Azərbaycan elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu


AZƏRBAYCAN MƏDƏNİYYƏT ƏNƏNƏLƏRİ



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə22/28
tarix01.11.2017
ölçüsü0,63 Mb.
#7630
1   ...   18   19   20   21   22   23   24   25   ...   28

46 

 

AZƏRBAYCAN MƏDƏNİYYƏT ƏNƏNƏLƏRİ 

 

Əziz yurddaşlar, hörmətli arxadaşlar! 



Mövzumuz “Azərbaycan mədəniyyət ənənələri”dir. Bilirik ki, mövzumuz 

çox genişdir. Buraya, sözün həqiqi ,mənasilə sadə  mənəviyyat deyil, iqtisadiyyat, 

ictimaiyyat  və  siyasət  kimi  mddiyyat  da  girir.  İstənilən  nəticəyə  tam  vara  bilmək 

üçün  bütün  bu  sahələrə  təmas  etmək  əlbəttə  lazımdır.  Fəqət  biz  bu  konfransda 

mədəniyyətin  sadə,  dini,  fikri,  hissi,  ədəbi  və  bədii  səhifələrini  qeyd  etməklə 

kifayətlənəcək, onu da təbii olaraq ümumi  xətlər ,ilə və  müəyyən bir dövrə qədər 

xülasə etməyə çalışacağıq. Etiraz etməzsiniz bu mövzunu bütün əhatəliliyi ilə elə-

belə  anlada  bilmək  üçün  bir  deyil,  bir  neçə  konfransa  ehtiyac  vardır:  xüsusilə  ki, 

Azərbaycan  mədəniyyətinə  aid  materiallar  hələ  kafi  dərəcədə  işlənməmiş  və  bir 

sistem  halına  salınmamışdır.  Bu  iş,  şübhəsiz,  “Azərbaycan  Kültür  Dərnəyi”nin 

başlıca qayəsini təşkil etməlidir. Vaxtınızı alacaq bu məruzə bu yoldakı çalışmalara 

kiçicik olsun bir istiqamət verə bilərsə xoşdur!.. 

Bəyanlar, bəylər! 

Bütün  mədəniyyətlər  üç  böyük  amilin  qarşılıqlı  təsirlərindən  doğarlar: 

coğrafi amil - vətən, etnoqrafi amil - millət və mənəvi amil – mədəniyyət! 

Mədəniyyət  ənənələrini  anlatmaq  üçün  Azərbaycanın  bu  baxımdan 

bulunduğu durumunu bir quş baxışilə, öncə bir gözdən keçirəlim. 

Azərbaycan,  tutduğu  mövqe  etibarilə  Yaxın  Şərqin  çox  əhəmiyyətli 

sahəsidir. Bir tərəfdən Kaspi dənizinə, o biri tərəfdən də Böyük və Kiçik Qafqasiya 

dağları ilə Savalan ətəklərinə dayanan bu sahə Kür, Araz və Qızıl Üzən kimi böyük 

çayların bərəkətli hövzələrini təşkil edən düzənlikləri içinə  alır. Məşhur qışlaq və 

yaylaqları  ilə  hər  cür  həyati  imkanlara  malik  bulunan  burası  ekonomik  birlik  ərz 

edən coğrafi bir bütündür. 

Böyük  mühacirət  yolları  üzərində  istilalar  qovşağı  və  siyasi  böyük 

qüvvətlərin quruluş və savaş meydanı olan Azərbaycanın tarixi daima bir mücadilə 

içində keçmiş, siyasi müqəddəratı da hərdəm yenilənən istilalara qarşı vuruşma və 

müdafiədə təyin olunmuşdur. 

Bundan  3000  il  əvvəl  Midiya  Yaxın  Şərqin  ən  böyük  dövlətlərindən  biri 

idi. Güney Azərbaycanında qurulan bu dövlət əski şərqin Asur, Babil və Fars kimi 

böyük xalqları ilə mücadilə halında idi. Sonra Kəyani İranın əlinə keçən bu yerlər 

daha  sonra  Böyük  İsgəndərin  idarəsində  Makedoniyalıların,  sonra  da  selefkililər 

deyilən  Yunan  sülalələrinin  nüfuz  və  idarəsinə  tabe  olmuşdur.  Kəyanilər 

sülaləsinin tarixi ənənələrini dirildən sonrakı sasanilər də Azərbaycanı uzun zaman 

öz hakimiyyətləri altına almışlardır. Fəqət bu iki İran sülaləsi arasında, burada 400 

illik uzun bir müddət Farslar hökm sürmüşlər ki, Firdovsi məşhur “Şahnamə”sində 

bu dövrü çöküş dövrü deyə ihmal etmiş və onu adətən İran tarixindən saymamışdır. 

Böyük  İsgəndərin  Şərqdə  qurduğu  imperatorluq  daxilində  Güney 

Azərbaycan  Atropaten  adındakı  bir  sərdarın  idarəsində  müstəqil  bir  dövlət  təşkil 




47 

 

etmiş və Azərbaycan bügünkü adını ta o zamandan bəri daşıyaraq gəlmişdir. Quzey 



Azərbaycana  gəlinsə  buradakı  siyasi  təşəkküllər  uzun  zaman  özlərini  qorumuş  və 

Yaxın  Şərqdəki  böyük  qüvvətlərə  qarşı  varlıqlarını  isbat  etmişlərdir.  Bunlar 

arasında  Albaniya  adındakı  federasyon,  xüsusilə  Roma  imperatorluğuna  qarşı 

müharibəsilə tarix səhifələrində qeyd olunmuşdur.  

Albaniya  uzun  zaman  bir  tərəfdən  Roma,  digər  tərəfdən  də  farslar 

arasında  münaqişə  mövzusu  olmuş, sonra  bu işi  Sasanilərlə  Bizanslılar  ələ  almış, 

daha  sonra  bir-birini  ayaqdan  salan  bu  iki  rəqibə  qarşı  üstün  gələn  ərəblər  davanı 

öz lehlərinə həll etmişlərdir. 

Ərəb  işğalına  qədər  müxtəlif  mədəniyyət  və  dinlərin  qarşılıqlı  mücadilə 

və rəqabətlərinə səhnə olan Azərbaycan nə millət, nə də din baxımından tamamilə 

vahid  bir  mənzərəyə  malik  deyildi.  Kəyan  və  Sasani  İran  məntəqəsi  daxilində 

olması  bura  əhalisinin,  sözün  məlum  mənasilə  iranlı  olduğunu  ifadə  etməz.  Bir 

kərə midiyalıların, qismən ari olsalar da tamamilə iranlı olduqları məlum deyildir. 

Əksinə,  əski  Şərq  tədqiqçilərindən  bəziləri  “Turan  Midiyası”ndan  bəhs  edirlər. 

Sonra  Asur-Babil  mədəniyyətinə  sələflik  edən  şumerlərin  Turanlı  olduqları 

məlumdur. Quzey Azərbaycanındakı albanlıların turani olduqlarını isbat edənlər də 

mövcuddur.  Sonra  istər  Kəyanilər,  istərsə  də  sasanilər  zamanında  Azərbaycana 

zaman-zaman  türk  ünsürlərinin  bir  axın  halında  gəldikləri  məlumdur.  Turanlı 

farslar  zamanında  da  burası  zaman-zaman  Türkistan  çöllərindən  gələn  yardımçı 

qüvvətləri  qəbul  etmişdir.  İskitlər,  hunlar,  göytürklər  zamanında  gələn  Turani 

ünsürlərdən bir çoxu buralarda qalmışdır. Xəzər türkləri bəzən müstəqilən bəzən də 

gah  sasanilərin,  gah  Bizanslıların  müttəfiqləri  sifətilə  buralara  enmiş  və  uzun 

zaman buralada koloniyalar qurmuşlardır. 

Belə  ki,  VII  və  VIII  yüzillərdə  göstərilən  bütün  müqavimətləri  endikdən 

sonra  buralara  hakim  olan  müsəlman  ərəblər  zamanında  Azərbaycan  millət 

baxımından çox da yekcins bir kütlə halında deyildi. Əskidən bəri Turani və İrani 

tqbilələrin  müxtəlif  növü  və  cinslərinə  malik  olan  bu  yerlərə  bir  də  ərəb  cinsi 

əyləndi.  Din  baxımından  da  .bu  sıralarda  Azərbaycan  bir  birliyə  malik  deyildi. 

Ərəblərdən  əvvəl  İranın  başqa  vilayətlərinə  nisbətlə  burası  geri  bir  məmləkət  idi. 

Nə ümumi bir dili, nə də müştərək bir dini yox idi. 

Uzun  zaman  Azərbaycan  müxtəlif  dinlərin  dartışmalarına  meydan 

oxumuşdur. Burada İranın məzdəkizmi, Yunanın ellinizmi, Bizansın xiristiyanlığı 

və nəhayət ərəb müsəlmanlığı çarpışmışlardır. Atəşpərəstlərin məşhur atəşgədələri 

Azərbaycanda  bulunuyordu.  Məzdəki  peyğəmbəri  Zərdüştün  özü  Muğanda 

doğulmuşdur.  Sasanilər  bu  dini  hökumət  zorilə  Qafqasiyaya  gətirmişlərdir. 

İsgəndərin  varisləri  selefkililər  ellin  mədəniyyətini  buralara  yaymışlar.  Farslar  da 

bu  mədəniyyətə  yaxşı  gözlə  baxmışlardır.  Hələ  VI  yüz  ilə  qədər  Arran  yanı 

Albaniyada  xristianlıq  qalırdı.  Mehranilər  sülaləsi  zamanında  (628-705) 

Albaniyanın  özünə  məxsus  patriarxı  və  katalikosu,  kilsəlik  dini  ədəbiyyatı  və 

məxsus  yazısı  vardı.  Fəqət  bu  mədəniyyət  mayası  bir  tərəfdən  sasanilər,  bir 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə