  verməyi  mümkün  hesab 

edənlərin olacağını təxmin edə bilərik. Fəqət bir sıra obyektiv hadisələr nəticəsində 

təsir  edən  məlum  bir  qənaətə  rəğmən,  kəmali-cəsarətlə  tələb  edirik  ki,  “Sovetlər 

İttifaqı”  daxilində  tətbiq  olunan  “milliyyət  siyasəti”ndə  olduğu  kimi,  bolşevizm 

“Şərq siyasəti”ndə dəxi hiylədən ari deyildir. 

Leninin və onunla bərabər bugünkü Rusiya diktatoru Stalinin imzaları ilə 

vaxtilə  bütün  islam  dünyasına,  ümumiyyətlə  bütün  Şərq  millətlərinə  xitabən  nəşr 

olunan  bəyannamələri  xatırlayırıq.  Bu  bəyanatlardan  nəşət  edərək  Türkiyə, 

Əfqanıstan, İran və  sairə  kimi  Şərq millət və  dövlətləri ilə  bağlanan  müqavilələri 

də  unutmayırıq.  Bu  müqavilələrdə  Qızıl  rus  hökuməti  cömərd  davranmış,  elan 

etdiyi  yüksək  prinsiplərə  həqiqətdə  sadiq  qalmış  kimi  bir  vəziyyət  almışdır.  Çar 

dövründən  qalma,  Rusiyanın  bu  məmləkətlər  üzərindəki  nüfuzu  bütün  hüquq  və 

imtiyazlardan sərf-nəzər eyləmiş, hətta Rusiyanın bu məmləkətlərdən alacağı bütün 

borcları ləğv etməklə  bərabər, buralarda  mövcud bütün imtiyazlarla  Rusiyaya  aid 

maliyyə və hüquqi ləyaqətdən belə vaz keçilmişdir. Bu bir faktdır. Faktları inkarə 

qalxacaq  qədər  inadkar  tənqidçilərdən  deyilik.  Fəqət  lüzumunda  işimizə  gələn  bir 

faktdan kifayət dərəcədə istifadə etmək məqsədilə onu bir dərəcəyə qədər idealizə 

etmək əməli siyasət nöqteyi-nəzərindən faydalı olsa da, bu metodik faktları olduğu 

kimi görmək xassəsini pozacaq qədər irəlilətmək dəxi zərərlidir. 

Rus  “Lafonten”i  məşhur  Krılovun  “İstifadə  edə  bilmədiyimizi  hədiyyə 

edirik”  -  deyə  bir  misrası  vardır.  Bolşeviklərin  Şərq  məmləkətləri  haqqındakı 

cömərdlikləri  də  bu  növdəndir.  Əlləri  çatmadıqlarını  hədiyyə  edirlər.  İrəlidə 

deyilmiş  məmləkətlərlə  bağlanan  dostluq  müqavilələrində  cömərdcə  tərk  olunan 

“haqları”  başqa  cürə  “müdafiə”  zatən  mümkün  deyildir.  Sovet  Rusiya  bir  zərb-

misala  görə  “Tökülmüş  bəhməzi  hədiyyə  edirdi”.  Bundan  başqa  Şərqdəki  bu 

“səxavət”,  Qərbdəki  “qarət”lə  də  həmahəng  idi.  Rusiyanın  milyardlara  yetişib 

avropalılara hədiyyə etmək məcburiyyətində olduğu borclarını və yenə milyardlara 

dəyər  əcnəbi  imtiyazlarını  ləğv  ilə  əcnəbi  sərmayə  və  maliyyə  məsələlərini  zəbt 

edən  bir  hökumət  bir  neçə  yüz  milyonu  belə  olmayan  Şərqdəki  mənafeyindən, 

araya atdığı davanın məntiqi qüvvətini təmin üçün əlbəttə sərf-nəzər etməliydi. Bu, 




37 

 

maddətən  qazanclı,  tətbiqatca  əməli,  siyasətən  şərəfli  olduğu  kimi,  propaqanda 



nöqteyi-nəzərindən də parlaq bir manevrə idi. 

Manevrə  idi  -  deyirik,  çünki  manevra  olmayıb  da  Sovet  hökumətinin 

Şərqdəki  qonşuları  ilə  dostluğu  həqiqi  və  hər  cürə  istismar  iştihasından  ari 

həqiqətpərvəranə bir əsasə istinad etmiş olsaydı, o zaman biz aradakı siyasi razılıq 

və uyğunluğa baxmayaraq Şərq millətləri ilə sovet arasında sənələrcə davam edən 

və hələ də bir cürə həll edilməyən iqtisadi ixtilaflarla ticarət  mübarizələrinə şahid 

olmazdıq. Bu mücadilə Türkiyədə o qədər çox duyulmaz. Çünki burası o vaxtdan 

bəri  beynəlmiləl  mübadilə  nöqteyi-nəzərindən,  ya  idxalat  və  ya  ixracatda  olsun 

Rusiyaya  möhtac  deyildir.  Öylə  ikən  dəxi  Şərq  millətlərimdən  siyasətən  ən  çox 

anlaşmış  olunduğu  bu  məmləkətdə  belə  Moskva  hökuməti  iqtisadi  və  ticari 

münasibətini  ancaq  keçən  sənə  tənzim  edə  bildi,  halbuki  İran  belə  deyildir.  İran 

iqtisadiyyatı Rusiya bazarına bağlıdır. Hərdən o İran idxalat və ixracatının həmən 

yarısından  artığı  Rusiya  hesabına  icra  olunurdu.  Coğrafi  mövqe  etibarilə  İran 

üzərindəki müstəsna vəziyyətdən istifadə ilə Sovet xarici ticarəti İranı adətən kölə 

halına gətirmiş, bu “dost məmləkəti”, heç bir düşmənin edə bilməyəcəyi bir şəkildə 

istismar  eyləmişdir.  Xarici  ticarətdə  tətbiq  etdiyi  dövlət  inhisar  sistemi  üzündən 

Şimali İranın yeganə müştərisi olan Qızıl Rusiya rəqibsiz alıcının təsviri qabil olan 

hər cürə ehtikar və müamilə kötülüyünü icradan zərrə qədər fərq olmamışdır. İş o 

yerə gəlmişdir ki, vaxtilə bolşevik inqilabını idealizə edən tərəqqipərvər İran ticarət 

burjuaziyası başda olmaq üzrə Şimali İranın ən mühüm ticarət mərkəzləri Rusiyaya 

qarşı  aylarla  davam  edən  boykotaj  hərəkətini  təşkil  etmişlərdir.  İran  ictimaiyyəti 

sadə,  təyin  etdikləri  sabit  qiymətlərlə  İran  qurtuluşunun  ən  ağır  şərtlərlə  istismar 

edən  müxtəlif  ad  və  ünvandakı  sovet  şirkətləri  və  hər  cürə  iqtisad  müəssisələri 

tərəfindən icra olunan təzyiqlərdən deyil, İran ilə Sovet  Rusiya arasında o yüksək 

dayaqları  əhatə  edərək  bağlı  olunan  siyasi  müxadinət  müqavilələrindəki 

maddələrində  açıq  surətdə  (bir-birinə)  zidd  edildiyindən  çox  acı  bir  dillə  şikayət 

etməkdədir.  Yarımrəsmi  “İran”  qəzetəsindən  başlayaraq  ən  kiçik  vilayət 

qəzetələrinə  varıncaya  qədər  bütün  İran  mətbuatını  sənələrcə  tutan  mübahisə 

haqqında  müxtəsər  də  olsa  bir  fikir  verə  bilmək  üçün  Gilan  nümayəndəsi 

Kəyastovanın  bu  barədə  nəşə  etdiyi  dəlili  risaləsindən  26  fevral  1926-cı  ildə 

bağlanmış  Moskva  dostluq  müqavilənaməsinin  ruslar  tərəfindən  pozulan 

maddələrini  buraya  nəql  edirik:  “Yuxarıda  söylənmiş  müqavilənamənin  3-cü 

maddəsinə  baxmayaraq,  Kəyastovan  anladır  -  iranlılar  Ətrək  çayının  suyundan 

istifadə edə bilmədikləri kimi, Firuzə kəndi (ki burada məşhur Firuzə daşı istehsal 

olunur)  də  İrana  verilməmişdir.  10-cu  maddəyə  əsasən  Pəhləvi  (sabiq  Ənzəli) 

limanı  İrana  təslim  olunmalıydı.  (Bu  liman  çarlıq  Rusiyası  tərəfindən  inşa 

olunmuşdur. İmtiyazı şah hökumətindən alınmışdı.) Halbuki bu günə qədər təslim 

edilməmşddir.  11-ci  maddəyə  göpə  İran  sularında  Rusiya  hərb  gəmiləri  dura 

bilməz.  Halbuki  imperatorluq  dövrünə  aid  hərb  gəmiləri  indi  də  yalnız  adlarını 

dəyişməklə Pəhləvi limanında dolaşır və kiçik İran gəmilərinə nəzarət edirlər. İran 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə