Azərbaycan elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə25/28
tarix01.11.2017
ölçüsü0,63 Mb.
#7630
1   ...   20   21   22   23   24   25   26   27   28

52 

 

Başda Nizami olmaq üzrə Azərbaycan, İran ədəbiyyatına Xaqani, Fələki, 



Əbül-Üla və başqaları kimi bir sıra böyük şairlər vermişdir. 

Gəncəli  Nizami,  məşhur  alman  şairi  Göthenin  özləri  ilə  boy  ölçüşməyə 

cəsarət  etmədiyi  yeddi  İran  şairlərindən  biridir.  Firdovsidən  sonra  yeni  İran 

ədəbiyyatının ikinci ən böyük ustadı olub Şərqin romantik eposunu yazan Nizami 

dünya  ədəbiyyatının  şah  əsərlərini  yaradan  şəxsiyyətlər  arasında  müstəsna  bir  yer 

tutur. O, aləmşümul bir qüvvət olmaqla bərabər, hər böyük sənətkar kimi öz mühiti 

ilə  səmimi  bağlarla  bağlıdır.  O,  Firdovsi  tipində  bir  fars  milliyyətçiliyinə 

yabançıdır.  Mövzuları  və  təfəkkürləri  etibarilə  bir  türkdür.  O,  bütün  yaxşılıqları, 

qüvvət və dəyərləri daima türk məcaz və istiarəsilə zikr edər. Ədalətli dövlət idealı 

onun nəzərində Türk dövlətidir. Qəhrəmanı olan ixtiyar bir qadın polisin zülmünə 

uğramış, sultan Səncərə şikayət.  

Nizami,  Qafqasiyanın  bütün  ehtiyac  və  qayğılarını  dərindən  duyar, 

Bərdəni qarət edən və əfsanəvi kraliçası Nüşabəni əsir aparan rusları görməyə gözü 

yoxdur. İdealizə  etdiyi qəhrəmanı İsgəndəri  şair Qafqasiya  uğrunda  hərbə  “bütün 

Yaxın  Şərqi  qorxudan  təhlükəni”  adlatmaya  və  yer  üzünü  “Rus  şərindən” 

təmizləməyə sövq edir. O, bütun düşüncələri ilə bir türk, bir azərbaycanlıdır.  

Nizami  ilə  bərabər  Şirvan  sarayının  baş  şairi  Xaqani  də  Azərbaycanın 

farsca  yazan  şairlərindəndir.  Xanıkov  onun  yaradıcılıq  qüvvətini  fransız  şairi 

Viktor  Hüqo  ilə  müqayisə  edir.  Şirvan  şahı  Axistanın  ruslar  üzərinə  çaldığı  zəfər 

(XII yüzil) onun parlaq bir qəsidəsində təsbit olunmuşdur. Onun da dili farscadır. 

Fəqət, türkcə sözləri, məzmunlu beytləri vardır.  

 

* * * 

 

Klassik  türk  ədəbiyyatının  doğulduğu  dövrdə  Azərbaycan  yenidən  öz 



ənənələri  ilə  mütənasib  böyük  bir  mədəniyyət  istedadı  göstərir.  Bu  istedad 

Azərbaycanın qüvvətli bir xalq ədəbiyyatına malik olmasilə ahəngdədir. Əski türk 

dastanlarının  məşhur  sözçüsü  Dədə  Qorqud  Azərbaycanda  keçən  qəhrəmanlıqları 

anladır.  Bu  hekayələrdəki  dil  belə  bugünkü  Azəri  türkcəsinin  demək  olar  ki, 

eynidir.  

Müxtəlif  türk  ləhcələri  arasında  Azərbaycanın  etinalı  bir  yerə  malik 

olduğu  da  qeydə  dəyər.  Aşıq  adını  daşıyan  səyyar  xalq  xanəndələri  tərəfindən 

“Koroğlu”,  “Şah  İsmayıl”,  “Əsli  və  Kərəm”,  “Aşıq  Qərib”  və  başqa  bu  kimi 

dastanların  saz  çalğılarilə  bərabər  söylənişlərində  Azərbaycana  məxsus  bir 

xüsusiyyət  vardır.  Məlik  Məhəmməd  növündən  pəhlivanlara  aid  nağıllar 

Azərbaycan  xalqı  arasında  çox  sevilir.  Bu  dastanlar  ilə  nağıllardakı  mövzu  “isə 

zəifləri  qorumaq,  başqasına  yardımda  bulunmaq,  nəfsini  fəda  etmək,  sevgiliyə 

qarşı  vəfalı  olmaq,  dostluqda  sadiq  qalmaq,  arxadaşlıqda  səbat  göstərmək  və 

qoçaqlıqda  qorxu  bilməmək  kimi  digər  anlamlardır.  Azərbaycan  xalq 

mahnılarından  olan  “Bayatılar”,  üslublarındakı  rəvanlıq,  fikirlərindəki  uçuş  və 



53 

 

hislərindəki  incəliklərlə  ayrılırlar.  İldırım,  məsələn,  “kişnəyən  ata”,  yağmur  da 



“ağlayan  buluda”  bənzər.  Bunların  ikisi  də  “dağ  ətəyində  ölən  bir  igid”  üçün 

təəssür duyarlar. 

Klassik  Azərbaycan  türk  ədəbiyyatının  ilk  abidələri  bizə  hələ  XIII 

yüzildən  məlumdur.  Bu  hərəkat  getdikcə  tərəqqi  edir,  Qaraqoyunlularla 

Ağqoyunlular  dövründə  irəliləyir,  ən  parlaq  dövrünü  isə  XIV  yüzilin  sonları  ilə 

XVI  yüzil  başlarında  bulur.  İllərdən  bəri  çevrələrindəki  xalq  kütlələri  üzərində, 

butün  türk  ellərindəki  dədələr  kimi  dərin  nüfuz  və  təsir  sahibi  olan  Ərdəbildəki 

Şeyx  Səfi  ocağından  zühur  edən  Şah  İsmayıl  şiə  dövlətini  qurmaq  üzrə  hərəkətə 

keçir. Avropalılarsa xalis bir İran sülaləsi sayılan Səfəvi dövlətinin bu müəssisi isə 

həqiqətdə  bir  türk  sufisi  və  Azərbaycanlı  bir  şairdi.  İstinad  etdiyi  qüvvət  də 

tamamilə  türk  qüvvəti  idi.  Bu  məzhəb  türkmən  qəbilələri,  bu  qüvvətin  kökünü 

təşkil edirdi. Onun sadə bir türkcə ilə yazılan ilahiləri (dini nəğmələri-A.R.) rəsmi 

hüdudların  çox  irəlilərində  belə  türk  topluluqlarının  ruhları  üzərində  müəssir 

olurdu.  Şah  İsmayılın  sarayı  Azəri  türk  ədəbiyyatının  yaradıcı  ocağı  və  bir 

akademiyası  idi.  Bu  saraya  Həbibi  kimi  şairlər  mənsubdu.  Şerdə  Xətai 

təxəllüsündən istifadə edən İsmayıl, xalqın vurulacağı sadə bir dillə yazırdı. 

Səfəvi  sarayının  rəsmi  dili  də  türkcə  idi.  Qonşu  dövlətlərə  göndərdiyi 

notalar  türkcə  yazılırdı.  Səfəvi  İranın  Osmanlılara  göndərdiyi  notalar  türkcə  ikən, 

Osmanlı sarayının Səfəvilərə yazdıqları notalar farsca idi. 

Rəsmi  Türk  dövlətlərində  misali  yox  ikən,  çevrəsindəki  türkdilli  şairlər 

Şah İsmayıla “Türki-tacdar” deyə xitab edirlərdi.  

Bu  dövrdəki  şairlər  yalnız  “Taclı  türk”ə  deyil,  onun  da  xitab  etdiyi  əsil 

türk kütləsinə müvəffəqiyyətlə xitab edə bilmək üçün türkcə yazırlardı. İdarələrini 

yürütmək üçün içindən yetişdikləri mühitin zövqünə uyaraq onun ağıl və vicdanına 

qolay bir yol bula bilmək üçün özü ilə türkcə danışırlardı. Sonralar İran ideolojisi - 

deyə  bəllənən  şiəlik  bu  xüsusda  əzlərinə  mane  olmurlardı.  Əksinə,  bu,  onların 

türkçülüyünü  gərəkləndirirdi.  Türk  ədəbiyyatının  parlaq  günəşi  Füzuli  bu  dövrün 

böyük  sənətkarıdır.  Sadə  Azərbaycan  deyil,  bütün  türk  mədəniyyətinin  bu  böyük 

işıldağı  məşhur  “Bəngü-badə”sini  şəxsən  Şah  İsmayıla  ithaf  etmişdir.  Füzuli 

türkçülüyünün  məşhurluq  vəsiqəsi  “Divan”  dibaçəsi  ilə  “Leyli  və  Məcnun” 

müqəddəməsindən  məlumunuz  olsa  gərəkdir.  “Rumlu  dostlarının”  tövsiyyəsi 

üzərinə Leyli və Məcnun hekayəsini gözəl bir türkcə ilə yaradan şairin həsbi-halını 

bilirik. 

Fəqət  Füzuli  türkçülüyünun  ən  böyük  vəsiqəsi  geniş  türk  oxuyucu 

təbəqələrinə,  xüsusilə  qərb  türklərinə  bu  günə  qədər  adətən  qapalı  qalmışdır.  Ona 

gərəkən  diqqət  və  əhəmiyyət  verilməmişdir.  Bu  xüsusda  bir  az  məlumat  verirsək, 

bunu pək də mövzu xaricində saymazsınız deyə umarım. 

Şiə ədəbiyyatında “Məqtəl” deyilən ədəbi bir şəkil vardır. Burada məşhur 

Kərbəla  faciəsi,  Peyğəmbərin  nəvəsi  İmam  Hüseyn  ilə  yar  və  yaxınlarının 

öldürüldükləri,  məxsus  təbirilə  qətl  edildikləri  dini  bir  hiss  və  həyəcanla  təsvir 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə