Azərbaycan elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə19/28
tarix01.11.2017
ölçüsü0,63 Mb.
#7630
1   ...   15   16   17   18   19   20   21   22   ...   28

40 

 

görmək  zərurətində  olan  türkiyəli  kommunistlərin  düşdükləri  macəra  dəxi  bunu 



isbat  etməkdədir.  Fəqət  bu  macəranın  ən  qanlı  misalını  Uzaq  Şərqin  bəyük 

məmləkəti  Çin  təşkil  edir.  Dünən  Moskvanın  ən  sıx  müttəfiqi  hesab  olunan  Çin 

millətçiləri ilə sovet  hökuməti arasında bu  gün qanlı bir ixtilaf çıxmışdır. Dünənə 

qədər Sun Yat Sen kimi böyük Çin mücahidi tərəfindən təsis olunan Qo Min Dan 

firqəsinin  sol  cinahını  təşkil  edən  kommunistlər  indi  bu  firqədən  ayrılmış, 

Kantonda millətçilərə qarşı üsyan bayrağı açaraq müvəqqəti bir zaman üçün Sovet 

hökuməti elan eyləmiş, Qızıl  Moskvanın  hərbi kommunizm dövründəki ixracatını 

həmən orada tətbiq etməyə başlamışlardır. Fəqət, bu hərəkat Rusiyada olduğu kimi 

müvəffəqiyyətlə  nəticələnməmiş,  millətçilər  müqabil  bir  həmlə  ilə  üsyançıları 

cəzalandırmış və idarəni təkrar ələ almış, Sovet konsulu başda olmaq üzrə Rusiya 

kommunist müəllimləri də daxil olduğu halda Kanton macərasında iştirak edənləri 

şiddətlə  cəzalandırmışlardır.  Belə  ki,  Çin  istiqlal  hərəkatını  qüvvətləndirmək 

yerinə, 

öz 


ikiüzlülüyü 

nəticəsində 

sovet 

hökuməti 



hal-hazırda 

Çin 


milliyyətpərvərlərini qardaş qanı tökmək və öz sıraları arasında daxili hərb açmaq 

məcburiyyətində buraxmışdır. Yalnız Çində deyil, özlərinə fürsət verilərsə, onların 

hər tərəfində edəcəkləri iş bundan ibarətdir. 

 

III 



 

ÇİN TƏCRÜBƏSİNDƏN ALINAN DƏRSLƏR 

 

Bugünkü  Stalin  diktatorluğunun  nəzəriyyəçisi  Buxarin  son  günlərdə 



toplaşan XV Kommunist konqresində III Kommunist İnternasionalına aid müfəssəl 

raportunda  o  cümlədən  bu  məsələ  üzərində  duraraq  “Müstəmləkə  məsələləri  və 

Kommunist  İnternasionalı”  münasibətini  izah  zəminində  Leninin  yuxarıda  qeyd 

edilmiş tezisini zikr etdikdən sonra sözü Çindəki hadisələrə keçirərək deyir ki: “hər 

nə  qədər  Lenin  milli  istiqlal  və  milli  vəhdət  hərəkatlarının  geri  qalmış 

məmləkətlərdə  dəstəklənməsini  vəzifə  hesab  edirsə  də  bu  vəzifə  ancaq  o 

hərəkatların  fəhlə  sinfi  əleyhinə  çevrildiyi  zamana  qədər  caizdir.  Əks  təqdirdə 

“Milli  vəhdət”  möhkəmliyini  lüzumlu  edən  səbəb  itirildiyindən,  o  hərəkatın 

lazımlılığı da aradan qalxmış olur . 

“Milli  hərəkat”  istiqamətinin  fəhlə  sinfi  əleyhinə  çevrilmə  dərəcəsi  isə, 

Buxarinə  görə,  Kommunist  Firqəsinə  qarşı  göstərilən  əlaqə  və  rəftar  ilə  təyin 

olunur.  Müəyyən  bir  Şərq  məmləkətində  Kommunist  Firqəsinin  hürriyyəti 

məhdudlaşdırılır, kommunistlər təqib edilir və fəhlə sindikatlarının haqq və hüququ 

hədələnirsə, elə bir məmləkətdə artıq siniflər arasında müştərək milli məqsədlərdən 

bəhs oluna bilməz. Kommunist Firqəsini təqib edən bbir hökumət isə, milli-istiqlal 

                                                           

“Правда”, 13 dekabr, № 285. 

 



41 

 

davasında  olan  bir  Şərq  hökuməti  olsa  belə,  irticaçı  bir  hökumətdir  və  kapitalist 



Avropa hökumətlərindən heç bir fərqi yoxdur.  

Buxarincə  Çin  milliyətpərvərləri artıq düşmən sırasına  keçmiş qara irtica 

qüvvətindən  başqa  bir  şey  deyildirlər.  Yalnız  Çin  deyil,  Hindistan  hərəkatı  dəxi 

artıq Buxarini cəzb edə bilmir. Dünya müharibəsi əsnasında inkişaf edən Hindistan 

sənayesi  xatiri  sayılan  yerli  burjua  sinfi  yaratmışdır.  Bu  burjua  ibtidada  milli-

istiqlal ardınca gedərək milli vəhdət şüarını işə  salmış və  Hindistan üsyançılarına 

yaxşı  yardım  etmişdir.  Çin  hadisələrindən  dərs  alan  İngiltərə  imperializmi  isə 

tədbirli  davranmış,  qüvvət  peyda  edən  Hindistan  fabrikaçılarına  qarşı  silahlı  bir 

tövrlə  (yanaşaraq  özləri  ilə  anlaşma  üsulunu  lazım  bilmiş,  İngiltərə  əmtəəsinə 

Hindistan  əmtəəsi  ilə  rəqabətlə  üstünlük  verən  bəzi  rüsumların  ləğvi  kimi 

tədbirlərlə  yeni  Hindistan  burjuaziyasının  könlünü  almış,  onu  ifrat  hərəkətlərə 

qapılmaqdan  mühafizə  etmişdir.  Belə  ki,  indi  İngiltərə  imperialistləri  ilə  etilafa 

girən  Hindistan burjuaziyası  artıq “Moskva agentləri” ilə  mücadiləni düşünür,  hal 

və  xasiyyəti  bəlli  olan  əsil  sahibi  İngiltərəni  hər  halda  “vəziyyəti  məchul” 

yenisindən üstün tutur”. Bu vəziyyət qarşısında Buxarin təbii ki, baş sındırır və bu 

nəticəyə gəlir ki, “Bizim üçün artıq Çində olduğu kimi Qomindan firqəsi kimi bir 

firqəyə daxil olaraq uzun bir zaman üçün Hindistan millətçiləri ilə bir təmərküzdə 

olmaq ehtimalı qətiyyən qalmamışdır. Çünki, deyir, burada ta başdan bizə düşəcək 

vəzifə Hindistan burjuaziyasını sadə tənqid deyil, onun hərəkətlərini ifşa etməkdən 

ibarət  olacaqdır.  Çünki  bu  burjuaziya  -  Buxarin  söyləyir:  -  Leninin  qoyduğu 

şərtlərə  əməl  etməyir.  Əvvəla  ingilis  imperialistləri  ilə  davamlı  mücadiləyə  hazır 

deyil və ikincisi  kommunistlərə qarşı fəal bir  mücadilədə olaraq möhtac olduqları 

miqyasda özlərinə hürriyyət verməyir”. 

Çin  təcrübəsindən  sonra  Hindistandan  da  qorxmağa  başlayan  Buxarİn 



“Misir,  İran  və  bu  qəbildən  digər  bir  məmləkəti   dəxi  alırsaq  buradakı  obyektiv 

şəraiti  diqqətlə  təqib  etmək  məcburiyyətindəyik”  -  deyir.  Çünki  “bunların  hər 

birində özlərinə  məxsus xüsusiyyətlər  vardır ki, onların tədqiqi bizi özlərinə qarşı 

ümumi  müstəmləkə  siyasətinin  zəruriliyindən  qeyri  bir  sıra  tədbirlər  qəbuluna 

məcbur edir”. 

Çin  hadisəsindən  Buxarin  təmsil  etdiyi  Rusiya  Kommunist  Firqəsi  və  III 

İnternasional naminə, müəyyən hissələr götürdüyü kimi, açdıqları şanlı mübarizədə 

kommunist inqilabı kimi xülyalar önündə deyil, milli vəhdət, milli istiqlal və milli 

demokratiya  kimi  həqiqətlər  ardınca  gedən  Şərq  milliyyətpərvərləri  üçün  də 

alınacaq çpx mühüm bir hissə vardır ki, bu da dostluq maskası altında hərəkət edən 

Moskva agentlərini gözdən buraxmamaqdır. 

 

 



 

                                                           

 Kursiv bizimdir.  

  



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə