Azərbaycan elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə13/28
tarix01.11.2017
ölçüsü0,63 Mb.
#7630
1   ...   9   10   11   12   13   14   15   16   ...   28

27 

 

federalizmin  bolşeviklər üçün proqrama deyil, taktikə, əsasa deyil, budağa aid bir 



məsələ  olduğunu  bir  daha  isbat  etdiyi  kimi,  bu  federalizmin  eyni  zamanda 

imperialistcə  bir  hazırlıq  olduğunu  da  faş  etmiş  olur.  Təfsirə  nə  hacət?  Broyda 

məqaləsinin  sonuda  əslində  “Yalnız  Rusiya  Sovet  Cümhuriyyətlərinin  deyil, 

beynəlmiləl  sovet  Cümhuriyyətlərinin  ittifaqı  əsasını  hazırlamaq  lazımdır”  fikrini 

açıq surətdə söyləyir. 

Sovet  federalizminin  nə  mahiyyətdə olduğunu gördük. İndi də “ayrılmaq 

haqqı”nı tədqiq edək: 1923-cü ilin 6 iyun tarixində qəbul olunan “Sovetlər İttifaqı” 

təşgilat  əsası  qanununun  4-cü  maddəsinə  görə  “İttifaqı  təşkil  edən  üzvlərdən 

hankısı  istərsə,  ittifaqı  tərk  etmək  haqqına  malikdir”.  Göründüyü  kimi,  “İttifaq”a 

girən  üzvün  “istiqlal  haqqı”  mühafizə  edilmişdir.  Yalnız  bolşevik  professoru 

Maxerovskinin  dediyi  kimi  bu,  ancaq  “xəyali  bir  istiqlal”dan  ibarət  olub  heç  bir 

dəyərə  malik  deyildir.  Komunist  hüquqçularından  Dranitsin  adlı  digər  birisi  isə 

“Bu hüququn deklarativ (bəni) mahiyyətdə olub qanuni heç bir əhəmiyyətə malik 

olmadığını”  açıqcasına  söylər  və  “inqilabçı  kommunizm  nöqteyi-nəzərində 

ittifaqdan çıxmanın milliyyətçilik və inqilab əleyhdarlığından doğulma bir hərəkət, 

olduğunu”  iddia  edir.  Bu  muhakimədən  çıxan  məntiqi  nəticə  “Marksizm  və 

inqilabçı sosializm” adı ilə Sovetlər İttifaqında görülən hər növ ayrılmaq hərəkatını 

təbii  ki,  şiddətlə  təqib  etmək  və  amansızsa  basdırmaqdır.  Daha  çox  “sovet 

məmləkətlərini  daxilinə  ala  bilmək  qayəsi  ilə  təşəkkül  edən  və  bünövrəsinin 

təsisində  bu  istiqamətdəki  inkişafına  xüsusilə  əhəmiyyət  verilən  bir  “ittifaq”dan 

asanlıqla çıxa bilmək imkanını hankı məntiq qəbul edər!.. 

 

 



IV 

 

“SOVETLƏR İTTİFAQI” TƏŞKİLATİ-ƏSASİYYƏSİ 

 

Sovet  federalizmini  tənqid  edən  bir  professor  çox  haqlı  olaraq  deyir  ki, 



“Bütun  bu  sistemin  çox  qatı  bir  mərkəziyyətçi  olan  bir  firqə  fərdləri  arasında 

yazılıb tərtiblənmiş bir plandan ibarət olduğunu unutmayaq”. Bu mülahizələrin nə 

dərəcəyə  qədər  doğru  olduğunu  haqqı  ilə  təqdir  edə  bilmək  üçün  Sovetlər  İttifatı 

təşkilati-əsasiyyəsini tədqiq etmək lazımdır. 

Bu  günkü  Sovetlər  İttifaqını  təşkil  edən  Cümhuriyyətlərin  hamısı  eyni 

hüquqi  mahiyyətdə  deyildirlər.  Bunlardan  Azərbaycan,  Gürcüstan  və  Ermənistan 

Cümhuriyyətlərindən 

mütəşəkkil 

Zaqafqaziya 

Sovet 


sosialist 

Federativ 

Cümhuriyyəti  ilə  Ukrayna  Sosialist  Sovet  Cümhuriyyəti  və  Belarusiya  sosialist 

sovet  Cümhuriyyəti  ilə  Rusiya  Sosialist  Sovet  Federativ  Cümhuriyyətləri  birər 

müstəqil  hökumətlər  kimi  beynəlmiləl  müqavilə  hökmü  ilə  birləşmişdilər.  Eyni 

zamanda  bu  Cümhuriyyətləri  tərtib  edən  ikinci  dərəcəli  təşəkküllər  vardır. 

Məsələn, Rusiya sosialist sovet Federativ Cümhuriyyəti 9 muxtar Cümhuriyyətdən 

və  13  imtiyazlı  vilayətdən  ibarətdir.  Bunun  kimi  Zaqafqaziya  Federativ 




28 

 

Cümhuriyyətinə 



daxil 

olan 


Gürcüstanda 

Acarstan 

və 

Abxaz 


Muxtar 

Cümhuriyyətləri  ilə  Azərbaycanda  da  Naxçıvan  və  Dağlıq  Ermənistan 

Cümhuriyyətləri  vardır  (Əvvəl  Rusiya  Federativ  Cümhuriyyətinə  daxil  olan 

Türküstan  Cümhuriyyəti  1924-cü  ildə  Xivə  və  Buxara  Cümhuriyyətlərinin  ləğvi 

üzərinə  müstəqil  Özbəkistan  və  Türkmənistan  Cümhuriyyətləri  ünvanı  ilə  ittifaqa 

qəbul olmuşlardır. Bunlar daxilində də Muxtar Tacikistan Cümhuriyyəti ilə Muxtar 

Qaraqalpaq vilayəti təsis olunmuşdur). 

Sovetlər  İttifaqını  idarə  edən  ən  ali  müəssisə  “sosialist  sovet 

Cümhuriyyətləri İttifaqı Mərkəzi İcraiyyə Komitəsidir” ki, qısası russa “ТСИК”dir. 

“ТСИК” hər il təşkil olunan Sovetlər İttifaqı - quruluşları fasilələrində ildə üç dəfə 

yığıncaq  edər.  “Mərkəzi  İcraiyyə  Komitəsi”  müstəqil  yığıncaq  edən  iki  böyük 

sovet  müəssisəsinin  (kamerasının)  müştərək  şəkildə  yığıncaq  etmələri  nəticəsində 

təşəkkül edər. Bunlardan biri “İttifaq Şurası”, digəri də “Millətlər Şurası”dır. 

İttifaq  Şurası  ildə  bir  dəfə  Cümhuriyyətlər  daxilindəki  vilayətlərdən 

(Cümhuriyyətlərdən deyil), ümumi əhaliyə nisbətlə seçilmiş olunan nümayəndələr 

tərəfindən toplanan sovetlər qurultayında seçilmiş 371 üzvdən ibarətdir. 1924-cü il 

statistikasına  görə  131,5  milyon  əhalidən  96  milyonunun  Rusiya  Federativ 

Cümhuriyyətinə,  26  milyonunun  Ukrayna,  3,9  milyonunun  Belorusiya,  5,7 

milyonunun 

da 


Zaqafqaziyaya 

aid 


olduğunu 

nəzərə 


alırsaq,  Rusiya 

Federasyonunun bu  kombinasiyada nə  kimi bir  əksəriyyət  təşkil etdiyi aşkar olur. 

Görülür ki, burada qətiyyən federasyon prinsipi və milli əsas nəzərə alınmamışdır. 

Bu əsasa “Millətlər Şurası” deyilən ikinci “kamera”da riayəti olunmuşdur. 

“Millətlər  Şurası”  yalnız  ittifaq  müqaviləsi  bağlayan  müstəqil 

cümhuriyyətlərin  deyil,  muxtar  cümhuriyyətlərdən  ibarət  vilayətlərin,  yəni 

dövlətlərin  deyil  də,  millətlərin  nümayəndələrindən  təşəkkül  eyləmişdir.  Qanuna 

görə müstəqil və müqaviləli cümhuriyyətlər bu şuraya beş-beş üzvlər verdiyi kimi, 

muxtar  cümhuriyyətlər  də  beş-beş  üzvlər  verir.  Seçilmiş  vilayətlərdən  dəxi  birər 

üzvlər  göndərilir.  Belə  ki,  Qafqasiya,  Ukrayna  və  Belorusiya  üçü  birlikdə  35  üzv 

göndərdikləri  halda  Rusiya  federasyonu  9  muxtar  cümhuriyyəti  və  13  seçilmiş 

vilayəti  ilə  birlikdə  şurada  63  nümayəndə  qazanmış  olur.  İsveçrə  və  Amerika 

federasyonlarında böyük-kiçikliyinə baxmadan hər cümhuriyyətdən bir cüt deputat 

almaq  surətilə  təşəkkül  edən  Federal  Şura  “yerinə  qaim  olmaq  üzrə  vücudə 

gətirilən bu müəssisədə dəxi Rusiya Cümhuriyyəti öz üstünlüyünü bu surətlə təmin 

etmiş deməkdir. Türkistan Cümhuriyyətlərinin də Sovetlər İttifaqına mahiyyətcə və 

bilavasitə  qəbul  edildiklərindən  sonra  Millətlər  Şurası  üzvlərinin  miqdarı  114 

deputata  çatmaqdadır.  Millətlər  Şurasının  təşəkkülü  əsnasında  Rakovski  başda 

olmaq  üzrə  Qafqasiya  və  Ukrayna  deputatlarından  bir  qismi  bu  sistem  əleyhində 

bulunmuş,  digər  federal  cümhuriyyətlərdə  olduğu  kimi  muxtar  cümhuriyyətlərin 

bərabər  surətdə  həqqi-təmsilə  malik  olduqlarını  müdafiə  etmişlərsə  də,  bu  təklif 

Stalinin  icrarı  üzərinə  rədd  olunmuşdur.  Stalin,  Almaniya  ittihadında  Prusiyaya 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə