Azərbaycan elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə15/28
tarix01.11.2017
ölçüsü0,63 Mb.
#7630
1   ...   11   12   13   14   15   16   17   18   ...   28

31 

 

Fəqət bu gün təxirə salınan bu proqramın sabah “milliyyət məsələ və zehniyyətinin 



ovunması” üzərinə təkrar meydana gəlməyəcəyi naməlum. Zatən bu proqram bəzi 

vilayətlərdə (məsələn Uralda) qismən tətbiq belə olunmuşdur. 

 



 

SOVET HÖKUMƏT TƏŞKİLATLARINDA İKİLİK 

 

İqtisadi  məzhəblər  sırasında  bolşevizmdən  bəhs  edərkən  iqtisad 



üləmasından, məşhur Şarl Jid, Lenin anarxizm ilə kollektivizmi birləşdirmiş, bu iki 

bir-birinə  zidd  olan  sistemdən  “bolşevizm”  məsləkini  qəbul  etmişdir  -  deyir. 

Görülür  ki,  iqtisadi  sistemlər  sahəsində  bir  yerə  sığmadan  iki  ziddi  bir  araya 

toplayan bolşevizm siyasətində dəxi sentralizm ilə federalizm kimi bir-birini inkar 

və rədd edən iki düşmən əsası bir araya gətirmişdir. 

Biri  digərinə  tabe  olmadıqca  iki  ziddin  bir  araya  gəlməsi  təbiətcə  qabil 

deyildir.  Bunun  üçün  də  bolşevik  nəzəriyyatı  ilə  tətbiqatı  arasında  daimi  bir 

mücadilə  və  səmimiyyətsizlik  mövcuddur.  Bu  mücadilədə  üstünlüyün  şübhəsiz 

kommunizmdə  əsil  olan  mərkəziyyət  və  hakimiyyət  tərəfində  qalacağını  anlamaq 

müşkül deyildir. 

Lenin,  “Dövlət  və  inqilab”  adlı  klassik  əsərində  xəyali  kommunizmi 

anarxistlər  kimi  hökumətsiz  və  səbri  qüvvətdən  azad,  tamamilə  sərbəst  insanlar 

səmiyyətindən ibarət bilərək hökumətin “getdikcə ölməyə məhkum olduğunu təlim 

etdiyi  halda,  “Proletariya  hakimiyyəti”  adını  verdiyi  dünyanın  ən  şiddətli  və  ən 

müstəbid  bir  hökümət  sistemini  işə  salmış  və  əməli  şəkildə  təsis  eyləmişdir. 

Milliyyət  məsələsində  də  öylə:  hər  milləti  tamamilə  sərbəst  və  öz  müqəddəratına 

şəxsən  hakim  qəbul  edərək,  sözdə  sovet  sisteminin  ana  əsasları  daxilində 

federalizmə  mühüm  bir  mövqe  ayırdığı  halda,  işdə  dünyada  tayı  olmayan  bir 

sentralizm vücudə gətirmişdir. 

“Sovet  Rusiyasında  millətlərin  hüquqi  məsələsi”  adlı  məqaləsində  rus 

sosialistlərindən  Timaşov  sovet  federalizminin  yapmacıqlarını  təhlil  edərkən  ilk 

nəzərdə  görünən  anlaşılmaz  xüsusiyyətləri  izah  edə  bilmək  üçün  sovet  dövlətinin 

çox  da  məchul  olmayan  xüsusiyyətini  qeyd  edir.  O  deyir  ki,.  “Sovet  hökuməti 

hakimiyyəti  ikiləşmiş  dövlətlər  tipində  bir  təşkilatdır.  Əski  Romanın  miladdan 

sonra  iki  əsr  müddətincə  davam  edən  halı  da  bu  şəkildə  idi.  Senat  bütün  o 

rəsmiyyəti  ilə  prinsinin  mütləqiyyətini  pərdələyirdi.  Mervinq  xanədanına  mənsub 

krallar  zamanında  Frank  monarxiyası  dəxi  hüquqi  hakimmiyyəti  Mayordomlara 

tərk eyləmişdi. Yaponiya iki  əsrdən çox rəsmi şan-şöhrətin kamilən dini  hökmdar 

Mikadoya  aid  olduğu  halda,  hüquqi  hakimiyyətin  dünyəvi  imperator  Şiyoqonlara 

aid  olduğuna  şahid  olmuşdur”.  Bu  təşbihlərə  o,  bir  də  müasirlərdən  Mussolini 

diktatorluğunu  əlavə  edir.  İtalya  bir  tərəfdən  rəsmi  surətdə  konstitusiyalı  idarəni 

mühafizə  eyləmiş,  digər  tərəfdən  də  bütün  hakimiyyəti  kiçik  bir  dəstənin  əlinə 




32 

 

vermişdir.  Bunlara  biz  də  islam  tarixindən  bir  çox  misallar  əlavə  edə  bilərdik. 



Bunlardan  yalnız  birisini  qeyd  edək:  Abbasilər  zamanında  hökumət  rəsmən 

xəlifələrin  ikən,  felən  bir  zaman  iranlı  bərməkilərin,  bir  zaman  da  türk  əmirlərin 

əlində  qalmışdı.  Müasir  Rusiya  dəxi bu qəbildən bir  hökumətdir. Rəsmən  “Sovet 

hökuməti”  ünvanını  daşıyan  bir  hökumət  adı  ilə  idarə  olunur  ki,  hüquqən 

“zəhmətkeşlər”  tərəfindən  seçilən  əsaslara  istinad  edər.  Halbuki,  həqiqətdə 

tamamilə  kommunist  firqəsinə  və  bu  firqənin  başında  duran  məhdud  diktatorlar 

zumrəsinə məhkum və tabedir. 

Federalizm  pərdəsi  altında  sentralizm  çöhrəsini  saxlayan  sovet  sistemini 

haqqıyla  anlaya  bilmək  üçün  Timaşov  tərəfindən  təsbit  olunan  bu  xüsusiyyətin 

zikri  mühümdür.  Sovet  hökumət  təşkilatlarında  tərkib  və  təşkiledici  bir  prinsip 

halında  olan  federalizm  əsasına  müqabil,  Kommunist  firqəsi  sistemində  çox 

mühüm  bir  rola  malik  olan  qatı  sentralizm  əsasına  qarşı  qoyulmaqdadır.  Sovet 

hökuməti  bugünkü  halını  buluncaya  qədər  müxtəlif  şəkillərə  girmiş,  Sovetlər 

İttifaqını tənzim edən  müqavilələr haldan-hala  keçmişlərdir. Halbuki, Kommunist 

firqəsində  hakim  olan  mərkəziyyətçilik  heç  bir  zaman  zəiflədilməmişdir.  Bu  gün 

artıq  “İttifaqlar  Kommunist  Firqəsi”  adını  daşıyan  bolşevik  firqəsinin  1925 

sənəsinə  qədər  Sovetlər  İttifaqından  Rusiya  ismi  rəsmən  qaldırılmış  ikən  daşıdığı 

isim Rusiya Kommunist Firqəsi idi. Bu gün müxtəlif cümhuriyyətlər daxilində hər 

nə qədər Gürsüstan, Azərbaycan, Özbəkistan və sairə kimi adca “milli” kommunist 

firqələri  təşəkkül  eyləmişsə  də,  felən  bu  firqələrin  vəziyyəti  Rusiya  Kommunist 

Firqəsinin  birər  vilayət  komitəsi  vəziyyətindən  fərqli  deyildir.  Bunlar  ən  kiçik 

xüsusiyyətə varıncaya qədər təlimatlarını Moskvadan, Kommunist Firqəsi Mərkəzi 

heyətindən  alırlar.  Bu  “Kommunist  Firqələri”nin  baş  katibləri  mərkəzdən  təyin 

olunur. Onların Üçünsü  İnteriasionalda  müstəqil  yerləri də  yoxdur. Onlar, burada 

Rusiya  Kommunist  Firqəsi  şəxsiyətində  təmsil  olunmuş  hesab  edilirlər.  Üçüncü 

İnternasionalda  bir  alman,  bir  fransız,  bir  bolqar  kommunist  firqəsi  varkən,  bir 

Qafqaz,  bir  Türkistan  və  ya  bir  Ukrayna  Kommunist  Firqəsinə  yer  yoxdur.  Buna 

lüzum  da  görülməyir.  Çünki,  hələ  çarlar  zamanından  bəri  bütün  bu  vilayətlər 

Rusiya Kommunist Firqəsi tərəfindən təmsil olunmuş və bu firqə heç bir zaman öz 

daxilində “istiqlala deyil, azacıq bir mərkəziyyətsizliyə belə dözməmişdir. 

Rusiya şəraitində və kommunist firqəsi içərisində tətbiq olunan bu müdhiş 

mərkziyyət  Lenin  və  şagirdləri  tərəfindən  eyni  zamanda  Üçünsü  İnternasional 

firqələrinə  də  sirayət  etmişdir.  Zatən  Lenin  tərəfindən  tənzim  olunub  da  Üçüncü 

İnternasionala  mənsub  kommunist  firqələri  üçün  tətbiqi  lazım  görülən  təlimat 

arasında Drakon (mürtəce - A.R.) qanunlarını andıran tələblər vardır. Özlərimi az-

çox  bilir,  Avropa  kommunistlərindən  mühüm  bir  qismi  vaxtilə  Moskvanın  bu 

amiranə  ədasını  çəkməmiş,  İnternasionaldan  çıxmışlardır.  Bu  çıxanlardan  birisini 

təşkil  edən  fransız  kommunistlərindən  Frossar  1923-cü  ildə  nəşr  eylədiyi  bir 

risaləsində  Rusiya  Kommunist  Firqəsinin  bütün  cahan  kommunistləri  üzərində 

təsis  etmək  istədiyi  diktatorçu  idarəni,  bu  Moskva  hakimiyyətini  çəkə 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə