Azərbaycan elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu


HADİSƏLƏR QARŞISINDA VƏZİFƏMİZ



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə10/28
tarix01.11.2017
ölçüsü0,63 Mb.
#7630
1   ...   6   7   8   9   10   11   12   13   ...   28

21 

 

HADİSƏLƏR QARŞISINDA VƏZİFƏMİZ 

 

Daxili,  xarici,  maddi  və  mənəvi  -  bu  qədər  müşkilat  və  böhranlar 



içərisində  olan  bolşevik  hakimiyyəti,  ehtimal  daha  bir  neçə  zaman  qüdrət 

mövqeyində  qalar  və  ehtimal  ki,  özündən  xaricdəki  dünyanın  da  mübtəla  olduğu 

bir  çox  təzad  və  müşkilat  sayəsində  ətalət  qanununa  uyğun  böhranlarla  dolu 

həyatını  bir  az  daha  uzadar. Fəqət  bu  hal  heç  bir  zaman  bü  qeyri-təbii  hökumətin 

mövcud olacağı demək deyildir. 

Bizcə,  həyatının  çox  böhranlı  bir  dövrünə  kirən  sovet  hökumətinin  artıq 

süqut  edib-etməyəcəyindən  deyil,  necə  süqut  edəcəyindən  bəhs  edilməlidir, 

Mötədillərin  qələbəsi  ilə  kommunist  firqəsi  sağlaşaraq  rəsmi  demokratiyanı  təsis 

və  təkamül  edə  biləcəkmi?  Yoxsa  həyatla  barışmaz  bir  təzad  halında  olan  bu 

müəssisə,  əleyhinə  dünən  müxalif  ünsürlərin  təzyiqi  nəticəsində  partlayaraq  yeni 

bir inqilab zühuru ilə devriləcəkmi? 

Bu  ikinci  şəklin  daha  çox  ehtimal  olunması  bəzi  rus  vətənpərvərlərini 

xüsusilə  düşündürür.  Qorxurlar  ki,  “Sovet  İttifaqı  hökuməti”  süqut  edərkən 

kommunistlər xaricində müntəzəm üçünsü bir rus qüvvəti olmadığından, məmləkət 

uzun  müddət  bir  anarxiyaya  tutulsun  və  yaxud  məşhur  Milyukovun  qorxduğu 

vəchlə  anarxiyadan  daha  bədtər  bir  fəlakətə  uğrasın:  “Rusiya  konfederasiya 

daxilində, fəqət müxtəlif bir neçə müstəqil hökumətlərə bölünmüş olsun!” 

Müxtəlif rus partiyaları təsəvvür olunan süqutun nəticəsini Rusiya naminə 

yüngülləşdirmək  üçün  bir  qrup  kombinasiyalar  düşünməkdədirlər.  Sosialistlərdən 

bir  qismi  sosialist  olmayan  demokratlarla  anlaşmanı  tövsiyə  edir.  Belə  olursa 

aradan  qalxacaq  bolşevik  diktatorluğu  yerinə  qonacaq  monarxist  bir  diktatorluğa 

mane  olarıq,  deyə  düşünürlər.  Daha  sol  sosialistlər  isə,  əksinə,  ehtimal  olunan 

diktatorluğa  qarşı  mötədil  bolşeviklərlə  birlikdə  sovet  hökuməti  ilə  anlaşmanı 

tövsiyə edirlər. Rusiya monarxistləri isə bu kimi koalision kombinasiyalarından ari 

olaraq özlərini bolşeviklərin həqiqi varisləri kimi görürlər. 

Daxili  Rusiyaya  məxsus  olan  bu  mülahizələrin  hökmü  rus  olmayıb  da 

qızıl  süngünün  xüsilə  “sovetlər  İttifaqı”na  bağlı  olan  qeyri-rus  məmləkətlərə  aid 

deyildir.  Bolşeviklərin  süqutu  anında  qızıl  qapaq  ,altından  sıyrılan  Ukrayna, 

Qafqasiya  və  Türküstan  kimi  məmləkətlərdə  zühuru  təbii  olan  hadisənin  milli 

istiqlal hadisəsi olacağında şübhə yoxdur. 

1917-18-ci  illərdə  çarlığın  süqutu  üzərinə  Rusiya  imperatorluğu  necə 

parçalandısa,  qızıl  imperializmin  süqutu  əsnasında  da  “Sovetlər  İttifaqı”  deyilən 

müəssisənin  tərkib  hissələri  üzərinə  parçalanacağında  heç  şübhə  edilməsin. 

Lazımdır ki, bu hissələri təşkil edən məmləkət övladı yetişən an tarixini haqqı ilə 

istifadə  etmək  qəflətində  olmasınlar.  Bunun  uçün  də  baş  verən  hadisələr  diqqətlə 

təqib  edilməli,  alınacq  məfkurəvi  vəziyyəti  indidən  təyin  ilə  hadisələrə  müntəzir 

olmalıdır. 



22 

 

Kitabçamızın xüsusi qismində milli cümhuriyyətlərdə, yerli kommunistlər 



arasında belə ciddi bir ayrılıq hərəkatı hiss edildiyini zikr eylədik. Rusiyada zühur 

edəcək hər  hankı bir iğtişaş və süqut əsnasında bütün bu qüvvətlərin  milli istiqlal 

nöqteyi-nəzərindən istifadəyə qabil olduğu da unudulmasın. 

Qızıl  Rusiya  kabusu  altında  inləyən  bütün  millətlər  dörd  gözlə 

gözlədikləri bu xilasolma gününə hazırlanma vəzifəsini daşımaqdadırlar. Bu vəzifə 

coğrafi, iqtisadi və siyasi vəziyyətləri həsbilə xüsusilə Qafqasiya millətlərinə tərtib 

edər.  Keçirdikləri  çox  acı  təcrübə  nəticəsində  birlik  lüzumuna  bütün 

mövcudiyyətləri ilə qənaət gətirən bu millətlər Rusiya istilasına qarşı çıxmaq üçün 

nə  lazımsa  etməlidirlər.  Bunlar  arasında  Azərbaycan  Cümhuriyyətinə  və  Azəri 

türklərinin üzərinə düşən vəzifə də çox böyükdür. 

Bu  vəzifə  hər  şeydən  əvvəl  vətənini  hürr  və  müstəqil  görmək  istəyən 

bütün  Azəriləri  istiqlal  bayrağı  altına  toplamaq,  bu  müqəddəs  bayrağın  təkrar 

vətənin sevimli ufüqlərində dalğalanmasını təmin üçün fədakaranə surətdə çalışan 

mübarizləri  hər  surətlə  qüvvətləndirmək,  böyük  və  şanlı  mübarizəyə  bütün 

səmimiyyət və mənəviyyatımızla bağlanmaqdan ibarətdir. 

İstiqlal mücadiləsinin müxtəlif səhifələri və çox müxtəlif vasitələri vardır. 

Bunlardan  biri  də  dünya  ziyalılarında  bu  müqəddəs  mücadilənin  keçirdiyi 

səhifələrlə  olduğu  vəziyyətlər  haqqında  aydınlıq  yaratmaqdan  ibarətdir.  Bu 

nöqteyi-nəzərdən biz Azərbaycanlıların üzərinə düşən ən məsuliyyətli vəzifələrdən 

biri, başda Türkiyə olduğu halda bütün türk və islam dünyasını Rusiyanın düşdüyü 

bu günkü vəziyyəti ilə tanış etməkdir. 

Necə  bir  siyasi  zərurət  içərisində  olsa  da,  Türkiyə  cümhuriyyətinin  türk 

dünyası  ilə  bağlı  olan  həyat  və  ölüm  məsələlərinə  qarşı  laqeyd  qalmayasağını 

təqdir  edənlərdənik.  Hələ  Qafqasiyada  Qızıl  Sovet  qüvvəti  yerinə  qaim  olacaq 

digər  bir  rus  qüvvətininmi,  yoxsa  müstəqil  Qafqasiya  cümhuriyyətlərininmi  daim 

olacağı təsəvvürü Türkiyə cümhuriyyətini şiddətlə əlaqədar edər, deyə düşünürük. 

Çünki  bu,  doğrudan-doğruya  Türkiyə  mənafeyinə  uyğun  gələn  bir  məsələdir.  Bu 

məsələdə  alınacaq  vəziyyəti  təyin  və  dərk  ediləcək  tədbirlərdə  dəqiqliyi  təmin 

etmək  məqsədilə  Türkiyə  fikir  sahibləri  üçün  Rusiya  vəziyyətindəki  inkişaf 

mərhələlərini  günü-günə  izləmək  ehtiyacı  vardır  –  qənaətindəyik.  Bu  yuxarıdakı 

səhifələrlə  təsəvvür  etdiyimiz  bu  ehtiyacı,  qismən  olsun,  edödiksə  çox  məmnun 

olarıq. 


 

İstanbul 

15 sentyabr 1926. 

 

 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə