Azərbaycan elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə18/28
tarix01.11.2017
ölçüsü0,63 Mb.
#7630
1   ...   14   15   16   17   18   19   20   21   ...   28

38 

 

dövləti tərəfindən satın alınan kiçik bir gəminin Rusiya vasitəsi ilə (Volqa çayı ilə 



Xəzərə  enməsinə  belə  Rusiya  tərəfindən  mane  olunmuşdur.  14-cü  maddənin 

əksinə, “Şilat” adı ilə tanınan Pəhləvi limanı ətrafındakı məşhur balıq ovu təsisatını 

zəbt ilə ildə altı milyon lirəlik İran sərvəti sovet Rusiya tərəfindən qəsb edilmişdir. 

(“Şilat”  balıq  ovu  imtiyazı  vaxtilə  Çar  Rusiyasının  əldə  etdiyi  imtiyazlardan  olub 

bolşeviklər  tərəfindən  sözdə  İrana  qaytarılmış  müəssisələrdəndir.)  “19-cu  maddə 

bolşeviklər tərəfindən  sıx surətdə şərh olunaraq rüsumatda yeni qiymətlərin deyil, 

1903-cü  ildə  çar  məmurları  tərəfindən  məhdudlaşdırılmış  Rusiya  lehinə  olaraq 

tənzim olunan qiymətlərin tətbiqi üzərində israr olunur. 20-ci maddənin əksinə İran 

əmtəəsinə tranzit haqqı verilməyir”.  

Bunlardan  başqa  Rəşt  nümayəndəsi  İran  ticarətinin  Rusiya  daxilində 

düçar olduğu təcavüz və zülmlərdən və İranda  tətbiq olunan ticarət politikasından 

dəxi ayrıca bəhs edir ki, bu da başqa bir dastandır. 

 

II 

MİLLİ İSTİQLAL HƏRƏKATLARI VƏ BOLŞEVİZM 

 

Milli istiqlal hərəkatı, məlum olduğu üzrə siniflər fövqündə bir hərəkatdır. 



Bu  hərəkat  millətin  müştərək  mənafeyini  əcnəbi  bir  istila  və  ya  istismara  qarşı 

müdafiə  edir.  Halbuki,  xalis  bir  kommunist  nəzərində  mənfəətləri  müştərək  bir 

millət  kütləsi  yoxdur.  Bugünkü  cəmiyyətlər  onların  nəzərində  birər  kapitalist 

cəmiyyətlərdən  ibarətdir.  Bu  mülahizə  ilə  də  cəmiyyətlər  birər  vəhdət  təşkil 

etməkdən uzaqdırlar. Vahid bir cəmiyyət yoxdur. Yalnız biri-digəri ilə düşmən və 

daima  mücadilə  halında  olan  siniflə  vardır.  Bu  nöqteyi-nəzərdən  baxılırsa  bir 

kommunist,  məhkum  və  müstəmləkə  millətlərində olsa belə,  milli  vəhdət  və  milli 

mənfəət  uğrunda  mübarizə  edə  bilməz.  Bu  mühakimə  ilə  də  əvvəlki  bolşeviklər, 

əvvəlki  marksizmə  sadiq  qalaraq  proletariya  sinfinin  kosmopolit  olduğunu  iddia 

eyləmiş,  fəhlənin  vətəni  yoxdur  -  deyə  müstəmləkəni  istismar  edən  imperializm 

millətçiliyi 

ilə, 


müstəmləkə 

və 


yarımmüstəmləkə  halında  olan  Şərq 

məmləkətlərinin  xilas  və  istiqlalına  çalışan  milliyyətçilik  arasında  nəzəri  olaraq 

fərq  görmək  istəməmişlərdir.  Hər  millətin  öz  müqəddəratını  hələ  səlahiyyətdar 

olması şüarının da bunlarca əksinqilabi bir geriləmə əsəri olduğu məlumdur. 

Fəqət əməli bir inqilabçı olan Lenin kəndli məsələsində olduğu kimi, milli 

qurtuluş  və  istiqlal  hərəkətlərinə  münasibət  məsələsində  də  tədbirli  davranmış, 

fəaliyyətə keçəcəyi sonku dövrlərdə məhkum millətlərdəki milli istiqlal cərəyanına 

ustaca yapaşaraq onlardan istifadə yolunu kəşf eyləmiş və bu xüsusda o günə qədər 

bolşevik nəzəriyyatçılarınca məchul bir hərəkət xətti sızmışdır. Bu hərəkət xəttinə 

görə  “İngiltərə,  Fransa,  Almaniya  və  Amerika  kimi  məmləkətlərdə  milli  vəhdət, 

yəni  siniflər  arasındakı  iştirak  nöqtələri  çoxdan  öz  dövrünü  yaşamışdır.  Burada 

obyektiv  olaraq  bütün  milləti  əlaqədar  edən  məsələlər  yoxdur.  Bunun  üçün  də  bu 




39 

 

kimi  məmləkətlərdə  milli  vəhdəti  partladaraq onun  yerinə  sinif  vəhdətini  qoymaq 



lazım.  Halbuki  inkişaf  etməmiş  məmləkətlərdə,  yəni  müstəmləkə  və 

yarımmüstəmləkə  halında  olan  məmləkətlərdə  məsələ  tamamilə  başqadır.  Bu 

məmləkətlərdə  məzlum  və  kapitalistcə  inkişaf  etməyən  millətlər  vardır.  Bu 

millətlərdə isə üfüqi olaraq milli məsələ hələ mövcuddur ki, bu da demokratiyanın 

təsiri və yabançı millət təhkimini atmaqdan ibarətdir. 

Leninə görə sosializm inqilabı yalnız cahan fəhləsinin cahan kapitalistinə 

qarşı  üsyanı  şəklində  deyil,  eyni  zamanda  müxtəlif  demokratik  inqilablarla 

müstəmləkələrdəki  milli  istiqlal  hərəkatlarının  daxil  olduğu  beynəlmiləl  bir 

kombinasiya içərisində cərəyan edəcəkdir. Bu kombinasiya dünya müharibəsindən 

sonra  artıq  çox  mühüm  bir  amil  olaraq  tarix  səhnəsinə  çıxması  təxmin  və  hiss 

olunan Şərqdəki milli istiqlal hərəkatını böyük surətdə istifadə etməyi idxal etmək, 

təbii  ki,  Üçünsü  İnternasional  müəssisini  düşündürən  ən  böyük  məsələlərdən  biri 

olmuşdur. “Milli vəhdət”in Avropada belə özünü yaşamış bir radəyə gəlmədiyini, 

utopik  sosialist  üsyanının  “gecikdiyini”  təsbit  və  təsdiq  edən  bolşeviklər  üçün 

“Cahan  imperializminə”  qarşı  inkişaf  etməmiş  Şərq  millətlərindəki  istiqlal 

cərəyanını  körükləməyə  ayrıca  əhəmiyyət  vermək  lazım  idi.  Bu  vasitə  ilə  onlar 

hərbdən  əvvəlki  vəziyyəti  geri  döndərmək  üzrə  olan  Avropa  kapitalizmi 

qarşısındakı  geriləmələrini  daha  az  zərərlə  həyata  keçirmək  üçün  əlverişli  bir 

manevra etmiş olduqlarına qanedirlər. 

Bolşeviklərə  məxsus  digər  göstərişli  şüarla  kimi  bu  qənaət  də  pərdə 

altında  saxlanan  ikinci  bir  üzə  malik  olmasaydı,  milli  istiqlal  mücadiləsi  ilə 

demokratiya həyatına keçmək əzmində olan Şərq üçün bolşeviklər qədər ,yaxşı bir 

dost  olmazdı.  Yalnız  nə  edərsiniz  ki,  kəndliyə  torpaq  verib  də  məhsulunu 

verməyən  kommunizm,  Şərqdə  istiqlal  hərəkatını  qüvvətləndirməklə  bərabər,  bu 

hərəkatın  təbii  nəticəsi  olan  istiqlala  dözə  bilməz.  O,  düşmən  olduğu  Avropa 

imperializminin  Şərqdən  çıxarılmasını  istehdaf  etməklə  bərabər  bu  azad  Şərqin 

kommunizm  internasionalından  da  asılı  olmayan  bir  demokratiya  təşkil  etməsin 

qətiyyən  razılıq  göstərə  bilməz.  Canındakı  bu  ikilikdəndir  ki,  o,  Şərqdəki  milli 

hərəkatları  tənqid  və  ilk  sırada  onlara  yardım  etdiyi  halda,  direktivini  Moskvadan 

almaq  surətilə  hərəkət  edən  yerdi  kommunist  firqəsinin  təşkilini  dəxi  unutmaz. 

Fəaliyyət  və  mücadilə  halında  olan  milli  istiqlal  və  milli  demokrat  başçılarına 

dostluqdan  bəhs  edərkən  o,  bu  başçıların  istinad  etdiyi  xalq  kütlələrinə  əsl 

xilarkarlarının  Kommunist  Firqəsi  olduğunu  hiss  etdirməyi  bir  an  üçün  olsun 

unutmaz.  İndiki  rəhbərlərin  müvəqqəti  bir  zaman  üçün  dözülən  adamlar  olub, 

yoxsa  həddi-zatında  bunların  da  birər  qəsbkar  və  sabahkı  xalq  düşmənləri 

olduğunu daima təkrar etdirir durur və ilk fürsətdə o və ya bu surətlə ayağı qapan 

millətçilər  məmləkəti  daxili  müharibələrə  sövq  etmək  əleyhində  kommunist  sui-

qəsdi təşkil ilə məmləkəti daxili müharibələrə sövq etməkdən dəxi geri durmaz. Bu 

ikiüzlu  siyasətin  müxtəlif təzahürləri Türkiyə istiqlal hərbi  əsnasında az görülmüş 

deyildir. Hal-hazırda cümhuriyyət ədaləti qarşısında tutduqları əməllər üçün hesab 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə